QəRİbov asəF ƏZİzov anar


Sifarişçinin xammalı ilə əməliyyatlar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə80/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   112
Beynelxalq ticaret emeliyyatlari

11.5. Sifarişçinin xammalı ilə əməliyyatlar
 
 
Köhnəlmiş  (istifadə  edilmiş)  texnikanın  alınması  qar-
şılıqlı ticarətin formalarından biridir, ona görə ki, bu əməliyyat 
onun  yeni,  daha təkmil  növünün alınması zamanı tətbiq edilir. 
Bu zaman  alınan köhnə  texnikanın dəyəri onun  yeni növünün 
dəyərindən  çıxılır.  Köhnəlmiş  (istifadə  edilmiş)  texnikanın 
alınması  üzrə  müqavilələrin  ümumi  sayında  minik  və  yük 
avtomobillərinin,  kompüterlərin,  surətçıxarma  aparatlarının, 
gəmilərin,  metal  emal  edən  və  ağac  emal  edən  avadanlıqların 
bir sıra növlərinin, kənd təsərrüfatı maşınlarının və s. alınması 
üzrə əməliyyatlar üstünlük təşkil edir. 
Bir  qayda  olaraq  alınmış  köhnə  texnika  xüsusi  emalat-
xanalarda  bərpa  edilir  və  nisbətən  aşağı  istehlak  tələbi  səviy-
yəsinə  uyğun  olaraq  bazarlarda  satılır.  Məsələn,  son  illər 
Azərbaycanın,  Gürcüstanın,  Rusiyanın  bazarlarında  Avropa 


183 
 
ölkələrindən  alınmış  köhnə  minik  avtomobillərinin  satışının 
həcmi ilbəil genişlənməkdədir. 
Köhnəlmiş (istifadə edilmiş) texnikanın alınması onların 
yeni  modelinin  satışının  həcmini  sürətləndirən  əsas  amildir. 
Hətta dünyanın ən iri şirkətləri satışın stimullaşdırılmasının bu 
metodundan geniş istifadə edirlər. 
Sifarişçinin xammalı ilə əməliyyatların məzmunu ondan 
ibarətdir  ki,  emaledici  güclərə  malik  olmayan  xammal  sahib-
ləri,  onları,  tələb  olunan  miqdarda  hazır  məhsulun  istehsalına, 
emaledicinin  xərclərinin  ödənilməsinə  və  sərf  etdiyi  kapitalın 
müqabilində  müvafiq  mənfəətin  əldə  edilməsinə  imkan  verən 
həcmdə  emaledici  müəssisələrə  verirlər.  Sifarişçinin  xammalı 
ilə əməliyyatlar da qarşılıqlı ticarətin formalarından biridir, ona 
görə  ki,  əmtəələrin  ekvivalent  həcmdə  mübadiləsini  nəzərdə 
tutur və vahid sənəddə təsbit edilir. 
Bu cür  əməliyyatlara zərurət  ona  görə  yaranır ki, xam-
malın  hasilatı (istehsalı)  və onların  emalı  üzrə istehsal  gücləri 
qeyri-bərabər  inkişaf  etmişdir.  Bu  cür  əməliyyatlar  həm  ölkə 
daxilində, həm də ölkələr arasında həyata keçirilə bilər. 
Müqavilənin  iştirakçıları,  bir  tərəfdən,  xammalın  təda-
rükçüsü  və  hazır  məhsulun  alıcısı,  digər  tərəfdən  -  xammalın 
emaledicisidir.  Müqavilənin  predmeti  xammalın  müqavilədə 
qeyd edilmiş texniki göstəricilərə uyğun hazır məhsula çevril-
məsidir. 
Beynəlxalq  əməliyyatlarda  emala  verilən  xammalın  və 
ondan  alınan  hazır  məhsulun  qiyməti  beynəlxalq  qiymətlərlə, 
daxili  əməliyyatlarda-topdansatış  qiymətlərlə  müəyyən  edilir. 
Məsələn,  xammalın  sahibi  bilir  ki,  1  ton  xammalın  qiyməti 
bazarda  100,  ondan  alınan  hazır  məhsulun  qiyməti  200 
dollardır, həm də, 1 ton xammaldan 0,5 ton hazır məhsul alınır. 
Əgər xammalın sahibinə 100000 dollarlıq 500 ton hazır məhsul 
lazımdursa, onda o, emalediciyə tonu 100 dollar olmaqla 1000 
ton xammal yox daha çox, məsələn, 130000 dollarlıq 1300 ton 


184 
 
xammal  göndərməlidir.  30000  dollar  emaledicinin  xərclərinin 
ödənilməsinə sərf ediləcək və onun mənfəətini təşkil edəcəkdir. 
Əgər  emaledici  xammalın  və  hazır  məhsulun  nəqli  və 
sığortalanması  xərclərini  öz  üzərinə  götürərsə,  xammal  sahibi 
bu  xərclərin  ödənilməsi  üçün  əlavə  xammal  göndərməlidir 
(əsasən göstərilən xidmətin həcmindən 15,0% çox olmaqla). 
Sifarişçinin  xammalı  ilə  əməliyyatlar  üzrə  müqavilədə 
mal  göndərilməsinin  bazis  şərtləri;  tərəflərin  malları  göndərə-
cəyi müddət; malların göndərilmə müddəti, xammalın və ondan 
alınan hazır məhsulun keyfiyyəti ilə əlaqədar iradların verilmə-
si qaydaları; zərərin və cərimə sanksiyalarının hesablanması və 
ödənilməsi şərtləri, eləcə də, alqı-satqı müqavilələrində olduğu 
kimi başqa şərtlər öz əksini tapmalıdır. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə