73
Şəkil 5.4. Təbii ekosistemlərdə maddələrin (bütöv xətt) və enerjinin
(qırıq xətt) ğtürülməsi sxemi
Fotosintezedən orqanizmlərdən başlanan zəncir yeyilmə (yemə) zənciri (və ya otlaq, yaxud istifadəçi
zənciri), bitkilərin ölmüş (çürümüş) qalıqlarından, heyvan cəsədlərindən və peyinlərindən (ifrazat, nəcis)
başlanan zəncir isə parçalanmanın detrit zənciri adlanır.
Müxtəlif ekosistem tiplərində yeyilmə və detrit zəncirlərindən keçən enerji axınının gücü müxtəlifdir: su
qruplaşmalarında enerjinin çox hissəsi birhüceyrəli yosunlarla fiksasiya olunaraq fitoplanktonla qidalanan heyvanla-
ra, daha sonra yırtıcılara daxil olur, enerjinin olduqca az hissəsi parçalanma (detrit) zəncirinə qoşulur. Qurunun
ekosistemlərinin əksəriyyətində isə bu nisbət əksinə olur, yəni məsələn, meşədə bitki kütləsinin illik artımının 90%-
dən çoxu töküntü halında detrit zəncirinə daxil olur.
Beləliklə, ekosistemə daxil olan enerji şüalarının axını iki hissəyə bölünərək iki trofik şəbəkə növünə yayılır,
lakin enerji mənbəyi ümumi olub – günəş işığı sayılır.
5.2. Bioloji toplantı prinsipləri
Ekosistemin maddələr mübadiləsinə tez-tez kənardan da maddələr qarışır. Bu maddələr trofik zəncirlərdə
yığılaraq orada toplanır, yəni bioloji toplanma baş verir. Bu hadisəni radionuklidlərin və pestisidlərin trofik
zəncirlərdə toplanması misalında aydın görmək olar.
Əvvəllər zərərverici həşəratlarla mübarizə məqsədilə geniş istifadə edilən, hazırda isə istifadəsi qadağan olunan
DDT (dust) maddəsinin bioloji toplanma qabiliyyəti məlumdur. Y.Odum (1975) misallar çəkərək göstərir ki, ekoloji
proseslərdə bioloji toplanma qanunauyğunluğunu nəzərə almadan DDT-dən istifadə olunması və onun bioloji
toplanması hidrobiontlarla qidalanan quşların ölümünə səbəb olmuşdur. O, qeyd edir ki, zəhərli çöküntülər detritdə
adsorbsiya olunur, rediusentlərin (detritlə qidalananların), xırda balıqların, sonra isə yırtıcıların (balıqla qidalanan
quşların) toxumalarında toplanır. Detrit zəncirində dəfələrlə qidalanma nəticəsində zəhər balıq və quşların piy
ehtiyatında toplanır. Əgər DDT-in dozası ölüm dozasından aşağı olsa da, quşlar ölməsə də yumurtalarının qabığının
inkişafına maneçilik törədir və çox nazik olan qabıq cücə çıxmamışdan əvvəl partlayır (qırılır). Belə hadisə yırtıcı
quşların (məs. su qaranquşu) populyasiyalarının məhvinə səbəb ola bilər.
Beləliklə, mühitin istənilən çirklənməsində bioloji toplanma prinsipləri nəzərə alınmalıdır.
74
5.3. Ekosistemin bioloji məhsuldarlığı
İki məhsulvermə səviyyəsi ayrılır: birinci (ilkin) və ikinci məhsul. Vahid zaman ərzində bitkilər
(produsentlər) tərəfindən yaradılan üzvi kütlə qruplaşmanın ilkin (birinci) məhsulu adlanır. Məhsul
kəmiyyətcə bitkinin quru və ya yaş halında kütləsi, yaxud enerji vahidi olub ekvivalent coul ədədi ilə ifadə
olunur.
İlkin məhsul sanki iki səviyyəyə – ümumi və təmiz məhsula bölünür. Ümumi ilkin (birinci) məhsul vahid
zaman ərzində fotosintezin müəyyən sürətində bitkilər tərəfindən yaranan üzvi maddələrin ümumi kütləsi
hesab olunur (tənəffüs sərfi də bura daxildir). Bitkilərin özlərinin həyat fəaliyyətini saxlamaq üçün, yəni
tənəffüsə sərf olunan məhsul kifayət qədər çox olur. Meşə bitkisi tənəffüsə ümumi məhsulun 40...70%-ni sərf
edir. Plankton yosunları istifadə etdiyi ümumi enerjinin (yəni metabolizmə) yalnız 40%-ə qədərini sərf edir.
Yaranan üzvi maddə kütləsinin qalanı, yəni ümumi məhsulun tənəffüsə sərf olunmayan hissəsi təmiz birinci
(ilkin) məhsul adlanır, bu bitkinin artım ölçüsüdür və ondan konsument və redusentlər istifadə edir. Deməli,
ilkin təmiz məhsul konsument və redusentlər üçün enerji ehtiyatıdır. Qida zəncirlərində dəyişilərək (həzm
olunaraq) heterotrof orqanizmlərin kütləsinin bərpasına sərf olunur.
Vahid zaman ərzində konsument kütləsinin artımı qruplaşmanın ikinci məhsulu adlanır. Lakin ikinci
məhsul ümumi və təmiz məhsula bölünmür, belə ki, konsumentlər və redusentlər, yəni heterotroflar öz
kütləsini birinci məhsulun hesabına artırır, yəni əvvəlcədən yaradılan məhsuldan istifadə edir. İkinci məhsul
hər trofik səviyyə üçün ayrıca hesablanır, belə ki, o, özündən əvvəlki səviyyədən daxil olan enerjinin hesabına
formalaşır.
Ekosistemin bütün canlı komponentləri – produsentlər, konsumentlər və redusentlər
bütövlüklə qruplaşmanın və ya onun ayrı-ayrı hissələrinin ümumi biokütləsindən (canlı çəki) ibarətdir. Bioloji
kütlə adətən onun yaş və ya quru çəkisi ilə ifadə olunur, o, enerji vahidi ilə də (kalori, coul və b.) ifadə oluna
bilər. Bu, daxil olan enerji gücü və orta biokütlə arasında əlaqəni aşkar etməyə imkan verir.
Bioloji kütlənin əmələ gəlməsinə enerjinin hamısı sərf olunmur, istifadə olunan enerji birinci məhsulu
yaradır və müxtəlif ekosistemlərdə müxtəlif cür sərf oluna bilər. Əgər konsument tərəfindən enerjinin sərfi
sürəti bitkinin artım sürətindən geri qalırsa, bu produsentlərin biokütləsinin tədricən çoxalması baş verir və ölü
üzvi maddənin artığı (bolluğu) yaranır. Bu hal bataqlıqların torflaşmasına, kiçik su hövzələrinin su bitkiləri ilə
örtülməsinə, meşədə (məs., tayqada) qalın meşə döşənəyinin yaranmasına və s. səbəb olur.
Stabil (sabit) qruplaşmalarda bütün məhsul praktiki olaraq trofik şəbəkələrdə sərf olunur və bioloji kütlə
dəyişməz qalır.
5.4. Ekoloji piramidalar
Ekosistemdə canlı orqanizmlər arasında qarşılıqlı münasibəti öyrənmək üçün təkcə qidalanma zənciri
sxemindən deyil, ekoloji piramidalardan da istifadə edilir. Funksional qarşılıqlı əlaqələri, yəni trofik strukturu
qrafik şəkildə, ekoloji piramida adlı qrafiklərdə göstərmək olar. Piramidanın əsasını produsentlər səviyyəsi
təşkil edir, sonrakı qidalanma səviyyələri piramidanın mərtəbələrini və zirvəsini əmələ gətirir. Əsasən üç ekoloji
piramida tipi məlumdur: 1) say (kəmiyyət) piramidası (Elton piramidası) – hər səviyyədə orqanizmlərin
sayı ifadə olunur; 2) biokütlə piramidası – canlı maddənin kütləsini (ümumi quru çəki, kalorilik və s.)
səciyyələndirir; 3) Məhsul (və ya enerji) piramidası universal xarakter daşıyıb ardıcıl trofik səviyyələrdə
birinci məhsulun (və ya enerjinin) dəyişməsini göstərir.
Enerji əsasən yırtıcı – şikar əlaqəsi ilə ötürülən trofik zəncirlərdə çox vaxt say piramidası qaydasına, yəni
qida zəncirlərində iştirak edən fərdlərin ümumi say zəncirinin hər sonrakı həlqəsində produsentdən
konsumentlərə doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil 5.5.). Bu hal bir qayda olaraq yırtıcıların
qida obyektindən (şikardan) iri olması və yırtıcının birinin biokütləsini saxlamaq üçün bir neçə və daha artıq
şikarın tələb olunmasıdır. Digər tərəfdən aşağı trofik səviyyədən yuxarı səviyyəyə doğru enerjinin miqdarının
itməsi (hər səviyyədən sonrakı səviyyəyə 10% enerji çatır) və metobolizmin fərdlərinin ölçüsü ilə tərsinə əlaqənin
olmasıdır – orqanizm kiçik olduqca maddələr mübadiləsi intensiv gedir, onun sayının və biokütləsinin artm sürəti
yüksəlir.
Dostları ilə paylaş: |