Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   51   52   53   54   55   56   57   58   ...   126

169 
 
O  gün  Ģəhid  olanlardan  biri  də  Mehdi  idi.  Horovlu  kəndində  doğulub 
boya-baĢa  çatan  bu  oğlan  orta  məktəbi  qurtarandan  sonra  iki  il  keçmiĢ  sovetlər 
ordusunda  əsgər  olmuĢdu.  Doğma  el-obadan  uzaqlarda  da  ürəyi  Vətən  hissi  ilə 
döyünürdü  Mehdinin.  Yazdığı  məktublarında  narahatçılığı  açıq-aĢkar  bilinirdi 
onun... 
Əsgərlikdən  qayıdandan  sonra  Mahmudlu  dəmiryol  stansiyasında,  atası 
Lətifin  yanında  iĢləyirdi.  Rayonun  Hadrutla  sərhəd  kəndlərində  erməni 
quldurlarının törətdiyi azğınlıqlar onu da dinc buraxmırdı. Günlərin birində cəbhə 
xəttindən  xeyli  aralı  olan  iĢ  yerini  tərk  edib  döyüĢçülərin  sırasına  qoĢuldu. 
Evdəkilər  Mehdinin  hərəkətindən  narazı  qalsalar  da,  onu  inadından  döndərə 
bilmədilər. 
-  El-obamızın  bu  ağır  günündə  cəbhədə  vuruĢan  tay-tuĢlarımın  gözünə 
düz baxa bilmirəm, - deyə Mehdi özünə bəraət qazandırdı... 
Onda hələ Cəbrayıl torpaqları düĢmən caynağına keçməmiĢdi. Onda hələ 
ġuĢanı,  Laçını,  Kəlbəcəri  düĢmənə  "peĢkəĢ"  verən  xəyanətkar  əllər  Cəbrayıl 
elimizə  çatmırdı.  Bu  torpağın  Ģirürəkli  oğulları  erməni  quldurlarının  yolu  üstə 
köklü  qaya  kimi  dayanıb  hər  dağı,  dərəni  alınmaz  qalaya  çevirmiĢdilər.  Mehdi 
qeyrətinə güvəndiyi yaĢıdları ilə birlikdə torpaqlarımızı qoruyurdu... 
Əvvəllər  Sur  postunda,  ondan  sonra  isə  QıĢlaq  kəndinin  üst  tərəfindəki 
"Armudlu"  postunda  dayanan  bu  igid  oğlan  döyüĢlərdə  qorxmaz  bir  əsgər  kimi 
tanınmıĢdı.  Rayonun  iĢğalından  qabaq  Mehdigilin  dəstəsi  DaĢbaĢı  və  Mülkədərə 
postlarında  bir  neçə  dəfə  düĢmənlə  üz-üzə  gəlmiĢ,  döyüĢlərin  birində  mühasirəyə 
düĢmüĢdülər.  O  vaxtlar  Mehdinin  soyuqqanlığı  və  qorxmazlığı  yoldaĢlarına  da 
ürək-dirək vermiĢ, onlar uzun müddət davam edən atıĢmadan sonra, itki vermədən 
mühasirədən çıxa bilmiĢdilər... 
1993-cü  ilin  avqust  ayının  23-də  rayonun  dağlıq  zonasında  yerləĢən 
yaĢayıĢ  məntəqələri  iĢğal  olunandan  sonra  Mehdigilin  dəstəsi  Çapand  kəndi 
ətrafındakı postda dayanıb düĢmənin qarĢısını kəsmiĢdi. DüĢmən kəməndinə düĢən 
obaların  tüstüsü  ərĢə  qalxdıqca  Mehdi  qəzəbindən  tir-tir  əsir,  özünə  yol  tapa 
bilmirdi. Dayandıqları postun iki-üç kilometrliyindəki doğma ata ocağı horovlunun 
od tutub yanan evlərini gördükcə yaralı Ģir kimi düĢmən üstünə atılmağa hazır idi 
Mehdi... 
Qarabağ ellərinə səpilən xəyanət toxumu axır ki, Cəbrayılda da göyərdi o 
payız.  1993-cü  ilin  23  oktyabrında  beĢ  ildən  bəri  düĢmənlə  ölüm-dirim  savaĢına 
qalxan  igid  oğullarımız  elləri  perik  düĢən  Cəbrayıl  torpaqlarını  ağlar  gözlə  tərk 
etdilər.  SəriĢtəsiz  komandirlərin  qorxaqlığı  düĢmənin  əl-qolunu  açdı  burada. 
ĠĢğaldan  bir  neçə  gün  qabaq  Quysaq  kəndi  ətrafında  gedən  döyüĢlərdə  düĢməni 
əməlli-baĢlı əzən igidlərimiz köməksiz qaldıqlarından öz mövqelərini tərk edib geri 
çəkilməyə məcbur oldular. 


170 
 
Quysaqda  gedən  ağır  döyüĢlər  zamanı  qulaqları  tutulmuĢdu  Mehdinin. 
Beyləqandakı  hərbi  qospitalda  müalicə  olunduqdan  sonra  ĠmiĢli  ərazisində 
məskunlaĢan doğmalarına baĢ çəkib yenidən cəbhəyə qayıtmaq istəyəndə ona:  . 
-Onsuz da Cəbrayıl batalyonu dağılıb, bir də ki, qeyrət çəkmək təkcə sənə 
qalmayıb  ki,  -  dedilər.  -  Görürsənmi,  bəziləri  orda-burda  daldalanıb  baĢlarını 
kirləyirlər... 
Mehdiyə elə bil od vurdular. Qəzəblə yumruğunu düyünləyib: 
-Vətənin bu ağır günündə mən xəlvətdə qalıb baĢ kirləyə bilmərəm. Qoy, 
kim  nə  edir  etsin  -  öz  iĢidir.  Mən  sabah  camaatımın  qarĢısına  alnıaçıq  çıxmaq 
istəyirəm, - dedi... 
Və  bir  neçə  gündən  sonra  Mehdi  Gəncədəki  hərbi  hissəyə  gedib 
yoldaĢlarına qoĢuldu... 
Dekabrın  23-də  Gəncə  ətrafında  Ģəhid  olmasa  idi,  qələbə  gününə  kimi 
döyüĢəsi idi Mehdi. Tale ona bu amanı, möhləti çox gördü. Qanlı bir tabuta sığınıb 
didərginlik əzabını yaĢayan doğmalarının üstünə gəldi o. Beyləqanın 3 saylı sovxo-
zunun  qəbiristanında  uyuyan  əmək  qəhrəmanı,  əslən  Horovludan  olan  Sərdar 
Ġmrəliyevlə  gor  qonĢusu  olmaq  demə  Ġsmayılov  Mehdi  Lətif  oğlunun  alın  yazısı 
imiĢ... 
O müdhiĢ xəbərin elləri, obaları yorta-yorta dolaĢıb üstümüzə yüyürdüyü 
gün  dünyanın  qəm  leysanı  içimizə  yağmaqda  idi.  Bulud  hönkürtülü  bu  leysan 
təpədən-dırnağacan  bizi  göynətdikcə  Ģəhid  Mehdinin  ruhu  ilə  qovuĢan 
nisgilimizdən hüzn dolu bir ağının ilk misraları puçurlanmaqda idi... 
 
Bu əcəl daĢıdımı,  
Ömrün yağıĢıdımı? 
Tale qarğıĢıdımı? – 
Sənə kim qıydı oğul? 
 
Tabutun qan içində,  
Üzüldü can içimdə...  
Dərd varmı bu biçimdə? – 
Qismətin buydu, oğul... 
 
 
 
 
 
 
 
 
 


171 
 
 
 
Ġsgəndərov Nəbi Məhəmməd oğlu 
doğulub - 01.02.1969-cu il, 
Cəbrayıl rayonu Tatar kəndi; 
Ģəhid olub - 22.12.1993-cü il, 
Gəncə bölgəsi 
 
 
 
 
BĠR SƏSĠN HARAYI 
 
Qara  xəbər  yel  qanadlı  olur  -  deyiblər.  Bircə  günün  içərisində  neçə-neçə 
obaları,  elləri  dolaĢıb  bir  dünya  nisgili  ilə  qapıları  döyür,  ürəkləri  parçalayır. 
Məhəmməd  kiĢi  o  qarlı-Ģaxtalı  dekabr  ayında  oğlu  Nəbinin  Ģəhid  olduğunu 
eĢidincə sinəsindən elə bil daĢ asıldı. Dərdin ağırlığı onun  qüssəli qamətini büküb 
yumağa döndərdi. Dəli bir harayla hönkürüb qıĢqırmaq istədisə də, bir anın içində 
səsini itirdi elə bil. Onun muğam üstə köklənən yanıqlı səsini illər boyu el-oba Ģən-
liklərindən  çox  eĢitmiĢdik.  "Qarabağ  ġikəstəsi"  onun  dilində  gur  Ģəlalə  kimi 
çağlayıb daĢanda  adama  elə  gəlirdi ki,  möcüzələr aləminə  düĢüb. Tey dağı,  Sirik 
meĢələri,  DaĢ  bulaq,  Hacı  Qaraman  müqəddəsliyi,  Qalacıq  kəndinin  tunc  sinəli 
qayaları, "Divlər sarayı", Tumas ata bu səsin iĢığında açıq, aydın görünürdü... 
O gün müdhiĢ xəbər Məhəmməd kiĢinin təkcə belini bükməmiĢdi, səsini, 
avazını  da  almıĢdı  əlindən.  Ata  dərdin  oduyla  qarsalandıqca  oğlunun  qanlı 
cənazəsini  bağrına  basıb  yanıqlı  səsi  ilə  oxĢamaq  istəyirdi  onu.  O,  Nəbi  balasını 
sonuncu  dəfə  "Qarabağ  Ģikəstəsi"nə  bələmək  istəyirdi,  Ancaq  səsini,  avazını 
axtarıb tapa bilmirdi bu dar macalda. Birdən elə bil möcüzə baĢ verdi, onun iĢığı 
öləziyən  sifəti  Ģəhid  balasının  üzünə  yaxınlaĢanda  sinəsində  qəhərə  çevrilən  səsi 
vulkan kimi püskürməyə baĢladı. Onun bircə anın içində çat-çat olan dodaqlarında 
qəmli bir nəğmə göyərməyə baĢladı: 
 
Sinəmin odu, oğul  
Ağzımın dadı, oğul.  
Yerə, göyə sığmayır,  
Səsim, fəryadım oğul. 
 
Bağrım baĢı qan oldu,  
Ürəyim Ģan-Ģan oldu.  
Baxdım qanlı saçına,  
Halım pəriĢan oldu... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə