36
Abbasov ġakir Hüseyn oğlu
doğulub - 19.03.1955-ci il,
Cəbrayıl rayonu Qaracallı kəndi;
Ģəhid olub - 28.12.1993-cü il,
Ağdam rayonu Güllücə kəndi
QƏHRƏMANTƏK DOĞULMUġDUN...
"Sağlığında xalqın sevimlisi olanlar öləndə tarixin bəzəyinə çevrilir"-
ġəhid ġakirin atası Hüseyn Abbasovun dediklərindən...
Günortaya yaxın Bakıxanov qəsəbəsindəki texniki-peĢə məktəbi
yataqxanasının qapısı ağzında dayanan minik maĢınından hərbi geyimli bir zabit
düĢüb üstünə yüyürən körpə balalarını bağrına basdı. Bir az aralıda bənövĢə kimi
boynunu bükərək dayanan balaca ġərafəddin atasını xatırlayıb kövrəldi. Yadına
düĢdü ki, onun atası, baĢ leytenant ġakir Abbasov da hər dəfə cəbhədən evə
qayıdanda illər ayrısı kimi balaları ġərafəddini, Cavidi, Nigarı bağrına bacıb
əzizləyər, onları oxĢayardı. Doxsan üçüncü ilin dekabr ayından sonra balalarının
yanına gələ bilmirdi ġakir. UĢaqlar özləri babaları Hüseyn müəllimin, nənələri
Uraynat xanımın əllərindən yapıĢıb Bakıxanov qəsəbəsindəki "ġəhidlər
Xiyabanı"nda uyuyan atalarının məzarına baĢ çəkib, onun ruhu ilə görüĢməyə
gəlirdilər...
Sübh tezdən Salahlı-Kəngərli kəndləri istiqamətində hücuma keçən
igidlərimiz qisas almaq istəyi ilə alıĢıb yanırdılar. QarĢı tərəfdən atılan pulemyot
güllələri əsgərlərimizə irəliləməyə aman vermirdi. ġakir güllə yağıĢı altında sürü-
nüb atəĢ nöqtəsinə yaxınlaĢaraq əlindəki qumbaranı oraya atdı. DüĢmən pulemyotu
susdurulan kimi əsgərlərimiz bir həmlə ilə düĢməni geri oturtdular. DöyüĢün qızğın
çağında ġakir qolundan yaralansa da "boĢ Ģeydir" - deyib arxaya qayıtmadı. Bir-
dən ermənilərin sağ tərəfdən irəliləyən tankı və PDM-i göründü. DüĢmənin sərrast
atəĢlə vurulan tankı alovlananda PDM geriyə dönüb aradan çıxdı. Erməni
quldurları xeyli itki vermiĢdilər bu döyüĢdə. Bizdən beĢ nəfər yaralanan var idi.
Axırıncı yaralını maĢına qoyanda elə bil qəfildən bir parça od basdılar ġakirin
kürəyinə. Onün get-gedə iĢığı öləziyən gözlərindən "haydı igidlərim, haydı irəli,
düĢmənə aman verməyin, dostlar, qanımı yerdə qoymayın" ifadələri oxunmaqda