13
DAĞLAR...
DAĞ KĠMĠ
ĠNSANLAR!
Cəbrayıl rayonu kiçik Qafqaz dağlarının cənubi Ģərqində yerləĢir, cənub
tərəfdən Ġran Ġslam Respublikası, cənubi qərbdən Zəngilan, qərbdən Qubadlı,
Ģimaldan Xocavənd, Ģərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayonun
ərazisi 1050 kv. km və yaxud 105 min hektardır. Ərazinin 58676 hektarı kənd
təsərrüfatına, o cümlədən 19175 hektarı əkinə yararlıdı. Əhalinin sayı rayon iĢğal
olunanadək 52604, hazırda isə (1998-ci il) 54430 nəfərdir. Rayon 1 Ģəhər və 90
kəndi əhatə edirdi.
Cəbrayıl torpağı ən qədim geoloji dövrün məhsuludur. Burada qədim
insanların yaĢamaları üçün əlveriĢli Ģərait olmuĢ, münbit torpaq təbii sərvətlər
insanları özünə cəlb etmiĢdir.
Yeraltı və yerüstü sərvətlərlə zəngin olan bu diyar maddi və mədəni
abidələrlə də məĢhurdur. Dağ Tumas kəndi yaxınlığındakı "Divlər sarayı"
mağarası əhəng dövrünə aid edilir. O, Azığ mağarası tipindədir. Qalacıq kəndi
yaxınlığındakı "Məscid təpəsi", Mahmudlu kəndi yaxınlığındakı "Canqulu" və
"Qumtəpə" kurqanları tunc dövrünün yadigarlarıdır. Tatar kəndi yaxınlığındakı
siklop tikintisi, ġıxlar kəndi yaxınlığında "ġəhərcik", "QıĢlaq yeri", "Mazan nənə",
"Mərmər nənə", "Ağ oğlan", "Tumas ata" qədim arxeoloji abidələrdir.
Rayonun ərazisi baĢdan-baĢa memarlıq abidələri ilə zəngindir. Xubyarlı
kəndindəki səkkizguĢəli türbə, dairəvi türbə, ġıxlar kəndindəki dairəvi türbə, Dağ
Tumas kəndindəki "BaĢı kəsik" gümbəz, Sirik kəndindəki "Qala", Diri dağındakı
"Qız qalası", məĢhur Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi,
rayon mərkəzindəki soltan Məsid hamamı dediklərimizə əyani sübutdur.
Burada epiqrafik abidələr də az deyil. Ağ oğlan pirindəki daĢ kitabələri
xüsusi ilə qeyd etmək olar. Ümumiyyətlə, rayonun ərazisində 127 maddi və
mədəniyyət
abidələri, o cümlədən 5 məscid var idi.
Rayonun ərazisi əsasən dağlıqdır. Araz çayı boyunca əkinə yararlı xeyli
torpaqlar vardır. Ərazi Ģimala doğru getdiksə kolluq və meĢəliklərlə əhatə olunur.
Rayonun ərazisində sement istehsalı üçün qiymətli xammal sayılan küllü
miqdarda vulkan külü yataqları, mərmər və baĢqa tikinti materialları ehtiyatları,
dəmir filizi, hətta, neft yataqlarının olduğu da məlumdur.
Əhali iĢğaldan əvvəl, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq,
baramaçılıqla məĢğul idi. Orta hesabla hər il 55-60 min ton üzüm istehsal
olunurdu. Rayonda tikiĢ, xalça, cihazqayırma sexləri, ümumiyyətlə, 8 sənaye
obyekti mövcud idi.