QəRİbov asəF ƏZİzov anar


 Elmi-tədqiqat, təcrübi-konstruktor və texnoloji



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə83/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   112
Beynelxalq ticaret emeliyyatlari

12.3. Elmi-tədqiqat, təcrübi-konstruktor və texnoloji 
işlərin (ETTKİ) yerinə yetirilməsi 
 
     ETTKİ-nin  yerinə  yetirilməsinə  dair  müqavilələr  üzrə 
sifarişçinin və podratçının öhdəliklərinin bir sıra xüsusiyyətləri 
vardır. Bu xüsusiyyətlər aşağıdakılardır: 
-  işlərin  məxviliyi  və  nəticələrdən  istifadə  hüququ. 
ETTKİ-nin  yerinə  yetirilməsinə  dair  müqavilələrin  şərtləri  in-
tellektual  və  sənaye  mülkiyyəti  haqqında  qanunlara  uyğun 
olmalıdır. Əgər müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, 
icraçı  alınan  nəticələrin  məxfiliyini  təmin  etməlidir.  Müqavi-
lədə yerinə yetirilən işlərin nəticələrindən sifarişçinin və icraçı-
nın  istifadəsi  qaydaları,  o  cümlədən,  patentlə  qorunmalı  olan 
hüquqi qaydalar nəzərdə tutulmalıdır; 
-  icraçının  hüquq  və  vəzifələri.  İcraçı  ETTKİ-ni  şəxsən 
həyata  keçirməlidir,  ancaq  sifarişçinin  razılığı  ilə  bu  işlərin 
yerinə  yetirilməsinə  subpodratçı  qismində  üçüncü  şəxsləri  də 
dəvət  edə  bilər.  İcraçı  öz  işində,  üçüncü  şəxsin  intellektual 
fəaliyyətinin qorunan nəticələrindən o vaxt istifadə edə bilər ki, 
onların  alınmasına  sifarişçi  tərəfindən  razılıq  verilsin.  İcraçı 
sifarişçi tərəfindən aşkar edilmiş çatışmazlıqları öz gücü və öz 
hesabına  aradan  qaldırmalı  və  onun  tapşırığına  uyğun  nəticə-
lərin  alınmasının  mümkünsüzlüyü  barədə  sifarişçini  dərhal 
məlumatlandırmalıdır. İcraçı sifarişçiyə zəmanət verməlidir ki, 
onun işinin nəticələri üçüncü şəxslərin mənafeyinə toxunmur. 
İcraçı,  əgər  işlərin  vaxtında  yerinə  yetirilməməsinin 
səbəblərinin  onun  təqsiri  üzündən  baş  verdiyini  sübut  edə 
bilməsə,  işlərin  müqavilədə  qeyd  edilmiş  vaxtda  və  verilmiş 
tapşırığa uyğun olaraq yerinə yetirilməsinə dair sifarişçi qarşı-
sında  öhdəlik  daşıyır.  İcraçı  işlərin  vaxtında  və  ya  tapşırığa 
uyğun  yerinə  yetirilməməsinə  görə  sifarişçiyə  dəyən  zərəri 
ödəməyə borcludur. Müqavilədə nəzərdə tutula bilər ki
?
  icraçı 


190 
 
sifarişçiyə  dəyən  zərəri,  o  cümlədən  itirilmiş  mənfəəti,  yalnız 
müqavilənin ümumi dəyəri çərçivəsində ödənilir
-  sifarişçinin  hüquq  və  vəzifələri.  Sifarişçi  icaraçıya 
ETTKİ-nin yerinə yetirilməsinə dair tapşırıq verərkən, bu işlərə 
dair  onda  olan  bütün  məlumatları  da  ona  verməli  və  lazım 
gələrsə işlərin planını və mövzusunu icraçı ilə razılaşdırmalıdır. 
Əgər  qanunda  və  müqavilədə  başqa  şərtlər  nəzərdə 
tutulmayıbsa,  gözlənilən  nəticələrin  alınmamasında  icraçının 
təqsiri  yoxdursa,  müvafiq  risk  sifarişçinin  üzərinə  düşür.  Bu 
halda  sifarişçi,  gözlənilən  nəticələrin  alınmasının  mümkün 
olmadığı  müəyyən  edilən  ana  qədər  icraçının  yerinə  yetirdiyi 
işlərin  haqqını,  müqavilədə  bu  işlərin  yerinə  yetirilməsi  üçün 
nəzərdə  tutulmuş  məbləğdən artıq  olmamaq şərti ilə, ödəməyə 
borcludur; 
-  işlərin  dəyəri,  ödəmələr  və  işlərin  keyfiyyətinə  zəma-
nət.  ETTKİ-nin  yerinə  yetirilməsinə  dair  müqavilələrin  əsas 
xüsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki,  icraçılar  çox  nadir 
hallarda  tapşırıq  üzrə  gözlənilən  nəticələrin  alınacağına  dair 
sifarişçiyə  zəmanət  verirlər  və  işlər  sifarişçinin  riski  əsasında 
yerinə  yetirilir.  Ancaq  istisna  deyil  ki,  icraçı  öz  təcrübəsinə 
arxayın  olaraq  işlərin  müvəffəqiyyətlə  yerinə  yetiriləcəyi 
barədə sifarişçiyə istənilən zəmanəti versin. 
İcraçının zəmanət verməsi mütləq işin qiymətinin artırıl-
masında öz əksini tapmalıdır. Bununla yanaşı icraçı yalnız bəzi 
zəmanətləri,  məsələn,  elmi-tədqiqat  işlərinin  nəticələri  müsbət 
olduqda  konstruktor  işlərinin  yerinə  yetirilməsi  üzrə  zəma-
nətləri, öz üzərinə götürə bilər. 
ETTKİ-nin  dəyəri  prinsiplərdən  istifadə  edilməklə 
müəyyən  edilə  bilər.  ETTKİ-nin  smeta  dəyəri  çox  nadir 
hallarda  möhkəm  qiymətlərlə  ifadə  edilir.  Smeta  dəyərinin 
ETTKİ-nin  yerinə  yetirilməsi  zamanı  əmək  səfinin  həcminin, 
materiallara,  cihazlara,  xüsusi  avadanlıqlara  və  s.  olan  tələbin 
dəyişməsi  nəzərə  alınmaqla  hesablanması  məqsədəuyğundur. 


191 
 
Ona görə də, ETTKİ-nin yerinə yetirilməsi üzrə müqavilələrdə 
nəzərdə  tutulmalıdır  ki,  tərəflər  vaxtaşırı  olaraq  əldə  edilmiş 
nəticələri  təhlil  edəcək;  əlavə  lisenziyaların,  materialların, 
cihazların  alınması,  eləcə  də,  alimlərin,  konstruktorların,  tex-
niklərin  cəlb  edilməsi  üzrə  xərclər  nəzərə  alınmaqla  işlərin 
sifarişçinin  tapşırığına  uyğun  olaraq  davam  etdiril-məsinin 
məqsədəuyğunluğunu müəyyən edəcəklər. 
Son  illər  xarici  ölkələrdə  ETTKİ-rün  haqqının  ödənil-
məsi  zamanı  "dəyər  üstəgəl  mükafat  (cost  plus  fee)  sistemi 
geniş tətbiq edilir. Bu halda smeta dəyərinə icraçının sənədlərlə 
təsdiq olunan aşağıdakı iriləşdirilmiş xərcləri daxil edilir: 
-  icraçıya  məxsus  olan  cihazların,  alətlərin,  tədqiqat 
avadanlıqla-rının amortizasiyasının məbləği; 
-  icraçı  tərəfindən  əlavə  olaraq  alınmış  cihazların, 
alətlərin, tədqiqat avadanlıqlarının amortizasiyasının məbləği; 
-  icarəyə  götürülmüş  cihazların,  alətlərin,  tədqiqat 
avadanlıqlarının icarə haqqı; 
- alınmış materialların, enerjinin və s. dəyəri; 
- faktiki olaraq sərf edilmiş iş vaxtından asılı olaraq elm 
və köməkçi heyətin əmək haqqı. 
Ödənilən mükafat icraçı şirkətin inzibati-təsərrüfat xərc-
lərinin  müəyyən  hissəsini  ödəyir  və  onun,  sərf  etdiyi  kapi-tala 
uyğun olaraq, mənfəətini təmin edir. Bir qayda olaraq ETTKİ-
nin  yerinə  yetirilməsinə  görə  nəzərdə  tutulan  orta  mənfəət 
normasının  miqdarı  sadə  podrat  işlərinə  görə  nəzərdə  tutul-
duğundan 1,5 - 2 dəfə çox olur. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə