QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə90/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   112
Beynelxalq ticaret emeliyyatlari

13.3. Lisenziya müqavilələri 
 
Beynəlxalq  təcrübədə  lisenziya  müqavilələrinin  iki 
növünü fərqləndirirlər: müstəsna lisenziya müqaviləsi və qeyri-
müstəsna lisenziya müqaviləsi. 
Qeyri-müstəsna  lisenziya  müqaviləsi.  Qeyri-müstəsna 
lisenziya müqaviləsi satıcının (lisenziyanın) analoji lisenziyanı 
patentin  istifadə  edildiyi  ərazidə  (patent  ərazisində)  başqa 
alıcılara  (lisenziarlara)  satması  hüququnu  məhdudlaşdırmır  və 
patent  ərazisində  eyni  ixtiradan  və  nou-xaudan  istifadə  edərək 
məhsul istehsalı və satışı üzrə hüquqlarını saxlayır. 
Müstəsna lisenziya müqaviləsi. Müstəsna lisenziya mü-
qaviləsi  ixtiradan,  nou-xaudan  və  nümunələrdən  istifadə 
hüququnun  təmamilə  lisenziyata  verilməsini  nəzərdə  tutur  və 
lisenziar  müqavilənin  predmeti  olan  ixtiranın,  nou-xaunun  və 
nümunələrin başqasına satılması, ondan istifadə edərək məhsul 
istehsalı və satışı üzrə hüquqlarını itirir. 
Nou-xauların məxfiliyi patentlə qorunmadığından, alıcı-
nın  danışıqlardan  sonra  lisenziyanın  alınmasına  dair  müqa-
viləni  imzalamaqdan imtina etməsi,  ancaq danışıqlar prosesin-
də  əldə  etdiyi  informasiyadan  öz  məqsədləri  üçün  istifadə 
etməsi  istisna  deyil.  Ona  görə  də,  lisenziyanın  satışma  dair 
danışıqlara  başlamamışdan  öncə  potensial  alıcı  ilə  müqavilə 
bağlamaq lazımdır ki, lisenziyanın alınmasına dair müqavilənin 
imzalanmayacağı  halda  o,  nou-xaunun  məzmununu  yayma-
yacaq və öz məqsədləri üçün istifadə etməyəcəkdir. 
Müstəsna  lisenziyanın  satılmasına  dair  müqavilədə 
lisenziar  tərəfindən  patent  ərazisində  lisenziarın  lisenziyadan, 
müqavilədə nəzərdə tutulmuş ərazidə isə nou-xaudan müstəsna 
istifadə  hüququnun  pozulması  baş  verərsə  lisenziara  qarşı 
sanksiyaların  tətbiq  edilməsi  nəzərdə  tutulmalıdır.  Tərəflərin 
razılığına  əsasən  cərimə  sanksiyaları  müxtəlif  şəkildə  -  ya 


203 
 
birdəfəlik  cərimənin  ödənilməsi,  ya  da  lisenziya  ödəmələrinin 
azaldılması şəklində - tətbiq edilə bilər. 
Bununla  yanaşı,  müstəsna  lisenziyanın  satılmasına  dair 
müqavilələrdə  müxtəlif  kənarlaşmalar  da  nəzərdə  tutula  bilər. 
Məsələn,  lisenziar  eyni  patentdən  və  nou-xaudan  istifadə 
etməklə əvvəllər istehsal etdiyi əmtəələrin buraxılışının davam 
etdirmək  hüququnu  özündə  saxlaya  bilər.  Beynəlxalq  müqa-
vilələrdə nəzərdə tutula bilər ki, lisenziar patent ərazisinə ixrac 
etməmək  şərti  ilə  eyni  patentdən  və  nou-xaudan  istifadə 
etməklə  öz  ölkəsində  əmtəələrin  buraxılışının  davam  etdirmək 
hüququnu özündə saxlayır. 
Patentləşdirilməmiş  lisenziya  müqaviləsi.  Patent  alın-
ması  üçün  sifarişin  verilib-verilməməsindən  asılı  olmayaraq, 
patentləşdirilməmiş  ixtira  üzrə  lisenziyanın  satışı  zamanı 
müqavilədə şərtlərin aşağıdakı variantları qeyd edilə bilər: 
-  lisenziya  müqaviləsi  lisenziar  tərəfindən  razılaşdırıl-
mış ərazidə öz hesabına patent aldığı andan qüvvəyə minir
-  lisenziya  müqaviləsi  lisenziar  tərəfindən,  lisenziatın 
hesabına, patent aldığı andan qüvvəyə minir; 
-  lisenziar,  patentin  razılaşdırılmış  ərazidə  və  müəyyən 
edilmiş  müddətə  və  ya  müstəsna  lisenziya  satıldıqda  heç  bir 
məhdudiyyət  olmadan,  öz  adına  alınması  üçün  bütün  lazımi 
sənədləri lisenziata verir. 
Lisenziyanın  qiyməti.  Lisenziya  müqavilələrinin  və 
sazişlərinin  qiymətinin  müəyyən  edilməsi  mürəkkəb  problem-
dir,  ona  görə  ki,  lisenziyaların  texniki  və  iqtisadi  mahiyyəti 
həmişə  fərdidir  və  təcrübi  olaraq  onların  satış  şərtlərini  oxşar 
patentlərin  və  nou-xauların  satış  şərtləri  ilə  müqayisə  etmək 
mümkün  olmur.  Problem  həm  də  onunla  əlaqədardır  ki, 
lisenziyaların  istehlak  dəyəri  onların  orta  ümumi  əhəmiy-
yətliliyi  ilə  yox,  hər  bir  istehlakçı  üçün  fərdi  əhəmiyyəti  ilə 
müəyyən  edilir.  Lisenziyaların  qiyməti  orta  mənfəət  norma-


204 
 
sından daha çox, yeniliklərin tətbiq edilməsi nəticəsində lisen-
ziatın alacağı mənfəətin miqdarından asılıdır. 
Bununla  yanaşı  lisenziyanın  alınmasına  çəkilən  xərc 
ondan istifadə edərək lisenziatın əldə edəcəyi mənfəətin müəy-
yən  hissəsini  təşkil  etməlidir.  Əks  halda  lisenziyanın  alınma-
sının mənası itir, Lisenziyaların alınması üzrə beynəlxalq təcrü-
bədə  lisenziara  verilən  məbləğ  lisenziatın  əldə  etdiyi  əlavə 
mənfəətin 2(X,0-40,0%-i dairəsində dəyişir. 
Lisenzianın  alınmasının  məqsədəuyğunluğunun  müəy-
yən  edilməsi  mərhələsində  lisenziat  lisenziardan  aldığı  məlu-
matlar  əsasında  lisenziyanın  mənimsənilməsi  üzrə  xərclərini, 
istehsalın mümkün artımının  həcmini, məhsulunun qiymətinin 
dəyişməsini  hesablaya  bilər.  Ancaq  lazımi  informasiyaların 
olmaması səbəbindən lisenziarların bu metoddan istifadə etmə-
ləri çox vaxt mümkün olmur. 
Lisenzianın  qiyməti  müəyyən  edilərkən  lisenziar  lisen-
ziata  nisbətən  daha  mürəkkəb  vəziyyətdə  olur.  İstisna  halı  o 
vaxt  olur  ki,  lisenziyanın  predmetini,  məhsulun  keyfiyyətinin 
yüksəlməsi,  istehsal  xərclərinin  azalması  ilə  yanaşı  böyük  sə-
mərə verən, unikal ixtira təşkil edir. 
İxtiradan  və  nou-xaudan  istifadə  imkanları  məhdud  ol-
duqda  və  gözlənilən  mənfəətin  miqdarı  yüksək  olmadıqda 
satılan  lisenziyanın  qiymətinin  müəyyən  edilməsi  üçün  aşağı-
dakı dolayı metodlardan istifadə edilir: 
-  satıcının  (lisenziarın)  ixtiranın  işlənməsinə  və 
səmərəliliyinin  yoxlanmasına  sərf  etdiyi  xəclərin  minimum 
1,5-2,0 misli həcmində müəyyən edilən qiymət
-  əvvəllər  bağlanmış  oxşar  lisenziya  müqavilələrinin 
qiyməti ilə müqayisə etməklə müəyyən edilən qiymət; 
-  əvvəlcədən  yüksəldilmiş  qiymətlə  bazarın  reaksiya-
sının yoxlan-ması metodu - bu zaman qiymət azaldılmaqla alıcı 
üçün sərfəli olan səviyyəyə endirilir. 


205 
 
Texniki  işlənmə  və  patentlə  qorunma  səviyyəsindən 
asılı  olaraq  lisenziyaların  qiymətləri  əhəmiyyətli  dərəcədə 
fərqlənir.  Belə  ki,  patentləşdirilməmiş  lisenziyaların  dəyəri 
patentlə qorunan lisenziyaların dəyərindən, orta hesabla, 20,0% 
az olur. Müstəsna lisenziyaların dəyəri, bir qayda olaraq, sadə 
lisenziyaların dəyərindən 2 dəfədən çox olur. 
Lisenziya ödəmələri.
 
Lisenziya müqavilələrində ödəmə-
lərin  həyata  keçirilməsinin  aşağıdakı  müxtəlif  üsulları  nəzərdə 
tutula bilər: 
-  sabit  ödəmələr  -  əvvəlcədən  razılaşdırılmış  sabit 
məbləğin  ödənilməsi.  Sabit  ödəmələr  lisenziyanın  alınmasının 
faktiki məbləğini əks etdirir. 
-  hissə-hissə  ödəmə  -  lisenziyanın  dəyərinin,  lisenziya-
dan  istifadə  edilməklə  məhsul  istehsalı  və  satışının  razılaş-
dırılmış  göstəricilərinə  mütənasib  olaraq,  hissələr  üzrə  mərhə-
lələrlə ödənilməsi (royalti). 
- ödəmələrin qarışıq üsulu - sabit məbləğin və royaltinin 
avans ödənilməsinin uyğunlaşdırılması (uzlaşdırılması). 
Royalti  -  razılaşdırılmış  nisbətlərdə  aşağıdakı  göstərici-
lərə  görə  hesablana  bilər:  lisenziatın  lisenziyadan  istifadə 
etməklə  əldə  etdiyi  əlavə  mənfəətə  görə;  lisenziatın  ümumi 
mənfəətinə  görə;  lisenziyadan  istifadə  etməklə  istehsal  edilən 
məhsulun reallaşdırılmasından əldə edilən məbləğə görə; lisen-
ziatın  istehsal  etdiyi  məhsulun  fiziki  həcminə  görə;  lisenziya 
üzrə istehsal edilmiş avadanlığın gücünə görə və s. 
Royaltinin  məbləğinin  hesablanması  üçün  lisenziya 
müqaviləsinə və sazişinə royaltinin hesablanması üçün istifadə 
ediləcək  göstəricilərin  lisenziara  verəcəyinə  dair  lisenziatın 
öhdəliyi  daxil  edilir.  Bu  zaman  lisenziar  üçün  yaxşı  olardı  ki, 
bu göstəricilər auditor hesabatları ilə təsdiq edilmiş olsun. 
Lisenziya  müqavilələrinin  və  sazişlərinin
 
quruluşu. 
Lisenziya müqavilələrinin və sazişlərinin quruluşu, demək olar 
ki,  alqı-satqı  müqavilələrinin  quruluşu  kimidir.  Alqı-satqı 


206 
 
müqavilələrində  olduğu  kimi,  lisenziya  müqavilələrində  də 
qarşılıqlı  sanksiyaların  şərtləri,  fors-major  vəziyyəti,  müqavi-
lənin dəyişdirilməsi və ləğvi qaydaları, tərəflərin arbitraj müba-
hisəsi, müqavilənin lazımi rekvizitləri və s. öz əksini tapa bilər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə