203
Şəkil 15.13. 1950-1998-ci illərdə dünya geoterminal energetikası
Yer təkinin istiliyindən istifadə olunması ətraf mühitin mühafizəsi baxımından olduqca perspektivli hesab
olunur. Hazırda bir sıra ölkələrdə elektrik enerjisi əldə edilməsində, binaların və istixanaların qızdırılmasında isti
su mənbələrindən istifadə edilir.
Geotermal elektrik stansiyaları quraşdırılması, avadanlıq təchizatı və istismarına görə ənənəvi İES-lərdən
az fərqlənir və praktiki olaraq neqativ ekoloji nəticələrə səbəb olmur. Kamçatkanın 1200 m dərinlikdə yerləşən
termal suları yataqlarında suyun temperaturu 257
0
C-yə çatır. Burada aşkar edilən istisu resursları, gücü 350-
500 mVt olan geotermal elektrik stanstiyalarının işini təmin edə bilər.
Qeyri ənənəvi enerji mənbələrinin iqtisadi effektivliyinin müqayisəli xarakteristikası 15.6 saylı cədvəldə
verilir.
Cədvəl 15.6
Müxtəlif üsullarla alınan enerjilərin müqayisəli xarakteristikası
Elektrik
stansiyasının tipi
Tutduğu ərazinin vahid sahəsində
enerjinin xüsusi həcmi (Vt/m
2
)
Xüsusi kapital qoyuluşu
(müqayisəli vahid)
Külək
0,4
4,5
Günəş
30
3
Geotermal
4
3
Atom
1300
1
Geotermal enerjidən istifadə etdikdə su, hava və torpaq xeyli çirklənir. 1000 MVt gücü olan geotermal
elektrik stansiyaları atmosferə il ərzində 10
4
-10
5
ton qaz buraxır, 10
5
-10
8
m
-3
suyu çirkləndirir və geniş sahə
tələb edir (1 stansiya üçün 20 km
2
).
Respublikamızın böyük potensial ehtiyatlara malik enerji mənbələrindən biri də termal sulardır. Termal
suların öyrənilməsinin hazırlık vəziyyətində yalnız Abşeron, Gəncə, Lənkəran, Masallı, Şirvan, Muğan, Xaçmaz
və Naxçıvan rayonları praktiki əhəmiyyətə malikdir. Tədqiqatlar göstərdi ki, (Əzizov, Cəlilov, 2003) respublika
ərazisində termal sulardan isti su təchizatında, istixanalarda, balneoloji məqsədlər üçün, kimyəvi xammal kimi
istifadə edilə bilər. Respublikada Kürdəmir rayonunun ərazisində 1980-ci illərdə neft-qaz axtarışı məqsədilə
qazılan quyudan sutkada 6-10 min m
3
- ə qədər həcmdə, istiliyi 80-90
0
-yə çatan termal su çıxmışdır. İyirmi
ildən yuxarı müddət ərzində həmin sular istifadəsiz qalaraq ətraf ərazilərə axmış və xeyli torpaq sahələrini
yararsız hala salmışdır. Hazırda həmin sulardan balneoloji məqsədlər üçün istifadə edilir. Respublikanın digər
regionlarındakı termal sulardan əsasən balneoloji məqsədlər üçün istifadə olunur.
204
d) Dəniz energetikası
Dəniz energetikası akvatoriya, dəniz axınları və qabarmaların səthində baş verən dalğaların enerjisinə,
həmçinin dəniz suyunun müxtəlif dərinliklərindəki temperatur və duzluluq dərəcəsi fərqinə əsaslanır.
Dalğa energetikası. İstənilən su hövzəsində dalğalar labüd hadisədir. Dünya okeanının dalğa gücü
2,7 mlrd kVt-la qiymətləndirilir, bu dünyada sərf olunan enerjinin 30%-ni təşkil edir. Dalğa elektrik
stansiyalarının (DES) yerləşdirilməsi məqsədəuyğunluğu (faydalılığı) regional xüsusiyyətlərlə, hər şeydən öncə
dalğa cəbhəsində sıxlığı, yəni vahid uzunluğa düşən dalğa cəbhəsində onun qiyməti ilə təyin olunur. Belə ki,
ABŞ və Yaponiyanın sahil zonasının bir sıra sahələrində dalğa cəbhəsinin xüsusi gücü 40 kVt/m təşkil edir.
Böyük Britaniyanın qərb sahillərində Hebrid adaları rayonunda daha əlverişli şərait yaranaraq bu rəqəm 80
kVm-ə çatır.
DES-lərin işinin funksional prinsipi dalğanın potensial enerjisini pulsasiyanın kinetik enerjisinə,
pulsasiyaları isə bir istiqamətli gücə çevirməkdən ibarətdir, bu sonradan elektrik mühərriyinin valını fırlandırır.
DES-lər bilavasitə sahildə, sahilin yaxınlığında akvatoriyada və ya sahildən müxtəlif məsafələrdə açıq
dənizdə qurula (tikilə) bilər.
Təcrübələr göstərir ki, sahilyanı zolağın intensiv formalaşdığı sahilə yaxın akvatoriyada yerləşdirilən
qurğular ətraf mühitə daha əlverişli (yaxşı) təsir göstərir.
Qeyd etmək lazımdır ki, bütün bərpa olunan enerji resurslarında olduğu kimi dalğa proseslərinin də bir
sıra çatışmazlıqları – enerjinin nisbətən aşağı konsentrasiyalığı, dalğa tərəddüdlərinin geniş spektrə malik
olması, məkan və zaman daxilində nisbətən dəyişkənliyidir. Lakin bu qurğuların ən üstün cəhəti onun ekoloji
təmizliyindədir.
Axın energetikası. Dəniz energetikasının inkişafının perspektiv istiqamətlərindən biri okean axınlarının
enerjisindən istifadə edərək hidroelektrik stansiyalarının yaradılmasıdır.
Okean axınları enerjisinin dəyişdiriciləri təsir prinsipinə görə dalğa və həcm nasoslarına bölünür.
Okean axınından istifadə üzrə tədqiqat işləri ABŞ-da Tureina Universitetində (Luiziana ştatı) aparılır.
Hazırlanmış layihələrə uyğun olaraq nisbətən güclü axınlara malik olan rayonlarda yaradılan qurğularda
alüminiumdan hazırlanan turbinlərin işçi çarxının diametri 170 m, rotorun uzunluğu 80 m, xidmət müddəti 30 il
nəzərdə tutulur.
Qabarma energetikası. Dünya okeanının səviyyəsinin dəyişməsinin səbəbi Ayın və Günəşin cazibə
qüvvəsindən asılı olaraq (Yerin Ay və Günəşlə qravitasiya qarşılıqlı təsiri) qabarma əmələgətirmə gücü hesab
olunur.
Böyük qabarma elektrik stansiyası (QES) Fransada işləyir. Bu «Rans» stansiyası 1 kVt gücünə xüsusi
kapital xərcləri 2000 frank təşkil edir. Bu isə analoji gücə malik olan su elektrik stansiyasından iki dəfə artıqdır.
Rusiyada Murmanskdan 60 km qərbdə Ura çayının mənsəbində qabarma enerjisindən praktiki istifadə
olunmasına təcrübəvi Kisloqubsk QES-nin tikintisindən sonra başlanmışdır. Burada qabarmanın hündürlüyü
1,1…. 3,9 m təşkil edir. QES ekoloji baxımdan ən təmiz enerji mənbəyi sayılır.
Dəniz suyunun müxtəlif dərinliklərində temperatur fərqindən istifadə olunması. Dünya
okeanının 400 m dərinliyi ilə səthi arasında orta temperatur fərqi 12
0
C təşkil edir. Su qatları arasındakı
temperatur fərqlərindən başqa, həm də hava qatlarının səthində, həmçinin dib süxurları və dib suları arasında
temperatur fərqləri mövcüddür.
Temperatur fərqləri ilə asılı enerjinin əldə olunmasında aşağıdakı sistemlərdən istifadə edilir:
- açıq prinsip və birkonturlu sxem burada işçi cismi kimi dəniz suyundan istifadə olunur.
- qapalı prinsip və ikikonturlu sxem, burada aralıq işçi cisimlərindən (freon, ammonyak, propan və s.)
istifadə olunur.
Göstərilən qurğuların əsas çatışmayan cəhəti üst isti və dərinlik soyuq sularının qarışması nəticəsində
istilik tarazlığının pozulması ilə əlaqədar mütləq temperaturun dəyişməsi olub, istisevər faunaya öldürücü təsir
göstərə bilər. Bundan başqa, okeanın dərin sularında üst qata nisbətən karbon iki oksidin miqdarının çox
olması, karbon qazının atmosferə ayrılması və həmin regionda iqlimin vəziyyətinə təsir göstərir.
Duzluluq qradiyentindən istifadə. Hazırda aparılan nəzəri tədqiqatlar və təcrübi-konstruktiv işlər dəniz
suyunun duzluluq fərqlərinə əsaslanan energetikanın mümkünlüyünü təsdiq edir. Lakin bu sistemdən praktiki
istifadə olunması məsələsi axıra qədər öyrənilməmişdir.
e) Hidrogen energetikasına keçid
Hidrogen energetikası – termokimyəvi və elektrolitik metodların, həmçinin bioloji proseslərin köməyilə
Dostları ilə paylaş: |