Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   12   13   14   15   16   17   18   19   ...   126

55 
 
Ermənilər torpaqlarımıza təcavüz edəndə on bir yaĢının içində idi Tiqana. 
Cəbrayılın  qeyrətli  oğulları  düĢməndən  müdafiə  olunmaq  üçün  könüllü  dəstələr 
düzəldəndə  Tiqana  da  onların  yanına  ayaq  açdı.  Onun  hər  Ģeylə  maraqlanması 
bəzilərində təbəssüm doğursa da, çoxlarının xoĢuna gəlmədi. DüĢündülər bu yaĢda 
uĢağın ölüm saçan "oyuncaqlara" tərəf can atmasının axırı yaxĢı qurtarmaz. Sonra 
di,  gəl  çavab  ver,  bu  uĢağın  yiyəsinə.  Ona  görə  də  Tiqanaya  sərt  üz  göstərənlər, 
döyüĢ zonasından qovanlar oldu. Bəziləri üz-gözündə uĢaq təbəssümü dolaĢan bu 
balaca oğlanın saçlarına sığal çəkib: 
-  Qəqəni,  get,  dərslərini  oxu,  böyüyəndə  belə  iĢlərlə  məĢğul  olarsan,  - 
dedilər.  Elə  bil  daĢ  qayaya  rast  kəlmiĢdi.  Tiqana  deyilənləri  qulaqardına  vurub 
əsgərlərin  yan-yörəsində  hərlənir,  fürsət  tapanda  silahları  əlinə  götürüb  əsgərləri 
təqlid  edirdi.  Cəbhədəki  əsgərlərin  yavaĢ-yavaĢ  üz-gözləri  öyrəĢirdi  Tiqanaya. 
Daha  onu  yanlarından  qovmasalar  da,  atəĢ  tutan  yerlərdən  uzaq  tutmağa 
çalıĢırdılar.  Əsgərlərin  etibarını  qazanan  bu  balaca  oğlan  artıq  öz  iĢində  idi. 
Əvvəlsə  gizli-gizli  göz  qoyduğu  hər  cürə  silahdan  atəĢ  açmağı  öyrəndi,  sonra 
əməlli-baĢlı döyüĢçüyə çevrildi. Günlər keçdikcə səngərləri, döyüĢ postlarını gəzib 
dolaĢan  Tiqana  güllə  yağıĢı  altda  bərkiyib  buğum-buğum  böyüdü.  DöyüĢlərin 
qızğın çağında Tiqana simurğ quĢu kimi əsgərlərin dadına çatırdı. Kimisinə patron, 
kimisinə bir içim su verir, yaralıların meydandan çıxarılmasına kömək edirdi. Neçə 
dəfə  kəĢfiyyata  çıxan  əsgərlərə  yalvarıb-yaxarandan  sonra  onlara  qoĢulub 
düĢmənin beĢ-on addımlığına qədər gedib çıxmıĢdı. Tiqana tapdığı düĢmən minası-
nı  zərərsizləĢdirməyi  ən  təcrübəli  əsgərdən  də  yaxĢı  bacarırdı.  DöyüĢçülər  onu 
ürəkdən sevir, qayğısına qalırdılar... 
Elə  bil  od  parçası  idi  Tiqana.  Əsgərlər  deyirdi  ki,  hazırlaĢın  yığıĢıb 
Hadrutun  üstə  gedək.  Bizim  Cəbrayıl  torpağına  bəla  ordan  gəlib.  Sonra  da 
dumanın,  çənin  çəkildiyi  vaxtlarda  ġayaqın  güclə  seçilən  zirvəsinə  tərəf  əlini 
uzadıb: 
-O  xarabanı  ala  bilsəydik,  ermənilərin  axırına  çıxardıq,  -deyərək  balaca 
yumruğunu düyümləyərdi... 
ġayaq yüksəkliyi ölüm kabusu kimi Cəbrayılın baĢı üstündə dayanıb bizi 
hədələməkdə idi o vaxt. Tiqana hərdən uĢaq sadəlövhlüyü ilə komandirlərə deyirdi 
ki, mənə bir bölük əsgər verin gedib ġayaqdakı erməniləri əsir tutub yanınıza gəti-
rim. Onun  sözlərini təbəssümlə qarĢılayan əsgərlərin qeyrət damarları cuĢə gəlirdi 
belə vaxtlarda... 
Tiqana  döyüĢə  ilk dəfə  1992-ci ilin  sentyabr ayında  girdi.  Əməliyyatdan 
qabaq,  indiyə  qədər  onu  döyüĢ  meydanından  çəkindirənlərə  açıq-aĢkar  "nota" 
verəsi oldu. 
-Daha  bəsdir,  -  dedi  Tiqana  -  indiyə  qədər  arxada  saxlamısınız,  köməkçi 
hesab  etmisiniz  məni.  Ġnnən  belə  məni  döyüĢ  meydanına  yaxın  buraxmasanız, 
özüm bilirəm neyləyəcəm... 


56 
 
Tiqananın özünün bildiyi o idi ki, Vətənin dar günündə uĢaq da, böyük də 
vuruĢmalıdır  düĢmənlə.  DöyüĢdən  qabaq  balaca  "Qəqəni"nin  "e'tiraz  notası"  öz 
iĢini  gördü.  Komandir  məcbur  olub  onun  döyüĢ  gedən  zonaya  buraxılmasına 
razılıq  versə  də  gizlində  əsgərlərə  bərk-bərk  tapĢırdı  ki,  Tiqananı  gözdən 
qoymasınlar.  DöyüĢün  qızğın  çağlarında  bu  balaca  oğlanın  yağıĢ  kimi  səpələnən 
güllələrin altında səngərdən səngərə atıldığını görəndə hamını heyrət bürüdü. Güllə 
yağıĢı altda ora-bura qaçan Tiqana V. Hüqonun balaca qəhrəmanı QavroĢa bənzə-
yirdi.  Yan-yörəsinə  düĢən  qəlpələr,  qulağının  dibindən  vıyıldayıb  keçən  güllələr 
vecinə deyildi onun... 
Arxada  anası  Aminə,  bacıları  Xanımzər,  Minəzər  intizarla  gözləyirdilər 
onu.  Atası  Qədirin Tiqana  sarıdan əli  ürəyinin üstündə qalmıĢdı.  Yeganə oğlunun 
odun-alovun içərisindən gələn söz-söhbətlərindən xoĢlansa da nikarançılıqdan yaxa 
qurtara bilmirdi... 
Tanrı  dahiləri  və  bir  də  igidləri  az  yaĢadır,  onlara  sitəm  edir,  -  deyirlər. 
Tiqana dahi kimi doğulmasa da, igid kimi tanınmıĢdı. Ölüm aman versəydi, qələbə 
gününə  kimi  cəbhədən  ayağını  çəkən  deyildi.  1993-cü  ilin  avqust  ayının  15-də 
Banazur  ətrafında  gedən  döyüĢlərdə  son  nəfəsinə  kimi  düĢmənlə  vuruĢub  Ģəhid 
oldu  bu  balaca  əsgər.  Samir  adıyla  doğulub  Tiqana  adıyla  əfsanələĢən  Qaracallı 
balası  dar  ayaqda  Vətəndən  canını  əsirgəmədi.  O,  Tanrının  möcüzəsi,  od  parçası 
idi.  Qeyrəti  ilə  döyüĢ  meydanlarında  əfsanələĢən  Tiqana  unudulan,  yaddan  çıxan 
deyil... 
 
 
 
 
 
 
 
AlıĢov RövĢən Veysəl oğlu 
doğulub - 28.01.1975-ci il, 
Cəbrayıl rayonu Çaland kəndi; 
Ģəhid olub - 20.04.1994-cü il, 
Murov bölgəsi 
 
 
 
 
MUROVDAN KƏLƏN sORAQ 
 
SevmiĢəm, Murov, səni,  
Vermərəm girov səni.  


57 
 
Od alsa dağın, daĢın – 
Söndürməz qırov səni... 
 
Ġlk dəfə baĢı qarlı Murova qədəm basanda RövĢənin qəlbindən keçən bu 
sözlər dilində nəğməyə dönmüĢdü. Ġlk dəfə qarlı aĢırımları, sazağı-Ģaxtası ilə adamı 
heyrətə  salan  Murov  dağı  RövĢəni  özünə  elə  cəlb  etmiĢdi  ki,  sözlər  onun  dilində 
uc-uca düyülmüĢdü: 
-  Ġlahi,  gör  Vətənimizdə  neçə  də  gözəl  yerlər  varmıĢ.  Burdan  baxanda 
Azərbaycanımızın az qala hər bir bucağını  görmək olar. Niyyətin  gözündə qalsın, 
ay  dığa,  iĢtahan  pis  deyilmiĢ.  Ġstisuyu,  Seyran  bulağını,  Dəlidağı  qara  div  kimi 
udandan sonar indi də deyəsən Gəncəyə, Tərtərə, Goranboya tamah salırsan. Gözlə 
boğazında qalar torpaqlarımız... 
RövĢənə o gün elə bir Tanrı tərəfindən Ģairlik təbi verilmiĢdi. Ağ çalmalı 
yalçın qayalar, buz  salxımlı çeĢmələr,  əsgər  çəkmələri ilə  naxıĢlanan  cığırlar onu 
elə məftun etmiĢdi ki, buraya az qala nədən ötrü gəldiyini də unutmuĢdu: 
 
Murov dağı, eĢit mənim səsimi,  
Sinən üstə od olmağa gəlmiĢəm.  
Arxamdadır Qoç Koroğlu, Nəsimi – 
DöyüĢlərdə ad almağa kəlmiĢəm. 
 
Ġstisuda qatlayaram dizimi,  
Kəlbəcərdə oda vurram özümü.  
Mən Keytidə deyəcəyəm sözümü, - 
Qucağında Ģad olmağa gəlmiĢəm... 
 
Yastı  təpələrin  qoynundakı  Çapand  kəndində  doğulan  RövĢən  qarlı-
sazaqlı  Murovun  xilası  üçün  buraya  gəlmiĢdi.  O  inanırdı  ki,  üçrəngli  bayrağımız 
Murovda, Dəlidağda, Keytidə dalğalandığı gün doğma Cəbrayıla zəfərlə dönəcək, 
doxsan  üçüncü  ilin  payızından  perik  düĢən  el-obacı  ilə  yenidən  kəndlərində 
görüĢəcəkdir. 
Doğma  yerlərin  həsrəti  qəlbini  qubarlandırdıqca  RövĢən  silaha  daha 
möhkəm  sarılır,  erməni  dığalarının  zağalarını  sərrast  niĢan  almağa  çalıĢırdı. 
Ailələrinə  RövĢən  barəsində  tez-tez  xoĢ  soraqlar  çatır,  onlar  qorxmaz  əsgər 
balalarının yurdsevərliyi ilə təskinlik tapırdılar... 
Əslində  RövĢən  AlıĢov  əsgəri  xidmətə  yollandığı  ilk  gündən  ailələrinin 
üzünü  ağ  etmiĢdi.  Qusar  Ģəhərindəki  təlim-məĢq  toplanıĢını  uğurla  baĢa  vurub 
serjant  rütbəsi  qazanmıĢdı.  Doxsan  üçüncü  ilin  payızında  Füzuli  bölgəsindəki 
uğurlu döyüĢlərdə də fərqlənmiĢ, Horadiz qəsəbəsinin alındığı gün sevinci sinəsinə 
sığmamıĢdı... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə