201
ölkələrə ixrac edilir. Avropa hazırda üçüncü yeri tutub 1999-cu ildə orada istehsal olunan fotoelementlərin
ümumi gücü 40 meqavat təşkil etmişdir. Lakin «Royal – Daç Şell» və «Pilkington Qlass» korporasiyaları
Almaniyada müştərək müəssisə açaraq hər il 25 meqavat gücündə günəş elementləri istehsal etdikdən sonra
bu sahədə Avropa potensialı iki dəfə artdı. Bu sahənin şəbəkələrinin mühafizəsi üzrə Yaponiya, Almaniya və
ABŞ-da ciddi proqramlar mövcuddur.
Almaniya 2005-ci ildə gücü 300 meqavat olan 100000 evin damına günəş panelləri qurmaq haqqında
proqram qəbul etmişdir. 1997-ci ildə «milyon günəş dam örtüyü» haqda Amerika proqramı həyata keçirilir.
İtaliya da «on min günəş dam örtüyü» haqda proqrama başlamışdır.
1970-ci illərdə günəş elementlərinin qiyməti 1 Vatt istehsalat gücü üçün 70 dollar, hazırda isə 1 Vatt 3,5
dollar təşkil edir. Proqnozlara görə texnologiyanın inkişafı və yeni istehsalat gücünün yaradılması sayəsində bu
qiymət getdikcə aşağı düşəcək və ehtimal ki, 1 Vatt 1 dollara qədər enəcəkdir. Hazırda yüzlərlə laboratoriya
tərəfindən fotoqalvaniklərin texnologiyasının təkmilləşdirilməsinə yönəldilən tədqiqatlar yerinə yetirilir və hər
ay fotoelementlərin konstruktivləşdirilməsi texnologiyasının inkişafı və ya istehsalı üzrə yeni-yeni nailiyyətlər
əldə edilir.
c) Geotermal energetika
Bilavasitə və dolayı yolla günəş işığından asılı olan külək, günəş və sudan fərqli olaraq geotermal enerji
radioaktiv parçalanma və qravitasiya gücünün təsiri nəticəsində Yerin təkindən daxil olur. Daima istiliyini itirsə
də, Yer olduqca yavaş soyuyur. Belə ki, Yerin nüvəsi hələ milyard illər qaynar qalacaq, çünki Yerin nüvəsi
enerji mənbəyi sayılır (ehtimala görə radioaktiv elementlərin parçalanmasına görə). Hesablamalara əsasən, 5
km dərinlikdə toplanan istiliyin miqdarı, bütün qazıntı nüvələrinin enerji resurslarındakı enerjidən dəfələrlə
çoxdur. Dərinlik istisindən elektrik enerjisi əldə etməkdə, qızdırma sistemində, yaşayış və sənaye binalarının
isti su ilə təchizində, müxtəlif texnoloji tələbatlarda istifadə etmək olar.
Geotermal sular nisbətən yer səthinə yaxın yerləşdikdə, yəni qaynar bulaqlar, qeyzerlər və vulkanlar
şəklində olduqda onlardan istifadə olunması effektli ola bilər.
Termal sular əslində tükənməyən enerji quyusudur. Ondan minillər əvvəl çimmək üçün istifadə
olunmuşdur. Neft yataqlarından fərqli olaraq geotermal mənbələr tükənmir və ondan hədsiz (nəhayətsiz)
istifadə etmək mümkündür.
Planetimizin bəzi rayonları, xüsusilə geotermal enerji ilə zəngindir. Bu baxımdan, Yerin ən zəngin vilayəti
Sakit okeanı sahilləri hesab olunur. Şərqi Sakit okean regionunun da geotermal resursları Cənubi, Mərkəzi və
Şimali Amerika sahilləri boyu olan Alyaskaya qədər yerləşir. Sakit okeanın qərb sahillərində isə geotermal
resurslar Rusiyanın şərqində, Yaponiyada, Koreyada, Çində və ada dövlətləri olan Filippin, İndoneziya, Yeni
Qvineya, Avstraliya və Yeni Zelandiya ərazisində geniş yayılmışdır.
Geotermal enerjidən elektrik istehsal olunması ilk dəfə 1904-cü ildə İtaliyada həyata keçirilmişdir. Yer
təkində «gizlənən» enerji mənbəyindən bilavasitə istilik və elektrik alınmasında istifadə etmək olar. İstilik əldə
edilməsi üçün su və ya buxar adətən yerin səthinə çəkilir (nasosla), sonra yenidən Yerin təkinə vurulur.
Elektrik həmçinin suyun yer altındakı qaynar daş laylarının çatlarında sirkulyasiyası vasitəsilə alınır. Çıxarılan
geotermal enerji binaların 85%-i bu yolla qızdırılır, Yaponiyada hamamlarda, ABŞ-da elektrik enerjisinin
alınmasında istifadə olunur.
Geotermal enerjidən elektrik alınması 1904-cü ildə ilk dəfə İtaliyada istifadə edilmişdir. Hazırda belə
enerjidən bir sıra ölkələrdə, əsasən hamamların isti su ilə təchiz olunmasında istifadə olunur. XX əsrin 70-ci
ilində geotermal resurslardan elektrik alınması az inkişaf edərək 1973-cü ildə yalnız 1100 meqavata çatdırıldı.
1973-1978-ci illərdə neftin qiyməti kəskin qalxdıqda geotermal enerjidən intensiv istifadəyə başlandı. 1998-ci
ildə bu elektrik sahəsinin miqyası təxminən səkkiz dəfə artaraq 8240 meqavata çatdırıldı (şəkil 15.11).
Geotermal enerjidən istifadə edilməsində ABŞ lider sayılır və bu yolla 2800 meqavatdan artıq enerji əldə
edilir, lakin bu, ABŞ-da istifadə edilən ümumi enerjinin yalnız 1%-i qədərdir. Halbuki, bu rəqəm Nikaraquada –
28%, Filippində – 26% təşkil edir.
Ölkələrin əksəriyyəti hələ təzə-təzə geotermal resursları istehsal etməyə başlamışlar. Sakit okean, Aralıq
dənizi və Şərqi Afrika rift sistemi sahilləri boyu yerləşən ölkələrdə geotermal resurslar böyük potensial enerji
mənbəyi sayılır. Yaponiyada geotermal enerji yer səthinə yaxın yerləşir, bu ölkədə minlərlə kurortları qaynar
isti su mənbələri ilə təmin edir. Bu termal resurslar ölkəni elektriklə 30% təmin etməyə qabildir. Bəzi ölkələr
geotermal enerji ilə olduqca zəngin olub iqtisadiyyatı bütövlüklə bununla işlətmək olar.
Dövrümüzdə iqlim dəyişikliyi təşvişi artdığı bir vaxtda bir sıra ölkələr öz geotermal potensialını
müəyyənləşdirməyə başlamışdır. Belə ki, ABŞ-ın energetika nazirliyi 2000-ci ildə ölkənin qərbində yerləşən
202
geotermal resurslarından istifadə olunması proqramının həyata keçirilməsini elan etdi. Proqramın məqsədi
ABŞ-ın qərbində 2020-ci ilə qədər elektrik enerjisinin 10%-nin geotermal resurslardan əldə edilməsinə nail
olmaqdır.
Təbii və süni istilik daşıyan geotermal mənbələr ayrılır. Birinci halda energetik qurğularda işçi cismi kimi
təbii halda termal sular və ya buxarlı-su qarışığından istifadə olunur. Ən güclü təbii istilik enerji
akumulyatorları Kamçatka, Saxalin və Kuril adalarında mövcuddur. Hesablamalara görə onların potensialı 2
min MVt, yaxud 4 mln. ton şərti yanacağa (illik) bərabərdir.
Kamçatkada Paujetka çayının yanında yeraltı isti mənbələrin bazasında 5 MVt gücündə geotermal elektrik
stansiyası (geo İES) fəaliyyət göstərir: Analoji geo İES-lər İtaliya, Yaponiya, İslandiya, Meksika, ABŞ və Yeni
Zelandiyada işləyir. XXI əsrin əvvəlinə dünyada bütün geoİES-lərin gücünün cəmi 17,6 mln kVt təşkil edir.
Çox vaxt dərində yerləşməyən temperaturu 60 … 100
0
C olan termal sulardan istifadə olunur. Belə ki,
sutkalıq debeti 1500 m
3
, temperaturu 60
0
C olan termal suyu quyusu əhalisi 14 min olan qəsəbənin isti suya
olan tələbatını təmin edə bilər. Şimal enliklərində yeraltı termal sularından evləri isti su ilə təmin etmək,
müalicə məqsədilə xüsusi istixanalarda tərəvəz, hətta meyvə yetişdirməkdə istifadə olunur.
Süni geotermal mənbələrdə işçi cisim kimi maye və ya qaz tətbiq olunur, onlar qazılmış quyularda
yüksək temperaturlu dağ süxurları layında sirkulyasiya edir.
ABŞ-da neçə illərdən bəridir ki, dərinliyi 4 km, isti çatlı, susuz süxur olan qazılmış quyulara soyuq su
buraxmaq üzrə təcrübələr yerinə yetirilir. Suyun təxminən 3/5 hissəsi digər quyular vasitəsilə isti buxar halında
Yerin səthinə çıxır. Bu buxardan yalnız turbinləri hərəkətə gətirərək elektrik istehsal etməkdə deyil, həm də
mərkəzi istixanalarda istifadə etmək olar.
Soyuq suyu Yerin təkinə vurmaqla geotermal enerjidən istifadə olunması üzrə tədqiqatlar Yaponiya, Böyük
Britaniya, Fransa və Rusiyada aparılır. Hələlik yeraltı istiliyin çıxarılması baxımından ən perspektivli müasir vulkanizm
rayonları hesab olunur. Vulkanların özü sakit fəaliyyət dövründə, xüsusilə püskürmə zamanı böyük isti su və buxar
mənbəyi sayılır.
Geotermika – hələlik energetikanın yeni bir budağı olub böyük perspektivləri vardır. Geotermal
stansiyaların elektrik enerjisi hər halda hidroelektrik stansiyalarında əldə edilən enerjidən iki dəfə, bərk və
maye yanacaqlardan alınan enerjidən isə dəfələrlə ucuz başa gəlir.
Şəkil 15.12. 1980-2000-ci illərdə dünya külək energetikasının generasiya gücü
Gələcəkdə Yerin energetikasından istifadə olunması üzrə təhlil edilə bilən yeni addım çox dərin quyulara
termobatareyaların salınmasıdır. Bu istiqamətin perspektivliyi Kola yarımadasında qazılan dərin quyuların nəticələri
bunu təsdiq edir. Belə şəbəkələr yaratmaqla praktiki olaraq məhdud olmayan təmiz enerji əldə etmək olar. Belə
enerji Yerin daxili istiliyindən alınıb yer səthində təbiəti çirkləndirmir, yəni qazıntı yanacaq tipləri ilə işləyən elektrik
stansiyalarının işi zamanı yaranan kül yığınları, karbon qazı tullantıları, radioaktiv layları qəbirstanlıqları burada
müşahidə olunmur.
Dostları ilə paylaş: |