Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   2   3   4   5   6   7   8   9   ...   126

11 
 
hakimiyyəti altına almağa çalıĢırdı. Bu zaman Ġran hökmdarı Ağa Məhəmməd Ģah 
Qacar Rusiyanın bu niyyətinə qarĢı çıxdı. 
Hələ  1802-ci  ildə  Rusiyanın  Qarabağa  yeritdiyi  qoĢunun  bir  hissəsinin 
qərargahı  Çərəkənçayın  (Füzuli  rayonu)  sahilində,  ön  dəstələri  Qarqabazar-
DaĢkəsən-Cəbrayıl-Soltanlı-Xudafərin istiqamətində yerləĢdirilmiĢdi. Diri dağında 
müĢahidə  məntəqəsi  yaradılmıĢ,  Cəbrayıl  və  Yarəhmədli  kəndləri  arasındakı 
təpəlikdə  hərbi  Ģəhərcik  salınmıĢdı.  Bu  zaman  bütün  Qarabağda  olduğu  kimi 
Cəbrayılda da bəziləri Ġrana, bəziləri də Rusiyaya meyl edirdi. 
Rusiya-Ġran  müharibələrinin  gediĢi  dövründə  Ġran  ordusu  kiçik  həmlələr 
istisna  olmaqla  doqquz  dəfə  Xudafərin  körpüləri,  üç  dəfə  Soltanlı-MaĢanlı-
Alıkeyxalı, üç dəfə də Maralyan istiqamətində  Arazı keçib Cəbrayıl ərazilərindən 
Qarabağa girmiĢ, irimiqyaslı hərbi əməliyyatlar aparmıĢdılar. Ona körə də Cəbrayıl 
əraziləri əsas qanlı döyüĢ meydanlarından birinə çevrilmiĢdi. 
1828-ci  ildə  Türkmənçay  sülh  müqaviləsinə  əsasən  sərhəd  xəttini 
müəyyən  etmək  üçün  Xudafərin  körpülərinin  yaxınlığında  rus  komandanlığının 
nümayəndələri  ilə  Abbas  Mirzə  arasında  görüĢ  oldu.  Bu  körüĢdə  müəyyən  edildi 
ki,  Qarabağla  Ġran  arasında  keçid  ancaq  Xudafərin  körpüsü  olacaq.  Çar  hökuməti 
ölkənin ayrı-ayrı əyalətləri arasında əlaqələr yaratmaq pərdəsi altında 1822-ci ildə 
Qarabağ xanlığını ləğv edib əyalətə çevirdi. Qarabağ əyaləti ġəki, ġirvan və TalıĢ 
əyalətləri  ilə  birlikdə  mərkəzi  ġuĢada  yerləĢən  müsəlman  əyalətləri  rəisinə  tabe 
edildi.  Əyaləti  Qafqaz  baĢ  komandanı  tərəfindən  təyin  olunan  rus  zabiti-
komendantı idarə edirdi. Qarabağ əyalətinin keçmiĢdəki kimi mahallara bölünməsi 
saxlandı. 
Rus  hərbçiləri  də  çox  haqsızlıqlara  yol  verirdilər.  Onlar  1804-1813-cü 
illərin  hərbi  əməliyyatlarında  fəal  iĢtirak  etmiĢ  Cəbrayıllı  tayfasının  baĢçısı 
Səfərqulu ağanı 1822-ci ildə ailəsi ilə birlikdə Simbirsk Ģəhərinə sürgün etdilər ki, 
bu  da  yerli  əhalinin  böyük  narazılığına  səbəb  oldu.  1824-cü  ildə  Səfərqulu  ağa 
keçmiĢ  xidmətləri  nəzərə  alınaraq  Peterburqa  göndərildi,  ona  general-mayor 
rütbəsi  verildi.  Çar  hökuməti  gələcəkdə  yerli  bəylərdən  özünə  dayaq  yaratmaq 
məqsədilə Cəfərqulu xanın oğlanlarını hərbi qulluğa götürdü. 
19-cu əsrin 30-40-cı illərində Cəbrayıl ərazilərində dənli bitkilər əkini və 
heyvandarlıq  inkiĢaf  edirdi.  Türkmənçay  sülhünə  baxmayaraq  Ġranla  sərhəd 
bağlanmamıĢdı.  Ticarətdə  canlanma  nəzərə  çarpırdı.  Ġsfahandan  pambıq,  ipək, 
parça,  çadra,  istiot,  sarıkök,  Ġran  qəndi,  Təbrizdən  bez,  qanovuz,  portağal,  parça, 
saqqız  və  s.  kətirilirdi.  Xudafərin  körpüləri  vasitəsilə  Ġrana  ġəkidən  silah, 
Gəncədən  meyvə,  Cəbrayıldan  xalça  məmulatı  aparılırdı.  Xarici  ticarətə  nəzarət 
etmək  üçün  hələ  əvvəllərdə  Xudafərində  fəaliyyət  göstərən  gömrükxana  yenidən 
təĢkil edilərək 1831-ci ildə Cəbrayıl gömrük kontoruna çevrildi. 
1841-ci  ildə  Qarabağ  əyaləti,  o  cümlədən,  Cəbrayıl  ərazisi  mərkəzi 
ġamaxı  Ģəhəri  olan  Xəzər  vilayətinin,  1846-cı  ildə  isə  yeni  yaradılan  ġuĢa 
qəzasının tabeliyinə verildi. 1873-cü ildə Cəbrayıl və ona qonĢu olan ərazilər ġuĢa 


12 
 
qəzasının  tabeliyindən  çıxarılıb  Yelizavetpol  (Gəncə)  quberniyasının  tərkibində 
müstəqil  Cəbrayıl  qəzası  təĢkil  edildi.  ġuĢa  qəzasının  ərazisi  böyük  olduğundan 
qəza idarələri yerlərlə, xüsusilə Cəbrayılın Arazboyu məntəqələri ilə əlaqə saxlaya 
bilmirdi.  Cəbrayıl kəndi strateji cəhətdən çox  mühüm  yerdə olduğundan rus hərbi 
qarnizonu hələ 1802-ci ildə burada hərbi Ģəhərcik salmıĢdı. 
Cəbrayıl qəzasının sahəsi 66,3 min kv. km, əhalisi 66,360 min idi (1897-ci 
il).  Qəza  indiki  Cəbrayıl,  Füzuli,  Hadrut  rayonlarını,  Qubadlı  rayonunun  Xanlıq 
kəndindən Araza və oradan da Zəngilan rayonunun Bartaz kəndinə qədər əraziləri 
əhatə  edirdi.  Qəzanı  Yelizavetpol    qubernatoru  tərəfindən  tə'yin    edilmiĢ  rəis-rus  
zabiti  idarə edirdi. 
Qəza  Cəbrayıl,  Horadiz  və  Bəhmənli  polis  məntəqələrinə  bölünmüĢdü. 
sonralar Bartaz kəndləri olan zonalarda da dairələr təĢkil edildi. Polis məntəqələrini 
qəza rəisinin təyin etdiyi pristavlar, kəndləri isə yüzbaĢılar, kəndxudalar və bəylər 
idarə edirdilər. 1887-ci ildə Cəbrayıl-Ağdam poçt yolu salındı. 
Cəbrayıl əraziləri vasitəsilə karvan yolları hələ qədim zamanlardan var idi. 
18-ci  əsrdə  ġamaxı-Cavad-Xudafərin,  Ġran-Böyük  Maralyan-Cəbrayıl,  Böyük 
Maralyan-MeĢkin-Dori-Təbriz  və  Xudafərin-Böyük  Maralyan-Cəbrayıl  karvan 
yolları  fəaliyyət  göstərirdi.  19-cu  əsrdə  isə  əsas  karvan  yolları  ġuĢa-Ağdam-
Qarabulaq-Cəbrayıl  yolu  idi.  Təbriz-Cəbrayıl  karvan  yolu  daha  iĢlək  idi.  Ġranla 
Qarabağ  arasında  digər  bir  karvan  yolu  da  Böyük  Maralyan  kəndindən  keçir  və 
Cəbrayıla yollanırdı. 
1905-si ildə Kürəkçay  saziĢinin 100 illiyi ilə əlaqədar olaraq çar fərmanı 
ilə  Qarabulaq  kəndinin  adı  dəyiĢdirilərək  ona  rus-Ġran  müharibəsinin  fəal 
iĢtirakçısı,  rus  polkovniki  Qaryaginin  adı  verildi.  Qəzanın  mərkəzi  Cəbrayıldan 
Qaryaginə köçürüldü, qəza Qaryagin qəzası adlandırıldı. 
1918-ci  il  mayın  28-də  Gəncədə  Azərbaycan  Milli  ġurası  Demokratik 
Respublikası yaradılmasını elan etdi. Bu yeni quruluĢ bütün islam aləmində xalqın 
ilk  respublika  üsul  idarəsinə  qədəm  qoyan,  Azərbaycan  Rusiyadan  və  baĢqa 
ölkələrdən asılı olmayan müstəqil hakimiyyəti idi. 
Cəbrayıllılar  Azərbaycan  Respublikasının  yaradılması  xəbərini  böyük 
sevinclə  qarĢıladılar.  Müsavatçılar  Balyand,  süleymanlı,  soltanlı,  Cəbrayıl  və  s. 
kəndlərdə  iclaslar  keçirib  yeni  hökumətin  məqsəd  və  vəzifələrini  xalqa  izah 
edirdilər.  Gənclərdən  bir  çoxu  Azərbaycan  Demokratik  Respublikasının  yeni 
yaratmağa baĢladığı milli orduda könüllü xidmətə getməyə baĢladılar. 1918-ci ilin 
dekabrında  Azərbaycan  Demokratik  hökumətinin  qərarı  ilə  çarizm  müstəmləkə 
siyasətinin  rəmzi  olan  Qaryagin  qəzasının  adı  dəyiĢdirilib  əvvəlki  kimi  yenə  də 
Cəbrayıl  qəzası,  Qaryagin  kəndinin  adı  Qarabulaq  adlandırıldı.  1918-ci  ildə 
Cəbrayıl  qəzası  12  Azərbaycan  türkü  icmasından,  3  erməni  icmasından  (indiki 
mənada  kənd  sovetindən)  ibarət  idi.  Cəbrayıl  qəzası  1929-cu  ildə  ləğv  edildi  və 
1930-cu ildə qəzanın altıda bir hissəsində Cəbrayıl rayonu təĢkil edildi. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə