Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   6   7   8   9   10   11   12   13   ...   126

38 
 
ġakirdən.  Deyirlər  ki,  ucaboy,  enli-kürək,  pəhləvan  cüssəli  bir  komandir  idi  o. 
Əsgərlərə qarĢı tələbkar olsa da, onların üstündə yarpaq kimi əsir, hər iĢdə obyektiv 
olmağa çalıĢırdı... 
1993-cü  ilin  avqust  ayında  Bakı  Ģəhərinə  müalicəyə  göndərmiĢdilər 
ġakiri.  Ayağında  aparılan  ağır  cərrahiyə  əməliyyatı  onu  xeyli  müddət  yataqdan 
qalxmağa  qoymadı.  Cəbrayılın  və  onun  ətraf  kəndlərinin  iĢğal  olunması  xəbərini 
eĢidəndə yarası tam sağalmasa da hərbi xəstəxanadan çıxıb cəbhəyə yollandı. Tale 
onu Ağdam torpağında axırıncı sınağa çəkdi... 
Hüseyn  müəllimi,  Uraynat  xanımı  necə  ovunduraq,  ġakirin  sevimli 
qardaĢı  Asifə,  bacıları  -  Səfurə,  Tovuz,  Tahirə,  PəriĢan,  GülĢən,  Tehranə  və 
Nərgizə, əmisi QəĢəm müəllimə necə təsəlli verək?! ġakirsiz olan Xalidə xanıma, 
nisgilli gözləri yollara dikilən ġərafəddinə, Cavidə, Nigara nə deyək ki, dərdlərini 
unutsunlar.  Belə  yerdə  söz  də,  qələm  də  acizdi,  vallah.  YaxĢı  bilirik  ki,  ġakirin 
ölümü biz Cəbrayıllılar üçün böyük itkidir. O, bizə hələ bundan belə çox-çox lazım 
idi.  Bundan  sonra  hara  getsək  ürəyimiz  göynəyə-göynəyə  ġakirdən  söz  açacağıq. 
Harada  olsaq  ġakirlə  bağlı  nisgilimiz  Ģer  kövrəkliyinə  söykənəcək.  Ġnnən  belə 
ġakirin varlığını dilimizin ucundan qopan misralarda axtaracağıq: 
 
 
Neçə dəfə oda düĢdün,  
Qayalardan yoğrulmuĢdun,  
Qəhrəmantək doğulmuĢdun,  
Arxa idin yurda, ġakir. 
 
Qara torpaq əzir səni,  
Harayımız üzür səni.  
Gözlərimiz gəzir səni,  
De, hardasan, harda ġakir?! 
 
Boylanırsan baĢ daĢından,  
YaĢayırsan göz yaĢında.  
Yurdun qeyrət savaĢında,  
Bir orduydun, ordu, ġakir... 
 
 
 
 
 
 
 
 


39 
 
 
 
 
 
Abdullayev Zahid Əvəz oğlu 
 
doğulub - 22.01.1973-cü il, 
Cəbrayıl rayonu DaĢ Veysəlli kəndi;  
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu, DaĢbaĢı kəndi 
 
 
QARTALA BƏNZƏRDĠN ÖMRÜN UZUNU... 
 
DaĢ Veysəlli kəndində dünyaya göz açan Zahidin tərcümeyi-halını bacısı 
Rəsmiyə  qələmə  alıb.  Adi  bir  Ģagird  dəftərinə  sığıĢan  bu  yazının  hər  sətirindən 
ağrı-acı  boylanır.  Deyirlər  istəkli  adamın  ölümündən  sonra  onun  barəsində 
danıĢmaq  çox  çətindir.  Rəsmiyə  bacımızın  yazdığı  sətirləri  oxuduqca  qardaĢ 
itgisindən  göynəyən bir  ürəyin  nisgili bizi də  yerimizdən tərpətdi. Əvvəli gəlimli, 
sonu ölümlü bir ömrün  yolları ilə irəliləmək heç də asan deyil.  Allah adamın  heç 
düĢməninə də (söhbət namərd qonĢularımızdan yox, mərd düĢməndən gedir) oğul 
itkisi,  qardaĢ  dağı  göstərməsin.  Ġllah  da  indiki  zamanda.  Bir  var  öz  torpağında 
olasan,  yaxın-uzaq  baĢına  yığıĢıb  təsəlli  verə,  əziz  bildiyin  adamın  gor  evinə  baĢ 
çəkib ürəyini soyudasan. Bir də var ki, isti ocağının külünü göyə sovuralar, Ģəhidə 
dönən balanın, qardaĢının  uyuduğu torpağa gedən yollar üzünə bağlı ola. 
Bundan  da  müsibətli  dərdmi  olar  dünyada?  Rəsmiyə  xanımın  qarda-
Ģından söz açan yazısında da var bu kövrək sətirlər: 
 El-obamız yerində olsaydı, nə dərdim var idi. Təkcə Zahid Ģəhid olmayıb 
ha, minlərlə ailənin oğlu Vətən yolunda candan keçib. Ancaq dözülməz dərd budur 
ki,  qardaĢımın  gor  evi  düĢmən  əsirliyində  qalıb.  Sağlığında  namərdlərə  can  verən 
deyildi  Zahid.  Neyləsin  ki,  indi  üstündəki  bir  qarıĢ  torpağı  yana  atıb  qəddini 
dikəldə  bilmir.  Onun  DaĢ  Veysəllidə  haray  çəkən  ruhu  ilə  təkcə  yuxularımda 
görüĢürəm indi... 
Biz  səni  yaxĢı  baĢa  düĢürük,  Rəsmiyə  bacımız.  Elə  biz  özümüz  də  yurd 
həsrəti  ilə  qovrula-qovrula  hər  gələn  sabahı  dan  yeri  bilirik.  Eybi  yoxdur,  gün 
gələcək  ki,  perik  düĢən  ellərimiz  yurdlarına  qayıdacaq,  Mərcanlıda,  QıĢlaqda, 
DaĢkəsəndə,  Soltanlıda,  Cəbrayılda  Ģəhid  oğullarımızın  ruhunu  sevindirəcəyik... 
Ürək ağrısı ilə oxuduğumuz yazıda qardaĢın Zahidin ömür yolunu soraqlamaqdan 
baĢqa  hələlik  nə  gəlir  əlimizdən.  Adamın  düĢməni  güclü  olanda  Tanrıya  üz  tutur, 
ondan imdad istəyir. Ulu Tanrı hamımızın köməyi olsun... 


40 
 
Zahidin əsgərliyi əvvəlcə Ukrayna torpağında keçib. Ancaq o, Qarabağın 
harayını  eĢidən  kimi  Vətənə  qayıdıb.  Evlərində  də  çox  qala  bilməyib,  Cəbrayıl 
torpaqlarını müdafiə edən igidlərin sırasına qoĢulub. Doxsan ikinci ilin əvvəllərin-
dən  Ģəhid  olduğu  günə  qədər  Sur,  Qazanzəmi,  Sirik,  QuĢçular,  Banazur,  Hərəkül, 
Dolanlar,  DaĢbaĢı  kəndləri  uğrunda  gedən  döyüĢlərdə  iĢtirak  edib.  HəmiĢə  də 
alnıaçıq, üzüağ qayıdıb geriyə. Qorxmazlığı ilə seçilib, yoldaĢlarının yanında xətir-
hörməti olub... 
...1993-cü ilin avqust ayının  on üçü idi. Zahid evimizə baĢ çəkib bizimlə 
görüĢdü.  Bircə  gündən  artıq  saxlaya  bilmədik  onu  yanımızda.  Gedəndə  söz  verdi 
ki, üç gündən sonra yenidən yanımıza gələcək. O, dediyi kimi də etdi. Üç gündən 
sonra onun qanlı cənazəsi qayıtdı üstümüzə. Demə axırıncı görüĢdə hər Ģey Zahidə 
ayan imiĢ... 
...Zahid  DaĢbaĢı  uğrunda  gedən  döyüĢlərdə  Ģəhidlik  zirvəsini  fəth  etdi. 
Ġnnən belə Zahidi o ucalıqdan düĢürməyə heç kimin qüdrəti çatmayacaq. Deyirlər 
igid  adamlar  da  qartallar  kimi  ömrün  sonunda  zirvə  arayır,  orada  dünyalarını 
dəyiĢirlər. Zahid yurd amalını zirvə sanırdı həmiĢə. Elə bu amalla da əbədi ünvan 
tapdı özünə: 
 
Söykədin torpağa, qardaĢ, üzünü,  
Vətəni sevimli bir ana bildin. 
Qartala bənzərdin ömrün uzunu,  
Zirvədə doğulub, zirvədə öldün... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə