Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   20   21   22   23   24   25   26   27   ...   126

79 
 
ermənilər Cəbrayıl torpaqlarına da  əl  uzadıblar. Doğma  torpaqdan  küsüb  getsə də 
bu məĢum xəbərdən sonra özü ilə bacara bilməyib. Yurd həsrəti ilə döyünən ürəyi 
onu  Vətənə  səsləyib.  Ulu  Azərbaycan  elimizin  ağır  bir  günündə  rahat  yaĢamağı 
kiĢilik  qüruruna  sığıĢdara  bilməyib  Mayis.  Soltanlıya  çatan  kimi  doğmaları  ilə 
görüĢərək  rayondakı  hərbi  hissəyə  yollanıb.  Əlinə  silah  alaraq  uca  dağların 
aĢırımındakı səngərlərə sığınanda ürəyi təskinlik tapıb... 
DöyüĢçü  dostları  Yelmarla,  Vahidlə  birlikdə  itgin  düĢdüyü  günə  kimi 
neçə-neçə  hərbi  əməliyyatda  iĢtirak  edib,  ölümün  sağından,  solundan  adlayaraq 
düĢmənin  üstünə  gedib.  Sonuncu  döyüĢü  doxsan  üçüncü  ilin  10  aprelində  olub. 
Anası  Adilə  bacı  o  günləri  indi  də  yaxĢı  xatırlayır:  "Mayis  neçə  gün  idi  ki,  xəstə 
idi.  Elə  hey  deyirdik  ki,  ay  oğul,  get  həkimdən  kağız  al,  gəl  müalicə  olun.  Razı 
olmurdu.  Yanına  gəlib-gedən  yoldaĢlarından  eĢitmiĢdi  ki,  yaxınlarda  döyüĢ 
olacaq.Bir  səhər  tez    həyat  yoldaĢı  ġəfa  xanım  deyir  ki,  yola  düĢməzdən  qabaq 
məni  kənara  çəkib  dedi  ki,  qızımız  olsa  adını  Nərgiz  qoyarsınız.  Oğlumuz  olsa... 
Dalını deyə bilmədi, qəhər elə bil boğazına tıxanmıĢdı onun... 
Mayis  üçün  sonuncu  olan  o  döyüĢdə  əsgər  dostları  əməliyyatda  iĢtirak 
etməyinə razı olmayıblar onun. Mayis inad göstərib və elə bil ölümü öz əli ilə satın 
alıb... 
Sirik əməliyyatının uğursuzluğu  gizli bir xəyanətdən  soraq verməkdə idi. 
Bu xəyanət Mayis kimi neçə-neçə qeyrətli Vətən oğlunun faciəsi ilə sona çatdı. Bir 
ana  hələ  də  oğul  gözləyir,  bir  gəlinin  yollara  boylanmaqdan  gözlərinə  qaranlıq 
çöküb.  Bir  qız  səhər-axĢam  "qayıt  qardaĢım,  qayıt!"  deyə  dünyaya  ün  salır. 
Ümidləri üzülməyib hələ. Ancaq... Təki bu xəbər yalan olsun... 
 
 
 
 
 
Vəliyev Azər Məhəmməd oğlu 
doğulub - 27.05.1971-ci il,  
Cəbrayıl rayonu Xələfli kəndi;  
Ģəhid olub - 17.05.1993-cü il,  
Xocavənd rayonu Hərəkül kəndi 
 
 
 
 
BĠR HƏZĠN NƏĞMƏSƏN... 
 
Sınaq meydanıdır bu həyat özü,  
Ġgidi bükülməz dizindən tanı.  


80 
 
Ürəyə məlhəmdir dostun hər sözü,  
Namərdi sərtləĢən üzündən tanı. 
 
Həyatda ürəyinin odu-gözü  ilə, tay-tuĢları arasında  səmimiyyəti,  cəbhədə 
igidliyi ilə tanınan Azər, dünyaya may ayında göz açıb. Cəbrayıl torpağında mayın 
özgə  aləmi  var.  Ġllah  da  Araz  qırağında,  Diri  dağı  səmtində,  mayın  gəliĢi  ilə 
Xudafərin körpülərindən  üzü  aĢağı  -  Araz vadisinin dağların ətəyinə baĢ qoyduğu 
yerdə  gül  gülü,  çiçək  çiçəyi  çağırır.  Diri  dağının  sıldırımları  üstən  gündoğana 
boylanan  Qız  qalası,  Mazannənə,  Qurbaninin  qəbrini  on  altıncı  yüzillikdən  bəri 
sinəsində  əzizləyən  yovĢanlı,  qaratikanlı  təpə  təbiətin  al-əlvan  rənkinə  boyanır. 
Diri  dağının  Araza  qədər  uzanan  torpaq  ətəyinin  üstən  keçib  gedən  dəmiryol 
xəttinin  beĢ-on  addımlığında  tikilən  evlərdən  baxanda  elə  bilirsən  ki,  qədim  bir 
qalanın  içərisindəsən.  Bir  vaxtlar  Bakı-Yerevan  dəmir  yolu  dediyimiz  bu  xəttin 
üstündə balaca bir stansiya da var idi. SərniĢin qatarlarının azacıq dayanıb nəfəsini 
dərdiyi  bu  yeri  stansiya  Xələfli  adı  ilə  tanımıĢıq  sonralar.  Burda  dəmir  yol  xətti 
Arazın  beĢ-on  addımlığından  keçib  gedir.  Xələfli  camaatı  yurd-yuvasından  perik 
düĢməsəydi bu bahar  günlərində  də  çiçəyi çırtlayan Diri dağının ilahi  gözəlliyinə 
söykənəsiydilər.  Heyf  ki,  indi  onlar  doğma  yerlərindən  xeyli  uzaqlarda  bir-birini 
soraqlayırlar... 
Azərin  uĢaqlıq  və  gənclik  illərinin  izləri  Araz  qırağında,  Diri  dağının 
yamaclarında  yaĢayır  indi  də.  Bir  vaxtlar  uzaq  Kareliyaya  gedib  çıxmıĢdı  Araz. 
Burdakı iki illik əsgər həyatı cansıxısı keçməsə də Vətəndən gələn dəhĢətli xəbər-
lər üzürdü onu. Tifaqı pozulan Zəngəzur, Göyçə elimizin nisgili yerindən oynadırdı 
onu. Xocalı soyqırımının sədasını eĢidəndə Vətənə qayıdacağı günləri sayırdı. Ata-
anasından,  qardaĢlarından,  yeganə  bacısı  Pərvanədən  ötrü  burnunun  ucu 
göynəyirdi.  Anası  Göyçək  tez-tez  yuxularına  girirdi  onun.  Bilirdi  ki,  evdəkilər 
ondan  ötrü  bərk  nigarandırlar.  Evlərinə  qayıdanda  düĢünürdü  ki,  çətin  günlər 
arxada qalıb. Demə narahatlıqla dolu ömrünün təlatümləri qabaqda imiĢ hələ... 
Göyçək  ana  oğlunun  cəbhəyə  ketmək  istədiyindən  xəbər  tutanda 
havalandı bir az: 
-Dərdin mənə gəlsin, - deyib Azəri bağrına basdı, - neçə ildir ki, həsrətini 
çəkirəm. Rayonumuzda o qədər varlı uĢaqları var ki, heç əsgərliyə də getməyiblər. 
EĢitdiyimə körə, indi də ayaqlarını evdən kənara qoymurlar. Vətən qeyrəti çəkmək 
təkcə sənə qalmayıb ki... 
-Nə danıĢırsan, ana. Mən o, dediyin uĢaqlardan deyiləm. Məgər məni sən 
özün  böyütməmisənmi?  Sən  mənə  döĢlərindən  südlə  bərabər  qeyrət  hissi  də 
əmizdirməmisən?  Sənin  kimi  ananın  oğlu  Vətənin  dar  günündə  xəlvətdə  baĢ 
kirləyə bilməz. 
-Bayaqdan  bəri  ana  ilə  balanın  sözlərinə  qulaq  asan  Məhəmməd  kiĢi 
söhbətə bir növ yekun vurdu: 
-halal olsun, oğlum, - dedi, - səndən elə bu cür də cavab gözləyirdim... 


81 
 
Əvvəllər  Azər  rayonun  Sur,  "Armudlu"  postlarında  yurda  keĢik  çəkirdi. 
Komandirləri  Azərdən  razılıq  edir,  döyüĢçü  dostları  ondan  məhəbbətlə  söz 
açırdılar.  Sur  döyüĢündən  sonra  Hərəküldəki  postda  dayanıb  ermənilərin 
hərəkətlərinə  göz qoyurdu. Evdəkilərə  hərdən zarafatla deyirdi ki, qorxmayın Əz-
rayılla sülh bağlamıĢıq. O mənə dəyib-toxunmaz. Amma Azər haradan biləydi ki, 
torpaqlarımıza  tamah  salıb,  günümüzü  göy  əskiyə  bükən  erməni  quldurları, 
xəyanət yolu tutan alçaq xislətli bu yaramazlar fürsət tapan kimi... 
Azərin  qanı  çilənən  torpaqda  lalələr  bitir.  Onların  al  ləçəkləri  Ģəhid 
eloğlumuzun qanlı dodaqlarına bənzəyir. 
 
Araz mənim sözlü dilim,  
Dəli-dolu Kür eĢqimdir.  
CoĢğun Xəzər ümman boyda  
Gur eĢqimdir.  
Ürəklərdə gur nəğməyəm,  
Solmaz duyğu yarpağıyam.  
Ölkə-ölkə, qitə-qitə sözü  gəzən  
Azərbaycan torpağıyam... 
 
 
 
 
 
Qasımov Mübariz Seyfəddin oğlu 
doğulub - 30.11.1969-cu il, 
Cəbrayıl Ģəhəri; 
Ģəhid olub - 10.05.1995-ci il, 
Murov bölgəsi 
 
 
 
 
 
BĠR DOĞMA MƏZAR VAR HASIQABULDA... 
 
Son  iyirmi  altı  ildən  bəri  ilk  dəfə  idi  ki,  Mübarizin  ad  günü  göz  yaĢları 
içərisində keçirilirdi. Ġlk dəfə idi ki, 20 noyabrdakı ad günündə Mübarizin özü yox, 
qara haĢiyəli Ģəkli iĢtirak edirdi. Kubra ananın, Seyfəddin kiĢinin beli bükülmüĢdü 
o  gün.  Eyvazla  Bəhruzun  ürəkləri  sızlayır,  Mina,  Sona,  Solmaz,  Sevil,  Yasəmən, 
ġəfa  hıçqırıqlarını boğa bilmirdilər. Təkcə Könül üzdə də olsa toxdaq görünürdü. 
Onun Ģəhid qardaĢına həsr etdiyi bir Ģer ağlayırdı o gün: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə