QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə78/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   112
Beynelxalq ticaret emeliyyatlari

11.3. Barter əməliyyatları 
 
Barter  əməliyyatları  qarşılıqlı  ticarətin  müxtəlif  növlə-
rindən  biridir.  Barter  əməliyyatları  əmtəələrin  valyutasız  ekvi-
valent mübadiləsidir. 
Əmtəələrin beynəlxalq mübadilələrin ekvivalentliyi mü-
badilə edilən əmtəələrin dünya qiymətləri ilə müəyyən edilmiş 
dəyərlərinin  bərabərliyi,  ölkədaxilində  isə  -  orta  topdansatış 
qiymətləri əsasında müəyyən edilir. 
Mübadilə  edilən  əmtəələrin  dəyərinin  vahid  valyuta  ilə 
müəyyən edilməsi gömrük tariflərinin, vergilərin və yığımların 
hesablanması, valyuta nəzarətinin, nəqliyyat sığortalanmasının, 


179 
 
mümkün itkilərin və onların ödənilməsinin, cərimə sanksiyala-
rının hesablanmasının və ödənilməsinin, əmtəələrin qiymətinin 
mümkün  aşağı  salınmasının  və  s.  həyata  keçirilməsi  üçün 
lazımdır. 
Barter  müqavilələri  öz  quruluşu  və  məzmununa  görə, 
tərəflərin qarşılıqlı münasibətlərinin  bütün  özünəməxsus xüsu-
siyyətləri  ilə  yanaşı,  alqı-satqı  müqavilələrinin  qoşalaşmış 
forması kimi təsvir edilə bilər. 
Barter müqaviləsində
 
tərəflərin müəyyən edilməsi onun-
la fərqlənir ki, onların hər ikisi eyni zamanda həm alıcı, həm də 
satıcıdır. Ona  görə də müqavilədə  yalnız firmaların adı  göstə-
rilir.  Tərəflərin  hansı  birinin  əmtəəni  ilk  tədarük  edəcəyi  mə-
lumdursa,  onda  müqavilədə  "birinci  tədarükçü",  "ikinci  təda-
rükçü" anlayışları tətbiq edilə bilər. 
Müqavilənin  predmeti  əmtəələrin  adı,  qısa  xüsusiy-
yətləri,  hər  tərəfin  tədarük  edəcəyi  fiziki  həcmi  göstərilməklə 
tərəflərin  öhdəliklərini  müəyyən  edir.  Əgər  mübadilənin  pred-
metini bir neçə əmtəə təşkil edərsə, onda əlavə edilmiş siyahıya 
istinad  edilməlidir.  Bu  bölmədə  həmçinin  malların  göndəril-
məsinin bazis şərtləri də  qeyd edilir (malların göndərilməsinin 
bazis şərtləri tərəflərin hər biri üçün müxtəlif ola bilər). 
Barter  müqaviləsinin  qiymətləri  əvvəlcə  -  eyni  bazis 
şərtləri əsasında müəyyənləşdirilir, bundan sonra konkret təda-
rük prosesindən asılı olaraq ona düzəlişlər edilir. 
Müqavilənin  ümumi  məbləğini  tərəflər,  bazis  şərtlərini 
nəzərə alan düzəlişlər edildikdən sonra, hesablayırlar. Qarşılıqlı 
tədarükün  miqdarı  elə  müəyyənləşdirilir  ki,  onların  məbləği 
eyni  olsun.  Tərəflərin  hər  biri,  heç  bir  qarşılıqlı  hesablaşma 
olmadan, öz ölkələrində gömrük tariflərini, vergiləri və yığım-
ları ödəyirlər. 
Əmtəələrin miqdarı, göndərilmə müddəti, çeşidi, keyfiy-
yəti  üzrə  iradların  irəli  sürülməsi  qaydaları,  eləcə  də,  barter 
müqaviləsi üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyi halda 


180 
 
zərərin və cərimə sanksiyalarının hesablanması metodu alqı-satqı 
müqavilələrində olduğu kimidir. 
Zərərlərin və cərimələrin hesablaması. Barter müqavilə-
lərində  nəzərdə  tutula  bilər  ki,  tərəflər  sübut  edilmiş  zərərləri 
və  hesablanmış  cərimə  sanksiyalarmı  pul  formasında  ödəyə-
cəklər.  Əgər  barter  müqaviləsində  belə  şərt  nəzərdə  tutulmasa 
onda  zərərlərin  və  hesablanmış  cərimə  sanksiyalarının  ödənil-
məsi  barədə  tərəflər  arasında  müxtəlif  yanaşmalar  meydana 
çıxa bilər. 
Barter  müqavilələrində  qarşılıqlı  öhdəliklərin  yerinə 
yetirilməsi,  əmtəələrin  qarşılıqlı  tədarükü  ilə  yanaşı,  müəyyən 
işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, intellektual 
fəaliyyətin  nəticələrinə  hüququn  ötürülməsi  və  s.  yolu  ilə  də 
həyata keçirilə bilər. 
Barter  müqaviləsinin  digər  şərtlərinin  tərtibi  və  razıla-
şdırılması alqı-satqı müqavilələrindəki kimidir. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə