367
zonalarındadır (Şərqi Afrika, Qırmızı dəniz riftləri, Baykal riftlər sistemi və s.). Platformalarda və okean
dibinin
çox hissəsində (okeanlardakı silsilələrdən başqa) zəlzələlər nadir hallarda baş verir və gücü az olur.
Hər il 20-dən artıq güclü zəlzələ baş verərək böyük dağıntılara səbəb olur, onlardan orta hesabla yalnız biri
fəlakətli olur.
Cədvəl 23.3
Zəlzələnin nəticələrinin qısa səciyyəsi və onların balla qiyməti
(MSK-64)
İntensivlik,
balla
Zəlzələnin
xarakteristikası
Xarici effekt
1 2
3
1 Hiss
edilməyən Yalnız seysmik cihazlarla qeydə alınır
2 Çox
zəif
Tam sükunətdə olan tək-tək şəxslər hiss
edir
3 Zəif
Əhalinin az qismi hiss edir
4 Mülayim
Əşyaların, pəncərə şüşələrinin yüngül
tərpənməsi və cingiltisindən hiss olunur
5 Bir
qədər güclü
Binalar tərpənir, mebel silkələnir.
Pəncərə şüşələri və divarların malası
çatlayır. Yatanlar oyanır
6 Güclü
Hamı hiss edir. Divardan asılan şəkillər
düşür. Divardan mala parçaları qopub
sökülür. Binalar yüngül zədələnir
7 Çox
güclü
Daş evlərin divarları çatlayır
8 Dağıdıcı
Yamaclarda çatlar əmələ gəlir. Karnizlər,
tüstü turbaları düşür. Heykəllər tərpənir
və ya aşır. Evlər çox zədələnir
9 Viranedici
Daş evlər çox zədələnir və dağılır
10 Məhvedici
Torpaqda iri çatlar (1 metrə qədər) əmələ
gəlir. Uçqunlar və sürüşmələr baş verir.
Daş tikililər dağılır. Dəmir yolu relsləri
əyilir
11 Fəlakətli
Yerin üst qatında enli çatlar yaranır.
Çoxlu sürüşmələr, uçqunlar baş verir.
Daş, panel evlər tamam dağılır
12 Güclü
fəlakətli
Yer səthində böyük dəyişikliklər baş
verir. Çoxlu çatlar, sürüşmələr, uçqunlar
yaranır. Şəlalələr, süni göllər əmələ gəlir.
Çaylar məcrasını dəyişir. Bütün tikintilər
dağılır
İl ərzində milyona qədər kiçik tərpənmələr qeydə alınır.
Böyük gücə malik olan zəlzələlər bütün əsrlərdə baş vermişdir. Onlardan həqiqi sənədlərə əsaslanan
məlumatlar aşağıdakılardır: Çində 1556-cı ildə baş verən zəlzələ – 830000 adamın ölümünə səbəb olmuşdur.
1755-ci ildə Portuqaliyada baş verən zəlzələ nəticəsində Lissabon şəhərinin üçdə biri dağılmış, 60000 adam
həlak olmuşdur. 1887-ci ildə Alma-Atada zəlzələ 15 dəqiqə ərzində bütün şəhəri alt-üst etmişdir. 15 km
məsafədə çoxlu uçqunlar, eni 1 metrə çatan çatlar yaranmışdır. Bu zəlzələ Alma-Atadan radiusu 400 km-dən
artıq məsafədə yayılaraq dağlarda sürüşmələr yaratmış, çoxlu yeni göllər əmələ gəlmiş, çoxlu insanların
ölümünə səbəb olmuşdur.
XX əsrdə ən güclü zəlzələlər ABŞ-da Prin-Uilyam körfəzində (10-11 bal, 1964), Yuqoslaviyada Skopye
368
şəhərində (9-10 bal. 1963), Mərakeşdə Aqadir şəhərində (11 bal, 1960), Aşxabadda (9 bal, 1948), Spitakda (10
bal, 1988), Rusiyada Zabaykalyedə (9-10 bal, 1957), Daşkənddə (8 bal. 1966).
1976-cı ildə Çində (Tyanşan əyaləti) baş verən zəlzələ nəticəsində bir milyonluq şəhər və ətrafdakı
qəsəbələr Yer üzərindən silinmişdir (Alekseyenko, 2005).
1970-ci ildə Peruda baş verən zəlzələdən 60 min, 1978-ci ildə İrandakı (Tabas şəhəri rayonu) zəlzələ – 25
min, 1990-cı ildə İranda (Gilyan əyaləti) olan zəlzələ 50 min, 2003-cü ildə İranda (Bam şəhəri rayonu) baş
verən zəlzələ isə 41 min adamın həyatına son qoymuş və ya itkin düşmüşdür. 2005-ci il oktyabrın 10-da
Pakistanda 7,6 bal (Kəşmirdə 7,8 bal) baş verən zəlzələ nəticəsində ərazinin 60%-i zəlzələdən ziyan çəkmiş, 73
min adam ölmüş (o cümlədən 17 min Kəşmirdə), 65 min adam yaralanmış, 3 milyon adam evsiz-eşiksiz
qalmışdır.
2006-cı il martın 31-i səhər çağı İranın qərbində Loriston vilayətində 6 bal gücündə zəlzələ zamanı 70-dən
çox adam ölüb, 1300-ü yaralanmışdır.
2006-cı il 26 may səhər çağı İndoneziyada Yava adasında Rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ baş
verdi. Zəlzələnin epimərkəzi Cokaya – Karta şəhərində minlərlə ev dağıldı, 7000-ə yaxın insan həlak oldu.
Seysmoloqların hesablamalarına əsasən zəlzələlər 13 milyondan artıq insanın ölümünə səbəb olmuşdur.
Sivilizasiyasının inkişafı, əhalinin iri şəhərlərdə cəmləşməsi ilə əlaqədar zəlzələlərin nəticələri daha dəhşətli
şəkil alır – iri, çoxmərtəbəli binalar dağılır, insanlar ölür, müxtəlif boru kəmərləri sökülür.
Zəlzələlərin başvermə vaxtı, onun yeri və intensivliyini qabaqcadan proqnozlaşdırmaq hələlik mümkün
deyil, odur ki, seysmik baxımdan təhlükəli rayonlarda onun faciəli nəticələrindən qorunmaq üçün bir sıra
tədbirlər həyata keçirilməlidir.
Respublikamızda da bütün əsrlərdə zəlzələlər olmuşdur. 427-ci ildə Gəncə şəhərindən 25 km cənub-şərqdə
(episentrdə) 9 bal gücündə, 1139-cu ildə Gəncədən 50 km cənubda 9 bal gücündə dağıdıcı zəlzələlər baş
vermişdir, Kəpəz dağının bir qanadının zəlzələnin təsirindən uçaraq Ağsu çayının qabağını kəsib Göygölün
yaranması da həmin dövrə təsadüf edir. Ən dağıdıcı zəlzələlər 1662, 1669, 1671-ci illərdə Şamaxıda olmuşdur.
Qış aylarında, yəni 4 yanvar 1869-cu il, 1 fevral 1871-ci, 28 yanvar 1872-ci il və 13 fevral 1902-ci ildə Şamaxı
şəhəri rayonunda baş verən zəlzələlər ən güclü sayılır. 1859-cu ildə Şamaxıda baş verən zəlzələ daha faciəli
olmuşdur, 1 neçə saniyə davam edən zəlzələ nəticəsində şəhər dağılmış, 8 minə qədər adam ölmüşdür.
XIX əsrdə Lənkəranda 25, Naxçıvanda 20, Şuşada 14 dəfə zəlzələ olmuşdur.
1982-ci ilin əvvəli və 2000-ci ildə Böyük Qafqazın cənub-şərq yamacında gücü 7-8 ballıq 3 dəfə zəlzələ baş
vermişdir. Zəlzələ nəticəsində İsmayıllı şəhəri və ətraf kəndlər güclü dağıntıya məruz qalmışdır.
Azərbaycanın seysmik rayonlaşmasına əsasən gücü 8-9 bala çatan zəlzələ təhlükəli ərazilər respublika
ərazisinin 30%-ni təşkil edir, burada 4 milyondan artıq əhali yaşayır (Babaxanov, Paşayev, 2004).
N.A.Babaxanov, N.Ə.Paşayev (2004) respublikamızın ərazisində zəlzələyə qarşı aşağıdakı tədbirlərin
həyata keçirilməsini təklif edir:
1. Tikinti apararkən zəlzələdən təhlükəli rayonlardan imtina etməlidir. Zəlzələ təhlükəli rayonlarda
möhkəmlik və etibarlıq təmin edilməli;
2. Respublikanın mikroseysmik rayonlaşdırılması və iri miqyaslı seysmik xəritələşdirilməsi vacibdir. Bu
işlər ilk növbədə 8-9 ballıq zəlzələ ehtimalı olan Şamaxı-İsmayıllı zonasında və Naxçıvanda aparılmalıdır;
3. Göstərilən rayonlarda dövlət əhəmiyyətli və zəlzələdən çətin mühafizə olunan dövlət əhəmiyyətli
binaların tikilməsi qadağan edilməlidir. Tikinti işlərində antiseysmik qaydalara riayət olunmalıdır;
4. Doqquz ballıq zəlzələlərin və sürüşmələrin baş vermə ehtimalı olan ərazilərin təsərrüfat və tikniti işləri
altında istifadəsi qadağan edilməli, həmin ərazilərdə istirahət üçün meşə-bağlar yaradılmalıdır.
23.4. SUNAMİ
Yaponca- əsasən güclü sualtı zəlzələ, qismən vulkanik püskürmə və digər tektonik proseslər nəticəsində
okean səthində yaranan dalğalardır. Yayılma sürəti 50-1000 km/saat, hündürlüyü açıq okeanda 2-3 m, sahil
yaxınlığında 10-50 m və daha çox olur. Sunami qurunun içərilərinə soxularaq böyük dağıntılara səbəb olur.
Əsasən Sakit okeanda müşahidə olunur. Sunami ilə əlaqədar 1000-dən artıq hadisə məlumdur; bunun 100-dən
çoxu (məs. Yaponiya sahilləri yaxınlığında, 1933, Kamçatkada, Kuril adalarında, 1952 və s.) faciə ilə
nəticələnmişdir.
1946-cü ildə Aleut adalarının (Sakit okeanın şimalında arxipelaq, ABŞ, Alyaska ştatı) baş verən sunami
780 km/saat orta sürəti ilə 3800 km yol (məsafə) qət etmişdir. Yüksək dalğalar əvvəlcə buxtanı qurutmuş, sonra
isə sahilə doğru təxminən 1 km soxularaq evləri, körpüləri, insanları, dənizdə gəmiləri yuyub geri qayıtmışdır.
1960-cı ildə Çilidə baş verən zəlzələ 15 saat ərzində Havay adalarına (Sakit okeanda arxipelaq, ABŞ-ın