Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   41   42   43   44   45   46   47   48   ...   126

142 
 
bilməz.  Doğma  adamın,  gənc  adamın,  hələ  bu  həyatdan  kam  almamıĢ  adamın 
yoxluğu  –  bunu  demək,  təsvir  eləmək  çox  çətindir.  Məhəmməd  və  xatirə:  mən 
bunu  ağlıma  sığıĢdıra  bilmirəm.  Ġlk  vaxtlarda,  ilk  günlərdə  o  yas,  o  çadır,  gəlib-
gedən  camaat,  qohum-əqrəba  -  bütün  bunların  hamısı  elə  bilkinən  ki,  bir 
qarabasma idi.  Amma  həqiqətdi bu. Bir dənə təsəllimiz, bu ağır dərdin qabağında 
az-çox özümüzü sakitləĢdirməyimiz odur ki, o, doğrudan da, müqəddəs bir iĢ yol-
unda - Vətən yolunda gedib. Onun təmiz, sədaqətli qəlbi vardı, qəlbinin çağırıĢı ilə 
gedibdi. 
Siz bilirsiniz ki, o, Cəbrayılı çox az görmüĢdü, Bakıda doğulmuĢdu, amma 
avqustun 23-də məlum olanda ki, Cəbrayıl iĢğal olunub - axĢam dedi ki, mən qala 
bilmərəm.  Ondan  sonra  elə  bil  ki,  heç  evə  yovuĢmadı.  Bir  neçə  dəfə  hərbi 
komissarlığa  gedir  bizdən  xəbərsiz.  Deyirlər  ki,  hələ  çağırıĢ  dəstəsi  yığıĢmayıb. 
Axırı PirəkəĢkülə  getdi.  Oradan onları apardılar Goran hərbi hissəsinə. Gorandan 
da  bir  gün  yoldaĢları  ilə  gəldi.  Bir  gün  qaldı.  Anası  dedi  ki,  iki-üç  gün  də  qal, 
qabaqdan  fevralın  12-si  gəlir  -  bu  həm  də  onun  doğum  günüdür  -  sənin  təvəllüd 
gününü  də  burada  qeyd  edək,  sonra  get.  Dedi:  "Yox,  yoldaĢlarımla  danıĢmıĢam, 
səhər  saat  7  tamamda  mən  vağzalda  olmalıyam".  Və  obaĢdan  evdən  çıxdı.  Onun 
mənim  qulaqlarımda  qalan  axırıncı  sözləri  bu  oldu:  "Ata,  mən  getdim..."  -  baĢını 
mənim otağıma salıb dedi. 
O  vaxtları  -  1994-cü  ilin  yanvar  ayında  bizim  hissələr  Kəlbəcəri  almaq 
üçün  əməliyyat  hazırlayırdılar.  Gorandan  20-yə  yaxın  batalyon  aparmıĢdılar  ora. 
Sonradan da, bilirsiniz ki, dövlət səviyyəsində də bu əməliyyatın düzgün olmadığı 
təsdiqləndi. Amma bir adam da mənim yaxĢı tanıdığım bir adam bu barədə söhbət 
elədi. ġamil Əsgərov Kəlbəcərlidir, özü də yaxĢı adamdır. O mənə dedi ki, mənim 
əlimdə  avtomat  hərbi  geyimdə  döyüĢürdüm.  Elə  ki,  mən  eĢitdim  ki,  Kəlbəcərə 
qıĢın  o  vaxtında  hücum  eləmək  istəyirlər,  getdim  avtomatı  qoydum  qərargahda, 
paltarlarımı soyundum, dedim ki, mən bu qana qoĢulmaq istəmirəm. Kəlbəcəri ala 
bilməyəsəksiniz bu havada, bu sırsırada, bütün yüksəkliklərdə ermənilər oturublar. 
Baxmayıblar  belə  söhbətlərə,  belə  əsaslara  qulaq  asmayıblar.  Gediblər  hücuma, 
özü də ora hücuma aparılanların əksəriyyəti təlim görməmiĢ, təcili, əlüstü Bakıdan, 
rayonlardan yığılmıĢ, dağ döyüĢündə yox, heç adi döyüĢlərdə də olmamıĢ cavanlar, 
uĢaqlar olublar. Və təzədən bizim neçə kəndlərimizi ermənilər alıblar. YanĢaq da - 
Məhəmmədin  həlak  olduğu  YanĢaq  da  həmin  kəndlərin  biri  idi.  Mən  indi 
Məhəmmədin  taleyindən  artıq  oradakı  bizim  itkilərimizin  -  oğullarımızın  taleyini 
düĢünürəm.  Mən  YanĢağı  görmək  istəyirdim.  Məhəmmədin  səngərini  görmək 
istəyirdim. O gedəndən sonra mən onun arxasınca getmiĢdim. Məhəmməd hərbidə 
olmuĢdu  -  Litvada  xidmət  etmiĢdi,  amma  onda  onlar  inĢaat  batalyonunda 
olmuĢdular.  Və  bu  oğlan  Kəlbəcərə  hücumdan  3  gün  qabaq  ki,  ona  silah 
vermiĢdilər,  ona  qədər  silah  görməmiĢdi,  eləcə  də  o  biri  əsgərlər.  Nə  isə,  onun 
ardınca getdim  -  həftənin 2-ci günü o  kedib, 5-ci  günü  mən çıxmıĢam. Getməkdə 


143 
 
də niyyətim bu idi ki, görüm onun vəziyyəti nə təhərdir. Mən gedən günü o Ģəhid 
olub, anadan olduğu gün -fevralın 12-sində! 
-  Sabir  müəllim,  siz  elə  adamlardansınız  ki,  -  belə  adamlar  indi  tək-tək 
var.  Hər  iki  müharibənin,  yəni  2-ci  dünya  müharibəsinin  və  indiki  Ermənistan-
Azərbaycan  müharibəsinin  dağı  sizin  sevimli  qardaĢınız,  bizim  hamımızın  fəxri, 
vüqarı  olan  Sovet  Ġttifaqı  Qəhrəmanı  Cəmil  Əhmədov  müharibənin  lap  sonuna 
yaxın  qəhrəmancasına  həlak  oldu.  2-ci  müharibədə  isə  sizin  ciyərparanız,  istəkli 
balanız  Məhəmməd  Əhmədov  "atəĢkəs"  dediyimiz  o  sakit  vaxta  2  ay  qalmıĢ 
Murovda Ģəhid oldu... 
- Ümumiyyətlə, müharibələri müqayisə etmək lazımdır. O müharibə bizim 
tariximiz idi, bizim Ģan-Ģöhrət tariximiz idi və faĢizmə qarĢı aparılan müharibə idi. 
O  müharibənin  əks-sədası  Azərbaycanda  idi,  özü  yox.  Və  bizdən  təxminən  800-
1000 km kənarda  gedirdi. O müharibədə həlak olanların heç birinin öz vətənində, 
torpağında qəbri yox idi. DöyüĢ meydanında kim harada həlak olurdusa, orada da 
dəfn olunurdu. Amma indi Azərbaycanın hər kəndində, hər Ģəhərində, hər obasında 
köhnə  qəbiristanlıq  qədər  təzə  bir  qəbiristanlıq  yaranıb.  Bu  bizim  öz  ərazimizdə 
gedən  müharibənin  niĢanələridir.  Müharibə  bizim  torpağımızda  gedir,  bizim 
evimizin içində gedir. 
O  vaxt  41-45-ci  ildə  3  ayın  içində  almanlar  böyük  coğrafi  ərazi  olan 
SSRĠ-nin  qərb  sərhəddindən  girdilər,  gəlib  bir  tərəfdən  Moskvaya,  digər  tərəfdən 
Stalinqrada  çatdılar.  41  keçdi  ağır  məğlubiyyətlərlə,  amma  42-nin  qıĢından 
baĢlayaraq bütün bu nəhəng ölkəni yenidən hərbi tərəfdən, müharibə qayda-qanunu 
əsasında qura bildilər və Avropanı az qala bir ayın içində qarmalamıĢ Alman faĢist 
ordularını  ağır  məğlubiyyətlərə  uğratdılar.  Yəni  bütün  ölkə  təzədən  hərbi  yola, 
hərbi  qayda-qanuna,  hərbi  Ģərtlərə  uyğun  qurula  bildi.  Biz  bu  iĢi  8-9  ildir  qura 
bilmirik.  Hələ  o  vaxt  Cəbrayıl  alınan  günlərdə  ki,  biz  gedirdik  Cəbrayıla  tərəf,  - 
Əhmədbəylidə 4 yol ayrısını erməni topları vururdu, dağıdırdı, ondan 30-40 km bu 
tərəfdə  -  Beyləqanda  əbriĢim  ağaclarının  altında  çayxanalarda,  pavilyonlarda 
oturub kabab yeyirdilər, araq içirdilər. Elə bil ki, bu müharibənin bunlara dəxli yox 
idi.  Bir  halda  ki,  millətin  taleyi,  dövlətin  taleyi  ortaya  qoyulur,  müharibədir  bu. 
Burada  bir  millət  kimi,  ölkə  kimi  sıradan  çıxa  da  bilərdik.  Burada  körpəsindən 
tutmuĢ  böyüyünədək,  aĢağı  vəzifədən  tutmuĢ  ən  yüksək  vəzifəyə  qədər  bütün 
millət müharibənin tələbləri əsasında səfərbər olmalı idi. Mən açıq deyirəm: tez-tez 
orduya  gedirəm,  bu  yaxınlarda  da  Murova  getmiĢdim.  Gecə-gündüz  orada 
əsgərlərlə  söhbət  elədik.  Orada  yenə  mən  bir  Ģeyi  hiss  elədim:  ordu  Ancaq 
fəhlələrin,  kəndçilərin,  yoxsulların  balalarınındır.  Yuxarı  təbəqələrin,  o  əmr, 
göstəriĢ  verənlərin  birinin  uĢağı  orada  yoxdur.  Bu  məsələyə  adi  yanaĢmaq  lazım 
deyil. O səngərdəki fəhlə balası, kəndçi balası baxıb görəndə ki, sağında bir nazirin 
uĢağı, solunda bir deputatın uĢağı var, onda bu uĢaq da ürəklənər. Müharibə vaxtı 
Kiyev, Leninqrad və baĢqa  Ģəhərlər dağılmıĢ  və alt-üst olmuĢdu. Ġndi özündən 10 
dəfə  artıq  gözəl  tikiliblər.  Bizdə  də  bu  dağıntılar,  o  yurd,  o  ev-eĢik  düzələcək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə