Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   10   11   12   13   14   15   16   17   ...   126

49 
 
O,  ömrünün  iki  ilinin  hədər  yerə  sərf  olunmasına  heyfsilənə-heyfsilənə 
geriyə  dönərkən  doğma  yurd  yerlərini  od  içində  gördü.  Bir  vaxtlar  ulu  çinarı  ilə, 
büllur  kəhrizi  ilə  öyündüyü  Cəbrayılda  evlərin  düĢmənin  atdığı  "qrad"larla  yanıb 
qaraldığını  görəndə  qəzəbdən  özünə  yer  tapa  bilmədi.  DüĢmən  mərmilərinin 
yalquzaq  ulartısının  artıq  Arazboyu  obalara  da  gəlib  çatdığı  bir  gündə  -  1993-cü 
ilin  əvvəllərində  könüllü  olaraq  gedib  qoĢuldu  Cəbrayıldakı  "N"  hərbi  hissəsində 
döyüĢən igidlərin cərkəsinə. 
Bir  müddət  Sirik  batalyonunun  əsgərləri  ilə  birlikdə  rayonun  dağ 
kəndlərini  düĢmən  həmlələrindən  qorudu.  1993-cü  ilin  avqust  ayının  23-də  Vətən 
torpağını hərraca qoyub milyardlar qazanan qeyrətsizlərin əli ilə Cəbrayıl Ģəhəri və 
rayonun  dağ  kəndləri  düĢmənə  təhvil  veriləndə  Sərvanın  da  ürəyi  göyüm-göyüm 
göynədi.  Torpaq  təəssübü  çəkən  igid  əsgər  yoldaĢları  ilə  birlikdə  rayonun 
Arazboyunda  yerləĢən  torpaqlarını  qoruyub  saxlamaq  üçün  düĢmənlə  ölüm-dirim 
savaĢına çıxsalar da burdakı təsərrüfatların, idarə və  müəssisələrin əmlakını satıb-
sovanların  və  qeyrətsiz  komandirlərin  gizli  əməlləri  nətisəsində  erməni  quldurları 
1993-cü il oktyabr ayının 24-də dinc əhalini Araz çayına tökdülər... 
Cəbrayıl  rayonunun  iĢğalından  sonra  düĢməndən  qisas  almaq  eĢqi  ilə 
alıĢıb-yanan  Vətən  oğulları  Gəncə  yaxınlığındakı  hərbi  düĢərgəyə  toplandılar. 
Cəbrayıl  "N"  hərbi  hissəsi  yenidən  təĢkil  olundu,  onun  qorxaq  və  dəyanətsiz 
komandirləri  ordudan  uzaqlaĢdırıldı.  Bir  neçə  həftəlik  hərbi  təlimdən  sonra 
Sərvangilin  batalyonu  Ağdam  torpaqları  uğrunda  döyüĢə  baĢladı.  Sərvan  istəyirdi 
ki,  tezliklə  düĢmənə  amansız  zərbə  endirilsin  və  bütün  yurd  yerlərimizlə  yanaĢı, 
özünün doğulduğu Əmirvarlı kəndi də  yağıların caynağından azad edilsin. Elə bu 
arzu ilə, bu ümidlə də döyüĢürdü Sərvan. 1993-cü il dekabr ayının 29-da Ağdamın 
Salahlı  kəndi  uğrunda  gedən  qanlı  savaĢda  Ģəhid  olmasaydı,  istəyinə  çatacaqdı, 
ölüm aman vermədi ona... 
Dərd  gələndə  batmanla  kəlir,  -  deyiblər.  Abbas  kiĢinin  ailə  üzvlərinin 
Cəbrayılın  Əmirvarlı  kəndindən  Minkəçevirə  pənah  gətirdiyi  gündən  heç  bir  ay 
keçməmiĢdi ki, oğlu Sərvanın Ģəhid olmaq xəbəri yetiĢdi onlara. Oğul dağı görən 
Abbas kiĢinin bircə anın içərisində qəddi büküldü, nə edəcəyini bilmədi Tavad ana. 
Belə ağır bir gündə Minkəçevirin qeyrətli adamları kömək əllərini uzatdılar onlara. 
ġəhid  Sərvan  böyük  ehtiyatla  Ģəhərin  "ġəhidlər  Xiyabanı"nda  dəfn  edildi.  ġəhər 
rəhbərliyi,  el  ağsaqqalı  ġirin  kiĢi,  xeyirxah  adamlar  qoymadılar  bu  ailəni 
təklənməyə... 
Ġndi  o  hüznlü  günlərdən  xeyli  keçsə  də  Tavad  ana,  Sərvanın  qardaĢ-
bacıları  hələ  də  ovuna  bilmirlər.  Sərvanın  gözləri  yol  çəkən  ağbirçək  anası 
arzulayır  ki,  torpaqlarımız  tezliklə  azad  olunsun.  ġəhid  Sərvanın  nigaran  ruhu 
sakitcə uyusun deyə, Tavad ana istəyir ki, doğma Əmirvarlı kəndinin torpağından 
bir  ovuc  oğlunun  Minkəçevirdəki  məzarı  üstünə  səpsin.  Ancaq  ananın  uzalı  əlləri 
doğma torpaqlara çatmır hələ. Bu torpaqların tezliklə azad ediləcəyinə  Abbas kiĢi 
də,  onun  ailə  üzvləri  də  ürəkdən  inanırlar.  Ġndi  Ģəhid  Sərvanın  özündən  kiçik 


50 
 
qardaĢı  Mübariz  də  igid  əsgərlərimizin  cərgəsindədir.  Mübariz  deyir  ki,  Allah 
qoysa  qardaĢım  Sərvanın  və  onun  Ģəhid  dostlarının  qisasını  alıb  geriyə  qələbə  ilə 
qayıdacağam.  Biz  özümüz  də  o  müqəddəs  günü  intizarla  gözləyir  və  inanırıq  ki, 
igid oğullarımızın hünəri sayəsində tezliklə geriyə dönüb ata ocağımızın iĢığını gur 
yandıracağıq... 
 
 
 
 
 
 
 
 
Allahverdiyev Yusif Zeynalabdin oğlu 
doğulub - 06.08.1968-ci il, 
Cəbrayıl rayonu Söyüdlü kəndi; 
Ģəhid olub - 12.05.1994-cü il, 
Tərtər rayonu 
 
 
 
ELVĠN ġƏHĠD BALASIDIR 
 
Heyf  Yusif  kimi  oğullarımızdan.  Həyat  belələrini  Vətən  qeyrəti 
çəkməkdən ötrü yaradır. 
Anası  ölmüĢ  nə  yaĢadı  ki...  Barı  dünyaya  kələn  Elvin  balasının  üzünə 
doyunca da baxa bilmədi. 
Deyirlər  o  gün  yaralı  Ģir  kimi  döyüĢürmüĢ  Yusif.  DüĢmən  Tərtərin 
Qaraqoyunlu kəndi ətrafında ağır texnikanın köməyi ilə igidlərimizi sıxıĢdıranda o 
qrantamyotla bir düĢmən tankının külünü göyə sovurub. 
O  qanlı döyüĢdə  baĢından, boğazından və  axırda  da  sinəsindən ağır  yara 
alıb. Tabutunu gətirən əsgərlər danıĢırdılar ki, sonuncu nəfəsinə kimi ayağını geri 
qoymayıb  Yusif.  Ölməzdən  qabaq  bir  neçə  erməni  quldurunu  cəhənnəmə 
göndərməklə özü öz qisasını alıb. 
Rəhmətlik  bizim  Cəbrayılda  da  cəsarətlə  vuruĢurdu.  Rayonun  dağlıq 
ərazisinin iĢğalı zamanı düĢmənin üç yaraqlısını məhv etmiĢdi. 
Deyirlər  1993  avqustun  29-da  əmisi  Məhəmmədəlini  düĢmənlər 
öldürəndən  sonra  and  içmiĢdi  ki,  dığalara  aman  verməyəcək.  KiĢi  kimi  axıracan 
sözünün üstündə durdu... 
Söyüdlü  Cəbrayılın  kiçik  dağ  kəndlərindəndir.  Tumas  dağının  quzey 
üzündə,  yaĢıl  dərələrin  boğazında  yerləĢir  bu  kənd.  Buz  kimi  soyuq  bulaq  suyu, 


51 
 
yaĢıl meĢələri, yalçın qayaları var Söyüdlünün. AĢıq Abdullayla onun ailə ocağını 
Ģöhrətləndirən  tanınmıĢ  xanəndə  Zahid  Quliyevlə  fəxr  eləyir  bu  kəndin  adamları. 
Ġnnən  belə  Söyüdlünün  Ģəhid  oğlu  Yusifin  adı  da  yaĢayacaq  onların  qan 
yaddaĢında... 
Allahverdiyev  Yusif  altmıĢ  səkkizinci  ilin  uĢağı  idi.  Zeynalabdin  kiĢinin 
səkkiz  övladı  arasında  onun  öz  xətiri,  öz  yeri  var  idi.  Orta  məktəbi  qurtardıqdan 
sonra  oxuyub  sürücü  olmuĢdu.  Əli  çörəyə  təzə-təzə  çatan  vaxtlarda  Odessa 
Ģəhərinə  əsgəri  xidmətə  göndərmiĢdilər  onu.  Vətənə  qayıdan  kimi  Sumqayıtdakı 
elektrik  Ģəbəkəsi  idarəsində  düz  üç  il  sürücü  iĢləyib  ailəyə  əl  tutmuĢdu.  Ürəyi 
təmiz, istiqanlı bir oğlan idi Yusif. Ata-anasının, bacı-qardaĢlarının and yeri, ömür-
gün yoldaĢı Arifənin ümidi, dayağı idi o. Doğma torpaqlarımızın baĢı üstünü ölüm 
təhlükəsi alanda Yusif dinc peĢəsi ilə vidalaĢıb el-obamızın  müdafiəsinə  yollandı. 
Bir  müddət  Qazanzəmi,  Söyüdlü  cavanları  ilə  birlikdə  Tumas  atanın  qala  misallı 
qayalarının arxasına sığınıb yurda keĢik çəkdi. Ermənilərin azğınlaĢdığını görəndə 
kiĢi  qeyrəti  ilə  onların  qarĢısına  çıxdı.  Rayonun  dağətəyi  torpaqları  satqınların 
xəyanəti  nətisəsində  düĢmən  əlinə  keçəndə  Araza  tərəf  çəkilib  polis  iĢçisi  olan 
qardaĢı  Bayramla,  Cəbrayılın  yurd  qeyrəti  çəkən  igid  oğulları  ilə  bir  sırada 
dayandı... 
Cəbrayılın  Xudafərin  soraqlı  yurd  yerləri  də  düĢmən  tapdağı  altında 
qalandan  sonra  Yusif  Sumqayıta  pənah  gətirən  doğmaları  ilə  görüĢüb  onları 
ovundurmağa çalıĢdı. On beĢ gün qabaq burda dünyaya göz açan körpə Elvinin süd 
qoxulu dodaqlarından öpüb, yenidən cəbhəyə yollandı Yusif... 
Ġstəkli  balasının  ölümündən  sonra  ağlamaqdan  gözlərinə  zülmət  çökən 
Fatma  ana  deyir  ki,  nə  illah  elədimsə  Yusifi  yolundan  saxlaya  bilmədim  onda. 
Dedim, oğul qurban olum, onsuz da Bayramdan ötrü əlim ürəyimin baĢında qalıb. 
Vətən qeyrəti çəkmək təkcə sənin payına düĢməyib ha. Onsuz da əmin Məhəmmə-
dəlinin  ölümü  atanın  belini  ikiqat  edib.  Qal,  külfətini,  əlsiz-ayaqsız  ata-ananı 
dolandır.  Qoy,  indi  də  gəlib  baĢqaları  vuruĢsunlar.  Ġynə  atsan  yerə  düĢməz 
alverçinin əlindən Sumqayıtda. Məgər bu Vətən onların da deyilmi? Nə isə... Çox 
yalvarıb-yaxardım,  inadından  döndərə  bilmədim  Yusifi.  Yola  düĢməzdən  qabaq 
üz-gözümdən öpüb könlümü aldı: 
- Ay ana, - dedi, - yadında saxla ki, oğrunun, cibgirin Vətəni olmur. Vətən 
kasıbların,  halallıqla  çörək  yeyənlərindir.  Ona  görə  də  onu  mənim  kimi  kasıb 
balaları qorumalıdır... 
Doxsan  dördün  may  ayının  əvvəllərində  erməni  quldurları,  Tərtər 
bölgəsini ələ keçirmək üçün hücuma keçdilər. Ġgid oğullarımız o qanlı döyüĢlərdə 
düĢmənin gözünün odunu alıb onları geriyə sıxıĢdırdılar. Qeyrətli oğullarımıza Ģan-
Ģöhrət  qazandırsa  da  ölümsüz-qansız  keçmədi  bu  döyüĢlər.  Tərtərdə  dünyasını 
dəyiĢənlərdən  biri  də  Yusif  oldu.  Onu  Sumqayıtın  "ġəhidlər  xiyabanı"nda  dəfn 
etdilər... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə