Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   64   65   66   67   68   69   70   71   ...   126

208 
 
Doxsan  üçüncü  ilin  yayında  düĢmən  DaĢbaĢı  dağlarında  qanlı  qırğın 
törədib, əsgərlərimizi mühasirədə saxlayanda, hamıdan qabaq oraya üz tutanlardan 
biri  də  Tural  idi.  DaĢbaĢıda  inadı  ovxalanan  düĢmən  əsgərləri  Sirik  postlarına 
hücuma  keçəndə  Tural  yenidən  öz  silahı  ilə  qeyrətli  oğullarımızın  köməyinə 
tələsdi.  Gizli  yollarla  Tey  dağının  zirvəsinə  qaldırılan  "ZEPO"-dan  açılan  ilk 
atəĢlər  düĢməni  pərən-pərən  salıb,  əsgərlərimiz  üçün  irəliyə  yol  açdı.  Rayonun 
qaynar  nöqtələrindən  olan  QuĢçular  postu  düĢmənin  qarĢısında  canlı  sipərə 
döndüyü  günlərdə  Tural  əlindən  gələni  edirdi  ki,  erməni  quldurları  yaxına 
gəlməsin. Belə gərgin günlərin birində qəlpə yarası aldığından o, Bakı Ģəhərindəki 
qospitalda düz qırx gün yatmalı oldu. 
Tural  Bakıda  olanda  da  döyüĢ  xəbərlərini  diqqətlə  izləyir,  yoldaĢları 
barədə  narahat  olurdu.  O,  doxsan  üçüncü  ilin  fevralında  yenidən  hərbi  hissəyə 
qayıdıb,  əsgər  dostlarını  sevindirdi.  DüĢmənin  Cəbrayıla  yolu  QuĢçular  tərəfdən 
olduğundan bura  strateji  məntəqə sayılırdı. O  vaxtlar erməni quldurlarının diqqəti 
bu  posta  yönəldiyindən,  burada  tez-tez  qanlı  döyüĢlər  getsə  də  QuĢçular  düĢmən 
qabağında qeyrət qalası kimi  dayanırdı. Tural qızğın döyüĢlərdə üzünü quldurlara 
tərəf tutub deyirdi: 
-  Siz  ancaq  bizim  meyitimizin  üstündən  adlayıb  bu  üzə  keçə  bilərsiniz. 
Bizimsə ölməyə hələ vaxtımız yoxdur... 
Ancaq ölüm vaxta, vədəyə baxmırmıĢ demə. Bir yay günü düĢmən gülləsi 
Turalı  haqlayıb  qanına  qəltan  etsə  də,  əsgər  dostları  onun  qisasını  yerdə 
qoymadılar.  Tural  doğulduğu  torpaqda  əbədiyyətə  çevrilib,  Ģəhid  ucalığına 
yüksəldi... 
 
 
 
 
 
Məmmədov Rantiq Novruz oğlu 
doğulub - 14.10.1971-ci il, 
Cəbrayıl rayonu Soltanlı kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu Sur kəndi 
 
 
 
 
QƏLBĠMĠZDƏ YAġAYIRSAN... 
 
Tarixin  qan  yaddaĢında  o  adamlar  qalır  ki,  onlar  qeyri-adi  hünərləri  ilə 
mənsub  olduqları  xalqa  baĢucalığı  gətirir,  öləndən  sonra  da  yaĢamaq  haqqı 


209 
 
qazanırlar. Ulu Tanrı belələrinə sonsuz iltifat göstərir, ruhlarına əbədi ucalıq bəxĢ 
edir.  Və  bir  də  onların  adını  zaman-zaman  yaĢadır.  Müsəlman  dünyasının  nur 
timsallı  Ģəxsiyyətlərindən  olan  Ġmam  Hüseynə  və  onun  yetmiĢ  iki  nəfər  əqidə 
dostlarına göstərilən ehtiramın arxasında ilahi bir istək, əqidə, amal saflığı dayanır. 
Yüz  illər  keçsə  də,  bu  ulu  insan  Ģəhidlik  zirvəsində  dayanıb  insanlığı  mənəvi 
ucalığa, Ģərəfə, ləyaqətə səsləyir... 
Bizim  Vətən  Ģəhidləri  də  Ġmam  Hüseyn  zirvəsində  dayanmağa  qüdrəti 
çatan və elə buna görə də Tanrının sevgisi ilə mükafatlandırılan igid oğullardır... 
Rantiq 1993-cü ilin avqustundan Ģəhidlik zirvəsinin sakinidir. O bu haqqı 
Vətən sevgisi ilə və bir də Ģərəfli ölümü ilə qazanıb... 
Deyirlər  ölüm  birinin  eybini,  yaramaz  xislətini  gizlətmək  baxımından 
harada  isə  kara  gəlir.  Ömrünü  yaramaz  iĢlərə,  ləyaqətsiz  əməllərə  sərf  edənlər 
torpağa  quylanan  kimi  unudulur,  ən  yaxĢı  halda  lənətlə  xatırlanır.  ġərəfli  ölüm 
zaman-zaman insana baĢ ucalığı millətə Ģərəf gətirir. Bəlkə elə buna görədir ki, ulu 
ərənlərimizlə - Babəklə, Nəsimi ilə, Qaçaq Nəbi ilə... fəxr edir, onların adlarını qan 
yaddaĢımızda nəsil-nəsil təzələyirik... 
Soltanlı camaatına baĢucalığı gətirən Məmmədov Rantik Novruz oğlu bir 
vaxtlar  bu  kəndin  yüzlərlə  dəli-dolu  cavanlarından  biri  idi.  Bəlkə  də  çox  yerdə 
təkcə  qeyri-adi  səslənən  adı  ilə  diqqəti  cəlb  edirdi.  Orta  məktəbdə  oxuyarkən 
yaĢıdlarından  o  qədər  də  fərqlənməmiĢ,  müəllimləri  onu  adi  bir  kənd  uĢağı  hesab 
etmiĢdilər... 
Deyirlər  heç  kim  dünyaya  qəhrəman  kimi  gəlmir.  Ancaq  ulularımız  onu 
da xatırladırlar ki, həyat bəzən çoxlarına qəhrəman olmaq imkanı yaradır... 
Ulu Tanrı iyirminci əsrin sonlarına yaxın xalqımızı ağır sınağa çəkməklə 
bir millət kimi bizi xəlbirdən keçirib saf-çürük etdi. BaĢımız əlhət daĢına dəyəndən 
sonra  meydan  qəhrəmanlarının,  ekran-efir  "bülbüllərinin"  xislətindən,  iç  üzündən 
hali olduq. Kimisi yaranmıĢ Ģansı əldən buraxmayıb sərvət toplamağa, kimisi silah 
götürüb  düĢmən  qabağına  çıxmağa  tələsdi.  Halal  bir  kiĢinin  saf  ürəkli  balası  olan 
Rantik ikinci yolun ağına düĢüb Ģəhidlik zirvəsinə üz tutdu... 
Tale ona uzun ömür bəxĢ etməsə də nəyə qadir olduğunu göstərmək üçün 
möhlət, aman verdi. Rantik Sarıcallı texniki-peĢə məktəbini bitirəndən sonra uzaq 
Rusiyada əsgəri xidmətdə oldu. 20 Yanvar faciəsini də elə orada eĢidib hiddətləndi. 
Bəlkə  də  həyatında  ilk  dəfə  olaraq  anlayıb  dərk  etdi  ki,  onun  Vətəni  Uzaq  ġərq, 
Sibir  deyil,  Azərbaycandır.  Qürbətdə  olanda  hərdən  yaddaĢında  oyanıb  haray 
qoparan misralar bu torpağın əzəmətini xatırladardı ona: 
 
Bir dünyayam, təbiətin,  
Nəfəsindən yaranmıĢam.  
Gözlərindən alov yağan  
Bir ĢimĢəyin həvəsindən  
YaranmıĢam.  


210 
 
Nəsimilər dönməzliyim,  
Dədəm Qorqud ağlım mənim.  
Zaman-zaman igidlərə  
Bayraq olub 
Babək adlı oğlum mənim...  
Xəritədə bir nöqtəyə 
Bənzəsəm də,  
Ürəklərdə gur nəğməyəm,  
Solmaz duyğu yarpağıyam.  
Ölkə-ölkə, qatə-qitə  
Sözü gəzən  
Azərbaycan torpağıyam... 
 
Rantik  doğma  anası  Zərəngül  qədər  sevib  əzizlədiyi  bu  torpağın  xilası 
naminə Ģirin canından keçdi. Ölümündən xeyli əvvəl 1992-ci ilin yazında könüllü 
olaraq  hərbi  xidmətə  getdi.  Əsgər  kimi  vuruĢa-vuruĢa  son  anda  serjant  kimi 
dünyadan köçdü. Ondan bizə  əbədi  əsgər  hünəri,  torpaq  sevgisi  və  bir də  həmiĢə 
ehtiramla  anılacaq  Ģəhid  adı  yadigar  qaldı.  Rantiqi  təkcə  Soltanlıda  deyil, 
yurdumuzun hər bir oymağında dönə-dönə xatırlayacaqlar. 
 
 
 
 
 
Məmmədov Rüfət Rəvan oğlu 
doğulub - 30.03.1970-ci il, 
Cəbrayıl rayonu Maralyan kəndi; 
Ģəhid olub - 15.08.1995-ci il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
 
 
O GÜN UZAQDA DEYĠL... 
 
DaĢbaĢıdan  gələn  qorxunc  xəbər  Maralyan  kəndinin  üstündən  qara  yel 
kimi  ötüb  keçdi.  Əsgər  anaları  bircə  anın  içərisində  o  dünyanı-görüb  qayıtdılar. 
Dərddən  çoxlarının  beli  büküldü.  Günortaya  yaxın  rayon  mərkəzinə  gedib 
qayıdanlar  xəbər  gətirdilər  ki,  DaĢbaĢıda  ölənlərin  Ģəxsiyyəti  hələ  məlum  olmasa 
da,  deyilənə  görə,  oradakı  müsibət  ölçüyə  gəlməzdi.  Qubadlıdan  gələn  əsgərlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə