Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   8   9   10   11   12   13   14   15   ...   126

43 
 
Tanrı  ölümqabağı  sonuncu  dəfə  sınağa,  imtahana  çəkdi  Ramizi.  O,  son 
nəfəsində də düĢməndən aman diləməyib alnıaçıq getdi dünyadan... 
 
 
 
 
 
 
 
 
 
Abdullayev Elçin Eldar oğlu 
doğulub - 29.07.1971-ci il, 
Cəbrayıl rayonu Qumlaq kəndi; 
ġəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
 
ÖMRÜN SON AKKORDU... 
 
Elçinin  uĢaqlıq  illəri  Qumlaq  kəndində  keçmiĢdi.  1971-ci  ildə  Sumqayıt 
Ģəhərində anadan olsa da, valideynləri ilə birlikdə Qumlağa getmiĢdi. Daim Arazın 
kənarında  durub  uĢaq  marağı  ilə  bu  baĢıbəlalı  çayın  sularına  saatlarla  tamaĢa 
edərdi.  Beləsə  doğma  el-obaya  mehr-məhəbbətlə  1978-1988-ci  illərdə  Qumlaq 
kənd orta məktəbində təhsil alıb oranı bitirir. 
Elə  həmin  il  Sumqayıt  Politexnik  Texnikumuna  daxil  olur.  1989-cu  ildə 
hərbi xidmətə çağırılır. Gəncə Ģəhərində xidmətini baĢa vurub yenidən texnikumda 
təhsilini davam etdirir. Lakin bu illərdə erməni fitnəkarlığı artmağa baĢlamıĢdı. Elə 
buna görə də 1991-ci ildə Elçin Abdullayev Sumqayıt hərbi komissarlığı tərəfindən 
yenidən  hərbi  xidmətə  çağırılır.  Bu  dəfə  döyüĢən  orduya,  cəbhə  bölgələrinə 
göndərilir.  Elçinin  ilk  döyüĢləri  Ağdərənin  Çıldıran,  Sırxavənd,  Mehmanə  kənd-
ləri  uğrunda  gedən  vuruĢlarda  olur.  DöyüĢlərin  birində  yüngul  yaralansa  da,  az 
vaxt  müalicədən  sonra  yenidən  cəbhəyə  yollanır.  Bu  dəfə  Cəbrayıla  gəlir,  onun 
döyüĢ  yolları  doğma  yerlərdə  keçir.  Xeyli  müddət  Sur  postunda  döyüĢür,  həmin 
vaxtlarda  burada  keçirilmiĢ  bütün  əməliyyatlarda  yaxından  iĢtirak  edir.  Elə 
ömrünun son akkordları da bu Sur postunda vurulur. 
1993-cü  ilin  avqustu  Cəbrayıl  torpaqlarına  bədbəxtlik  gətirdi.  Cəmisi  bir 
neçə  günün  içərisində  beĢ  ildən  bəri  düĢmənə  qan  udduran  Cəbrayıllılar  doğma 
yerləri  ürək  ağrısı  ilə  tərk  elədilər.  Elə  həmin  günlərdə  Sur  ətrafında  gedən  qanlı 


44 
 
döyüĢlərin birində  Elçin qəhrəmanlıqla  həlak oldu.  Avqustun 15-i onun ömrünün 
son günü - Ģəhidlik günü oldu. 
 
 
 
 
 
 
 
 
AbıĢov YaĢar Teymur oğlu 
doğulub - 26.01.1972-ci il, 
Cəbrayıl rayonu; 
Ģəhid olub - 23.04.1994-cü il, 
Fizuli bölgəsi 
 
 
 
 
ZĠRVƏYƏ QOVUġAN ÖMÜR 
 
"1972-ci  il  təvəllüdlü,  sıravi  AbıĢov  YaĢar  Teymur  oğlu  706  saylı  hərbi 
hissənin tərkibində xidmətə baĢladığı ilk gündən özünü əsl Azərbaycan əsgəri kimi 
tanıtmıĢdı. Hərbi hissənin apardığı bütün döyüĢ əməliyyatlarında  yaxından iĢtirak 
etmiĢ və bir sıra qəhrəmanlıqlar göstərmiĢdir..." 
Belə  döyüĢlərdən  biri  də  1994-cü  il  23  aprel  tarixində  oldu.  Füzuli 
bölgəsinin  "Lələ  təpəsi"  yüksəkliyi  uğrunda  gedən  döyüĢlər  zamanı  YaĢar  yeni 
qəhrəmanlıqlar göstərir və düĢmənə amansız zərbələr endirirdi. Bu zaman rabitəçi 
on nəfər əsgərin mühasirədə qaldığını məlumat verdi. YaĢar ani olaraq tüstü verən 
Ģarları  göturüb  onların  mühasirəyə  düĢdüyü  məntəqəyə  sarı  irəlilədi.  ġarları 
əsgərlərə çatdırıb özü sursat dalınca yenidən geri qayıtdı. Özünü səngərə çatdırmaq 
məqamında  ağır  güllə  yarası  alıb  torpağa  sərildi.  Artıq  mühasirədə  olan  əsgərlər 
onun köməyi  sayəsində  xilas  olmuĢdular. YaĢar həmin  əsgərlərin  qolları arasında 
əbədi olaraq gözlərini yumdu. Onun parlaq xatirəsi nəinki öz əsgər yoldaĢlarının, 
eyni zamanda gələsək nəsillərin qəlbində əbədi yaĢayacaqdır... 
YaĢarın bacısı Nuridənin dediklərindən: 
Rayonumuzun  süqutundan  sonra  mən  Sabirabadda  məskunlaĢmıĢdım. 
QardaĢım  Arazı  keçib,  iki-üç  günlük  axtarıĢdan  sonra  bizim  sorağımızı  alaraq 
yanımıza  gəlmiĢdi.  O  vaxtlar  Cəbrayıl  alayı  dağıldığından  əsgərlər  perik 
düĢmuĢdülər.  YaĢar  ertəsi  gün  bizimlə  vidalaĢıb  Saatlıya,  rayon  hərbi 
komissarlığına  getdi.  Nə  illah  etdimsə  də  onu  yolundan  döndərə  bilmədim. 


45 
 
Bilsəydim  ki,  bu  axırıncı  gediĢdir,  heç  olmasa  boyuna  gözüm  dolusu  tamaĢa 
edərdim. YaĢar ölümüylə sinəmizə sağalmaz dağ çəksə də, təsəllimiz odur ki, o, el 
yolunda  Ģəhid  olub.  Nə  yaxĢı  ki,  dar  ayaqda  Vətənə  arxa  olan  qala  timsallı 
oğullarımız var. Fəxr edirəm ki, qardaĢım YaĢar da onların sırasındadır... 
YaĢarın  qanlı  tabutu  Bakıda  yaĢayan  qardaĢı  Teyfurun  evinə  gətiriləndə 
qəfil  xəbər  hamını  sarsıtdı.  Onu  Bakıxanov  qəsəbəsindəki  ġəhidlər  xiyabanında 
dəfn  edib  qayıdanlar  bir  el  ağbirçəyinin  ətürpədən  naləsi  ilə  qarĢı-qarĢıya  dayan-
dılar: 
 
Sən bu elin, obanın  
ĠĢığıydın, YaĢarım.  
Bir ananın sonuncu  
UĢağıydın, YaĢarım. 
 
Fələk qapını kəsdi,  
Üstündən yellər əsdi.  
Doyunca yaĢamadın..  
Gor evinə təlsdin... 
 
 
 
 
 
 
 
Ağayev Yunis Babalar oğlu 
doğulub - 10.05.1968-ci il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 02.07.1993-cü il, 
Xocavənd rayonu GünəĢli kəndi 
 
 
 
 
NAĞILLARA SIĞAN ÖMÜR 
 
Sənin iyirmi beĢ illik ömür yolun nağıla bənzəyir, Yunis. Elə bir nağıla ki, 
onun  əvvəlindən  Ģirinlik,  sonuncu  kəlmələrindən  nisgil  yağır  dünyamıza.  Bu 
nağılın  qəhrəmanı  -  divlərlə  üz-üzə  gəlib  onları  məğlub  edən  Məlikməmmədi  də, 
mərdi-mərdanə  Ģərin  üstə  gedən  Ağatlı  oğlanı  da  sən  özünsən.  Ana  südü  kimi 
təmiz,  saf  olan  bu  nağıllarda  buğum-buğum  böyüyüb  ərsəyə  çatır,  iĢığın,  suyun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə