365
m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur.
Tromb ABŞ-da baş verən tornadoya oxşayır. Onun
təkrarlanması son 10-35 ildə 8-10 dəfə artmışdır. Böyük Britaniyada son illərə qədər qeydə alınmırdı. Lakin indi
ildə onlarla tromb hadisəsi baş verir. Meteoroloji trombun çoxalmasının əsas səbəbi ərazinin
meşəsizləşdirilməsi, geniş açıq sahələrin əmələ gəlməsi, yer səthinin qeyri-bərabər isinməsinin artması və iqlim
anomaliyasıdır.
Tornado. Amerikada güclü atmosfer burulğanının adıdır, Avropa trombu ilə müqayisədə olduqca tez-tez
təkrarlanır. ABŞ-ın cənub-şərqində, xüsusən Missisipi çayının orta axarı boyunca və Vest-Hinddə (Qərbi Hin-
distanda) baş verir. Tromb başlıca olaraq yazda və yayda kiçik bir sahədə müşahidə edilir. Bu zaman küləyin
sürəti 50-100 m/san-yə çatır və fəlakətli dağıntılar əmələ gətirir. ABŞ-ın şərq hissəsində ildə bir neçə yüz tromb
müşahidə olunur.
Beləliklə, hava kütlələrinin sürətlə hərəkəti ilə əlaqədar baş verən təbii fəlakətlər həyat fəaliyyətini xeyli aşağı
salır. Göstərilən təbii proseslərin mənfi nəticələrini azaltmaq üçün ilk növbədə dövri olaraq fəlakətlər baş verən
rayonlarda onlara uyğun hava kütlələrinin hərəkətinə davam gətirən binalar və qurğular inşa edilməli, ikincisi isə
baş verəcək fəlakətlər haqqında vaxtında xəbərdarlıq edilməlidir. Lakin belə təbii fəlakətlərin həyat fəaliyyətinə
təsirini tam aradan qaldırmaq hələ ki, mümkün olmamışdır.
23.2. Azərbaycanda güclü küləklər
Respublikamızda külək rejimini onun coğrafi mövqeyi, səth quruluşu, dağların mövcudluğu və Xəzər
dənizinin olması müəyyənləşdirir. Xəzər sahili boyu ərazilərdə şimal, şimal-şərq və şimal-qərb, cənub, düzən
rayonlarda qərb, şimal-qərb, şərq və cənub-şərq istiqamətli, dağlarda isə dağ-dərə küləkləri hakim rol oynayır.
Respublika ərazisində küləyin orta sürəti 1-5 m/san-dir, zəif küləklər noyabr-dekabr, güclü küləklər isə yaz
aylarında əsir (cədvəl 23.1).
Cədvəl 23.1
Küləyin orta sürəti (m/san ilə), Əyyubov, Rəhimov, 2000
Stansiyalar
Aylar
İllik
I II III IV V VI VII VIII IX X XI XII
1
2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Mərdəkan
6,0 6,4 6,6 6,0 5,7 5,8 6,1 5,6 5,4 5,6 5,5 5,6 5,9
Cəfərxan
1,8 2,3 2,6 2,7 2,7 2,5 2,3 2,2 2,0 1,9 1,7 1,6 2,2
Göyçay
2,4 2,2 2,3 2,3 2,2 2,2 2,0 1,9 2,0 2,1 1,9 2,1 2,1
Füzuli
1,9 1,9 1,8 2,0 1,9 2,1 2,0 2,0 1,8 1,7 1,6 1,7 1,9
Qazax
0,9 1,1 1,3 1,4 1,4 1,5 1,4 1,3 1,2 1,0 0,8 0,8 2,0
Prişib
1,7 1,9 2,3 2,3 2,2 2,5 2,4 2,3 1,9 1,6 1,5 1,5 2,0
Zaqatala
1,1 1,2 1,4 1,3 1,4 1,4 1,4 1,4 1,4 1,2 1,1 1,1 1,3
Naxçıvan
1,3 1,8 2,6 2,9 2,7 3,0 3,8 3,9 3,4 2,6 2,0 1,2 2,6
23.1 saylı cədvəldən göründüyü kimi, küləyin orta sürəti respublikamızın rayonlarında böyük deyildir.
Bununla belə, bəzi rayonlarda gücü 15 m/san-dən yüksək olan küləklər də əsir. Belə küləklər ən çox Abşeron
yarımadası üçün səciyyəvi olub il ərzində onların sayı 100 gündən artıqdır. Sonrakı yeri Naxçıvan MR-in dağlıq
zonası tutur, burada küləyin sürəti 15 m/saniyədən artıq olan il ərzində günlərin sayı 50-ni keçir (MR üçün
ümumi 38 gün təşkil edir). Respublikanın digər ərazilərində belə küləklərin sayı ildə 10-25 gün arasında dəyişir
(cədvəl 23.2).
Cədvəl 23.2
Güclü küləkli (sürəti 15 m/san-dən çox olan) günlərin sayı
Stansiyalar
Aylar
İllik
I II III IV V VI VII VIII IX X XI XII
1
2 3 4 5 6 7 8 9 10 11 12 13 14
366
1
2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Mərdəkan
15 19 19 13 11 10 11 11 10 15 11 13 102
Cəfərxan
2 2 3 4 4 4 5 1 2 2 2 2 18
Göyçay
3 3 5 4 2 4 2 1 2 3 1 3 18
Füzuli
3 3 4 4 6 6 4 3 3 4 3 2 26
Qazax
1 3 3 2 3 3 3 2 1 1 1 5 8
Zaqatala
1 1 4 5 7 4 3 5 4 0 2 0 20
Naxçıvan
2 3 4 7 6 5 6 5 4 2 3 1 34
Gücü 21 m/saniyədən çox olan küləklər ildə Putada 140, Sumqayıtda 121, Maştağada 52, Bakıda 50,
Artyemda 40 gün əsir, yüksək dağlıq və dağətəyi ərazilərdə belə küləklərin sayı ildə 1-5 dəfə olur. Bunlar
göstərir ki, Abşeron yarımadası güclü küləklərin ən çox təkrarlandığı ərazidir, burada bəzən gücü 40 m/san-yə
çatan küləklər də müşahidə olunur. Bakıda belə güclü küləklər 1945-ci il 25 oktyabr, 1952-ci il 12-13 fevral,
1957-ci il 20-21 noyabr, 1980-ci il 18-20 mart və 26 sentyabr, 1999-cu il 10 noyabr, 2004-cü ilin fevralında,
Gəncədə 2001-ci il 4 sentyabrda, Dəvəçidə 2002-ci il 9-10 fevralda, Göyçayda 2002-ci ilin 16 fevralında
müşahidə edilmişdir. Güclü küləklər respublikamızda tez-tez təkrarlansa da gücü 32 m/san-yə çatan küləklər hər
il, 38 m-san-yə çatan – 5 ildən bir, 40 m/san-yə çatan küləklər isə 20 ildən bir olub, davamiyyəti 2 saatdan 20
saata, Abşeronda nadir hallarda 48 saata çatır (Babaxanov, Paşayev, 2004).
Abşeron üçün şimal («Xəzri») küləyi orta hesbala il ərzində 100 gün təkrarlanır. Belə küləklər yay
dövründə havanın temperaturunu 5-6
0
aşağı salaraq onu mülayimləşdirir, qışda isə 10-12
0
aşağı salaraq havanın
kəskin soyumasına və güclü qar yağmasına səbəb olur. Şimal, şimal-qərb küləkləri respublikanın dağlıq
ərazilərində də baş verərək havanın temperaturunu kəskin aşağı salır. Məsələn, 2002-ci ilin qışında Naxçıvan
MR ərazisində şimal küləyinin müşayiəti ilə temperatur – 40
0
-yə enmişdir.
Abşeronda digər üstünlük təşkil edən
cənub (gilavar) küləyi qışda havanı mülayimləşdirir, yayda isə
havada nəmliyi aşağı salır. Güclü gilavar zamanı hava quraqlaşır, tozlu-qumlu tüfanlara səbəb olur. Cənub
küləyi Xəzər sahili boyu, Kür-Araz ovalığı və Naxçıvan MR ərazisində daha çox təkrarlanır.
Güclü küləklər avtomobil, dəmir yolu, hava nəqliyyatının ritmik fəaliyyətini pozur, dəniz, çay, göl və su
anbarlarında güclü dalğalar əmələ gətirir. tozlu-qumlu tufanlara, külək eroziyasına səbəb olur, elektrik və rabitə
xətlərini yararsız hala salır, bağlara, üzümlüklərə ziyan yetirir, ağacları kökündən çıxarır, yolları, kanalları, dren
və kollektorları torpaq və qumla doldurur, yaşayış evlərinin, təsərrüfat binalarının dam örtüyünü, pəncərələrini,
istixanaları sındırır, yararsız hala salır. İnsanların səhhətinə neqativ təsir göstərir, ürək-damar xəstəlikləri, qan
təzyiqi və digər xəstəliyi olan şəxslər güclü küləklərdən daha çox əziyyət çəkirlər (Babaxanov, Paşayev, 2004).
Abşeronda, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin şəhərətrafı ərazilərin yaşıllaşdırılmasında və
qoruyucu meşə zolaqlarının salınmasında küləyə davamlı ağaclardan zeytun, eldar şamı, hələb şamı, sərv, çinar,
daş palıd, pittosporum və b. üstünlük verilməlidir.
Şəhər və qəsəbələrdə, evlərin arasında və yollar boyu azömürlü, tez boy atan qovaq ağaclarının əkilməsi
məsləhət görülmür, çünki bu ağaclar küləyin təsirindən tez yıxılır, binalar və əhali üçün təhlükə yaradır.
23.3. ZƏLZƏLƏ
Təbii səbəblərdən (əsasən tektonik proseslərdən) və antropogen faktorların təsirindən yeraltı təkanların
yaranması və Yer səthinin tərpənməsi zəlzələ adlanır. İnsan fəaliyyəti nəticəsində süni yaranan və ya texnogen
zəlzələlər baş verir. Onların gücü nəqliyyatın hərəkəti ilə bağlı olduqda torpaq-qruntun bir qədər tərpənməsi
şəklində olur. Yeraltı nüvə partlayışı sınaqları zamanı, su anbarları yaradıldıqda, həmçinin suyun dərin qatlara
yeridilməsi (vurulması) zamanı isə nəzərə çarpacaq dərəcədə titrəyiş baş verir. Məsələn, Kolorado ştatında
(ABŞ) radioaktiv tullantılarla zəhərli suların xüsusi dərin quyulara vurulması 700-dən artıq kiçik zəlzələlərin
baş verməsinə səbəb olmuşdur (A.Allison, D.Palmer, 1984).
Zəlzələlər Yer səthində qeyri-bərabər yayılmışdır. Yer kürəsində əsas iki seysmik qurşaq məlumdur.
Aralıq dənizi (Avrasiyanın cənubu ilə Portuqaliya sahillərindən qərbə – Malayya arxipelaqınadək uzanır) və
Sakit okean (Sakit okean sahillərini halqa kimi əhatə edir). Zəlzələlərin 90%-i Sakit okean halqa qurşağına
düşür.
Göstərilən qurşaqlardan kənarda, materiklərdə zəlzələ episentrləri ən yeni tektonik aktivləşmə sahələrində
(Tyanşan tipli epiplatforma orogenləri), həmçinin qırılmalar sisteminin əmələ gəlməsi ilə müşayiət olunan rift