11
hakimiyyəti altına almağa çalıĢırdı. Bu zaman Ġran hökmdarı Ağa Məhəmməd Ģah
Qacar Rusiyanın bu niyyətinə qarĢı çıxdı.
Hələ 1802-ci ildə Rusiyanın Qarabağa yeritdiyi qoĢunun bir hissəsinin
qərargahı Çərəkənçayın (Füzuli rayonu) sahilində, ön dəstələri Qarqabazar-
DaĢkəsən-Cəbrayıl-Soltanlı-Xudafərin istiqamətində yerləĢdirilmiĢdi. Diri dağında
müĢahidə məntəqəsi yaradılmıĢ, Cəbrayıl və Yarəhmədli kəndləri arasındakı
təpəlikdə hərbi Ģəhərcik salınmıĢdı. Bu zaman bütün Qarabağda olduğu kimi
Cəbrayılda da bəziləri Ġrana, bəziləri də Rusiyaya meyl edirdi.
Rusiya-Ġran müharibələrinin gediĢi dövründə Ġran ordusu kiçik həmlələr
istisna olmaqla doqquz dəfə Xudafərin körpüləri, üç dəfə Soltanlı-MaĢanlı-
Alıkeyxalı, üç dəfə də Maralyan istiqamətində Arazı keçib Cəbrayıl ərazilərindən
Qarabağa girmiĢ, irimiqyaslı hərbi əməliyyatlar aparmıĢdılar. Ona körə də Cəbrayıl
əraziləri əsas qanlı döyüĢ meydanlarından birinə çevrilmiĢdi.
1828-ci ildə Türkmənçay sülh müqaviləsinə əsasən sərhəd xəttini
müəyyən etmək üçün Xudafərin körpülərinin yaxınlığında rus komandanlığının
nümayəndələri ilə Abbas Mirzə arasında görüĢ oldu. Bu körüĢdə müəyyən edildi
ki, Qarabağla Ġran arasında keçid ancaq Xudafərin körpüsü olacaq. Çar hökuməti
ölkənin ayrı-ayrı əyalətləri arasında əlaqələr yaratmaq pərdəsi altında 1822-ci ildə
Qarabağ xanlığını ləğv edib əyalətə çevirdi. Qarabağ əyaləti ġəki, ġirvan və TalıĢ
əyalətləri ilə birlikdə mərkəzi ġuĢada yerləĢən müsəlman əyalətləri rəisinə tabe
edildi. Əyaləti Qafqaz baĢ komandanı tərəfindən təyin olunan rus zabiti-
komendantı idarə edirdi. Qarabağ əyalətinin keçmiĢdəki kimi mahallara bölünməsi
saxlandı.
Rus hərbçiləri də çox haqsızlıqlara yol verirdilər. Onlar 1804-1813-cü
illərin hərbi əməliyyatlarında fəal iĢtirak etmiĢ Cəbrayıllı tayfasının baĢçısı
Səfərqulu ağanı 1822-ci ildə ailəsi ilə birlikdə Simbirsk Ģəhərinə sürgün etdilər ki,
bu da yerli əhalinin böyük narazılığına səbəb oldu. 1824-cü ildə Səfərqulu ağa
keçmiĢ xidmətləri nəzərə alınaraq Peterburqa göndərildi, ona general-mayor
rütbəsi verildi. Çar hökuməti gələcəkdə yerli bəylərdən özünə dayaq yaratmaq
məqsədilə Cəfərqulu xanın oğlanlarını hərbi qulluğa götürdü.
19-cu əsrin 30-40-cı illərində Cəbrayıl ərazilərində dənli bitkilər əkini və
heyvandarlıq inkiĢaf edirdi. Türkmənçay sülhünə baxmayaraq Ġranla sərhəd
bağlanmamıĢdı. Ticarətdə canlanma nəzərə çarpırdı. Ġsfahandan pambıq, ipək,
parça, çadra, istiot, sarıkök, Ġran qəndi, Təbrizdən bez, qanovuz, portağal, parça,
saqqız və s. kətirilirdi. Xudafərin körpüləri vasitəsilə Ġrana ġəkidən silah,
Gəncədən meyvə, Cəbrayıldan xalça məmulatı aparılırdı. Xarici ticarətə nəzarət
etmək üçün hələ əvvəllərdə Xudafərində fəaliyyət göstərən gömrükxana yenidən
təĢkil edilərək 1831-ci ildə Cəbrayıl gömrük kontoruna çevrildi.
1841-ci ildə Qarabağ əyaləti, o cümlədən, Cəbrayıl ərazisi mərkəzi
ġamaxı Ģəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə yeni yaradılan ġuĢa
qəzasının tabeliyinə verildi. 1873-cü ildə Cəbrayıl və ona qonĢu olan ərazilər ġuĢa
12
qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində
müstəqil Cəbrayıl qəzası təĢkil edildi. ġuĢa qəzasının ərazisi böyük olduğundan
qəza idarələri yerlərlə, xüsusilə Cəbrayılın Arazboyu məntəqələri ilə əlaqə saxlaya
bilmirdi. Cəbrayıl kəndi strateji cəhətdən çox mühüm yerdə olduğundan rus hərbi
qarnizonu hələ 1802-ci ildə burada hərbi Ģəhərcik salmıĢdı.
Cəbrayıl qəzasının sahəsi 66,3 min kv. km, əhalisi 66,360 min idi (1897-ci
il). Qəza indiki Cəbrayıl, Füzuli, Hadrut rayonlarını, Qubadlı rayonunun Xanlıq
kəndindən Araza və oradan da Zəngilan rayonunun Bartaz kəndinə qədər əraziləri
əhatə edirdi. Qəzanı Yelizavetpol qubernatoru tərəfindən tə'yin edilmiĢ rəis-rus
zabiti idarə edirdi.
Qəza Cəbrayıl, Horadiz və Bəhmənli polis məntəqələrinə bölünmüĢdü.
sonralar Bartaz kəndləri olan zonalarda da dairələr təĢkil edildi. Polis məntəqələrini
qəza rəisinin təyin etdiyi pristavlar, kəndləri isə yüzbaĢılar, kəndxudalar və bəylər
idarə edirdilər. 1887-ci ildə Cəbrayıl-Ağdam poçt yolu salındı.
Cəbrayıl əraziləri vasitəsilə karvan yolları hələ qədim zamanlardan var idi.
18-ci əsrdə ġamaxı-Cavad-Xudafərin, Ġran-Böyük Maralyan-Cəbrayıl, Böyük
Maralyan-MeĢkin-Dori-Təbriz və Xudafərin-Böyük Maralyan-Cəbrayıl karvan
yolları fəaliyyət göstərirdi. 19-cu əsrdə isə əsas karvan yolları ġuĢa-Ağdam-
Qarabulaq-Cəbrayıl yolu idi. Təbriz-Cəbrayıl karvan yolu daha iĢlək idi. Ġranla
Qarabağ arasında digər bir karvan yolu da Böyük Maralyan kəndindən keçir və
Cəbrayıla yollanırdı.
1905-si ildə Kürəkçay saziĢinin 100 illiyi ilə əlaqədar olaraq çar fərmanı
ilə Qarabulaq kəndinin adı dəyiĢdirilərək ona rus-Ġran müharibəsinin fəal
iĢtirakçısı, rus polkovniki Qaryaginin adı verildi. Qəzanın mərkəzi Cəbrayıldan
Qaryaginə köçürüldü, qəza Qaryagin qəzası adlandırıldı.
1918-ci il mayın 28-də Gəncədə Azərbaycan Milli ġurası Demokratik
Respublikası yaradılmasını elan etdi. Bu yeni quruluĢ bütün islam aləmində xalqın
ilk respublika üsul idarəsinə qədəm qoyan, Azərbaycan Rusiyadan və baĢqa
ölkələrdən asılı olmayan müstəqil hakimiyyəti idi.
Cəbrayıllılar Azərbaycan Respublikasının yaradılması xəbərini böyük
sevinclə qarĢıladılar. Müsavatçılar Balyand, süleymanlı, soltanlı, Cəbrayıl və s.
kəndlərdə iclaslar keçirib yeni hökumətin məqsəd və vəzifələrini xalqa izah
edirdilər. Gənclərdən bir çoxu Azərbaycan Demokratik Respublikasının yeni
yaratmağa baĢladığı milli orduda könüllü xidmətə getməyə baĢladılar. 1918-ci ilin
dekabrında Azərbaycan Demokratik hökumətinin qərarı ilə çarizm müstəmləkə
siyasətinin rəmzi olan Qaryagin qəzasının adı dəyiĢdirilib əvvəlki kimi yenə də
Cəbrayıl qəzası, Qaryagin kəndinin adı Qarabulaq adlandırıldı. 1918-ci ildə
Cəbrayıl qəzası 12 Azərbaycan türkü icmasından, 3 erməni icmasından (indiki
mənada kənd sovetindən) ibarət idi. Cəbrayıl qəzası 1929-cu ildə ləğv edildi və
1930-cu ildə qəzanın altıda bir hissəsində Cəbrayıl rayonu təĢkil edildi.
Dostları ilə paylaş: |