QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə88/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   112
Beynelxalq ticaret emeliyyatlari

 
yoxlama  sistemində
 
ixtiraçı 
əvvəl öz ərizəsini müvafiq sənədlərlə birlikdə, əvvəllər analoji 
ixtira  üçün  patentin  verib-verilmədiyinin  yoxlanması  üçün, 
ekspert komissiyasına təqdim edir. Əgər bu ixtira üçün əvvəllər 
patent  verilməyibsə,  ixtiraçı  müəyyən  rüsum  ödəməklə  patent 
ala bilər. 


199 
 
Patentdən  onun  üzərində  qeyd  edilmiş  ərazidə  və 
müddətdə istifadə edilə bilər. Əgər ixtiraçı  patentin  müddətini 
uzatmaq  istəyirsə  hər  dəfə  müəyyən  rüsum  ödəməklə  bunu 
həyata  keçirə  bilər.  Əgər  patent  ixtiraçıya  kifayət  qədər  mən-
fəət gətirmirsə onun vaxtının uzadılmasına ehtiyac qalmır. 
Patentlərin  və  nou-xauların  sahibləri  onlar  haqqında 
milli  və  beynəlxalq  elektron  informasiya  sistemlərində  məlu-
mat yayırlar, reklam kompaniyasını həyata keçirirlər və maraq-
lı  tərəflərlə  lisenziyanın  (ixtiradan  istifadə  hüququnun)  alın-
masına  dair  müqavilə  imzalayırlar.  Bir  qayda  olaraq  ixtiradan 
istifadəyə dair lisenziyanın xaricə satışından əvvəl patent sahibi 
çalışır ki, patenti satmaq istədiyi ölkədə də patentləşdirsin. 
Sənaye nümunəsi - məmulatın konstruksiya və  ya bədii 
tərtibatı sahəsində yenilikdir. Onun obyekti sənaye məhsulunun 
xarici  görkəminə  olan  estetik  və  erqonomik  tələbatı  ödəyən 
forma,  şəkil,  rənglər  və  ya  onların  kompensasiyası  ola  bilər. 
Sənaye  nümunəsi  həcmli  (model),  yastı  (şəkil)  və  ya  kombi-
nasiyalı ola bilər. Sənaye nümunəsi özündə əhəmiyyətli texniki 
yenilik daşıyırsa, ekspert komissiyası tərəfindən yoxlanıldıqdan 
sonra onun sahibinə patent verilə bilər. 
Faydalı  model
  -  obyektin  (qurğunun,  maşının,  mexa-
nizmin) və ya onun hissəsinin konstruktor həllidir, başqa sözlə, 
obyektin  elementlərinin  qarşılıqlı  yerləşdirilməsinin,  onun 
formasının,  fəza  kompazisiyasının  yeni  variantıdır.  Fay-dalı 
model  üçün  şəhadətnamə  verilir.  Əgər  faydalı  model  özündə 
əhəmiyyətli  texniki  yenilik  daşıyırsa,  ekspert  komiss-iyası 
tərəfindən  yoxlanıldıqdan  sonra  onun  sahibinə  patent  verilə 
bilər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə