Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   9   10   11   12   13   14   15   16   ...   126

46 
 
gözünü  tutan  əjdahanın  üstə  gedirsən.  Eloğlu,  sənin  ömür  yolunla  naxıĢlanan  bu 
nağılların  kövrək  sətirlərinə  üzümüzü  söykəyib  onları  ağ  vərəqlərə  köçürməkdən 
savayı bir hünər görmədik özümüzdə... 
 
ÖMRÜN ĠLK NAĞILI 
 
Bu  nağılda  sənin  uĢaqlıq  illərin  dil  açır.  Böyük  Mərcanlı  kəndinin  üst 
tərəfindəki  "Düz  oba"  məhəlləsindən  səsin,  ünün  gəlir  qulaqlarımıza.  UĢaqlara 
qoĢulub "Gizlən-paç" oynayır, əlinə çanta kötürüb məktəbə yollanırsan bu nağılda. 
Atan  Babalar  kiĢinin  halal  zəhməti  sayəsində  qayğısız  keçən  uĢaqlıq  illərin 
evinizdən  ulu  yurd  yerlərimiz  Pəniyə,  Qısıra,  Erkək  Çolasına,  Qumlu  Qayaya, 
Sandıqlıya,  Bazarçaya  qədər  səninlə  yanaĢı  addımlayır.  Bu  nağılda  kəndinizi  iki 
yerə bölən dəmir yolu ilə günçıxandan günbatana baĢ alıb gedən qatarlara əl edir, 
kənd  klubunun  nəmli  salonundan  "davalı"  kinolara  baxırsan.  Bu  nağılda  sən 
evinizin  üst  tərəfindəki  təpələrin  döĢündə  qoyun-quzu  otara-otara  əllərindən  yerə 
düĢməyən  kitabları  acgözlüklə  oxuyur,  Füzulinin,  Sabirin  Ģerlərini  əzbərləyirsən. 
Günlə,  ayla  deyil,  ötüĢən  anlarla  böyüyürsən  bu  nağılda.  Atalarımız  "nağıl  dili 
yüyrək  olur",  -  deyiblər.  Bu  nağılın  sonunda  sən  orta  məktəblə,  sevimli 
müəllimlərinlə, uĢaqlıq dostlarınla vidalaĢıb Ģəhərə üz tutursan... 
 
AĞIL, KAMAL SORAĞINDA 
 
Burdan  belə  sənin  ömrünün  ikinci  nağılı  baĢlayır.  Həkim  qardaĢın 
Alkərəm  əllərindən  yapıĢıb  özü  ilə  birlikdə  səni  Ģəhərə  aparır  bu  nağılda. 
Azərbaycan  ĠnĢaat  Mühəndisləri  Ġnstitutuna  qəbul  olunanda  Alkərəmlə  birlikdə 
qardaĢların  Eldarın,  Əlövsətin  də  sevinci  sinələrinə  sığmır.  Adın  bacıların 
Tümənin, Durnanın dilindən düĢmür. sən bir çalıĢqan tələbə kimi gecəni-gündüzə 
qatıb qalaq-qalaq kitabları vərəqləyir "dəstədən  geri  qalmamaq üçün" özünü oda-
gözə vurursan. Bu nağılda sən o vaxtkı sovetlər birliyinin sərt qanunlarının hökmü 
ilə  ikinci  kursda  təhsilini  yarımçıq  qoyub  əsgəri  xidmətə  yollanırsan.  Ġki  illik 
ayrılıqdan  sonra  tələbəlik  həyatın  təzədən  baĢlayır  sənin.  Ġnstitutu  bitirəndə  elə 
bilirsən ki, dünyada səndən bəxtəvər adam yoxdur. Ancaq bu xoĢbəxtliyi tale sənə 
çox körəsiymiĢ demə. 1992-ci ildə ali təhsil diplomu ilə evinizə qayıdandan sonra 
imdad  diləyən  torpaqlarımızın  harayı  səni  rahat  buraxmadı.  Könüllü  Ģəkildə 
rayondakı  hərbi  alayın  əsgərləri  sırasına  qoĢulub  dağlara  çəkildin.  Bu  nağılın 
sonundan güllə səsi, mərmi ulartısı gəlir qulaqlarımıza hələ də... 
 
 
 
 
 


47 
 
SONUNCU NAĞIL 
 
Yox,  bu  nağıl  adi  nağıllara  bənzəmir,  qardaĢ.  Onun  hər  sətirindən  barıt 
qoxusu,  yurd  harayı  gəlir.  Burada  sən  babamız  Koroğlu  kimi  dumanlı,  çiskinli 
dağlarda  nərə  çəkir,  Nəsimi  kimi  dözümünə  sığınıb  əbədiyyətə  qovuĢursan.  Bu 
nağılda  döyüĢ  yolun  Surdan,  GünəĢlidən  adlayıb,  "Armudlu"  postunda  dağlara 
söykənir.  Gözlərimizin  qabağında  qorxu  bilməz  bir  əsgər,  dəliqanlı  cavanların 
toplaĢdığı bir rotanın komandirinə çevrilirsən. sən burada Vətəni dəlicəsinə sevən, 
onun yolunda hər məĢəqqətə dözən bir fədai kimi gözlərimizdə ucalırsan. Bu nağıl 
sənin  ülviliyindən,  əsgər  hünərindən,  yurd  amalından  söz  açır.  Bu  torpağın 
sinəsində gəzməyə haqqı olan bir insan kimi kamilliyin, bütöv Ģəxsiyyətin üzə çıxır 
burada.  YoldaĢ  üçün  candan  keçməyə  hardasa  hər  an  hazır  olursan.  DöyüĢlərdə 
qorxu bilməz bir igid kimi əsgərləri düĢmən üstünə səsləyirsən. Hərbi əməliyyatın 
qızğın  çağlarında  ağlın  ilə,  fəhmin  ilə  mühasirə  halqasını  yarmağı  təcrübəli  bir 
sərkərdə duyumu ilə kötür-qoy edib uğurla sona çatdırırsan... 
Təkcə  özünü  qorumağı,  qarĢı  tərəfdən  atılan  güllələrdən  yayınmağı 
unudursan bu nağılda... 
 
EPĠLOQ ƏVƏZĠ 
 
Sizə  təqdim  etdiyimiz  bu  nağılların  qəhrəmanı  Ağayev  Yunis  Babalar 
oğlu 02 iyul 1993-cü il tarixində "GünəĢli" postu uğrunda  gedən qanlı döyüĢlərdə 
Ģəhid  olsa  da  onun  ömür  dastanı  hələ  təzə-təzə  el-obanı  dolaĢır.  Bu  dastanda 
nağıllardakı qəhrəmanlar kimi əfsanələĢir, Mərcanlı torpağında əbədiyyətə qovuĢur 
Yunis... 
 
Bir qəhrəman oğulsan,  
Əfsanəsən, nağılsan.  
Milyon dəfə doğulsan,  
Ellər səni əzizlər, - 
Dillər səni əzizlər. 
 
And yerimiz - məzarın,  
Təmiz ad, qeyrət varın. 
Yurd sevgisi baharın,  
Xatirənə söykənən  
Ġllər əzizlər səni  
Ey, Ģəhid qardaĢımız,  
Hünərindən söz açıb, - 
Ellər əzizlər səni... 
 


48 
 
 
 
 
Ağayev Sərvan Abbas oğlu 
doğulub - 11.07.1972-ci il, 
Cəbrayıl rayonu Əmirvarlı kəndi; 
Ģəhid olub - 29.12.1993-cü il, 
Ağdam rayonu salahlı kəndi 
 
 
 
YURD HƏSRƏTĠ 
 
Ortaboylu, qarayanız  bir oğlan idi  Sərvan. 1972-ci ilin iyul ayının 11-də 
Cəbrayılın Arazboyu kəndlərindən olan Əmirvarlıda dünyaya göz açmıĢdı. MəĢhur 
riyaziyyatçı, akademik ƏĢrəf Hüseynov da bu kənddən idi. Kənd məktəbinin aĢağı 
siniflərində  oxuyanda  məĢhur  həmyerlisi  kimi  elmlərə  dərin  maraq  göstərər, 
müəllimlərinin tapĢırıqlarını həvəslə yerinə yetirərdi. Riyaziyyatı ürəkdən sevərək, 
texniki  biliklərə  yiyələnər,  mütaliəni  xoĢlayardı.  Müəllimləri  bu  dəcəl  oğlanın 
gələcəyinə  böyük  ümidlə  baxırdılar.  Əmirvarlı  kənd  orta  məktəbinin  direktoru 
Nuridə müəllimə bu günlər Sərvanı yana-yana xatırlayıb: 
- Çox qabiliyyətli oğlan idi - deyir, - tale ondan heç nəyini əsirgəməmiĢdi. 
Hər Ģeyi öyrənməyə  çalıĢar, böyüyün-kiçiyin  yolunu  saxlayardı. Heyif ki, namərd 
gülləsi onu tez yaxaladı... 
Sərvan  çox  yaĢaya  bilmədi,  taledən  iyirmi  bir  illik  möhləti,  amanı  oldu. 
Ürəyində  bəslədiyi  qönçə  arzularının  heç  yüzdə  birinə  də  çata  bilmədi.  Ancaq 
torpaqlarımızın azad edilməsi üçün candan keçib ömrün Ģəhidlik zirvəsinə ucaldı. 
Bu  ucalıqsa  hər  yetənə  yox,  yurdunu  ürəkdən  sevən  cəsur  oğullara  qismət  olur. 
Tanrı  dərgahına  qovuĢduğu  günə  kimi  Ağayev  Sərvan  Abbas  oğlu  ağrılı-acılı, 
güneyli-quzeyli bir ömür yolundan ötüb keçmiĢdir... 
Orta məktəbi bitirdikdən sonra oxumağa, təhsilini davam etdirməyə güclü 
meyl göstərsə də ailələrində böyüyən yeddi uĢağın doğurduğu maddi çətinliyə görə 
Ģəhərə gedə bilməmiĢdi Sərvan. Oxumaq qaçmır ha, - deyə özünə təskinlik verib - 
qismət olsa məktəbə kələn il kedərəm, - demiĢdi. Ancaq sonrakı illərdə də təhsilini 
davam etdirə bilmədi. 
O  vaxt  can  verməkdə  olan  imperiyanın  hələ  gücdən  düĢməmiĢ  qara 
caynaqları  Sərvanı  da  bir  çox  azərbaycanlı  balası  kimi  cənkinə  keçirib  yetmiĢ  il 
ərzində  Vətən  deyib  böyüklüyü  ilə  öyündüyümüz  SSRĠ-nin  içərilərinə  dartıb 
apardı.  Sərvan  burda  xidmət  etdiyi  iki  il  ərzində  qırmızı  imperiyanın  "xilaskar 
ordusu"ndakı  milli ayrı-seçkiliyin və xalqımıza qarĢı günbəgün qızıĢdırılan iyrənc 
təbliğatın Ģahidi oldu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə