QəRİbov asəF ƏZİzov anar


Əmtəələrin (malların) qarşılıqlı alışı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə76/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   112
Beynelxalq ticaret emeliyyatlari

11.2. Əmtəələrin (malların) qarşılıqlı alışı 
 
Əmtəələrin  (malların)  qarşılıqlı  alışı  bir  neçə  variantda 
həyata keçirilə bilər. 
I  variant.
 
u
Əsas  ixracçı"  adlandıracağımız  A  firması 
"əsas  idxalçı"  olan  B  firması  ilə  alqı-satqı  müqaviləsi  imzala-
yır,  bu  zaman  hansı  firmanın  qarşılıqlı  öhdəliklərin  təşəbbüs-
çüsü  olmasının  əhəmiyyəti  yoxdur.  Alqı-satqı  müqaviləsində 
tərəflər  göstəriblər  ki,  məsələn,  əsas  idxalçı  aldığı  malların 
haqqının  yarısını  pulla,  yarısını  isə  razılaşdırılmış  qiymətlə  və 
razılaşdırılmış həcmdə müəyyən malla ödəyəcəkdir. Beləliklə, 
əsas  ixracçı  müqavilədə,  satdığı  malların  haqqının  bir  hissəsi-


177 
 
nin  əsas  idxalçı  tərəfindən  müəyyən  mallarla  ödəniləcəyinə 
razılıq verir. 
Tədarük  etdiyi  (satdığı)  malın  haqqının  ödəniləcəyinə 
əmin  olmaq  üçün  əsas  ixracçı  (A  firması)  əsas  idxalçıdan  (B 
firmasından) maliyyə zəmanəti tələb edə bilər. Bank kreditləri, 
ehtiyat akkreditivləri belə zəmanət rolunu oynaya bilər. 
Ancaq  təcrübə  göstərir  ki,  çox  vaxt  vəsait  çatışmazlığı 
üzündən  əsas  idxalçı  eyni  zamanda  müqavilə  məbləğinin 
50,0%-ni ödəmək və maliyyə zəmanəti vermək imkanına malik 
olmur.  Belə  hallarda  tərəflər  əsas  ixracçının  bank  zəmanəti 
əsasında  əsas  idxalçının  avans  olaraq  öz  məhsulunu  ona 
göndərməsi barədə razılığa gəlirlər. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə