QəRİbov asəF ƏZİzov anar


 Birja əməliyyatlarının növləri və texnikası



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə97/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   112
Beynelxalq ticaret emeliyyatlari

 
14.4. Birja əməliyyatlarının növləri və texnikası 
 
Birja  əməliyyatlarının  bilavasitə  həyata  keçirildiyi  əsas 
yer  arakəsmələrlə  ayrılmış  sahələrdən  ibarət  olan  və  “dairə” 
yaxud "rinq" adlanan əməliyyat zalıdır. Əməliyyat zalına yaln-
ız torqların bilavasitə iştirakçıları-brokerlər daxil ola bilərlər. 
Rinqlərin  bilavasitə  arxasında  birja  sazişlərinin  yerinə 
yetirilməsi  üçün  sifarişləri  brokerlərə  verən,  qiymətlərin  son 
həddi və sazişlərin digər şərtləri ilə bağlı müştərilərlə bilavasitə 
əlaqə  yaradan,  brokerlərin  şifahi  razılaşmaları  üzrə  sazişləri 
sənədləşdirən,  torqlar  (sessiyalar)  yekunlaşdıqdan  sonra  bağ-
lanmış  müqavilələri  yazılı  formada  hazırlayan  broker  kö-
məkçiləri  yerləşirlər.  Brokerlərin  rinqdəki  fəaliyyəti  qarşılıqlı 


219 
 
inama əsaslanır, yüksək peşəkarlıq və əsəb enerjisi sərfıni tələb 
edir. 
Birjalarda  əmtəələrin  özləri  ilə  yox,  əmtəələr  üzrə 
müqavilələrlə  ticarət  aparırlar  ki,  bunun  da  mənası  aşağıdakı-
lardan  ibarətdir:  birja  əmtəəsi  ciddi  şəkildə  standartlaşdırılmış 
olur  ki,  bu  da  onu  əvvəlcədən  nəzərdən  keçirmədən  ticarət 
prosesini həyata keçirməyə imkan verir. Əmtəənin standartında 
müəyyən kənarlaşma nəzərdə tutula bilər ki, bu da sonradan - 
real  əmtəə  üzrə  hesablaşma  zamanı-alıcı  və  satıcı  arasında 
nəzərə alınır. 
Hər  bir  müqavilədə  əmtəənin  növündən  asılı  olaraq 
onun  miqdarı  dəqiq  göstərilir.  Məsələn,  bir  alqı-satqı 
müqaviləsində  50  ton  standart  xam  neftin  alınması  nəzərdə 
tutulubsa  və  müştəri  500  ton  neft  almaq  üçün  sifariş  veribsə, 
broker 10 müqavilə imzalamalıdır. 
Əgər  müqavilə  əmtəənin  yubanmadan  tədarükünü 
nəzərdə tutursa, bu o deməkdir ki, satıcı əmtəəni 2 həftə müd-
dətində birjanın anbarına təhvil verməlidir, alıcı isə 2 həftədən 
gec olmayaraq əmtəəni birjanın anbarından aparmalıdır. 
Əgər  real  əmtəə  tədarükün  müəyyən  müddətdən  sonra 
(gecikməklə) həyata keçirilməsi şərti ilə alınırsa və ya satılırsa, 
onda  geçikmənin  bu  müddəti  "vəziyyət"  adlanır  və  hər  bir 
əmtəə  üçün  dəfə  hesabı  ilə  müəyyən  edilir.  Məsələn,  natural 
kauçukun  "vəziyyəti"  1  ay  götürülür.  Deməli,  əgər  broker 
müştəridən 3 aydan sonra tədarük etməklə 10 ton kauçuk satış-
ma  dair  sifariş  alıbsa,  bu  zaman  broker  hər  biri  3  “vəziyyət” 
olmaqla 2 müqavilə imzalamalıdır. 
Real  əmtəənin  alıcısı və ya satıcısı qismində  çıxış edən 
müştəri, yaxud birja oyunçusu, hər hansı bir broker məntəqəsi 
ilə  telefonla,  elektron  rabitə  və  ya  İnternet  şəbəkəsi  ilə  əlaqə 
yaradaraq  müqavilənin  miqdarı,  vəziyyətlərin  sayı,  əmtəənin 
maksimum  və  minimum  miqdarı  göstərilməklə,  ona  əmtəənin 
alışı və ya satışı üzrə tapşırıq verə bilər və ya göstəriş verə bilər 


220 
 
ki,  müəyyən  müddət  ərzində  ona  sərfəli  olan  qiymətlə  saziş 
imzalanmasını həyata keçirsin.Müştərinin sifarişi dərhal sazişlə 
təsbit edilir. Bu zaman broker firmasına tanış olmayan müştəri 
əmtəələrin alınmasına və broker məntəqəsinə gələcək müqavilə 
məbləğinin  10-15%-  miqdarında  mükafat  veriləcəyinə  dair 
zəmanət verməlidir. Broker agenti müasir rabitə vasitələrindən 
istifadə  etməklə  sifarişi  brokerin  əməliyyat  zalında  olan 
köməkçisinə,  o  da  öz  növbəsində  rinqdə  olan  brokerə  ötürür. 
Torq  yekunlaşdıqdan  və  müqavilə  imzalandıqdan  sonra 
brokerin  köməkçiləri  bağlanmış  sazişlərin  nəticələrini  müş-
təriyə  verir,  ancaq  müqavilənin  özünün  müştəriyə  verilməsini 
və  ya  onun  sifarişi  ilə  əməliyyatların  yerinə  yetirilməsini, 
müştəri  əmtəələrin  haqqını  və  broker  firmasının  mükafatım 
ödədikdən sonra yerinə yetirir. 
Real  əmtəələrlə  saziş.  Real  əmtəələrlə  sazişin  iki  növü 
vardır:  real  əmtəələrin  dərhal  tədarükü  üzrə  saziş  və  real 
əmtəələrin müddətli tədarükü üzrə saziş. 
Real  əmtəələrin  dərhal  tədarükü  üzrə  saziş  (spot)  onun 
imzalandığı  anda mövcud olan qiymətlər üzrə imzalanır. Spot 
sazişini  imzalayan  satıcı  2  həftə  müddətində  əmtəəni  birjanın 
anbarına  çatdırır  və  bu  haqda  anbar  şəhadətnaməsi  (warrant) 
alır və onu satılan əmtəənin haqqının, anbar şəhadətnaməsində 
qeyd  edilən  standartlardan  kənarlaşmalar  nəzərə  alınmaqla, 
ödənilməsi üçün birjanın hesablama palatasına verir. 
Real  əmtəənin  alıcısı  birjanın  hesablama  palatasına 
gəlir,  müqaviləni  ona  verir  və  anbar  şəhadətnaməsində  qeyd 
edilən standartlardan kənarlaşmalar nəzərə alınmaqla əmtəənin 
haqqını  ödəyir  və  ödəniş  haqqında  şəhadətnamə  alır.  Ödəmə 
haqqında  şəhadətnaməni  aldıqdan  sonra  alıcı  əmtəəni  birjanın 
anbarından götürə bilər. 
Real əmtəələrin müddətli tədarükü üzrə saziş (forward). 
Real əmtəələrin müddətli tədarükü üzrə saziş (forward), gecik-
dirilən müddət ərzində qiymətlərin dəyişmə dinamikasının birja 


221 
 
tərəfindən  proqnozlaşdırılan  səviyyəsi  nəzərə  alınmaqla,  onun 
imzalandığı  anda  mövcud  qiymətlər  əsasında  imzalanır.  Əgər 
qiymət  artımı  gözlənilirsə,  o  proqnozlaşdırılan  səviyyəyə  uy-
ğun "mükafat" həcmində artırılır, əgər qiymətin azalması göz-
lənilirsə -  proqnozlaşdırılan "azalma"  həcmində  azaldılır. Əm-
təənin birjanın anbarına təhvil verilməsi və onun haqqının alın-
ması real əmtəələrin dərhal tədarükü üzrə sazişdə olduğu qay-
dada,  ancaq  əmtəələrin  birjanın  anbarından  alınması-müəyyən 
edilmiş müddət nəzərə alınmaqla həyata keçirilir. 
Müddətli əməliyyatlar və ya fyuçers sazişləri. Müddətli 
əməliyyatların  və  ya  fyuçers  sazişlərinin  iki  forması  fərqlən-
dirilir: uzun sazişlər və qısa sazişlər. 
Uzun  sazişlər.  Əgər  müştəri  qiymətlərin  artacağına 
əmindirsə  o,  brokerə  sifariş  verir  ki,  məsələn,  barelinin  birja 
qiyməti 80 dollar olmaqla və 3 aydan sonra tədarük etmək şərti 
ilə  1000  ton  xam  neft  alsın.  Birja  kotirovkalarını  izləyən 
müştəri  görsə  ki,  bu  müddət  ərzində  neftin  barelinin  qiyməti 
100 dollara çatıb, onda o, brokerə neftin satılması üçün göstəriş 
verir.  Birjanın  hesablama  palatasına  neftin  alınması  və  satışı 
üzrə  sazişləri  təqdim  etməklə  müştəri,  brokerin  haqqı  çıxıl-
maqla, 120000 dollara qədər mənfəət əldə edir. Əgər qeyd edi-
lən  müddət  ərzində  neftin  1  barelinin  birja  qiyməti  70  dollara 
düşübsə,  müştəri  neftin  satılması  üçün  brokerə  göstəriş 
verməlidir.  Bu  halda  müştəri,  brokerin  haqqı  da  nəzərə 
alınmaqla, 60000 dollardan çox ziyana düşəcəkdir. Möhtəkirlik 
əməliyyatı  nəticəsində  qazanc  əldə  etmək  istəyən,  ancaq 
qiymət  dəyişməsini  düzgün  proqnozlaşdıra  bilməyən  müştəri, 
1000  ton  xam  neftin  satılması  üçün  qarşılıqlı  əməliyyatı 
(offseti)  həyata  keçirməyə  bilməz,  ona  görə  ki,  o,  3  ay  müd-
dətində  bu  həcmdə  neftin  haqqını,  1  barelinin  qiyməti  80 
dollara  olmaqla  birjanın  hesablama  palatasına  ödəməyə  və 
özünə lazım olmayan bu həcmdə nefti birjanın rezervuarından 
(çənindən)  çıxarmağa  borcludur.  Neftin  sonradan  baha  qiy-


222 
 
mətə  satılması  üçün  birjanın  çənindən  daşınması  da  məqsədə 
uyğun deyil, çünki həm neftin qiyməti aşağı düşə bilər, həm də 
bu  həcmdə  neftin  daşınması  (nəqli)  və  saxlanması  üçün  əlavə 
vəsait xərclənə bilər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə