QəRİbov asəF ƏZİzov anar


Məsləhət və informasiya xidmətlərinin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə82/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   112
Beynelxalq ticaret emeliyyatlari

12.2. Məsləhət və informasiya xidmətlərinin 
göstərilməsi 
 
Kommersiya  fəaliyyəti  dairəsində  məsləhət  və  infor-
masiya  xidmətlərinə  marketinq  tədqiqatlarının  aparılması, 
reklam  xidmətləri,  müsabiqə  torqlarının  keçirilməsi  üzrə 
xidmətlər,  baş  podratçı  rolunun  həyata  keçirilməsi  üzrə  xid-
mətlər və s. aid edilir. Bu cür xidmətlər sifarişçinin tapışrığına 
əsasən  icraçı  tərəfindən  müəyyən  hərəkətlərin  və  ya  fəaliy-


188 
 
yətlərin  həyata  keçirilməsini  nəzərdə  tutan  qarşılıqlı  müqavi-
lələr əsasında yerinə yetirilir. 
Öz  mahiyyətinə  görə  bu  cür  xidmətlər  podrat  xarakteri 
daşıyır  və  müqavilədə  başqa  şərtlər  nəzərdə  tutulmayıbsa, 
əsasən şəxsən həyata keçirilir.  
Ona  görə  də,  məsləhət  və  informasiya  xidmətlərinin 
göstərilməsi  üzrə  qarşılıqlı  müqavi-lələrin  yerinə  yetirilməsi 
prinsiplərinin  formalaşdırılması,  aşa-ğıdakı  xüsusiyyətlər 
nəzərə alınmaqla, podrat müqavilələrində olduğu kimidir: 
-  əgər  qanunda  və  müqavilədə  başqa  şərtlər  nəzərdə 
tutulmayıbsa, sifarişçinin təqsiri üzündən xidmətin göstərilməsi 
mümkün  olmadıqda,  xidmət  haqqı  sifarişçi  tərəfindən  tam 
ödənilir. Ancaq belə mümkünsüz halın yaranması üçün tərəfin 
heç  biri  məsuliyyət  daşımırsa,  onda  sifarişçi  icraçıya  onun 
faktiki olaraq sərf etdiyi xərcləri ödəyir;  
-  sifarişçi  icraçının  faktiki  olaraq  yerinə  yetirdiyi 
xidmətin  haqqının  ödənilməsi  şərti  ilə,  icraçı  isə  sifarişçiyə 
dəymiş  zərərin  ödənilməsi  şərti  ilə  müqavilədən  imtina  edə 
bilər. 
      
Bu  cür  müqavilələr  üzrə  icraçı  sifarişçinin  texniki  tapşı-
rıqlarına  uyğun  olaraq  elmi-tədqiqat  işlərinin  yerinə  yetiril-
məsini,  yeni  məhsulun  nümunəsinin  hazırlanmasını,  eləcə  də, 
bu  məhsulun  istehsalı  üçün  texniki  sənədlərin  hazırlanmasını, 
sifarişçi  isə  yerinə  yetirilən  işlərin  haqqının  ödənilməsini 
öhdəsinə götürür.
 
ETTKİ-nin  yerinə  yetirilməsinə  dair  müqavilələr  də 
podrat  xarakteri  daşıyır.  Podrat  müqavilələrində  olduğu  kimi, 
bu  müqavilələrdə  də  işlərin  ayrı-ayrı  mərhələlərinin  yerinə 
yetirilməsinin aralıq və son müddəti müəyyən edilə bilər. 
 
 
  


189 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə