QəRİbov asəF ƏZİzov anar


Qarşılıqlı əvəzetmə əməliyyatları



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə79/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   112
Beynelxalq ticaret emeliyyatlari

11.4. Qarşılıqlı əvəzetmə əməliyyatları 
 
Qarşılıqlı  əvəzetmə  əməliyyatlarının  əsas  məzmunu 
istehsal avadanlığının kommersiya krediti şərtləri əsasında satı-
şı zamanı borcun, alınmış avadanlıqdan istifadə etməklə isteh-
sal edilmiş məhsulla ödənilməsi təşkil edir. 
XX  əsrin  60-70-ci  illərində  keçmiş  Sovet  İttifaqı 
qarşılıqlı  əvəzetmə  əməliyyatları  əsasında  bir  çox  iri layihələr 
həyata  keçirmiş  və  bunun  əsasında  çox  yeni  istehsal  sahələri 
yaratmağa  və  inkişaf  etdirməyə  nail  olmuşdu.  Buna  misal 
olaraq Qərbi Avropa ölkələrinin şirkətləri ilə imzalanmış “qaz-
boru”  qarşılıqlı  əvəzetmə  razılaşmasını  göstərmək  olar.  Bu 
razılaşmaya  əsasən  Sovet  İttifaqı  həmin  şirkətlərə  verilən  qaz 
əvəzinə  alınan  borular  əsasında  dünyada  ən  iri  neft-qaz-boru 
şəbəkəsini yaratmağa nail olmuşdu. 


181 
 
Qarşılıqlı  əvəzetmə  əməliyyatlarının  əsas  üstünlüyü 
ondan ibarətdir ki, onlar, vəsaitləri tikinti və quraşdırma işlərin-
ə sərf etməklə yeni istehsalları təşkil və inkişaf etdirməyə, idxal 
edilən  avadanlıqların  haqqının,  onlardan  istifadə  edilməklə 
istehsal edilən məhsullarla, ödəməyə imkan verir. 
Qarşılıqlı əvəzetmə əməliyyatlarından istehsalın inkişa-
fı, mülki  istehsalın bərpası  və hərbi istehsalın konversiyasının 
(hərbi  istehsaldan  mülki  istehsala  keçmə)  həyata  keçirilməsi 
zamanı  istifadə  edilə  bilər.  Bu  məqsədlə  müəyyən  etmək 
lazımdır  ki,  hansı  sahədə  istehsalın  inkişafına  zərurət  var, 
mövcud  istehsal  güclərindən,  eləcə  də  istehsal  infrastruk-
turundan istifadə edərək hansı məhsulun (məhsulların) istehsalı 
daha  çox  perspektivə  malikdir.  Müəssisə  öz  mütəxəssislərinin 
gücü ilə,  yaxud cəlb  edilmiş  ixtisaslaşmış institutların köməyi 
ilə,  lazım  olan  milli  və  xarici  avadanlıqların  siyahısını  müəy-
yən etməklə,  yeni istehsalın təşkilinin, istehsalın bərpasının və 
ya  konversiyasının  layihəsini  hazırlamalıdır.  Bu  layihə  müəs-
sisənin  qarşılıqlı  əvəzetmə  əməliyyatlarının  həyata  keçiril-
məsinə  zəmanət  verəcək  bank  tərəfindən  ekspertizadan  keç-
məlidir. 
Bank tərəfindən təsdiq edilmiş layihə əsasında Azərbay-
can  müəssisəsi  ya  sərbəst  şəkildə,  ya  da  vasitəçi  strukturlar 
vasitəsilə lazımi texnoloji avadanlıqların xarici tədarükçülərinə, 
onların haqqının hazır məhsulla ödənilməsi şərti ilə tədarükünə 
dair, müraciət  edə bilər. Hər bir müraciətə qarşılıqlı  əvəzetmə 
müqaviləsinin layihəsi əlavə edilməlidir. 
Müqavilənin  layihəsində  lazım  olan  avadanlıqların 
tədarükü,  onların  quraşdırılması  və  istismara  buraxılması  üzrə 
ixracçının  öhdəlikləri,  eləcə  də,  lazım  olan  hallarda  əlaqədar 
ixtiralar üzrə lisenziyaların verilməsi-tədarükün ümumi məblə-
ğində  onların  dəyəri  ayrıca  göstərilməklə-qeyd  edilməlidir. 
Müqavilədə, avadanlıqların quraşdırılması və istehsalın təşkili-
nə  sərf  ediləcək  vaxta  moratoriya  nəzərə  alınmaqla,  alıcının 


182 
 
(idxalçının)  hesabladığı  ödəniş  müddəti  müəyyən  edilməlidir. 
Müqavilədə  həmçinin  qeyd  edilməlidir  ki,  alıcı  kommersiya 
kreditlərinin  vaxtında  ödəniləcəyinə  dair  zəmanət  verməyə 
hazırdır. 
Tərəfdaşların həll etməli olduqları mürəkkəb məsələlər-
dən  biri  əvəzedici  məhsulların  qiymətinin  hesablanması 
üsulunun  müəyyən  edilməsi  və  qiymətin  təsbit  edilməsidir. 
Prinsipcə iki üsul mövcuddur: birinci-müqavilə imzalanan anda 
bazarda  mövcud  olan  qiymətlərin  təsbit  edilməsi;  ikinci-
əvəzedici  məhsul  göndərilən  anda  bazarda  mövcud  olan  cari 
qiymətlərin  nəzərə  alınacağı  haqda  razılığa  gəlinməsi.  Birinci 
halda kreditin ödənilməsi vaxtının müəyyən edilməsi asanlaşır, 
ancaq təhlükə yaranır ki, bazar qiymətlərinin kəskin dəyişəcəyi 
halda  tərəflərin  biri  kommersiya  itkisinə  məruz  qalacaqdır. 
İkinci  halda  -  əvəzedici  məhsulların  qiymətlərinin  dəfələrlə 
razılaşdırılması zərurəti yaranır. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə