Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   5   6   7   8   9   10   11   12   ...   126

33 
 
Hacı Qaramanın məzarı – Pir.  
(XIV  –  XV  əsrlər,  Çələbilər 
kəndi).  
 
Sirik  qalası  (V  –  VI  əsrlər, 
Sirik kəndi). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


34 
 
 
Sirik kəndi. Tey dağından bir mənzərə. 
 
 
 
 
 


35 
 
YURDUN  
QALA  
BÜRCLƏRĠ 
 
 
 


36 
 
 
 
 
 
 
 
Abbasov ġakir Hüseyn oğlu 
 
doğulub - 19.03.1955-ci il, 
Cəbrayıl rayonu Qaracallı kəndi; 
Ģəhid olub - 28.12.1993-cü il, 
Ağdam rayonu  Güllücə kəndi 
 
 
QƏHRƏMANTƏK DOĞULMUġDUN... 
 
"Sağlığında  xalqın  sevimlisi  olanlar  öləndə  tarixin  bəzəyinə  çevrilir"- 
ġəhid ġakirin atası Hüseyn Abbasovun dediklərindən... 
Günortaya  yaxın  Bakıxanov  qəsəbəsindəki  texniki-peĢə  məktəbi 
yataqxanasının  qapısı  ağzında  dayanan  minik  maĢınından  hərbi  geyimli  bir  zabit 
düĢüb üstünə  yüyürən körpə balalarını bağrına basdı. Bir az aralıda bənövĢə kimi 
boynunu  bükərək  dayanan  balaca  ġərafəddin  atasını  xatırlayıb  kövrəldi.  Yadına 
düĢdü  ki,  onun  atası,  baĢ  leytenant  ġakir  Abbasov  da  hər  dəfə  cəbhədən  evə 
qayıdanda  illər  ayrısı  kimi  balaları  ġərafəddini,  Cavidi,  Nigarı  bağrına  bacıb 
əzizləyər,  onları  oxĢayardı.  Doxsan  üçüncü  ilin  dekabr  ayından  sonra  balalarının 
yanına  gələ  bilmirdi  ġakir.  UĢaqlar  özləri  babaları  Hüseyn  müəllimin,  nənələri 
Uraynat  xanımın  əllərindən  yapıĢıb  Bakıxanov  qəsəbəsindəki  "ġəhidlər 
Xiyabanı"nda  uyuyan  atalarının  məzarına  baĢ  çəkib,  onun  ruhu  ilə  görüĢməyə 
gəlirdilər... 
Sübh  tezdən  Salahlı-Kəngərli  kəndləri  istiqamətində  hücuma  keçən 
igidlərimiz  qisas  almaq  istəyi  ilə  alıĢıb  yanırdılar.  QarĢı  tərəfdən  atılan  pulemyot 
güllələri  əsgərlərimizə  irəliləməyə  aman  vermirdi.  ġakir  güllə  yağıĢı  altında  sürü-
nüb atəĢ nöqtəsinə yaxınlaĢaraq əlindəki qumbaranı oraya atdı. DüĢmən pulemyotu 
susdurulan kimi əsgərlərimiz bir həmlə ilə düĢməni geri oturtdular. DöyüĢün qızğın 
çağında  ġakir  qolundan  yaralansa  da  "boĢ  Ģeydir"  -  deyib  arxaya  qayıtmadı.  Bir-
dən ermənilərin sağ tərəfdən irəliləyən tankı və PDM-i göründü. DüĢmənin sərrast 
atəĢlə  vurulan  tankı  alovlananda  PDM  geriyə  dönüb  aradan  çıxdı.  Erməni 
quldurları  xeyli  itki  vermiĢdilər  bu  döyüĢdə.  Bizdən  beĢ  nəfər  yaralanan  var  idi. 
Axırıncı  yaralını  maĢına  qoyanda  elə  bil  qəfildən  bir  parça  od  basdılar  ġakirin 
kürəyinə.  Onün  get-gedə  iĢığı  öləziyən  gözlərindən  "haydı  igidlərim,  haydı  irəli, 
düĢmənə  aman  verməyin,  dostlar,  qanımı  yerdə  qoymayın"  ifadələri  oxunmaqda 


37 
 
idi...  Abbasov  ġakir  Qaracallı  kəndindən  idi.  Ġdman  müəllimi  olan  Hüseyn  kiĢi 
rayonumuzun  sayılıb  seçilən  adamlarındandır.  Ġllər  boyu  idmanla  ciddi  məĢğul 
olub,  müxtəlif  səviyyəli  yarıĢlardan  mükafatla  qayıdıb...  Dözümdə,  bacarıqda 
atasına çəkmiĢdi ġakir. O da adlı-sanlı idmançı idi. Əvvəlcə Bakı Bədən Tərbiyəsi 
Texnikumunu,  sonra  isə  ABTĠ-nu  bitirmiĢdi.  Ġdman  müəllimi  kimi  əməlli-baĢlı 
xətir-hörməti vardı rayonda. 
"Dənizdən  dənizə  böyük  Ermənistan"  yaratmaq  xülyası  ilə  yaĢayan 
daĢnaqların  torpaqlarımıza  ilk  həmlələri  baĢlayanda  əliyalın  camaatı  ölüm 
təhlükəsindən  qorumaq  üçün  o  da  Cəbrayılın  qeyrətli  oğullarına  qoĢulub 
özünümüdafiə dəstələrinə gəldi. BaĢsız "baĢçılarımız" elə bil fil qulağında yatmıĢ-
dılar  o  vədə.  Milli  Ordu  yaratmaq  çağırıĢlarını  qulaqardına  vurub,  xalqı  dözümə, 
səbrə çağırırdılar onlar. Belə bir vaxtda ġakir əlinə silah götürüb sərhəd kəndlərini 
düĢmən həmlələrindən qoruyurdu... 
1991-ci  il  dekabr  ayının  23-də  DaĢbaĢı  əməliyyatı  baĢ  leytenant,  rota 
komandiri  ġakir  Abbasova  tapĢırılmıĢdı.  Əsgərlərimiz  güllə  yağıĢı  altında 
irəlilədiksə ətrafda mərmilər partlayırdı. "haydı, igidlərim, haydı" deyərək əsgərləri 
ruhlandıran  komandir  dəstənin  önündə  kedirdi.  Erməniləri  qaçmağa  məcbur  edib 
ələ keçirdikləri xeyli döyüĢ sursatı ilə geri qayıdan əsgərlərimizin sevincinin həddi-
hüdudu yox idi. Rotanın igidləri döyüĢü itkisiz baĢa vurmuĢdular onda... 
XanıĢ  Mehdiyevin  (kiçik  leytenant)  söhbətindən:  ġakir  kimi  igid  oğulun 
ölümü  hələ  də  yandırır  məni.  ġiĢqaya,  Sur,  ġayaq,  Göy  Kədik  döyüĢlərində  o, 
özünü  əsl  komandir  kimi  göstərmiĢdi.  "Göy  Kədik"  əməliyyatının  baĢlanğıcında 
qrantamyotla  düĢmənin  pulemyotunu  susdurmuĢdu  ġakir.  DüĢmənin  mövqeyi  ələ 
keçiriləndə gördük ki, rota komandirinin sərrast atəĢi ilə xeyli erməni qulduru yerə 
sərilib.  Həmin  uğurlu  döyüĢdən  sonra  hissə  komandiri  ġakirə  bir  radioqəbuledici 
bağıĢladı. O, radionu rotanın qərargahına qoyub: 
-  Bu  mükafat  əsgərlərə  çatasıdır,  -  dedi.  -  Əsərsiz  komandir  nə  edə  bilər 
ki... 
Rafiq Məmmədovun (kiçik leytenant) qeydləri: 
ġakirlə  birlikdə  Sur, QıĢlaq, QuĢçular,  ġayaq, Məzrə,  ġiĢqaya, Qızılqaya 
istiqamətində gedən döyüĢlərdə iĢtirak etmiĢəm. Köhnə Tağlar ətrafındakı döyüĢdə 
batalyon komandiri kimi öz hərbi ustalığını göstərən bu igid zabit: - Əsgər Vətəni 
qorumalı,  lazım  gələndə  canından  keçməyi  bacarmalıdır,  -  deyib  əsgərlərimizi 
düĢmən üstünə aparmıĢdı... 
A. Rəhimovun (Sirik kənd sakini) dedikləri: 
BaĢ  leytenant  ġakir  Abbasov  il  yarım  ərzində  Sirik  və  ətraf  kəndlərin 
müdafiəsi üçün özünü oda-gözə vurmuĢdu. UĢaq da, ahıl da ona arxayın idi. Hamı 
bilirdi ki, ġakir ölər, ancaq düĢməni yaxın buraxmaz. El-oba qeyrəti çəkən bir oğul 
idi ġakir. Heyf ki, tez getdi aramızdan... 
DöyüĢçü  dostları  Məhəmməd  Əhmədov,  Yalçın  Bəbirov,  Natiq  Səfərov, 
Arzu  Ġbrahimov,  Ġlqar  Mustafayev...  indinin  özündə  də  ürək  dolusu  danıĢırlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə