51
Şəkil 3.3. seversova görə orqanizmlərin dinamika tipləri
I – stabil; II – labil; III - efemer
O, məməlilərin növ xüsusiyyətlərinə görə (ömrünün uzunluğu, cinsi yetişkənlik müddətinə, il ərzində
doğumun sayı və hər doğumda balaların sayı, yırtıcılarla orta məhvedilmə dərəcəsi) 7 dinamika tipini təyin
etmişdir. N.P.Naumov (1967) S.A.Seversovun sxemini ümumiləşdirərək üç fundamental dinamika tipində əks
etdirir (şəkil 3.3.).
Stabil tip – populyasiyanın kiçik amplitudu və sayının dəyişməsi dövrünün uzunluğu ilə səciyyələnir. Belə
dinamika tipi uzun ömürlü, gec yetişkənliyə başlayan, az nəsilvermə qabiliyyətinə malik olan iri heyvanlara
xasdır. Bu təbii ölümün aşağı normasına və əlverişsiz faktorların təsirinə adaptasiya olma mexanizminin
effektivliyinə uyğun gəlir. Bura dırnaqlı məməlilər (say dəyişkənliyi dövrü 10-20 il), kitəbənzərlər, hominidlər,
iri qartallar, bəzi sürünənlər aiddir.
Labil dinamika tipi – populyasiyanın sayının qanunauyğun, 5-11 il və çox dövrlərlə dəyişməsi və böyük
amplituda ilə fərqlənir. Artımın dövriliyi ilə əlaqədar sayın bolluğunun mövsümi dəyişməsi səciyyəvidir. Belə
dinamika tipi üçün müxtəlif, lakin bir qayda olaraq iri olmayan, bir qədər qısa ömürlü (10-15 il) və ona uyğun
olaraq daha erkən cinsi yetişkənliyi və stabil tipə nisbətən yüksək nəsilvermə qabiliyyəti xarakterikdir. Orta
ölüm norması da yüksəkdir. Bu dinamika tipinə məməlilərdən iri gəmiricilər, dovşankimilər, bəzi yırtıcılar
daxildir: bir çox quş, balıq. uzun inkişaf tsiklli həşəratlar və s. heyvanlarda da belə ümumi dinamika tipi
xarakterikdir.
Efemer tipli dinamika. Dərin depressiyalı, kəskin qeyri-sabit saylı olub, «kütləvi artma» partlayışı ilə
seçilir və hərdən populyasiyanın sayı yüz dəfələrlə çoxalır. Minimum və maksimum arası artım pillələri olduqca
tez (bəzən bir mövsüm ərzində); sayın azalması (enməsi) da olduqca tez baş verir, belə halda o,
«populyasiyanın iflası» adlanır. Dinamika dövriliyinin (tsikl) ümumi uzunluğu adətən 4-5 il sürür, bu dövr
ərzində populyasiyanın say «zirvəsi» çox vaxt bir ildən artıq olmur; bəzi heyvanlarda (məs. xırda gəmiricilər)
bu kiçik tsikllərdə uzunmüddətli (10-11 il) «böyük dalğalar» öz partlayışı ilə geniş əraziləri əhatə edir. Fərdlərin
bolluğunun mövsümi dəyişkənliyi kəskin təzahür olunur.
Efemer tipli dinamika qısaömürlü (3 ildən artıq olmayan) fərdi adaptasiyanın qeyri-mükəmməl mexanizminə
və ona uyğun yüksək ölüm normasına malik olan növlər üçün xasdır, bu iri olmayan heyvanlar yüksək
nəsilverməsi (törəmə) ilə seçilirlər. Belə dinamika tipi xırda gəmiricilər və qısa inkişaf dövrlü həşəratların bir çox
növləri üçün səciyyəvidir.
S.A.Seversov tərəfindən işlənib hazırlanmış sxem say dinamikası tipinin ayrı-ayrı növ və qrupların bioloji
xüsusiyyətləri ilə əlaqəsini yaxşı göstərir və sayın dəyişməsi növün, mühitin abiotik və biotik faktorlarla
qarşılıqlı təsirinin bütün formalarının inteqral effektini əks etdirdiyini aydın nümayiş etdirir. Dinamikanın
52
müxtəlif tipləri faktiki olaraq müxtəlif həyati strategiyaları əks etdirir. Bu fikir R.Mak-Artur və E.Uilsonun
(K.Mac. Authur, E.Wilson, 1967) ekoloji strategiyasının konsepsiyasının əsasını təşkil edir və müasir
ekologiyada geniş vüsət almışdır. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, növün müvəffəqiyyətlə
yaşaması və təzələnməsi ya orqanizmələrin adaptasiya olunmasının və rəqabət qabiliyyətinin təkmilləşməsi
(yaxşılaşması) yolu ilə, yaxud da fərdlərin yüksək ölümünü və kritik vəziyyətdə sayını tezliklə bərpa olunmasını
müvazinətləşdirən intensiv çoxalma yolu ilə mümkündür. Birinci yol «K-strategiya» adlanır; bu tipin
nümayəndələri uzunömürlü çox vaxt iri formalardır; onların sayı xarici faktorlarla limitlənir. K-strategiya
«keyfiyyətinə görə seçmə» - adaptasiya və möhkəmliyin (sabitliyin) yüksəlməsini ifadə edir, r-strategiya isə
«miqdara görə seçmə» - böyük itkinin yüksək reproduksiya potensialı ilə kompensasiya (bərpa olunması)
olunmasıdır. Bu strategiya tipi yüksək ölüm norması və yüksək törəyib artan xırda heyvanlar üçün daha
xarakterikdir. r- strategiyasına daxil olan növlər qeyri-stabil şəraiti olan əraziləri tez mənimsəyir və
reproduksiyaya yüksək səviyyədə enerji sərf edir.
Tamamilə analoji həyati strategiya bitkilərə xasdır. Hələ 1938-ci ildə L.Q.Ramenski üç strategiya tipi ayırır:
Violent (lat. düc. zor) tipi – yüksək həyatiliyə malik, ərazini tez mənimsəmək qabiliyyətli, rəqabətə dözümlü
növlər; patiyent (lat. dözümlülük) tipi – əlverişsiz təsirlərə dözümlü və onunda əlaqədar digər növlər üçün
əlçatmaz (çətin) olan yerləri mənimsəmək qabiliyyəti olan növlər: və eksplerent (lat. doldurmaq) tipi – tez
çoxalma qabiliyyətinə malik, aktiv yayılaraq pozulmuş assosiasiyalar olan yerləri mənimsəyən növlər
(Ramenski, 1938, Mirkin, 1985).
Bu konsepsiya sonralar ingilis botaniki D.Qraym (Y.Çrime, 1979) tərəfindən inkişaf etdirilərək onu «r» və
«K» strategiyasının mövqeyi ilə yaxınlaşdırdı. D.Qraym aşağıdakı strategiyaları ayırır: konkurent optimal
şəraitli yerlərdə yüksək sıxlığa çatmaq (L.Q.Ramenskinin violent tipinin analoqu); strestolerant (patiyentə
oxşar) tip – nisbətən az əlverişli yerləri tutan əlverişsiz faktorlara qarşı dözümlü, lakin az məhsuldar növlər və
ruderal tip – yüksək reproduktiv potensialı və tez böyüməsi ilə fərqlənən növlər; pozulmuş ilkin bitki örtüyü
olan sahələri tutur; xassələrinə görə eksplerenti xatırladır.
Şəkil 3.4. Bitkilərdə populyasiya strategiyasının inteqrallaşmış sxemi (V.T.Ovçinnikova görə ,
1991)
Dostları ilə paylaş: |