172
kimidir: hava ilə 0,009-0,043 mkq, su ilə – 0,0011 mkq, qida məhsulları ilə – 0,16-1,60 mkq, bir qutu siqaret
çəkdikdə – 2-5 mkq. Benz(a)pirenin konserogen effekti mürəkkəb tərkibli digər kimyəvi məhsullarla (his,
qətran, yağlar) qiymətləndirilir.
Daş kömür qətranı və bir neçə mineral yağların peşə təsiri insanlarda müxtəlif xərçəng xəstəliklərini (dəri,
ağciyər, sidik kisəsi, bağırsaqda xərçəng xəstəliyi daxil olmaqla) məhdudlaşdırır. Bu məhsulların konserogen
təsiri banz(a)pirenin iştirakı ilə təzahür edilir.
Benz(a)pirenin mənbəyi energetik qurğular, nəqliyyat hesab olunur; o, praktiki olaraq bütün yanacaq
materiallarının yanması nəticəsində əmələ gəlir. Sənaye müəssisələri arasında benz(a)pirenin atılması üzrə
birinci yeri alüminium zavodları və texniki karbonun istehsalı müəssisəsi tutur. Təxmini hesablamalara görə il
ərzində dünyada ətraf mühitə atılan benz(a)pirenin miqdarı 5000 ton təşkil edir, o cümlədən ABŞ-ın payına
1300 ton düşür. Avropa ölkələrində nəqliyyatın payına atılan ümumi benz(a)pirenin 9%-i düşür.
Rusiyanın əksəriyyət sənaye mərkəzlərində havada benz(a)pirenin konsentrasiyası orta sutkalıq YVK (1
nq/m
-
3) 2-3 dəfə, ayrı-ayrı aylarda (bir qayda olaraq qışda isitmə dövründə) 5-15 dəfə keçir. Bu maddənin
böyük miqdarı Krasnoyarsk, Bratsk və Novokuznetsk alüminium əritmə zavodlarından daxil olur. Rusiyada orta
hesabla 25 şəhərdə benz(a)pirenin atmosfer havasında miqdarı 3 nq/m
-3
səviyyəni keçir. ABŞ-ın ətraf mühitin
mühafizəsi Agentliyinin verdiyi qiymətə görə 7 nq/m
3
konsentrasiyalı benz(a)pirenin təsirilə 1 mln. əhali hesabı
ilə əlavə 9 ağciyər xəstəliyi baş verir. ABŞ-ın müxtəlif ştatlarında havada benz(a)pirenin illik normativi 0,3-
1,1nq/m
3
təşkil edir.
Rusiyada yüksək konsentrasiyalı benz(a)pirenin təsirinə 14 mln.-a qədər insan məruz qalır, o cümlədən 3
nq/m
-3
konsentrasiyalı uzun müddətli təsirə məruz qalanların 10 mln.-da ağciyər xəstəliyinin baş verməsi
ehtimalının tezliyi yüksəkdir.
Dünyanın müxtəlif ölkələrində aparılan ekoloji-epidemioloji tədqiqatlar bir sıra sənaye şəhərlərində ağciyər
xərçəngi xəstəliyindən ölənlərin sayı artır. İri poladəridən istehsalı yerləşən Rusiyanın Krivoy-Roq şəhərində
atmosfer havasında benz(a)pirenin konsentrasiyası 3 nq/m
-3
-dən artıq olduğundan ağciyərin xərçəngi
xəstəliyindən ölənlərin sayı xeyli yüksəkdir. Havada benz(a)pirenin konsentrasiyası yüksək olan sənaye
şəhərlərində həm kişilərdə, həm də qadınlarda tənəffüs yollarında bədxassəli şişlərin olması ilə əlaqədar
ölümün sayının yüksək olması aşkar edilmişdir. Bura alüminium və poladəridən zavodlar (Sverdlov vilayəti) və
neftayırma sənayesi (Ufa, Sterlitamak və İşim), nikel istehsalı (Yuxarı Ufaley, Rey, Norilsk və b.) zavodları
daxildir. Maqnitoqorskda hava hövzəsində benz(a)pirenin orta konsentrasiyası YVK-nı 9,4-12,1 dəfə (9,4-
12,1nq/m
3
)artıqdır. V.S.Koşkinanın (1998) məlumatına görə bu şəhərdə ağciyər xərçəngi xəstəliyinin
göstəricisi kişilərdə 1,5 dəfə yüksəkdir.
12/./3. /Uçucu üzvi birləşmələr (UÜB). UÜB-rə benzol, toluol və ksilol aiddir. Benzol ətraf
mühitə çirkab suları ilə və əsas üzvi sintez istehsalı, neft-kimya və kimya-farmasevtik istehsalından, plastmass,
partlayıcı maddələr, ionmübadilə qətranı, lak, boyalar və süni dəri istehsalı müəssisələrindən daxil olur. O,
nəqliyyatın buraxdığı qazların tərkibində də olur. Benzol su hövzələrindən havaya tez buxarlanır, o, torpaqdan
bitkiyə transformasiya edə bilir.
Atmosfer havasında benzolun miqdarı 3-160 mkq/m
-3
arasında dəyişir. Havada daha yüksək konsentrasiya
iri şəhərlərdə neftayırma zavodlarının yanında aşkar edilir.
Rusiyada atmosferdə benzolun yüksək konsentrasiyasına 2 mln., o cümlədən 50-70 mkq/m
-3
konsentrasiya səviyyəsinə 0,5 mln., 25-30 mkq/m
-3
səviyyəsinə isə 1,3 mln. adam məruz qalır. ABŞ-da
benzolun 32 mkq/m
-3
konsentrasiyasına 0,08 mln., 13-32 konsentrasiya səviyyəsinə isə 0,2 mln. adam məruz
qalır.
Konserogen təsirilə yanaşı, benzol həmçinin mutagen, honadotoksik. embriotoksik, teratogen və allergik
təsirə malikdir. Xroniki benzol intoksikasiya müşahidə olunan işçilərdə ən çox qanın və qanəmələgətirən
orqanların, nisbətən az dərəcədə isə sinir sisteminin zədələnməsi baş verir. Sinir simptomatikası çox vaxt
hematoloji dəyişkənliyin ağırlaşmasına (leykopeniya, trombositopeniya) səbəb olur Benzolun uzun müddətli
yüksək konsentrasiyada təsiri (0,6-40,0 mq/m
-3
) xromosom aberrasiyasının böyməsinə səbəb olur.
Bir sıra epidemioloji tədqiqatlarla benzolun işçilərə təsirilə müxtəlif tip leykozların əmələ gəlməsi arasında
səbəb əlaqəsi aşkar edilmişdir. Çində 233 istehsalatda benzolla təmasda olan 28460 fəhlədən 30-da leykoz
(23-ü kəskin, 7-i xroniki), lakin maşınqayırma sahəsində (83 istehsalat) benzolla peşəlik təmasında olmayan
fəhlələrdə isə (28257 nəfər) leykositlə xəstələnən cəmi 4 hadisə qeydə alınmışdır. Birinci qrupda il ərzində
100000 adam hesabı ilə leykositdən ölənlərin sayı 14, ikincidə isə 2 nəfər olmuşdur.
Benzol içməli suya su təchizatı mənbəyinin çirkab suları ilə çirklənməsi nəticəsində, həmçinin suyu
173
təmizləmək üçün işlədilən kömür süzgəclərdən daxil ola bilər. İçməli suda benzolun YVK-sı (zərərliyin səhiyyə-
toksikoloji göstəricisi) 0,01 mq/l müəyyən olunmuşdur.
Səth sularında toluolun konsentrasiyası, bir qayda olaraq 10 mkq/l-dən artıq olmur. Toluol ümumi toksik
təsirli zəhər olub kəskin və xroniki zəhərlənməyə səbəb olur. Bəzi müəlliflərlə görə toluolla az dozada uzun
müddət təmasda olduqda qana təsir göstərə bilər. Onun qıcıqlandırıcı effekti benzoldan da güclüdür. Toluolun
zədələnməyən dəri ilə orqanizmə daxil olması təhlükə yaradır, belə ki, o, endokrin pozuntulara səbəb olur və iş
qabiliyyətini aşağı salır. Lipidlərdə və yağlarda yüksək dərəcədə həll olduğundan əksər hallarda mərkəzi sinir
sistemində toplanır.
Su mənbələrinin suyunda toluolun YVK 0,5 mq/l təşkil edir.
İçməli suya ksilollar əksər hallarda neftayırma müəssisələrinin çirkab suları ilə çirklənmiş su
mənbələrindən daxil olur. Səthi sularda ksilolun miqdarı 2-8 mkq/l, su kəmərlərində 3-8 mkq/l-ə çatır. Onlar
qrunt sularında uzun müddət qala bilir. Ksilollar qıcıqlandırıcı və embriotrop təsirə malikdir, reproduksiya
proseslərini pozur və dəridən keçdikdə təhlükə yaradır.
Dostları ilə paylaş: |