Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   16   17   18   19   20   21   22   23   ...   126

67 
 
Yarası  sağalandan  sonra  yenidən  cəbhəyə  qayıdan  bu  igid  oğlan  bir 
müddət  Ağdam  ətrafında  gedən  döyüĢlərin  iĢtirakçısı  oldu.  1994-cü  ilin 
əvvəllərində  Milli  Ordumuzun  Horadiz  istiqamətində  apardığı  uğurlu 
əməliyyatlarda  qeyrətlə  vuruĢan  Azər  Bayramov  düĢmən  caynağında  inləyən 
doğma  Mərcanlının  külü  göyə  sovrulan  evlərinə  tərəf  boylandıqca  ürəyi 
sızlamaqda, qəzəbdən yumruqları düyülməkdə idi... 
1994-cü ilin 19 mart günü al günəĢin Ģəfəqləri ilə isinməkdə idi. Arxların 
üstündəki  salxım  söyüdlərin  yenicə  açan  kövrək  yarpaqları  asta-asta  titrədikcə 
perik  düĢən  Arazboyu  obalardan  qəm-qüssə  boylanırdı  dünyamıza.  Novruz 
bayramına  cəmisi  ikicə  gün  qalırdı  onda.  Cəbrayılın  düĢməndən  yenicə  azad 
edilmiĢ  Cocuq  Mərcanlı  kəndi  ətrafındakı  postda  dayanıb  Lələ  təpədə  sığınan 
erməni quldurları ilə üz-üzə dayanan Azər kim bilir onda nə düĢünürdü? Bəlkə də 
ĠmiĢli rayonu ərazisindəki çadırlarda müsibət çəkən doğmalarının yanında idi fikri. 
Dayandığı  yerin  cəmisi  üç  kilometrliyindəki  evlərinə  gedən  yolun  düĢmən 
kəməndinə  düĢməsindən  ürəyi  sızlayırdı  onun.  Ata-anasını,  üzünü  doyunca 
görmədiyi ömür-gün yoldaĢını düĢündükcə baĢının tükləri biz-biz olurdu... 
Birdən elə bil gözlərində ĢimĢək çaxdı Azərin. Lələ yüksəkliyindən atılan 
düĢmən gülləsi bircə anın içində qanına boyadı onu... 
Qanlı dodaqları susuzluqdan çat-çat idi. ĠĢığı öləziməkdə olan  gözlərinin 
qabağında "Çoban bulağının" bir parça sal daĢı dayandı. DaĢın üstündəki: 
 
YaxĢı əməl bu dünyada,  
YaĢayacaq aram-aram.  
Əyri yola üz tutanlar,  
Suyum olsun sizə haram! 
 
-  misralarını  canıyla  çəkiĢə-çəkiĢə  xatırlayanda  "su...  su..."  kəlmələrini 
söyləyərək baxıĢını bir anlığa göylərə dikdi və... 
Azərin  dəfnindən  yeddi  gün  sonra  üzünü  innən  belə  heç  vaxt  görə 
bilməyəcəyi  bir  qızı  dünyaya  kəldi.  Adını  NiĢanə  qoydular  onun.  Körpə  NiĢanə 
Ģəhid atasının niĢanəsi, yadigarı kimi böyüyəcək bu dünyada. Tanrı qıymasın ona... 
 
 
 
 
 
 
 
 
 
 


68 
 
 
 
Bayramov CəmĢid BalaqardaĢ oğlu 
doğulub - 08.03.1973-cü il, 
Bakı Ģəhəri; 
Ģəhid olub - 02.07.1993-cü il, 
Süleymanlı kəndi 
 
 
 
 
 
VƏTƏN SƏNĠ UNUTMAZ 
 
1995-ci  ilin  əvvəllərində  bizə  dedilər  ki,  bir  Ģəhid  anası  sizi  axtarır. 
Nəhayət,  günlərin  bir  günü  həmin  qadınla  Dövlət  Teleradio  VeriliĢləri  ġirkətinin 
qarĢısında  rastlaĢdıq.  Adı  Firuzə  idi,  Bakı  Ģəhərində  yaĢayırdı.  Bir  qədər  söhbət-
dən  sonra  məqsədini  açıqladı:  eĢitmiĢəm  Cəbrayıl  Ģəhidləri  haqqında  kitab 
yazırsınız. Mənim oğlum CəmĢid Bakıda yaĢasa da, Cəbrayıl torpaqları uğrundakı 
döyüĢlərdə həlak olub. Ġstəyirəm həmin kitabda mənim oğlum barədə də yazasınız, 
qəbri də burada - ġəhidlər xiyabanındadır. Dərdli ananı bir qədər ovundurub sonra 
onunla  bərabər  ġəhidlər  xiyabanına  getdik,  CəmĢidin  qəbrini  ziyarət  etdik. 
BaĢdaĢından Ģəkli boylanırdı: qarayanız bir oğlan idi. 1973-cü ilin martında Bakıda 
anadan  olmuĢdu.  Ağlı  kəsəndən  onu  canından  artıq  sevən  nənəsi  Ətirin  yanına  - 
Biləsuvar rayonuna getmiĢ, V sinfə qədər orada ġ. Qurbanov adına orta məktəbdə 
oxumuĢdu.  Nənəsinin  yanında  olarkən  kəndə,  kənd  həyatına,  onun  əsrarəngiz 
gözəlliklərinə o qədər alıĢmıĢdı ki, Bakıya qayıdandan sonra da bu illərin həsrətini 
çəkirdi.  Müəllimləri  Ģəhərdən  gəlmiĢ  bu  dəcəl  oğlanın  gələcəyinə  böyük  ümidlə 
baxırdılar.  V  sinifdən  sonra  CəmĢid  yenidən  Bakıya  qayıdıb  70  saylı  orta 
məktəbdə, sonra isə 19 saylı texniki peĢə məktəbində oxudu. 
CəmĢid  təhsilini  davam  etdirmək,  ali  təhsil  almaq  arzusunda  idi.  Lakin 
onu  Rusiyaya  hərbi  xidmətə  apardılar.  CəmĢid  orada  bir  ilə  yaxın  vaxt  ərzində 
xalqımıza qarĢı edilən ayrı-seçkiliyin, özbaĢınalıqların Ģahidi oldu. Bu vaxtlar artıq 
Azərbaycanda  qanlı  döyüĢlər  gedir,  say-seçmə  oğullar  Vətən  torpağı  uğrunda 
Ģəhidlik  zirvəsinə  ucalırdılar.  CəmĢid  ömrünün  bu  bir  ilinin  hədər  yerə  sərf 
olunmasına  heyfsiləndiyi  vaxtlarda  sevimli  dostları  Etibarın  və  Rüfətin  Qarabağ 
döyüĢlərində  Ģəhid  olduqlarını  eĢidəndən  sonra  daha  heç  bir  qüvvə  onu  sovet 
ordusunda  saxlaya  bilmədi.  Təcili  Bakıya  gəldi,  dostlarının  məzarını  ziyarət  etdi. 
sonra könüllü olaraq cəbhədə - Cəbrayıldakı "N" hərbi hissəsində xidmətə baĢladı. 
Bir müddət Süleymanlı, QıĢlaq, QuĢçular kəndlərinin müdafiəsində, ən əhəmiyyətli 
əməliyyatlarda  yaxından  iĢtirak  etdi,  rayonu,  onun  kəndlərini  düĢmən  hədəfindən 


69 
 
qorudu. 1993-cü ilin yanvarında ayağından yaralandı, yarası tam sağalmasa da ye-
nidən  cəbhə  dostlarının  yanına  qayıtdı.  Cəbrayıl  cəbhəsindən  CəmĢidin  və  onun 
döyüĢ dostlarının yaxĢı soraqları gəlirdi, onlar düĢmənə qan uddururdular... 
Ancaq  atalar  deyib  ki,  sən  saydığını  say,  gör  fələk  nə  sayır.  CəmĢid  və 
onun kimi yüzlərlə qeyrətli oğullarımız nə biləydilər ki, içərimizdə olan düĢmənlər 
ermənidən də artıq bir məkrlə, xəyanətlə öz iĢlərini görürlər. Və belə xəyanətlərin 
nəticəsində gül üzlü torpaqlarımız növbə ilə düĢmənə təhvil verilirdi. Buna görə idi 
ki,  beĢ  il  düĢmənə  əzmlə,  mətanətlə  sinə  gərmiĢ  Cəbrayıl  torpaqlarının  müdafiəsi 
də  get-gedə  zəifləyib  heçə  enirdi.  CəmĢid  və  onun  döyüĢ  dostları  isə  söz 
vermiĢdilər  ki,  son  damla  qanımıza  qədər  ana  torpağın  müdafiəsindən  geri 
çəkilməyəcəyik. 
Elə  bu  inam,  bu  istəklə  də  1993-cü  ilin  iyul  ayının  2-də  düĢmən 
hücumlarının  qarĢısını  alarkən  Süleymanlı  kəndində  mühasirəyə  düĢüb 
qəhrəmancasına  həlak  oldu  CəmĢid.  Ġndi  CəmĢid  Bakıda  -  ġəhidlər  xiyabanında, 
evlərinin  yaxınlığında  uyuyur.  Tez-tez  bacı  və  qardaĢları,  anası  Firuzə  elə  bura-
daca onun görüĢünə gəlirlər. CəmĢidin ölümünü eĢidən Ətir nənə də elə o vaxtdan 
iflic olub. 
CəmĢid  çox  yaĢaya  bilmədi.  Taledən  20  illik  amanı,  möhləti  oldu  onun. 
Ürəyində  bəslədiyi  qönçə  arzuların  heç  yüzdə  birinə  də  çata  bilmədi.  Ata  adının 
iĢığına da doyunca sığına bilməmiĢdi, atası da həyatdan cavan getmiĢ, anası Firuzə 
bacının  qayğısı,  min  bir  əzabı  sayəsində  böyümüĢ,  ərsəyə  gəlmiĢdi.  Vətənə  layiq 
oğul  kimi  böyüdüyünə  görəydi  ki,  torpaqlarımızın  azad  edilməsi  üçün  candan 
keçib ömrün Ģəhidlik zirvəsinə ucaldı. Bu ucalıq hər yetənə yox, yurdunu ürəkdən 
sevən  cəsur  oğullara  qismət  olur.  Yurdunu  ürəkdən  sevənləri  isə  Vətən  unutmaz 
heç vaxt... 
 
 
 
 
BalakiĢiyev Ġskəndər Baloğlan oğlu 
doğulub - 23.11.1966-cı il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 28.12.1993-cü il, 
Ağdam rayonu Güllücə kəndi 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə