Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   62   63   64   65   66   67   68   69   ...   126

202 
 
Tanrı  gözə  görünməz  səltənətində  minillik  səbrinə  söykənib  dünyanın 
gərdiĢinə  tamaĢa  etməkdəydi  onda.  Erməni  dığaları  bu  uludan  ulu,  Ucadan  Uca 
Varlığın  səbri  üstən  adlayıb  yurdumuzu  oba-oba  qana  çalxamaqda  idilər.  Səksən 
səkkizin fevralından baĢlayan erməni qasırğası Qarabağ elimizin çırağını söndürüb 
Cəbrayıl  camaatını  da  kürüyüb  Araza  tökdü.  ġeytanın,  iblisin  özündən  də  fəndkir 
olan erməni dığalarının qudurğanlığı Adilin qəlbində kükrəyən qəzəb selinə döndü 
o payız. Əlinə silah götürüb düĢmən qabağına çıxdı. Cəbhəyə  yola düĢəndə anası 
Gülxanım bacıya üzünü tutub: 
-  Atamın  gor  evi,  ulularımızın  qəbri  əsirlikdə  qalıb  ana,  -  dedi.  -  Özümə 
sığıĢdıra  bilmirəm  ki,  Qızıl  qayada,  Həmzəli  düĢəndə,  Mərək  yerində  dığalar 
meydan  sulasın.  Gülsümü,  Aygünü  göydə  Allaha,  yerdə  sənə  tapĢırıb  gedirəm. 
Məndən  nigaran  qalmayın,  qardaĢım  Sərməstin,  qaynım  Xudaverdinin  döyüĢdüyü 
yerlərdə onlarla birlikdə olacağam... 
Narıngül  kövrələ-kövrələ  deyir  ki,  ölümündən  on  bir  gün  qabaq 
Mingəçevirə,  mənə  baĢ  çəkməyə  gəlmiĢdi.  Keçəni  bibim  qızı  Ülkərgildə  qalıb 
anamgilə  baĢ  çəkməkdən  ötrü  Bakıya  getdi.  Ayrılanda  halal-hümbət  etdi  bizimlə. 
Heç ağlıma da gəlməzdi ki, bu Adilin son gediĢidir... 
Ağdam  torpağı  od  içində  yanırdı  o  gün.  Ağır  texnikanın  köməyi  ilə  üç 
tərəfdən hücuma keçən erməni quldurları nəyin hesabına olur-olsun yeni torpaqlar 
ələ  keçirmək  istəyirdilər.  Əsgərlərimiz  düĢmən  qabağında  qala  kimi  dayanıb, 
onların həmlələrini dəf etməyə çalıĢırdılar... 
O  qanlı  savaĢda  Vətən  yolunda  qurban  gedənlərdən  biri  də  Adil  oldu. 
Ġyirmi yeddi yaĢın Ģirinliyini yaĢayıb duymayan bu igid oğlan Ģirin canından keçdi 
ki,  Vətən  dünya  durduqca  yaĢasın,  Vətən  yolunda  Ģəhid  olanlarısa  el-oba  əbədi 
olaraq yaĢatmağı bacarır. ġair demiĢkən: 
 
Torpağın gor evimdə,  
Yada düĢüb sevindim.  
Bir Ģəhidəm mən indi – 
Vətən, təki sən yaĢa... 
 
 
 
 
 
 
 
 
 
 
 


203 
 
 
 
 
Məmmədov Hikmət Həsən oğlu 
doğulub - 28.02.1974-cü il, 
Cəbrayıl rayonu Dağtumas kəndi; 
Ģəhid olub - 31.12.1993-cü il, 
Ağdam rayonu Salahlı kəndi 
 
 
 
 
ANA, MƏNĠ AĞLAMA... 
 
Komandirdən üç-dörd günlüyə evə getmək üçün razılıq alandan sonra bir 
yerdə qərar tuta bilmirdi Hikmət. Ürəyində ötən dəqiqələri, saatları saydıqca, onları 
bir-birinə düyüb calayırdı. Yola çıxacağı vaxta üç gün qalsa da səfərə ciddi hazırla-
Ģır,  üst-baĢını  qaydaya  salırdı.  Valideynlərinə  xəbər  göndərmiĢdi  ki,  Doxsan 
dördün  biri  yanvarında  yanınızdayam.  Həsən  kiĢinin,  ġövkət  ananın,  qardaĢı 
Məhəmmədin,  bacıları  Məryəmin,  Məlahətin,  Lətafətin  gözləri  yolda,  qulaqları 
səsdə  idi.  Bu  sorağı  alandan  Hikmətin  ürəyinə  dammıĢdı  ki,  yeni  ili  əzizləri  ilə 
birlikdə qarĢılayacaq. 
Hikmətin  döyüĢ  yoldaĢı  Rafiq  Cəbrayılovun  dediklərindən:  "Ermənilərin 
qəfil  hücumu  baĢlayanda  Hikmət  pulemyotun  arxasına  keçib  düĢmənin  yolu  üstə 
dayandı,  səhər  saat  altıya  yaxın  döyüĢlər  səngidiyindən  əsgərlərimiz  bir-birlərini 
soraqlayır, yaralıları və Ģəhidləri arxaya aparırdılar. UĢaqların mərd bir əsgər kimi 
tanıdıqları Hikmət gözə dəyməyəndə hamımızın qəlbini nigarançılıq hissi bürüdü. 
Çulludan və Karxuludan olan döyüĢçülərimiz Əbilov Üzeyirlə, Bəhlulov Bəhram, 
Hikmətin  sorağı  ilə  təzədən  üz  tutdular  döyüĢ  yerinə.  Ağdamın  Salahlı-Kəngərli 
istiqamətində  gedən  bu  savaĢda  demə  düĢmən  snayperi  sağ  gözündən  vurubmuĢ 
onu.  Üzeyirlə  Bəhram  köməkləĢib onu arxaya  gətirəndə  gözlərini aça bilməsə  də 
Üzeyirin hənirindən tanıyan Hikmətin sözləri bağırlarını qana döndərdi onların: 
-Həyat  nə  yaman  ĢirinmiĢ,  heç  ölmək  istəmirəm,  Üzeyir.  Ölsəm  anama 
çatdırın ki, məndən ötrü ağlayıb özünü üzməsin. Ölüm Allah əmridir!.. 
Onda  Hikməti  Mingəçevir,  Ģəhər  xəstəxanasına  gətirdilər.  Həkimlər 
əllərindən gələni etsələr də üç gündən sonra Hikmət dünyasını dəyiĢdi... 
Rota  komandiri  Ġlham  Məmmədovun  qeydlərindən:  "Hikmət  hamımızın 
sevimlisi idi. Mülayim xasiyyətli, bir qədər utancaq olan bu oğlan elə bil od parçası 
idi.  Banazur,  QuĢçular,  DaĢbaĢı  postlarında  qorxmaz  bir  cəngavər  kimi  özünü 
göstərə  bilmiĢdi.  Pulemyot  və  topdan  da  yaxĢı  baĢ  çıxarırdı  Hikmət.  Cəbrayılın 
dağlıq  ərazisini  düĢmən  iĢğal  edəndən  sonra  (avqust  1993)  düz  üç  gün  topçu 


204 
 
dostları  ilə  Tumas  ataya  sığınıb  qalmıĢdılar.  Yollar  bağlı  olduğundan  Həkəriyə 
tərəf  üz  tutub  Qubadlı  batalyonuna  qoĢulmuĢdular  o  vaxt.  Mühasirədən  sağ-sa-
lamat  qurtarsalar  da  doğma  torpaqların  əldən  çıxması  dirigözlü  yandırırdı 
Hikməti... 
Bacısı  Lətafətin  sözləri:  "Hikmət  evə  gələndə  avtomatını  mənə  verər, 
sonra  da  "Bacı,  sabah  tezdən  qayıdacağam",  -  deyərdi.  Mən  onu  tez-tez  dilə 
tutardım: 
-Ay  Hikmət,  bacı  qurban,  onsuz  da  həftələrlə  üzünü  görmürük.  Nə  olar, 
gəlmisən iki-üç gün qal yanımızda... 
-Sən nə danıĢırsan, Lətafət, evdə qalmaqmı olar indi? 
- Onda, qaqaĢ, razı ol, toyunu eləyək,  - dedim. Hikmət zarafatla dediyim 
sözləri ciddi qəbul edib qeyzləndi: 
-  BaĢınıza  at  təpib,  nədir?  Vahidin,  ġərifin,  Zöhrabın  valideynlərini 
görəndə  ürəyimdən  qara  qanlar  axır.  Belə  bir  gündə  toy  mənim  harama  yaraĢır 
axı?.. 
Heyf  ki,  Hikmət  qardaĢımın  toyunu  görmək  qismət  olmadı  bizə.  Ġndi 
Əlibayramlının  ġəhidlər  xiyabanındakı  qəbri  ilə  və  bir  də  bizə  yadigar  qalan 
Ģəkilləri ilə ovundururuq özümüzü... 
Həsən  kiĢinin  söylədikləri:  "Hikmət  fərasətli  oğul  idi.  Evimizdəki  məiĢət 
cihazlarını  özü  təmir  edər,  maĢın  və  motosikletdən  yaxĢı  baĢ  çıxarırdı.  Bizim 
Dağtumas  camaatı  Hikmətdən  çox  razı  idilər.  Müharibədən  sonra  ali  hərbi 
məktəbdə oxumaq ümidi ilə yaĢayırdı oğlum. Onun arzularını, bizim Hikmətin adı 
ilə  bağlı  ümidlərimizi  gözümüzdə  qoydu  Tanrı.  Anası  ġövkətin  gözlərinin  yaĢı 
ovcundadır  hələ  də.  Hikmət  yadına  düĢən  kimi  bahar  buluduna  dönüb  haray 
qoparır... 
ġövkət  ana  səngiyib  sakitləĢən  deyil  hələ.  Necə  ki,  dünyadadır,  oğlunu 
nisgilli  ağılara  qatıb  gözlərinin  yaĢını  axıdacaq  torpağın  üstə.  Hikməti  hər  yerdə 
göz yaĢlarıyla gəzib-soraqlayacaq ana... 
 
AyrılmıĢam elimdən,  
Çəmənimdən, çölümdən.  
Hikmət, boyuna qurban – 
Adın düĢməz dilimdən... 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə