170
insektisidlərdən biri hesab olundu. Onun istifadəsi bu xəstəliklərdən ölənlərin xeyli azalmasına imkan yaratdı.
Belə ki, 1948-ci ildə malyariyadan 3 mln. adam ölmüşdür, 1965-ci ildə bu xəstəlikdən ölüm hadisəsi baş
verməmişdir. 1938-ci ildə Yunanıstanda malyariya xəstəliyinə 1 mln., 1959-cu ildə cəmi 1200 adam
tutulmuşdur. 1945-ci ildə İtaliyanın Lasiya əyalətində bir ay ərzində malyariyadan 65-70 adam ölmüşdür, DDT-
dən istifadə edildikdən sonra isə bu səbəbdən ölənlərin sayı 1-2 nəfər olmuşdur. 1943-44-cü illərdə Neapolda
səpkili tifin epidemiyası olmuş, sutka ərzində bu xəstəliyə 60 nəfər tutulmuşdur. Əhali üçün sistemli olaraq
DDT-dən istifadə olunduqdan sonra (yanvar, 1944) fevralın sonunda sutka ərzində bu xəstəliyə tutulanların
sayı 5 nəfərə kimi aşağı düşdü. DDT-dən bir çox ölkələrdə geniş istifadə olunmağa başlandı. Lakin onun geniş
spektrli təsiri və olduqca davamlılığı hazırda ondan istifadədən imtina olunmasına gətirib çıxardı. Zərərli
həşəratlarla yanaşı, həm də, faydalıları da məhv edildi, DDT-nin davamlılığı onun qida zəncirində toplanmasına
səbəb oldu. Nəticədə quş, balıq və məməli orqanizmlərdə onun konsentrasiyası yüksəldi. Qida zəncirinin hər
həlqəsində DDT-nin miqdarı artdı: bitkilərdə (yosunlarda) -10 dəfə, xırda orqanizmlərdə (kiçik xərçəng) – 100
dəfə, balıqlarda – 1000 dəfə, yırtıcı balıqlarda – 10000 dəfə (DDT-nin lildə olan miqdarına nisbətən).
DDT-nin köməyi ilə insanlar öz həyat şəraitini yaxşılaşdırmağa ümid edirdi, lakin sonralar tədricən məlum
oldu ki, belə tərəqqi onlara baha başa gəlir.
Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin çökməsi üçün 4 il lazımdır.
Torpaqda isə o, 20 ilə qədər qala bilər. DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda
və lipidlərdə yaxşı həll olması ilə əlaqədardır.
ABŞ-da qadağan olunan kimyəvi agentlər arasında DDT birincilər sırasındadır.
DDT-nin ekosistemin vəziyyətinə və əhalinin sağlamlığına təsiri artıq uzun illərdir ki, öyrənilir. Pestisidlərin
təsirinə onun istehsalı ilə məşğul olan işçilər, həmçinin kənd təsərrüfatı aviasiyası personalı, fermerlər,
aqronomlar və kənd təsərrüfatının digər mütəxəssisləri daha çox məruz qalır. Bu şəxslərdə xlorakne adlanan
tipik xəstəlik qeydə alınır.
Hazırda dünyanın əksər ölkələrində DDT-dən istifadənin qadağan olunmasına və praktiki olaraq ondan
istifadə olunmamasına baxmayaraq, onun insanların reproduktiv sağlamlığına və endokrin sisteminə sonrakı
təsirinin nəticələri ciddi problem olaraq qalır.
DDT konserogen təsirə malikdir, odur ki, bu maddə MAİR tərəifndən insan üçün konserogen qrupuna (2 B
qrupu) aid edilmişdir. Son illərin tədqiqatları nəticəsində qadınların piy toxumasında DDT-nin miqdarı ilə süd
vəzilərində xərçəng xəstəliyi (P.Cocco et al., 2000), DDT-nin peşə təsirilə mədəaltı vəzinin xərçəngi arasında
bağlılıq aşkar edilmişdir. DDT-nin istifadəsi məhdudlaşdırıldığı ilə əlaqədar ana südündə onun miqdarı xeyli
azalmışdır (D.Smith, 1999). Lakin bu Avropa ölkələrinə, ABŞ-a və Kanadaya aiddir; Tacikistan və Qazaxıstanda
isə ana südündə DDT-nin miqdarı əvvəllər olduğu kimi yenə də yüksək (2300-600 nq/q) olaraq qalır.
DDT-yə həmçinin digər DÜÇ-lərə şimal Arktika regionlarının ətraf mühitində də rast gəlinir. Bunlar bu
regionların azsaylı əhalisinə təhlükə yaradır. DDT qrupu pestisidlər Arktikanın yerli sakinlərinin qanında əsasən
DDE halında olur, bu, həmin toksinlərin orqanizmə nisbətən çoxdan daxil olmasını təsdiq edir.
M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda ən böhranlı ekotoksikoloji şərait
keçmiş pambıq və taxıl yetişdirilən rayonların ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır.
Respublikamızda 1980-ci ilin ortalarına qədər pestisidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay
və Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra
əvvəllər pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti, pambıq sovkası, gənə, mənənə və s.
cücülərin çoxalması baş verdi. K.Edvardsa görə T
50
DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən
çox asılıdır. Belə ki, mülayim qurşaq rayonlarında o, 2,5 il, subtropik və tropik ölkələrin torpaqlarında isə cəmi
3-9 ay qala bilir.
Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək qalıq miqdarı ən çox gilli
torpaqlarda rast gəlinir. Bu torpaqlarda profil boyu dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və
qumsal torpaqlarda isə bunun əksi müşahidə olunur (X.M.Qasımov, 2003).
Pestisidlərdən istifadənin digər ciddi problemi ziyanvericilərin ona alışmasıdır, bu alışma sonrakı nəsillərə
də keçərək pestisidlərin effektivliyini aşağı salır və yeni-yeni kimyəvi maddələrdən istifadəyə məcbur edir.
Rezistentlik adlanan bu hadisədə həşəratların onlarla kütləvi növlərinin istifadə olunan əsas birləşmə
siniflərinə qarşı hissiyyat göstərmir. Bura ev milçəyi, tarakan, Kolorado kartof böcəyi, kələm güvəsi və s.-ni
misal göstərmək olar. İstifadə olunan pestisidlərdə rezistentlik 10-30 nəsildən sonra baş verir. Odur ki, yaxın
gələcəkdə pestisidlərdən istifadənin hazırkı strategiyasında bütün əsas ziyanvericilər rezistent ola bilər.
Pestisidlərdən istifadənin problemlərini ümumiləşdirsək, belə nəticəyə gəlmək olar ki, əsas təhlükə
ekosferin həyat təmin edilməsi xassələrinin pozulması və insanların sağlamlığının pisləşməsidir.
171
Gələcək perspektiv planda istifadə olunan kimyəvi maddələr qadağan olunmalı və bioloji mübarizə üsulları
ilə əvəz edilməlidir. Lakin təcili olaraq qadağan mümkün deyil. Keçid dövründə bəzi qaydalara riayət etmək
lazımdır. Pestisidlərdən lazım olmadıqda istifadə etmək olmaz, zərərvericiləri başdan-başa qırmağa çalışmaq
lazım deyil, onun sayını aşağı səviyyədə saxlamaq kifayətdir. Pestisidlərdən istifadə üçün xüsusi mütəxəssislər
hazırlanmalıdır.
12.2.4. Digər xlor-üzvi pestisidlər
Dieldrin də aldrin, heptaxlor, xlordan və toksafen kimi politsiklik qeyri-aromatik birləşmələrə aiddir.
Onlardan bəziləri, məsələn, xlordan DDT-dən toksik sayılır. Dieldrin insektisid hesab olunur. O, DDT-dən də
effektli və daha davamlıdır. Həşəratlarda DDT-yə qarşı davamlılıq yarandıqda, dieldrindən istifadə olunurdu.
1955-ci ildə ÜST malyariya yayan milçəklərə qarşı dieldrindən istifadə edərək xəstəliyin tam qarşısını ala bildi.
Lakin dieldrini təsirindən digər həşəratlar, kiçik kərtənkələlər və pişiklər də məhv olurdu. Bu isə siçovulların
çoxalmasına imkan yaradaraq taun xəstəliyinin əmələ gəlməsi təhlükəsi yarandı. Hazırda dieldrindən istifadə
olunması bütün dövlətlərdə qadağan edilmişdir. Lakin olduqca davamlı olduğu üçün o, əhalinin və
ekosistemlərin sağlamlığına neqativ təsir göstərə bilər.
Aldrin yüksək davamlılığı və toplanması ilə fərqlənir. Onu süddə, toxumalarda və insanların qanında
aşkar etmək olar. O, məməlilər, quşlar, balıqlar, xərçəngkimilər və molyusklar üçün tokisiki hesab olunur.
1972-ci ildən onun SSRİ-də istifadəsi qadağan edilmişdir.
Heptaxlor – torpaqda yaşayan həşəratlarla mübarizədə istifadə edilirdi. Onunla həm də qarğıdalı və
şəkər çuğundurunun toxumları dərmanlanırdı. Digər xlor-üzvi birləşmələri kimi heptaxlor da məməlilər və digər
canlı orqanizmlər üçün toksikidir. Onun metaboliti, yəni parçalanma məhsulu ilkin maddədən daha toksik
sayılır. 1986-cı ildə heptaxlorun istifadəsi qadağan olunub.
Toksafen (polixlorpinen, polixlorkamfen) – insektisid olub şəkər çuğunduru, noxudun ziyanvericiləri ilə və
kolarada böcəyinə qarşı istifadə olunmuşdur. O, 1960-1970-ci illərdə ABŞ-da, xüsusilə cənub ştatlarında
pambığın və soya bitkisinin səpinlərində geniş istifadə edilmişdir. Digər uçucu pestisidlər kimi toksafen havada
yayılma qabiliyyətinə malikdir. Ona görə də onu hətta əvvəllər istifadə edilmədiyi yerlərin havasında və
torpağında da aşkar etmək olar. İnsanın orqanizminə toksofen əsasən balıqla daxil olur. Balıqla qidalanan
adamlar gün ərzində 1 kq kütləsinə 2,8-5,6 nq toksafen qəbul edə bilər. Son vaxtlar toksafen İsveç, Finlan-
diya, Niderland qadınlarının südündə (68 mq/kq yağda) aşkar olunmuşdur. SSRİ-də toksafendən istifadə
qadağan olunmuşdur, ildə onun 2000 tonundan istifadə edilirdi. 1986-cı ildən etibarən bütün dünyada
toksafendən istifadə olunması qadağandır.
Xlordan – Qarışqa və termitləri məhv etmək üçün istifadə olunmuşdur. Davamlı olduğundan və
bioakkumulyativliyinə görə istifadəsi qadağan olunmuşdur. O, müxtəlif ölkələrdə havada və torpaqda aşkar
edilir.
Heksaxlorbenzol (HXB) – insektisid və funqısiddir, davamlı çirkləndirici sayılır. Rusiyada ondan digər
preparatların qarışığı ilə buğda, çovdar, qarabaşaq, soya və digər taxıl bitkilərinin xəstəliklərinə qarşı onların
toxumlarının dərmanlanmasında istifadə olunmuşdur. Qida zənciri ilə hərəkət etdikcə onun konsentrasiyası
sonuncu həlqələrdə kəskin artır. HXB ilə bilavasitə təmasda olduqda selikli qişada və dəridə qıcıqlanma baş verir.
Sağlamlığa təsiri. Xlor-üzvi pestisidlər anadangəlmə inkişaf qüsurlarının əmələ gəlmə riski faktorlarıdır.
Bu, ekoloji-epidemioloji tədqiqatların pestisidlərdən intensiv istifadə olunan rayonlarda «hadisə-nəzarət»
metodu ilə müəyyən olunmuşdur. Belə risk faktorlarının qiyməti ananın pestisidlərlə peşə təmasında – (OP
1,7), pestisidlərdən ev təsərrüfatında istifadə edildikdə (OP>1,5), pestisiddən istifadə olunan sahənin 0,4 km-
də aşkar edilmişdir.
Xlor-üzvi pestisidlərdən geniş istifadə olunduqda uşaqların sağlamlığında ciddi nəticələrə səbəb olur.
Qadınların reproduktiv sağlamlığına təsiri Ataniyazova (1996) tərəfindən Aral regionunda müəyyən edilmişdir.
Qazaxıstanda pambıq tarlalarında xlor-üzvi pestisidlərdən (2, 3, 7, 8 -TXDD) istifadə edilməsi də qadınlarda
reproduktiv pozuntulara səbəb olmuşdur (K.Hooperetal, 1999).
Xlor-üzvi birləşmələrdən uzun müddət istifadə olunması nəticəsində Rusiyanın cənub regionlarında ətraf
mühit və qida məhsulları xeyli çirklənmişdir. Burada anaların südündə xlor-üzvi pestisidlərin konsentrasiyası
0,001 və 0,067 mq/l arasında tərəddüd edir.
12.2.5. Politsiklik aromatik karbohidrogenlər (PAK)
Benz(a)piren PAK-ın tipik nümayəndəsi sayılır. Kanserogen xassəsinə görə bu maddə 2A qrupuna aiddir.
Əhalinin ümumi qrupu üçün benz(a)pirenin insanın orqanizminə daxil olan orta sutkalıq miqdarı aşağıdakı
Dostları ilə paylaş: |