QəRİbov asəF ƏZİzov anar


XIV FƏSİL.Xammalla ticarətin xüsusiyyətləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə93/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   112
Beynelxalq ticaret emeliyyatlari

 
             XIV FƏSİL.Xammalla ticarətin xüsusiyyətləri. 
14.1. Xammalla ticarətin xüsusiyyətləri. 
 
 
Ümumi  "xammal"  və  ya
 
“xammal  əmtəəsi”
 
anlayışı 
altında mineral xammallar, onların zənginləşdirilməsi və emalı 
nəticəsində  alman  məhsullar  (qara  metal,  əlvan  metal  və  s.), 
bitki  və  heyvan  mənşəlı  xammallar  və  onların  emalı 


211 
 
nəticəsində  alınan  məhsullar,  kimya  və  yeyinti  məsulları  başa 
düşülür.  Qeyd  etmək  lazımdır  ki,  bir  çox  hallarda  xammalla 
hazır məhsul arasında dəqiq sərhəd qoymaq mümkün olmur. 
Beynəlxalq  təcrübədə  xammal  əmtəələri  ilə  ticarət 
zamanı  bazarda  fəaliyyətin  əvvəlki  bölmələrdə  (mövzularda) 
nəzərdən  keçirilən  forma  və  metodlarından  istifadə  edilir. 
Bununla  yanaşı,  bir  sıra  bitki  və  heyvan  mənşəli,  eləcə  də, 
mineral  xammalların  emalı  məhsulları  ilə  mübadilə  zamanı 
ticarətin  təşkilinin  xüsusi  formaları  və  tənzimləmə  metodları 
tətbiq edilir. 
Xammal  əmtəələrinin  bir  çox  növləri  üzrə  beynəlxalq 
ticarət  hazır  məhsullarla  ticarətdən  fərqli  şərtlərlə  həyata 
keçirilir. Bu, hər şeydən əvvəl, beynəlxalq bazarlarda xammal 
əmtəələrinin  təklifinin  onlara  olan  tələbi  uzun  müddət 
üstələməsi  ilə  əlaqədardır  və  belə  vəziyyət,  inkişaf  etməkdə 
olan  ölkələrə  uzanmış  xammal  böhranı  haqqında  danışmağa 
əsas verir, hərçənd ki,  xammalla beynəlxalq  ticarətin 80,0%-ə 
qədəri sənayecə inkişaf etmiş ölkələrin payına düşür. 
Elmi-texniki  tərəqqinin  inkişafı  ilə  əlaqədar  olaraq  bir 
çox  bitki  və  heyvan  mənşəli  məhsulları  müvəffəqiyyətlə  əvəz 
edən  yeni  sintetik  məhsulların  istehsalı,  xammala  qənaət  edən 
texnologiyanın  tətbiqinin  genişlənməsi,  xammaldan  təkrar 
istifadə  hallarının  çoxalması  təbii  xammal  ixrac  edən  şirkət-
lərin vəziyyətinin getdikcə pisləşməsi meylini doğurur. 
Bir  çox  xammal  əmtəələrinin  beynəlxalq  ticarəti,  hazır 
məhsullara nisbətən, sənayecə inkişaf etmiş ölkələrin iri şirkət-
ləri,  xüsusilə  də  transmilli  şirkətlər,  tərəfindən  daha  çox  inhi-
sara alınmışdır və bu onlara bazarlarda qiymətləri diktə etmək 
imkanı verir. 
Sənayecə  inkişaf  etmiş  kapitalist  ölkələri  strateji 
ehtiyatların  yaradılması  və  satışı  vasitəsilə  beynəlxalq  bazar-
larda  bir  çox  xammal  əmtəələrinin  təklifini  və  onlara  olan 
tələbi  tənzimləmək  imkanına  malik  olurlar.  Mineral  və  kənd 


212 
 
təsərrüfatı  xammallarının  təklifi  və  onlara  olan  tələb,  hazır 
məhsullara nisbətən daha çox, əsas xammal regionlarında hava 
şəraitindən və siyasi vəziyyətdən asılıdır. 
Xammal  əmtəələri  ilə  ticarətə  tərəfdaşların  uzunmüd-
dətli  münasibətlər  qurmağa  can  atması  xarakterikdir.  Bu  bir 
tərəfdən  sabit  satışa,  digər  tərəfdən,  xammalla  sabit  təchizata 
şərait  yardır.  Uzunmüddətli  ticarət  müqavilələri  çərçivəsində 
tərəflər  alqı-satqını  əsasən  cari  bazar  qiymətlərinə  uyğun 
aparırlar,  bununla  yanaşı,  razılaşdırılmış  müəyyən  müddət 
ərzində  qiymətlərin  son  həddi  haqqında  razılığa  gəlməklə 
onları nisbətən sabitləşdirməyə çalışırlar.  
Xammal  əmtəələrinin  satışının  getdikcə  çətinləşməsi 
inkişaf  etməkdə  olan  bir  çox  ölkələrin  hökumətlərini  məcbur 
etmişdir  ki,  idxalçıların  aldığı  xammalın  haqqının  onların 
özlərinin  ənənəvi  hazır  məhsulları  ilə  ödənilmələrini  nəzərdə 
tutan qanunverici aktları qəbul etsinlər. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə