QəRİbov asəF ƏZİzov anar


    12.5. Torqların həyata keçirilməsi qaydaları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə86/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   112
Beynelxalq ticaret emeliyyatlari

 


195 
 
12.5. Torqların həyata keçirilməsi qaydaları 
 
Torqların  tender  komitələri  tərəfindən  elan  edilmiş 
bağlanma  müddəti  bitənə  qədər  onun  iştirakçıları  kompleks 
texniki  və  kommersiya  təkliflərini  hazırlayırlar.  Kommersiya 
sirlərinin  qorunması  məqsədi  ilə  torqun  iştirakçıları  öz 
təkliflərini  torqun  bağlanmasının  son  dəqiqələrində  təqdim 
edirlər.  Torqun  vaxtı  bitdikdən  sonra  onun  iştirakçıları  öz 
təkliflərinin  şərtlərini  dəyişə  bilməzlər və sifarişi  aldıqları  hal-
da  onu  təkliflərinə  tam  uyğun  şəkildə  yerinə  yetirməlidirlər. 
İştirakçıların öz təkliflərindən imtina etməyəcəklərinə zəmanət 
olaraq  torqların  şərtlərində,  iddiaçılar  tərəfindən  verdikləri 
təkliflərin  ümumi  həcminin  1-3%-i  məbləğində  bank  zəmanə-
tinin verilməsi nəzərdə tutula bilər. 
Torqun  bağlandığı  gün  tender  komitələri  daxil  olmuş 
təkliflərin  açılışını  təşkil  edir.  Torqun  bütün  iştirakçıları 
qarşısında tender komitələrinin rəhbərləri təkliflər paketini bir-
bir  açır,  təklif  vermiş  firmaların  və  ya  şirkətlərin  adını  və 
onların  qiymətlərini  elan  edir.  Bu  cür  torqlar  aşkar  torqlar 
adlanır. Aşkar olmayan (gizli) torqlar keçirildikdə tender komi-
tələri  daxil  olmuş  təklifləri,  torqun  iştirakçılarının  tərkibini  və 
onların  təklif  etdiyi  qiymətləri  və  şərtləri  açıq  şəkildə  elan 
etmirlər. 
Təklif edilmiş qiymətlərin elan edilməsi hələ kimin sifa-
rişi alacağı barədə mülahizə irəli sürməyə əsas vermir. Tender 
komitələri  müəyyən  müddət  ərzində  (1  aydan  3  aya  qədər) 
daxil olmuş təklifləri texniki xüsusiyyətlər, qiymətlər, kredit və 
ödəmə şərtləri də daxil olmaqla (onlar iddiaçıların təkliflərində 
əhəmiyyətli dərəcədə fərqlənə bilər) kompleks şəkildə öyrənir-
lər.  Hər  bir  tender  komitəsi  daxil  olmuş  təklifləri  özünün 
metoduna  uyğun  şəklidə  müqayisə  edir.  Tender  komitələrinin 
hüququ  var  ki,  təkliflərə  baxılarkən,  özlərinin  təkliflərinin 
dəqiqləşdirilməsi  və  izah  edilməsi  üçün  torqun  iştirakçılarına 


196 
 
müraciət etsinlər. Bir çox hallarda tender komitələri bu hüquq-
dan  iddiaçıların  təkliflərinin  özünün  xeyrinə  dəyişdirilməsi 
üçün bəhanə kimi istifadə edirlər. 
Əgər  torqun  iştirakçıları  hər  hansı  bir  kanaldan  öyrən-
sələr ki, onların təklifləri rəqabət qabiliyyətlidir, onlar təkliflə-
rinə  izahlar  və  dəqiqləşdirmələr  verərkən  öz  texniki  və  kom-
mersiya şərtlərini təkmilləşdirmək imkanı əldə edirlər. Məlum-
dur ki,  bəzi  hallarda tender komitələri iddiaçıların təkliflərinin 
məzmunu  barədə  qəsdən  informasiya  sızmasına  imkan  yara-
dırlar.  Bu  torqların  keçirilməsinə  dair  hamı  tərəfindən  qəbul 
edilmiş qaydaların kobud şəklidə pozulmasıdır. 
Aşkar  torqlarda  sifarişin  qaliblərə  verilməsi  haqqında 
tender komitələrinin qərarları, eləcə də digər iştirakçıların təklif 
etdiyi  qiymətlər  haqqında  informasiyalar,  nəşr  edilir  və  ya 
maraqlı  tərəflərə  göndərilir.  Açıq  olmayan  (gizli)  torqlarda 
tender  komitələri  heç  bir  məlumat  yaymır.  Açıq  olmayan 
(gizli)  torqlarda  sifarişlərin  verilməsi  haqqında  qərar  gizli  şə-
kildə qaliblərə çatdırılır. 
Sifarişlərin  yerinə  yetirilməsinə  dair  tərəflər  arasında 
müqavilə  öhdəliklərin  lazımi  səviyyədə  yerinə  yetiriləcəyinə 
dair  tədarükçü  və  ya  podratçı  tərəfindən  bank  zəmanəti  veril-
dikdən  sonra  imzalanır.  Bank  zəmanətinin  həcmi  alınmış  sifa-
rişin 10,0%-inə qədər məbləğdə tələb edilə bilər. 
Torqlarda  iştirak  zamanı  meydana  çıxan  mürəkkəb 
problemlərdən  biri  irəli  sürülən  təklifin  optimal  qiymətinin 
müəyyən  edilməsindən  ibarətdir.  Bu  qiymət  rəqiblərin  qiymə-
tinə nisbətən aşağı olmalı, eyni zamanda ixracın səmərəliliyinin 
təmin edilməsi üçün fərq minimum olmalıdır. Bu zaman hər bir 
ölkədə  torqların  keçirilməsinə  dair  mövcud  hüquqi  normalar 
nəzərə  alınmalıdır.  Bir  çox  ölkələrin  qanunvericiliyi  qiymət 
fərqi  az  olduğu  hallarda  sifarişin  milli  firmalara  verilməsini 
nəzərdə  tutur.  Məsələn,  ABŞ-da  və  Kanadada  torqların  keçi-
rilməsini tənzimləyən qaydalara uyğun olaraq imtiyazlı qiymət-


197 
 
lərin  həcmi  6,0%-ə  bərabərdir:  amerika  sifarişçiləri  tərəfindən 
elan edilən torqların xarici  iştirakçılarının təklif etdiyi  qiymət-
lər  amerika  tədarükçülərinin  təklif  etdiyi  qiymətlərdən  6,0%-
dən azdırsa, tender komitələri sifarişləri milli firmalara vermə-
yə borcludurlar. 
Beynəlxalq bazarda satış və rəqabət probleminin kəskin-
ləşməsi  torqların  şərtlərinin  sərtləşdirilməsinə  təsir  göstərir. 
Verilən təkliflərin onların tələblərinə uyğun gəlmədiyi hallarda 
tender  komitələri  istədikləri  zaman  torqların  bağlanması  və 
təkliflərə baxılması  vaxtmı dəyişə, səbəbini  göstərmədən torq-
ları  ləğv  edə  bilərlər.  Torqların  iştirakçıları  öz  təkliflərini 
verərkən  yazılı  şəkildə  bildirməlidirlər  ki,  torqlara  əlavə  edil-
miş gələcək müqavilələrin şərtləri ilə razıdırlar. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə