QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə58/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   184

 

132


böyümə və inkişafına, xüsusilə qida məhsulvermə komponentlərə üstünlük verilir. Bununla əlaqədar əsas vəzifə 

minimal enerji və maddə  sərf etməklə  məhsuldarlığın yüksəlməsinə  şərait tapmaq, torpağın münbitliyini 

artırmaqdır. Bu vəzifənin həlli aqrofitosenozlar tərəfindən təbii resurslardan daha tam istifadə etmək və 

aqrosenozlarda kimyəvi elementlərin kompensasiya olunan tskillərini yaratmaqdır.  

Resurslardan istifadə dolğunluğu sortun (çeşidin) genetik xüsusiyyətləri, vegetasiyanın uzunluğu, birgə 

səpinlərdə komponentlərin müxtəlif cinsliliyi, səpinin yarusluğu və s. ilə müəyyən olunur.  

Buna görə M.S.Sokolov və b. (1994) belə  nəticəyə  gəlir ki, aqrosistemlərin vəziyyətinə  ən ciddi nəzarət 

daha çox enerji sərfi tələb olunan qapalı sahədə yerinə yetirilə bilər. Bu qrupa yarımaçıq sistemlər aiddir, burada 

xarici mühitlə (istixana, heyvandarlıq kompleksi) əlaqə olduqca məhdudlanır, temperatur, radiasiya, mineral və 

üzvi maddələrin dövranı  tənzimlənir və yüksək dərəcədə  nəzarət olunur. Bu – idarəolunan 



aqroekosistemlərdir. Qalan digər aqroekosistemlər – açıq sistemlərdir.  İnsan tərəfindən effektiv nəzarət nə 

qədər çox olarsa, onlar bir o qədər sadə olar.  

Yarımaçıq və açıq sistemlərdə insanın səyi orqanizmlərin böyüməsinə optimum şəraiti təmin edir və onların 

tərkibinə ciddi bioloji nəzarət olunur. Buradan aşağıdakı praktiki məsələlər meydana gəlir:  

- birincisi, mümkün qədər arzu olunmayan növləri tam kənarlaşdırmaq; 

- ikincisi, yüksək potensial məhsuldarlığa malik olan genetik tiplərin seçilməsi; 

- bütövlükdə qurumuş bitkilər və ölmüş fitofaqlarla birlikdə  əvvəl udulmuş enerjinin ¾-ü ölü üzvi 

maddələrin tərkibində saxlanır, ¼-dən bir qədər çoxu isə  tənəffüs zamanı istilik şəklində ekosistemdən kənar 

edilir.  

Ekosistemin biokütlə istehsal etmək qabiliyyəti sayəsində insan özünə zəruri olan qida və bir çox texniki 

resursları  əldə edir. Qeyd edildiyi kimi, sayca artan bəşəriyyətin qida (ərzaq) ilə  təmin edilməsi problemi – 

başlıca olaraq aqroekosistemin (kənd təsərrüfatının) məhsuldarlığını yüksəltmək problemi hesab olunur.  

Ekoloji sistemlərin insanın təsiri ilə  əlaqədar dağılması  və ya çirklənməsi bilavasitə enerji axınının 

maddələrə daxil olmasının kəsilməsinə (dayanmasına), deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə 

səbəb olur. Odur ki, bəşəriyyət qarşısında duran ilkin vəzifə – aqroekosistemin məhsuldarlığının aşağı 

düşməsinin qarşısını almaqdır. Bu məsələ  həll olunduqdan sonra ikinci mühüm vəzifənin – məhsuldarlığın 

artırılması vəzifəsinin həlli mümkün ola bilər.  

XX  əsrin 90-cı illərində  şumlanan torpaqların ilk illik məhsuldarlığı planetimizdə 8,7 mld. ton, enerji 

ehtiyatı isə 14,7

⋅10

16

 kC təşkil etmişdir.  



Aqrosenozlarda tez-tez ayrı-ayrı növlərin hədsiz çoxalması baş verir. Bu hadisəni Ç.Elton «ekoloji 

partlayış» adlandırır. Tarixən belə «ekoloji partlayişlar» müşahidə olunmuşdur. XIX əsrdə  fitoftor göbələyi 

Fransada bütün kartof sahələrini məhv etmiş və aclığa səbəb olmuşdur. Kolorado böcəyi Amerikada Atlantik 

okeanına qədər yayılmış, XX əsrin başlanğıcında Qərbi Avropaya, 1940-cı illərdə isə Rusiyanın Avropa 

hissəsinə keçmişdir. Müharibənin sonrakı ağır illərində bu böcək Rusiyanın bütün tarlalarını «boşaltmışdır».  

  Bu  hadisənin qarşısını almaq üçün zərərvericilərin sayını süni yolla nizamlamaq tələb olunur. Lakin kənd 

təsərrüfatı praktikasında bu yol bəzən yaxşı nəticə vermir. Odur ki, insanı əhatə edən təbiətin sadələşdirilməsi 

ekoloji baxımdan təhlükəlidir. Bunu nəzərə alaraq bütün təbii landşaftları aqrotəsərrüfat landşaftına çevirmək 

olmaz, onun müxtəlifliyini qorumaq üçün toxunulmayan qoruq sahələri saxlanılmalıdır. Bu sahələr təbii 

qruplaşmaların suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır.    

 



 

133


Cədvəl 8.2 

 

Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası 

 

Təbii ekosistemlər Aqroekosistemlər 

 

1 2 

Biosferin gedişində formalaşmış ilkin 

təbii elementar (sahə) vahidlər 

Biosferin insan tərəfindən transforma-

siyaya uğramış süni sadə vahidləri  

Populyasiyanın bir neçə növü üstünlük 

təşkil edən bir çox heyvan və bitki 

növlərindən ibarət mürəkkəb sistemlər  

Bir bitki və ya heyvan növünün 

üstünlük təşkil etdiyi sadələşmiş 

sistemlər. Onlar davamlı olmaqla 

biokütləsinin strukturu tezdəyişən 

(davamsız) olur 

Maddələr dövranında iştirak edən 

orqanizmlərin məhsuldarlığı onların 

uyğunlaşma xüsusiyyətləri ilə 

müəyyən edilir 

Məhsuldarlıq təsərrüfat fəaliyyətinin 

səviyyəsindən və iqtisadi, texniki 

imkanlardan asılı olaraq müəyyən edilir  

İlkin məhsul heyvanat tərəfindən 

istifadə olunur və maddələr 

dövranında iştirak edir. «istifadə», 

«istehsal»la eyni vaxtda baş verir 

Məhsul insanın tələbatını ödəmək üçün 

və mal-qaraya yem kimi toplanır. 

Müəyyən vaxt ərazidə canlı maddə sərf 

edilməyərək toplanır.  Ən yüksək 

məhsuldarlıq qısa vaxt ərzində inkişaf 

edir 

 

9.4. Sənaye-şəhər ekosistemləri (landşaftı) 



Şəhər və  sənaye müəssisələri ekosistemləri antropogen ekosistemə aiddir. Şəhərlərin yaranması  əsasən 

urbanizasiya ilə bağlıdır.  

Dünyada ilk şəhərlər Tibr çayı, sonralar isə Nil çayı boyu yaranmışdır. Bu şəhərlər birlikdə ticarətlə məşğul 

olmaq və düşməndən qorunmaq məqsədilə yaranmışdır. Tarixən ilk milyon nəfər  əhalisi olan şəhər Roma 

olmuşdur (Yuliya-Sezar dövründə, b.e.ə. 44-10 illər). Hazırda dünyanın ən böyük şəhəri Tokio sayılır (27 mln. 

nəfər).  

Şəhərlərin böyüməsi insanları get-gedə  təbiətdən uzaqlaşdırır. Orta əsrlərin  şəhər  əhalisi təbiətə yaxın 

olmuşdur. Müasir şəhərlərin landşaftı  dəyişdirilmiş – mədəni landşafta aid olub burada cəmiyyətin fəaliyyəti 

nəticəsində yaranan elementlər təbii landşafta nisbətən üstünlük təşkil edir. Şəhər landşaftı çox vaxt 

urbanizasiya landşaftı da adlandırılır.  

Abadlaşdırılmış şəhərlərdə daş, beton, asfalt üstünlük təşkil edir və daima təbii elementlərin nisbi azalması 

müşahidə olunur, bunun nəticəsində hava hövzəsinin vəziyyəti pisləşir.  

Şəhərlərdə aşağıdakı fəaliyyət göstərən zonalar ayrılır: yaşayış, sənaye, kommunal-anbar, xarici nəqliyyat, 

şəhərətrafı ərazi.  

Yaşayış zonası və ya seliteb zona – yaşayış rayonları, ictimai mərkəzlər (inzibati, elmi, tədris, tibbi, idman 

və s.) və ümumi istifadəli yaşıllıqlar üçün ayrılır. 

Yaşayış zonası küləkdöyən tərəfdən (üstünlük təşkil edən küləklər), həmçinin zərərli maddələrin mənbəyi 

olan sənaye və kənd təsərrüfatı sahələrindən çay axarı boyu (yuxarı) salınır.  

Şəhərlərin canlı zona ərazisinin  əsas struktur elementi mikrorayonlar sayılır. Mikrorayonların daxilində 

yaşayış binalarından başqa ilkin xidməti idarələr və müəssisələr də yerləşdirilir. Mikrorayonların ərazisi  magi-

stral yollar və yaşayış binaları ilə kəsişir.  

Böyük və çox böyük şəhərlərdə  əhalinin cəmləşməsi son illər çoxmərtəbəli evlərin tikilməsi və  əhalinin 

sıxlığının daha da artması ilə müşayiət olunur. Tikililərin sayının çoxalması xidməti müəssisələrin (o cümlədən 

məktəb və uşaq müəssisələrinin) ərazisinin, həmçinin yaşıl ağaclıqların sahəsinin azalmasına səbəb olur, yaşayış 

ərazilərinin düzgün fəaliyyətini pozur, bunun nəticəsində binaların yanında, yaşayış evlərində, mikrorayonların və 

kvartalların daxilində səs-küyün səviyyəsi yüksəlir.  

16 və daha yüksək mərtəbəli evlərdə yaşamaq xüsusilə böyük narahatlıq yaradır. Hazırda belə binalara Bakı 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə