49
gətirir. Onlar uzun müddət, yaxud yalnız çoxalma dövründə mövcud ola bilər (məs. bir çox quşlarda – zağca,
qaqarka, şimal dəniz quşu-tupik, qağayı və s.).
Koloniyanın daha mürəkkəb formasında heyvanların həyat funksiyaları qarşılıqlı yerinə yetirilir, bu isə ayrı-
ayrı fərdlərin yaşayıb qalması ehtimalını artırır. Belə ümumi funksiyalar düşməndən qorunmaq və xəbərdarlıq
siqnalı vermək üçündür. Qağayılar, kayralar, bəzi qazlar, qaranquşlar və digər quşlar balalarını və
yumurtalarını qorumaq üçün adətən səs çıxararaq yırtıcının üzərinə atılır. Qorxunu hiss edib istənilən quş
tərəfindən qaldırılan həyəcan siqnalı bütün quşları səfərbər edir. Quşların birgə səfərbərliyi hətta iri yırtıcıları
(tülkü, qırğı, bayquş və b.) da qaçırır.
Məməlilər arasında kolonial həyat sürənlərdən marmot, süzən və ala quşu göstərmək olar. Məməlilərdə
koloniyalar çox vaxt müxtəlif ailələrin ərazidə birləşməsindən deyil, törəməkdə olan ailələr arasında əlaqələrin
saxlanması və ailə qruplarının artması əsasında yaranır.
Daha mürəkkəb koloniyalar kollektiv halda həyat sürən həşəratlarda (termit, qarışqa, arı) olur. Onlar
güclü artan ailələr arasında əmələ gəlir. Belə koloniyalarda – ailələrdə həşəratlar əsas funksiyaları (çoxalma,
qorunma, özünü və nəsli yemlə təmin etmək, quruculuq və s.) birgə yerinə yetirir. Bu zaman ayrı-ayrı fərdlər
və yaş qrupları arasında əmək bölgüsü və müəyyən əməliyyatları yerinə yetirmək üçün ixtisaslaşma aparılır.
Koloniyanın üzvləri bir-birilə məlumat mübadiləsi əsasında hərəkət edir.
Kolonial heyvanlara bəzi qamçılılar, süngərlər və bağırsaqboşluqlar, ibtidai xordalılardan sinassidilər,
slaplar aiddir.
Kolonial bitkilərə müxtəlif birhüceyrləi yaşıl, göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena
yosunları daxildir. Onlar zoospor və avtosporla çoxalır.
Dəstələr. Heyvanların müvəqqəti cəmləşməsi olub hərəkətlərinin bioloji faydalı mütəşəkkiliyini təzahür
etdirir. Dəstə (sürü) növün həyatında hər hansı funksiyanın yerinə yetirilməsini (düşməndən mühafizə, yem
əldə etmək (miqrasiya) asanlaşdırır. Dəstə ilə yaşamaq quşlar və balıqlar arasında geniş yayılmışdır,
məməlilərdən isə bir çox itlər üçün səciyyəvidir. Dəstələrdə bənzətmə (təqlidçilik) reaksiyası və qonşudan
oriyentir (səmt) götürmək güclü inkişaf etmişdir.
Hərəkətləri uyğunlaşdırmaq (əlaqələndirmək) üsuluna görə dəstələr iki qrupa (kateqoriyaya) bölünür:
1) ekvipotensial – ayrı-ayrı üzvlərin dominantlığı aydın görünmür;
2) Liderli dəstələr, burada heyvanlar bir və ya bir neçə, adətən təcrübəli fərdlərin davranışına görə
istiqamət alır. Birinci tipdə cəmləşmək əsasən balıqlara aiddir, kiçik quşlarda və köçəri çəyirtkələrdə də
müşahidə olunur. İkinci dəstə tipinə adətən iri quşlar və məməlilərdə rast gəlinir.
Quşlarda dəstələr mövsümi köçmə zamanı, oturaq və köçəri formalarda isə qış yemlənməsi dövründə
formalaşır. Dəstələr yaratmaq köçmə zamanı koloniya halında yuva tikən və kollektiv yemlənən növlərə xasdır.
Tək yuva quran və yemlənən növlər uçduqda dəstə əmələ gətirmir.
Canavarlar qışda qrup halında ova çıxdıqda dəstə əmələ gətirir, belə halda onlar iri dırnaqlı heyvanların
öhdəsindən gəlirlər.
Sürü. Dəstəyə nisbətən sürü heyvanların daha uzun müddətə və daim cəmləşməsidir. Sürü qruplarında
növün həyatında bütün əsas funksiyalar (yem əldə etmək, yırtıcılardan mühafizə olunmaq, miqrasiya, çoxal-
ma, balanı tərbiyə etmək və s.) yerinə yetirilir.
Sürünün təşkil olunması variantlarından biri – müvəqqəti və ya nisbi daimi liderli qrup sayılır. Liderlər
sürü daxilindən fərdlər olub digərlərinin diqqəti onlara cəmləşir, onlar davranışları ilə yerləşmə istiqamətini,
yemlənmə yerini, yırtıcılara qarşı reaksiyanı və sürünün digər xassələrini müəyyənləşdirir. Liderin fəaliyyəti
bilavasitə digər fərdləri özünə tabe olmağa yönəldilməyib, sürünün daha təcrübəli üzvü liderlik edir. Məsələn,
şimal maral sürülərini adətən yaşlı başçı aparır.
Böyük sürülərdə də ailə və ya yaş qrupları cəmləşir, onlar arasında kontakt (əlaqə) digər analoji qrupların
üzvləri arasındakı əlaqədən daha səmimi olur. Sürüdaxili qruplaşmalarda ümumi liderdən asılı olmayan
dominantlıq – tabelik əlaqəsi təşəkkül tapır. Başçı – dominantlar müxtəlif kollektiv funksiyasını yerinə yetirir. At
ilxısında məsələn, başçı hərəkəti idarə edir, sürünü təhlükədən uzaqlaşdırır, yırtıcılardan qoruyur, davanı
saxlayır, daylaqlara və xəstə heyvanlara qayğı göstərir və s. Mürəkkəb vəziyyətdə müxtəlif növlərin başçıları
kəşfiyyat aparır, sürüdən ayrılaraq sonradan geri dönür və təhlükəsiz istiqamət müəyyənləşdirir. Başçısı olan
qruplarda baş verən münaqişə adətən onun iştirakı ilə müxtəlif növlərdə müxtəlif təcavüz dərəcəsinə görə həll
olunur. Pavian (meymun cinsi) sürüsündə başçı incitmə yolu ilə, qalib başçısı isə çox vaxt qayda-qanunla,
nəzərlə və ya başının işarəsi ilə bərpa edir.
3.9. Populyasiyaların dinamikası
50
Populyasiyanın sayının ümumi dəyişməsi, dinamikası dörd hadisənin hesabına yaranır: doğum, ölüm, köç-
mə, köçürülmə.
Doğum
Populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yə’ni doğum əmə-
lə gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Za-
man vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm
də mühit şəraitindən asılı olaraq dəyişir. (Məmmədov, Suravegina, 2000). Doğum çox olduqda ərazi vahidinə
düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclə-
nir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Ölüm – vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox
səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və
yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin tə-
sir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə öl-
məsi ideal hadisə sayılır. buna populyasiyanın minimal ölümü müvafiq gəlir. Təbiətdə tez-tez rast gəlinən vari-
ant həyatının erkən dövründə fərdlərin yüksək ölümü hesab olunur. Yaşlı formalar daha çox qorunmuş və dö-
zümlü olur. İnsanlarda da bütün tarix boyu uşaq ölümü yüksək olmuşdur, son vaxtlar səhiyyənin inkişafı ilə
əlaqədar uşaq ölümü azalmışdır. Ölümün sayı artdıqda populyasiyanın sayı azalır və bu zaman artımı stimullaş-
dıran mexanizmlər işə düşür. Stress azalır, cinsiyyət hormonlarının səviyyəsi artır, doğum yüksəlir. Beləliklə,
populyasiyada onun sayını optimallaşdıran özünütənzimləmə mexanizmləri mövcuddur.
Yerləşmə (yerini dəyişmə), yerdəyişmə
Populyasiyadan fərdlərin köçməsi və ya onun yerinin gəlmələrlə (yadlarla) dolması növün mühüm bioloji
xüsusiyyətlərindən biri – onun yerdəyişmə qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada fərdlərin bir hissəsi
müntəzəm olaraq onu tərk edərək qonşu sahədəki populyasiyanı doldurur və ya həmin növ olmayan yeni əra-
ziyə köçür. Bu prosesə populyasiyanın dispersiyası deyilir. Yerdəyişmədə yeni biotoplar zəbt olunur, növün
ümumi arealı genişlənir və yaşamaq uğrunda mübarizədə müvəffəqiyyət qazanılır.
Müxtəlif heyvan və həşəratların yerdəyişməsi həyat tsiklinin müəyyən dövründə keçir.
Bitkilər toxum və sporlar vasitəsilə yayılır (yer dəyişir).
Yerdəyişmə dispersiyası populyasiyalar arasında əlaqə vasitəsini görür. Populyasiyanın sıxlığı artdıqda bu
proses güclənir. Yerdəyişən fərdlərin həmin növ olmayan yeni əraziyə daxil olaraq oranı zəbt etməsi və yeni
populyasiyalar əmələ gətirməsi invaziya adlanır.
3.9.1. Say dinamikasının tipləri
Canlı orqanizmlərin müxtəlif qrupları üzrə aparılan tədqiqatların nəticələri göstərir ki, təbii populyasiyaların
sayı daimi qalmır. Onların dəyişməsi konkret faktorların müsbət və ya mənfi təsirlərindən asılıdır, bütün
növlərdə praktiki olaraq sayın qalxma və enmə prosesi qanunauyğun əvəz olunaraq dalğavari, dövri (tsikllik)
xarakter alır və çox vaxt geniş əraziləri tutur.
Populyasiyanın sayının qanunauyğun dəyişməsi xarakteri bütövlükdə növün bioloji xüsusiyyətlərindən,
fiziologiyasından və təbii ekosistemdəki yerindən asılıdır. Hələ 1940-cı illərin əvvəlində S.A.Seversov (1941)
məməlilər və quşların bir çox növlərinin sayının çoxillik gedişini təhlil edərək onun dinamikasının bir neçə tipini
müəyyən etmişdir.
Dostları ilə paylaş: |