QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə77/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   112
Beynelxalq ticaret emeliyyatlari

II  variant.
  Əsas  ixracçı  və  əsas  idxalçı  bağladıqları 
alqı-satqı müqaviləsində qeyd edirlər ki, məsələn, əsas idxalçı 
müqavilə  məbləğinin  70,0%-ni  pulla  ödəyir,  qalan  30,0%-nin 
ödənilməsi  üçün  razılaşdırılmış  müddətdə  əmtəənin  qarşılıqlı 
alışı  haqqında  əlavə  müqavilə  imzalayır,  başqa  sözlə,  əsas 
ixracçı  olur.  Qarşılıqlı  müqavilənin  imzalanması  hər  iki  tərəf-
dən  asılı  olduğundan,  onlar  öz  mənafelərinin  qorunması  üçün 
aşağıdakı tövsiyələri nəzərə almalıdırlar: 
1)  Əmtəənin  qarşılıqlı  alışına  dair  əlavə  müqavilənin 
imzalanmasını  əsas  idxalçının  öhdəsinə  qoymaq  məqsədi  ilə, 
əsas  ixracçı,  əsas  müqavilədə  qeyd  etdirməlidir  ki,  əgər  əsas 
idxalçı  bu  sahədə  öz  üzərinə  düşən  öhdəliyi  razılaşdırılmış 
müddətdə  yerinə  yetirməsə,  onda  o,  əsas  müqavilə  üzrə  qalan 
məbləği  əsas  ixracçıya  ödəməlidir.  Bundan  əlavə,  əsas  ixracçı 
əsas  müqavilədə  nəzərdə  tuta  bilər  ki,  əsas  idxalçı  tərəfindən 
əmtəənin qarşılıqlı alışma dair əlavə müqavilənin imzalanması 
gecikərsə,  onda  o,  bu  səbəbdən  əsas  ixracçıya  dəyən  zərəri 
ödəməlidir. 
2)  Əsas  ixracçı  tərəfindən  əsas  idxalçının  ona  lazım 
olmayan əmtəəni və ya məqbul olmayan qiymətə göndərməkdə 
təqsirləndirilməməsi  üçün,  çalışmaq  lazımdır  ki,  əsas  müqavi-


178 
 
lədə  qeyd edilsin  ki,  əmtəənin  qarşılıqlı alışına dair  əlavə mü-
qavilə  üzrə  ixracçıya  hansı  əmtəələr,  hansı  şərtlərlə  və  hansı 
qiymətlərlə göndərilə bilər. 
III  variant.
  Əsas  ixracçı  və  əsas  idxalçı  bağladıqları 
alqı-satqı  müqaviləsində  nəzərdə  tuturlar  ki,  əsas  idxalçı 
əmtəələrin  göndərildiyini  təsdiq  edən  sənədlərin  müqabilində 
əmtəələrin haqqını tam, əsas ixracçı isə razılaşdırılmış müddət-
dən  gec  olmayaraq  qarşılıqlı  əmtəələrin  haqqını ya  tam,  ya  da 
qismən ödəyəcəkdir. 
Bu  variantda  əsas  idxalçı  öz  mənafeyinin  qorunmasını 
təmin etmək üçün əsas ixraççıdan tələb edə bilər ki, o, göndər-
diyi sənədlər dəsti ilə birlikdə qarşılıqlı əmtəələri alacağına dair 
geri  çağırıla  bilinməyən  maliyyə  zəmanəti  versin.  Maliyyə 
zəmanətinin  həcmi  əmtəələrin  qarşılıqlı  alışı  üzrə  müqavilə 
məbləğinin  20,0%-dən  az  olmamalıdır  (təcrübədə  bu  məbləğ 
əsasən 30,0% çivarında tələb olunur). 
Bu  variantda  II  variantda  qeyd  edilən  2-ci  tövsiyə  də 
nəzərə alınmalıdır. 
Əmtəələrin  (malların)  qarşılıqlı  alışı  üzrə  müqavilələr 
başqa şərtlər üzrə də imzalana bilər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə