QəRİbov asəF ƏZİzov anar


XII FƏSİL.İnjinirinq xidmətləri ilə ticarət və sifarişlərin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə81/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   112
Beynelxalq ticaret emeliyyatlari

XII FƏSİL.İnjinirinq xidmətləri ilə ticarət və sifarişlərin 
torqda yerləşdirilməsi 
12.1.Layihə və kəşfiyyat  işlərinin yerinə yetirilməsi 
 
Podrat  işlərinin  yerinə  yetirilməsi  ilə  xidmətlərin 
göstərilməsini  fərqləndirmək  heç  də  həmişə  asan  olmur.  Belə 
ki, injinirinq xidmətləri ilə ticarət üzrə müqavilələrin strukturu 
və məzmunu  ya podrat  müqavilələrinin strukturu və məzmunu 
ilə eynidir, ya da onların şərtlərinin çoxu bir-birinə uyğun gəlir.
 
Mülki  və  sənaye  obyektləri  ilə  əlaqədar  layihə  və 
kəşfiyyat (axtarış) işlərinin yerinə yetirilməsi podrat müqavilə-
ləri əsasında həyata keçirilir. Əgər layihə və kəşfiyyat (axtarış) 
işlərinin  yerinə  yetirilməsi  baş  podratçının  və  ya  podratçının 
öhdəsinə  düşürsə,  bu  işlər  əsas  podrat  müqaviləsi  əsasında 
yerinə yetirilir.
 
Kəşfiyyatçılar və  layihəçilər kəşfiyyat  və  layihə  işlərini 
sifarişçi ilə bağlanmış podrat müqaviləsinə uyğun onun hesabı-
na və onun tapşırığına müvafiq olaraq həyata keçirirlər. 


185 
 
Yerinə yetirilmiş kəşfiyyat və layihə işləri üzrə hesabat-
ların  və  sənədlərin  müqavilə  şərtlərinə  uyğunluğu  sifarişçi 
tərəfindən  yoxlanılır,  onların  haqqı  podrat  müqaviləsində 
razılaşdırılmış  şərtlərə  uyğun  ödənilir,  bundan  sonra  kəşfiyyat 
işlərinin  materialları  və  tərtib  edilmiş  layihələr  sifarişçinin 
mülkiyyətinə verilir. 
Kəşfiyyat  (axtarış)  işlərinin  dəyəri.  Bu  işlərin  yerinə 
yetirilməsi şəraitinin və tələb olunan əmək sərfinin miqdarının 
qeyri-müəyyənliyi  onların  optimal  dəyərinin  hesablanmasında 
müəyyən çətinliklər yaradır. Ona görə də müqavilədə kəşfiyyat 
(axtarış)  işlərinin  dəyərinin  dəqiq  göstərilməsi  həm  sifarişçi, 
həm  də  kəşfiyyatçı  üçün  zərərlidir.  Tərəflərin  hər  ikisinin 
mənafeyinə  uyğundur  ki,  müqavilədə  kəşfiyyat  (axtarış)  işlə-
rinin  dəyəri  təqribi  smeta  üzrə  razılaşdırılsın,  eyni  zamanda, 
ayrı-ayrı işlərin həcmindəki dəyişikliklərə uyğun olaraq onların 
qiymətində dəyişiklik ediləcəyi barədə razılığa gəlinsin. 
Bu cür smetalarda xərclər bir neçə növə ayrılır: 
-  daimi  xərclər:  kəşfiyyat  rayonuna  qədər  nəqliyyat 
xərcləri,  avadanlıqların  və  cihazların  amortizasiyası,  sənədləş-
dirmə ilə bağlı xərclər; 
-  işlərin  konkret  növünün  həcmindən  asılı  olan  dəyişən 
xərclər: ölçmə, qazma, tədqiqat və s. işlərlə bağlı xərclər (hər iş 
növü üzrə razılaşdırılmış smetaya əsasən müəyyən edilir);  
-  işlərin  yerinə  yetirilmə  müddətindən  asılı  olaraq, 
icraçıların  ixtisası  və  dərəcəsi  nəzərə  alınmaqla,  ödəmələrin 
razılaşdırılmış dərəcəsi əsasında hesablanan dəyişən xərclər. 
Müqavilədə  belə  şərt  nəzərdə  tutula  bilər  ki,  yerinə 
yetirilmiş  işlərin  faktiki  həcmi  və  onunla  əlaqədar  olan  əmək 
məsrəflərinin həcmi müqavilədə nəzərdə tutulmuş ilkin smeta-
dan  5,0%-dən  çox  olmayaraq  fərqlənərsə  düzəlişlər  edilməyə-
cəkdir.  Əgər  sifarişçi  və  icraçı  əmin  olsalar  ki,  smeta  üzrə 
işlərin  dəyəri  düzgün  qiymətləndirilmişdir,  onda  kəşfiyyat-
çıların işinin stimullaşdırılması üçün bu dəyər məqsədli qiymət 


186 
 
(target  price)  üçün  əsas  götürülür,  smeta  üzrə  qənaət  və  ya 
zərər isə tərəflər arasında razılaşdırılmış nisbətdə bölüşdürülür. 
Layihə  işlərinin  dəyəri.  Layihə  işlərinin  dəyəri  əsasən 
işin  həcmindən  və  mürəkkəbliyindən  asılı  olduğundan  onun 
hesablanması  çətin  deyil.  Əgər  sifarişçi  və  icraçı  layihə  işinin 
ümumi  həcminin,  eləcə  də  tələb  olunan  işçilərin  sayının  və 
ixtisasının  qiymətləndirilməsində  yekdil  fikirdədirlərsə,  onda 
müqavilədə  işlərin  dəyəri  sabit  məbləğdə  razılaşdırıla  bilər. 
Ancaq  nəzərə  almaq  lazımdır  ki,  işlərin  yerinə  yetirilməsinə 
sərf  edilən  əməyin  miqdarı  nəzərdə  tutulduğundan  artıq  və  ya 
az ola bilər. Ona görə də müqavilənin qarşılıqlı əlverişli olması 
üçün  onda  ödəmə  dərəcəsinin  razılaşdırılması  məqsədəuy-
ğundur  (ödəmə  dərəcəsi  -  müəyyən  ixtisaslı  mütəxəssisin 
xidmətinin  dəyəridir.  O,  müəyyən  ixtisaslı  mütəxəssisin  vahid 
iş vaxtı üçün müəyyən edilir). Əgər layihə işlərində modellərin 
hazırlanması  və  sınağı  nəzərdə  tutulubsa,  onda  bu  işlər  üçün 
ayrı qiymətlər müəyyən edilir. İstənilən variantda tərəflər məq-
sədli  qiymət  (target  price)  müəyyən  etməklə  layihəçilərin 
stimullaşdırılması üsulunu tətbiq edə və öz aralarında qənaətin 
və zərərin bölünməsi qaydasını razılaşdıra bilərlər. 
İşlərin  haqqının  ödənilməsi  şərtləri.  Kəşfiyyat  (axtarış) 
və  layihə  işlərinin  haqqı,  onların  nəticələri  lazımi  sənədlərdə 
təsbit  edilməklə  sifarişçiyə  təqdim  olunduqdan  sonra,  ödənilə 
bilər.  Lakin,  təcrübədə  bir  çox  hallarda  podratçı  tərəfindən 
işlərin  müqavilədə  razılaşdırılmış  şərtlərə  uyğun  lazımi  səviy-
yədə  həyata  keçirəcəyinə  dair  müqavilə  məbləğinin  30,0%-i 
həcmində zəmanət verəcəyi təqdirdə sifarişçi podratçıya həmin 
məbləğdə  (30,0%)  avans  verəcəyi  nəzərdə  tutulur.  Bundan 
əlavə, sifarişçi, 20,0% həcmində saxlanılmış məbləğin ödənilə-
cəyinə maliyyə zəmanəti təqdim edir. 
Podratçı, məsələn, 30,0% avans alır, işləri  yerinə  yetir-
dikdən sonra müqavilədə nəzərdə tutulmuş sənədləri sifarişçiyə 
verir  və  yenidən  müqavilə  məbləğinin  50,0%-ni  alır.  Sifarişçi 


187 
 
sənədlərin  müqavilə  şərtlərinə  uyğunluğunu  yoxlayır,  əgər  hər 
şey  qaydasındadırsa  20,0%  həcmində  saxladığı  zəmanətli 
məbləği,  eləcə  də,  podratçının  işlərin  müqavilədə  razılaş-
dırılmış  şərtlərə  uyğun  lazımi  səviyyədə  həyata  keçirəcəyinə 
dair 30,0%-i həcmində verdiyi zəmanəti ona qaytarır. 
Ancaq  sifarişçi  aşkar  edərsə  ki,  podratçı  onun  verdiyi 
tapşırıqları  lazımi  qaydada  yerinə  yetirməyib  və  ya  müqavi-
lənin başqa şərtlərini pozub, məsələn, işləri müqavilədə nəzər-
də  tutulan  vaxtda  həyata  keçirməyib,  bu  zaman  sifarişçi  həm 
20,0% həcmində saxladığı zəmanətli məbləği verməyə, həm də 
podratçının 30,0%-lik zəmanətini ona qaytarmaya bilər. Ancaq 
buraxılmış səhvlər o qədər də ciddi olmasa, məsələn, sənədlər 
lazımi  qaydada  tərtib  edilməyibsə,  onda  sifarişçi  saxladığı 
20,0%-lik  zəmanətli  məbləği  podratçıya  ödəyə  bilər,  sənədlər-
dəki  çatışmazlıqlar  aradan  qaldırıldıqdan  sonra  isə  podratçının 
30,0%-lik zəmanətini  ona qaytara bilər. 
Kəşfiyyat  (axtarış)  və  layihə  işlərinin  haqqının  ödənil-
məsinin  yuxarıda  qeyd  edilən  qaydası  ilə  yanaşı,  işlər  mərhə-
lələrlə yerinə yetirildikdə onların haqqının mərhələlərlə ödənil-
məsi  qaydasından  da  istifadə  edilə  bilər.  Ancaq  bu  zaman  hər 
bir  ödəniş  həyata  keçirildikdə  onun  məbləğinin  bir  hissəsinin 
zəmanətli saxlanılması nəzərdə tutulmalıdır. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə