QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə89/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   112
Beynelxalq ticaret emeliyyatlari

13.2. Lisenziyanın növləri 
 
Lisenziya  -  bir  şəxsin  (lisenziyanın)  ona  məxsus  olan 
sənaye  mülkiyyəti  obyektinə  sahiblik  hüququnun,  müəyyən 


200 
 
müddət ərzində müqavilə ilə razılaşdırılmış haqq ödənilməklə, 
başqa şəxsə (lisenziara) verilməsidir. 
İxtiralarla və nou-xaularla ticarət zamanı istifadə olunan 
lisenziyaları iki növə  ayırmaq olar:  təmiz (müstəqil) və  yanaşı 
lisen-ziyalar. 
Təmiz (müstəqil) lisenziyaların satılması ixtiralardan və 
nou-xaulardan  istifadə  hüququnun  müstəqil  müqavilələr  üzrə 
verilməsidir.  Əgər  təmiz  (müstəqil)  lisenziyaların  verilməsi 
avadanlıq nümunələrinin və onların istismarı ilə bağlı injinirinq 
xidmətlərinin  tədarükü  ilə  müşaiət  olunursa,  onda  bu  əməliy-
yatlar  lisenziya  sazişləri  ilə  rəsmiləşdirilir  və  bu  sazişlərdə 
satıcılar  liseziyanın  satışına  dair  əsas  müqavilədə  öz  əksini 
tapan  əsas  öhdəliklərlə  yanaşı  öz  üzərinə  tədarük  və  xidmət 
üzrə əlavə öhdəliklər götürürlər. 
Yaxşı  lisenziyalar  əmtəələrin,  o  cümlədən  maşınların, 
avadanlıqların  və  cihazların  tədarükü  üzrə  müqavilələrə  daxil 
(əlavə)  edilməklə  satılır.  Bu  lisenziyalın  qiyməti  və  ödənilmə 
şərtləri müqavilənin ümumi məbləğinə daxil edilə və ya ayrıca 
göstərilə bilər. Lisenziya müqavilələri və sazişləri həm patent-
ləşdirilmiş,  həm  də  patentləşdirilməsi  üçün  sifariş  verilmiş 
ixtiralara görə bağlana bilər.  
Bu  sahədə  həyata  keçirilən  son  islahatlara  görə,  artıq  
Azərbaycanda  aşağıdakı  sahibkarlıq  fəaliyyəti  növləri  üzrə 
lisenziya tələb olunmur: 
-  etil  (yeyinti)  spirtinin  və  alkoqollu  içkilərin  (şərabın, 
konyakın,  arağın  və  siyahısı  Azərbaycan  Respublikasının 
Nazirlər  Kabineti  tərəfindən  müəyyən  edilən  digər  alkoqollu 
içkilərin) satışı, idxalı, istehsalı; 
- tütün məmulatının satışı, idxalı, istehsalı; 
- avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması; 
-  qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı, 
istifadəsi, emalı, dövriyyəsi


201 
 
-  mehmanxana  və  mehmanxana  tipli  obyektlərin 
fəaliyyəti
- neft məhsullarının satışı; 
- turizm fəaliyyəti; 
- auditor fəaliyyəti; 
- qaz məhsullarının satışı; 
- kartoqrafiya fəaliyyəti; 
- ciddi hesabat blanklarının hazırlanması; 
-  əlvan  metal,  tərkibində  qiymətli  metallar  və  daşlar 
olan  sənaye  və  istehsalat  tullantılarının  tədarükü,  emalı  və 
satışı; 
- gömrük brokeri, gömrük daşıyıcısı fəaliyyəti; 
-  ticarət  gəmiçiliyi  sahəsində:  su  nəqliyyatı  ilə  yük 
daşınması, su nəqliyyatı ilə sərnişin daşınması; 
- əmtəə birjasının fəaliyyəti; 
- hava nəqliyyatı ilə yük və sərnişin daşınması; 
-  xarici  ölkələrdə  Azərbaycan  vətəndaşlarının  işə 
düzəldilməsi zamanı fiziki şəxslərin vasitəçilik fəaliyyəti
-  enerji  obyektlərinin  quraşdırılması,  təmiri  və 
sazlanması; 
- qeyri-dövlət pensiya fondlarının fəaliyyəti; 
-  gömrük  anbarlarının  və  müvəqqəti  saxlanma 
anbarlarının təsis edilməsi
-  yanğından  mühafizə  məkanlarının,  binaların  və 
qurğuların tikintisi, yenidən qurulması və təmiri
-  qeyri-dövlət  fitosanitar  xidmətləri,  o  cümlədən 
bitkilərin mühafizəsi vasitələri və aqrokimyəvi maddələr (satış 
və saxlanılması). 
Bununla  da  19  mindən  çox  lisenziya  və  ya 
lisenziyalaşdırılmış  fəaliyyət  növlərinin  təqribən  75  faizi  ləğv 
edilib, lisenziyaların 25 faizi isə müddətsiz olub. 
 
 


202 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə