Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   2   3   4   5   6   7   8   9   ...   126

13 
 
DAĞLAR... 
DAĞ KĠMĠ  
ĠNSANLAR! 
 
 
Cəbrayıl  rayonu  kiçik  Qafqaz  dağlarının  cənubi  Ģərqində  yerləĢir,  cənub 
tərəfdən  Ġran  Ġslam  Respublikası,  cənubi  qərbdən  Zəngilan,  qərbdən  Qubadlı, 
Ģimaldan  Xocavənd,  Ģərqdən  isə  Füzuli  rayonları  ilə  həmsərhəddir.  Rayonun 
ərazisi  1050  kv.  km  və  yaxud  105  min  hektardır.  Ərazinin  58676  hektarı  kənd 
təsərrüfatına,  o  cümlədən  19175  hektarı  əkinə  yararlıdı.  Əhalinin  sayı  rayon  iĢğal 
olunanadək  52604,  hazırda  isə  (1998-ci  il)  54430  nəfərdir.  Rayon  1  Ģəhər  və  90 
kəndi əhatə edirdi. 
Cəbrayıl  torpağı  ən  qədim  geoloji  dövrün  məhsuludur.  Burada  qədim 
insanların  yaĢamaları  üçün  əlveriĢli  Ģərait  olmuĢ,  münbit  torpaq  təbii  sərvətlər 
insanları özünə cəlb etmiĢdir. 
Yeraltı  və  yerüstü  sərvətlərlə  zəngin  olan  bu  diyar  maddi  və  mədəni 
abidələrlə  də  məĢhurdur.    Dağ  Tumas  kəndi  yaxınlığındakı  "Divlər  sarayı" 
mağarası  əhəng  dövrünə  aid  edilir.  O,  Azığ  mağarası  tipindədir.  Qalacıq  kəndi 
yaxınlığındakı  "Məscid  təpəsi",  Mahmudlu  kəndi  yaxınlığındakı  "Canqulu"  və 
"Qumtəpə"  kurqanları  tunc  dövrünün  yadigarlarıdır.  Tatar  kəndi  yaxınlığındakı 
siklop tikintisi, ġıxlar kəndi yaxınlığında "ġəhərcik", "QıĢlaq yeri", "Mazan nənə", 
"Mərmər nənə", "Ağ oğlan", "Tumas ata"   qədim arxeoloji abidələrdir. 
Rayonun  ərazisi  baĢdan-baĢa  memarlıq  abidələri  ilə  zəngindir.  Xubyarlı 
kəndindəki  səkkizguĢəli  türbə,  dairəvi  türbə,  ġıxlar  kəndindəki  dairəvi  türbə,  Dağ 
Tumas  kəndindəki  "BaĢı  kəsik"  gümbəz,  Sirik  kəndindəki  "Qala",  Diri  dağındakı 
"Qız qalası", məĢhur Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, 
rayon mərkəzindəki soltan Məsid hamamı dediklərimizə əyani sübutdur. 
Burada  epiqrafik  abidələr  də  az  deyil.  Ağ  oğlan  pirindəki  daĢ  kitabələri 
xüsusi  ilə  qeyd  etmək  olar.  Ümumiyyətlə,  rayonun  ərazisində  127  maddi  və 
mədəniyyət abidələri, o cümlədən 5 məscid var idi. 
Rayonun  ərazisi  əsasən  dağlıqdır.  Araz  çayı  boyunca  əkinə  yararlı  xeyli 
torpaqlar vardır. Ərazi Ģimala doğru getdiksə kolluq və meĢəliklərlə əhatə olunur. 
Rayonun  ərazisində  sement  istehsalı  üçün  qiymətli  xammal  sayılan  küllü 
miqdarda  vulkan  külü  yataqları,  mərmər  və  baĢqa  tikinti  materialları  ehtiyatları, 
dəmir filizi, hətta, neft yataqlarının olduğu da məlumdur. 
Əhali  iĢğaldan  əvvəl,  əsasən,  üzümçülük,  heyvandarlıq,  taxılçılıq, 
baramaçılıqla  məĢğul  idi.  Orta  hesabla  hər  il  55-60  min  ton  üzüm  istehsal 
olunurdu.  Rayonda  tikiĢ,  xalça,  cihazqayırma  sexləri,  ümumiyyətlə,  8  sənaye 
obyekti mövcud idi. 


14 
 
Cəbrayıl  aĢıqların  ulu  babacı  sayılan  AĢıq  Qurbaninin,  AĢıq  Pərinin, 
Mücrüm  Kərimin,  AĢıq  Humayın  vətənidir.  Elm,  mədəniyyət  bu  yerlərdə  həmiĢə 
inkiĢaf edib. ĠĢğaldan əvvəl rayonda 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət 
evi, 32 klub, 10  mədəni çadır və avtoklub, 78  kitabxana, 23 daimi, 4  səyyar  kino 
qurğusu fəaliyyət göstərirdi. Rayon tarix-diyarĢünaslıq muzeyində 20 min eksponat 
vardı.  Rayon  zəhmətkeĢlərinə  210  çarpayılıq  mərkəzi  xəstəxana,  Mərcanlı 
kəndində  60  çarpayılıq,  Karxulu  kəndində  50  çarpayılıq  rayonlararası  vərəm 
dispanseri,  Mahmudlu  və  Soltanlı  kəndlərinin  hər  birində  30  çarpayılıq,  Dağ 
Tumas,  Quysaq,  Balyand  kəndlərinin  hər  birində  25  çarpayılıq  xəstəxana,  11 
həkim  məntəqəsi,  52  feldĢer-mama  məntəqəsi  əhaliyə  xidmət  göstərirdi.  Həmin 
müəssisələrdə 92 həkim, 432 orta ixtisaslı tibb iĢçisi, 301 texniki iĢçi çalıĢırdı. 
YetiĢməkdə olan nəslin təlim-tərbiyəsinə xüsusi diqqət yetirilirdi. Belə ki, 
72 ümumtəhsil məktəbində 11846 Ģagirdin təlim-tərbiyəsi ilə 1600 müəllim məĢğul 
olurdu. 
Rayon  güclü  kadr  potensialı,  yüksək  intellektə  malik  ziyalıları,  görkəmli 
alimləri  ilə  respublikamızda  özünə  ad-san  çıxartmıĢdır.  Belə  ki,  keçmiĢ  SSRĠ 
Pedaqoji  Elmlər  Akademiyasının  akademiki  Mehdi  Mehdizadənin,  Azərbaycan 
Elmlər  Akademiyasının  akademiki  ƏĢrəf  Hüseynovun,  pedaqokika  və  riyaziyyat 
elmlərinin  inkiĢafında,  elmi  kadrların  hazırlanmasında  əvəzsiz  xidmətləri 
olmuĢdur. 
TanınmıĢ  yazıçı  və  Ģairlərdən  xalq  yazıçısı  Sabir  Əhmədlinin,  Sərdar 
Əsədin, Sabir Süleymanovun, Oruc Qüdrətovun, Yasif  Nəsirlinin, Vaqif  Bayatlı 
Önərin, Ġsmayıl Ġmanzadənin və baĢqalarının qələmlərindən çıxan əsərlər maraqla 
qarĢılanmıĢdır. 
Alimlərimizdən  Tofiq  Hacıyevin,  Qəzənfər  Kazımovun,  Hüseyn  Hü-
seynovun,  Rafiq  Mehdiyevin,  Fazil  Abbasovun,  Aydın  Əsgərovun,  Kamil 
Vəliyevin,  Nailə  Verdizadənin,  Oqtay  Vəliyevin,  Məhəbbət  Nəcəfovun,  Çingiz 
Quliyevin,  Dərgah  Qüdrətovun,  Ġsmayıl  Məmmədovun,  Cəbrayıl  Məmmədovun, 
Cəfər  Süleymanovun,  Asif  Həsənovun,  Telman  Hüseynovun,  Aydın  ġirinovun, 
Nadir  Ġsmayılovun,  Əhliman  Həmidovun,  Novruz  Quliyevin,  BəĢir  Mirzəyevin, 
Bəkir  Quliyevin,  Aslan  ġahverdiyevin,  Hamlet  Quliyevin,  Nailə  Hacıyevanın 
adları elm aləmində tanınmıĢdır. 
Cəbrayıl  rayonu  respublikada  təhsil  sahəsində  əldə  etdiyi  nailiyyətlərlə, 
yüksək  pedaqoji  ustalığa  malik  savadlı  müəllimləri  ilə  də  fərqlənirdi.  Mərhum 
RəĢid  Məmmədov,  Bəhlul  Həsənov,  Əli  Əlizadə,  Ġslam  Məmmədov  və  Hüseyn 
Əliyev kimi əməkdar müəllimləri ilə Cəbrayıllılar həmiĢə fəxr edirlər. 
Halal  əmək  cəbrayıllıların  həyət  tərzidir.  Əmək  qəhrəmanları  Bəyaz 
Həsənovanın, ġahnaz Əhmədovanın, Məhəmməd Əhmədovun, Köçəri Babayevin, 
Yusif  Fərzəliyevin,  Qaçay  Səfərovun,  habelə  ikinci  dünya  müharibəsində  sovet 
Ġttifaqı  Qəhrəmanı  kimi  yüksək  ada  layiq  görülən  19  yaĢlı  Cəmil  Əhmədovun 
adları təkcə Cəbrayılda deyil, onun hüdudlarından çox-çox uzaqlarda məĢhur idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə