QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə91/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   112
Beynelxalq ticaret emeliyyatlari

13.4. Əmtəə nişanları 
 
          Əmtəə  nişanları  və  xidmət  nişanları  ayrı-ayrı  isteh-
salçıların və satıcıların istehsal etdikləri və satdıqları eyni adlı 
əmtəə və xidmətləri fərqləndirən işarələrdir. 
Əmtəələri  yüksək  keyfiyyətləri  ilə  fərqlənən  məşhur 
firmaların əmtəə nişanları onların əmtəələrinin rəqabət qabiliy-
yətini xeyli artırır. 
Yerinə  yetirilməsi üsuluna görə əmtəə nişanları ədəbiy-
yat,  təsviri,  həcmli,  kompensasiyalı  ola  bilər.  Öz  təyinatını 
həyata keçirmək üçün əmtəə nişanı alıcıya psixoloji təsir etmək 
qabiliyyətinə  malik  olmalıdır,  başqa  sözlə,  əmtəənin  yüksək 
keyfiyyətə,  davamlığa  malik  olmasına,  istehsalçının  və  təda-
rükçünün  etibarlı  olmasına  dair  alıcıda  təsəvvür  yaratmalıdır. 
Əmtəə nişanı firmanın reklam üslubunda açar rolunu oynayır: o 
məmulatın reklamının bütün formalarında, kommersiya sənəd-
lərində,  firmanın  işgüzar  yazışmalarında  iştirak  edir.  Qeyd 
edilən  tələblərə  cavab  verməsi  üçün  əmtəə  nişanı  özündə  yeni 
ideyaları əks etdirməli, yüksək bədii zövqlə hazırlanmalıdır. 
Bütün  ölkələrdə  əmtəə  nişanları  hüquqi  qorunur.  Bəzi 
ölkələrdə  onların  yeniliyinin  və  müəyyən  edilmiş  şərtlərə 
uyğunluğunun  yoxlanılması  sistemi,  digərlərində  -  ərizə  veril-
məsi  sistemi  (onlar  firmalar  tərəfindən  istifadəyə  verildikdən 
sonra)  fəaliyyət  göstərir.  Əmtəə  nişanları  üst-üstə  düşərsə 
(oxşar  olarsa)  birinci  qeydiyyata  alınan  əmtəə  nişanı  hüquqi 
qorunur. 


207 
 
Əmtəə  nişanlarının  hüquqi  qorunması  onların  dövlət 
qeydiyyatına  alınması  və  müvafiq  şəhadətnamənin  verilməsi 
əsasında həyata keçirilir. 
Nişanla  işarələmə  üsulları  qanunla  ciddi  şəkildə  məh-
dudlaşdırılır:  fərlədirici  üsulla  seçilməyən;  özündə  dövlət 
bayrağını, emblemini, dövlət təşkilatlarının adlarını əks etdirən; 
əmtəənin  keyfiyyətini,  qiymətini,  məşhur  elm,  incəsənət, 
mədəniyyət  əsərlərinin  adlarını  əks  etdirən  və  s.  əmtəə  nişan-
larının  hazırlanması  qadağandır.  Əmtəə  nişanından  istifadə 
hüququ  lisenziya  müqaviləsi  əsasında  istifadə  üçün  başqasına 
verilə bilər. Əmtəə nişanının bazar dəyəri - ondan tam istifadə 
hüququnun  proqnozlaşdırılan  mümkün  mənfəət  əsasında 
müəyyən  edilən  kapitallaşdırılmış  potensial  dəyəridir.  Xarici 
ölkələrdə  məşhur  əmtəə  nişanına  malik  olan  müəssisələr 
satılarkən  onların  satış  qiyməti  aktivlərinin  balans  dəyərindən 
4-5 dəfə yüksək olur. 
Əmtəə  nişanının  dəyərinin  qiymətləndirilməsinin  bir 
neçə  metodu  vardır,  ancaq  onların  hamısı  axırda  onun 
dəyərinin  məşhur  əmtəə  nişanı  ilə  məhsul  istehsal  edən 
müəssisənin mənfəətinin potensial artımını əks etdirən kapital-
laşdırılmış  qeyri-maddi  aktivlərin  dəyəri  kimi  müəyyən  edil-
məsinə gətirilir. 
Əmtəə nişanı ilə ticarətin aparılması prinsipləri ixtiralar 
və  nou-xaularla  ticarətin  prinsiplərinə  çox  oxşayır.  Əmtəə 
nişanları  da  onlardan  müstəsna  və  qeyri-  müstəsna  istifadə 
hüququ  ilə  satıla  bilər.  Bir  çox  hallarda  müəssisələrə  əmtəə 
nişanının  satışı  ixtiraların  və  nou-xauların  satışı  ilə  yanaşı 
(birlikdə)  həyata  keçirilir.  Əmtəə  nişanı  qeyri  -  müstəsna 
istifadə  hüququ  ilə  satıldıqda  satıcı,  bir  qayda  olaraq,  əmtəə 
nişanının  nüfuzdan  salınmasının  və  beləliklə  də,  öz  imicinə 
zərbə vurulmasının qarşısının alınması üçün, bu nişanla marka-
lanan  əmtəələrin  və  xidmətlərin  keyfiyyətini  yoxlamaq  hüqu-
qunu özündə saxlayır. 


208 
 
Əmtəə nişanlanının dəyəri əsasən müəssisənin və səna-
ye  mülkiyyətinə  lisenziyaların  dəyərində  nəzərə  alınır.  Əmtəə 
nişanı  ayrıca  satıldıqda  onun  dəyəri  royalti  formasında  və  ya 
sabit ödəmələr əsasında ödənilə bilər. 
Əmtəələrin istehsal edildiyi yerin adından istifadə. Əm-
təələrin  istehsal  edildiyi  yerin  adı  dedikdə,  əmtəələrin  istehsal 
edildiyi  ölkənin,  yerin,  yaşayış  məskəninin  və  digər  coğrafi 
məkanın adı nəzərdə tutulur. Əmtəələrin istehsal edildiyi  yerin 
adından onların nişanlanması və fərqləndirilməsi üçün istifadə 
edilir. Məsələn: Şampan, Bordo, Borjomi, made in Japan, made 
in USA və s. 
Yerlərin  adı  əmtəələrin  istehsalçılarının  müraciəti  əsa-
sında  ölkənin  patent  orqanlarında  qeyd  edilir  və  istehsalçılara 
müvafiq  şəhadətnamə  verilir.  Şəhadətnamənin  sahibi  ondan 
istifadə hüququnu başqa şəxslərə verə bilməz. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə