9
YÜZ
ĠLLƏRĠN
YADDAġI
Cəbrayıl Azərbaycanın zəngin tarixə malik, istiqanlı, mərd insanları və
bənzərsiz təbiəti ilə seçilən bölgələrindən biridir. Bu gün igid oğulları Ģəhidlik
zirvəsinə yüksələn Cəbrayıl barədə nə bilirik?
Cəbrayıl adlı tarixi Ģəxsin 8-12-ci əsrlərdə Elxanilər, Cəlayirilər, yaxud da
Ağqoyunlular zamanında, sultan Əhməd adında üç hökmdardan birinin
hakimiyyəti illərində yaĢaması elmə məlumdur.
Eyni adlı məqbərə Cəbrayıl adlı Ģəxsin böyük nüfuz sahibi olduğunu
göstərir. Buna görə də o, dövrün adətinə uyğun olaraq, ona məxsus torpaqların
yuxarı baĢında, AlıpaĢa dağının hündür və tamaĢalı bir yerində ayrıca dəfn
edilmiĢdir.
Cəbrayıllı tayfası haqqında məlumatlara A.Bakıxanovun, Mirzə Həsən
Əfəndinin əsərlərində, 19-cu əsrdə yazılmıĢ bir çox kitab və rəsmi dövlət
sənədlərində, habelə sovet dövrü alimlərinin tədqiqatlarında rast gəlinir. Belə
görünür ki, Cəbrayıl hələ öz sağlığında "ata" kimi tanınan el ağsaqqalı olduğu
kimi, onun övladları da öz dövrünün sayılan adamları olmuĢlar. s. Onullahi 15-17-
ci əsrlərdə Qarabağ əhalisini təĢkil edən məĢhur ġahsevən, CavanĢir, ƏfĢar və s.
tayfalarla yanaĢı Cəbrayıllı tayfasının adını çəkmiĢdir. Cəbrayıllı tayfası və bu
tayfaya daxil olmayan kəndlərin əhalisi Azərbaycanda yaranmıĢ siyasi vəziyyətlə
əlaqədar olaraq 15-ci əsrdə Qaraqoyunlu və Ağqoyunlu, 16-17-ci əsrlərdə
qızılbaĢlar və Ģahsevənlər, 18-ci əsrdə əfĢar, nəhayət CavanĢir tayfa ittifaqlarının
tərkibinə daxil idilər. Ona görə də 19-cu əsr müəllifi D.Zubarev və ona əsaslanan
bəzi tədqiqatçılar Cəbrayıllıları gah CavanĢir, gah da ƏfĢar tayfasının bir tirəsi,
1878-ci ildə Londonda türkcə nəĢr edilmiĢ bir topluda isə ġahsevənlərin bir qolu
kimi göstərmiĢlər. 19-cu əsrin 30-cu illərindən sonrakı yazıllı mənbələrdə və rəsmi
dövlət sənədlərində Cəbrayıllı tayfasının adına rast gəlinmir.
Cəbrayıl torpaqları e.ə. 7-ci əsrdə Mil düzündən baĢlayaraq Urmiyə
gölünün Ģimalınadək ərazilərdə mövcud olmuĢ çarlığın, e.ə. 7-6-cı əsrlərdə Midiya
dövlətinin və Əhəməni imperiyasının, e.ə. 4-3-cü əsrlərdən isə Qafqaz
Albaniyasının tərkibində olmuĢdur. O dövrlərdə Cəbrayıl əraziləri Pazkank,
sonralar isə Əhristan və nəhayət, Dizaq adlanan mahalın tərkibinə daxil idi.
Əhristan mahalı Qarabağın, o cümlədən, Cəbrayılın dağətəyi ərazilərini və Mil
düzünün bir hissəsini, Dizaq mahalı isə Quruçay (Füzuli), Araz və Həkəri (Zənki-
lan) çayları arasındakı zonanı və Cəbrayılın Arazboyu hissəsini əhatə edirdi. Diri
dağının adı ġumer-türk sözü olan diri, dirilik, həyat mənalarını verən tir, tar, tiri
sözlərindən yaranmıĢdır. Diri sözünü Qafqaz Albaniyasının bir əyalətinin adı kimi
10
alban tarixçisi Muca Kalankatlı da (7-8-ci əsrlər) iĢlətmiĢdir. Diri dağı səmtində
olan Tiri kəndinin (Zəngilan) adı da diri, tiri sözlərindən əmələ gəlmiĢdir.
4-7-ci və 11-12-ci əsrlərdə Azərbaycana gələn çoxlu türk tayfalarının
əksəriyyəti əsasən Aran əyalətində, Kür-Araz ovalığında yerləĢmiĢdilər. Onlar yerli
türk tayfaları ilə qaynayıb-qarıĢdı. Professor T.Hacıyevin verdiyi məlumata görə,
Cəbrayıl Ģivələrində süzmə, tuĢax, dağar, surquĢlamaq və s. sözlər o dövrdə gəlmə
türk tayfalarından qalma sözlərdir. Bu sözlərin bəziləri Azərbaycanın baĢqa re-
gionlarında da iĢlənir.
1502-ci ildə görkəmli sərkərdə və siyasi xadim I ġah Ġsmayılın baĢçılığı
altında Səfəvilər dövləti yarandı. Cəbrayıl ərazilərinin daxil olduğu Dizaq mahalı
mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyinə daxil edildi. 16-cı əsrin 40-cı
illərindən I ġah Ġsmayılın oğlu I ġah Təhmasib əsli Qacar tayfasından olan
ġahverdi Ziyad oğlunu Qarabağın ilk bəylərbəyisi təyin etdi və bundan sonra
bəylərbəyi vəzifəsi Ziyadoğullarının əlində oldu. Xudafərin körpülərinə qədər
bütün torpaqlar Ziyadoğullarına məxsus idi. Azərbayçan Səfəvi dövləti
yarandıqdan sonra məhsuddar qüvvələr inkiĢaf etməyə baĢladı. 16-cı əsrin 30-50-ci
illərindən etibarən Qarabağ Ġranla Türkiyə arasında döyüĢ meydanına çevrildi.
səfəvi hökmdarı I ġah Abbas Türkiyənin hücumları üçün Ģərait olmasın deyə
Arazboyu ərazilərdə yaĢayan əhalinin çox hissəsini Ġranın mərkəzi əyalətlərinə
köçürdü. Qarabağda, o cümlədən, Cəbrayılda Əhmədli tayfasına məxsus olan
ġahvəlli, Qalaçıq, Hacı Ġsmayıllı, Gödəklər, QuĢçular və s. kəndlərin camaatı və
Çaxarlı tayfası doğma yurdlarını tərk etməkdən boyun qaçırıb inadlı müqavimət
göstərdilər. ġahın əmri ilə onların çoxu məhv edildi, qalanları isə I ġah Abbacı
müdafiə edən Ģahsevənlərin tərəfinə keçməyə məcbur oldular.
1747-ci ildə Nadir Ģah xaincəsinə öldürüldükdən sonra Azərbaycanda
ayrı-ayrı feodal dövlətlər - Qarabaq, Naxçıvan, ġəki, ġirvan, Quba və s. xanlıqlar
yarandı.
Qarabağ xanlığı Naxçıvandan Araz və Kür çaylarının qovuĢduğu yerə,
Kürəkçaydan (Gəncə) Tərtər çayına, oradan da Göyçə gölünə qədər əraziləri,
Zəngəzur və Sisiyan mahallarının bir hissəsini əhatə edirdi. Cəbrayıl ərazisi də
Qarabağ xanlığına daxil idi.
Qarabağ xanlığının ərazisi 22 inzibati vahidə - mahala bölünmüĢdü.
Cəbrayıl əraziləri Xırdapara-Dizaq, Dizaq-CavanĢir, Xudafərin və Çovundur
(Ġranda indi də Oxçu çayına Çovundur deyilir) mahallarına daxil idi. Xırdapara-
Dizaq mahalı Hadrut kəndindən ġəybəy, Nüzkar kəndlərinə qədər əraziləri əhatə
edirdi. Dizaq-CavanĢir mahalına Horadiz-Maralyan-Soltanlı kəndləri istiqamətində
olan ərazilər, Xudafərin mahalına Dağtumas - Sirik kəndləri və Diri dağı zonası,
Çovundur mahalına isə Diri dağından Oxçu çayına qədər ərazilər daxil idi.
Təəssüf ki, Azərbaycan xanlıqları arasında birlik yox idi, bəziləri arasında
hətta düĢmənçilik də var idi. Bundan istifadə edən Rusiya ġimali Azərbaycanı öz
Dostları ilə paylaş: |