QəRİbov asəF ƏZİzov anar


Dünya təsərrüfatı və istehsal amillərinin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   112
Beynelxalq ticaret emeliyyatlari

2.5. Dünya təsərrüfatı və istehsal amillərinin 
beynəlxalq hərəkəti 
 
Dünya  təsərrüfatı  və  istehsal  amillərinin  beynəlxalq 
hərəkətliliyi
  -
  dünya  əmtəə  bazarının  inkişafı  XIX-XX  əsrin 
sonlarında beynəlxlaq iqtisadi  əlaqələrin intensivləşməsinə  gə-
tirmişdir ki, bu da tədricən ölkələr arası əmtəə mübadiləsi çər-
çivəsini  aşmışdır.  Nəticədə  istehsal  qüvvələrinin  və  maliyyə 
kapitalı  gücünün  artımı  dünya  təsərrüfatının  yaranmasına  gə-
tirib çıxarmışdır. 


42 
 
Dünya təsərrüfatının yaranması - dünya bazarının səciy-
yəvi  cəhətlərindən  biri  də  ölkələrarası  əmtəələrin  bir-birinə 
mübadiləsi, yəni beynəlxalq ticarətidir. 
Dünya bazarı mərhələsindən dünya təsərrüfatı mərhələ-
sinə  keçid  zamanı,  nəinki  əmtəələrin,  həmçinin  istehsal  amil-
lərinin, ilk növbədə bütün kapitalın və iş qüvvəsinin mübadiləsi 
baş verir. Beləliklə, dünya təsərrüfatı nəinki istehsal, həmçinin 
tədavül sferasına da təsir edir. 
Ümumiyyətlə dünya təsərrüfatı (word economy) – dün-
ya  ölkələrinin  məcmusu  olub,  özlüyündə  istehsal  amillərini 
ehtiva edir. 
İstənilən  əmtəə  üzrə  istehsal  amilləri  anlayışının  geniş 
izahını  istifadə  olunmuş  və  ya  istehsal  amilləri  kimi  nəzərdən 
keçirmək  olar.  Belə  ki,  istehsal  olunmuş  əmtəə  belə,  yenidən 
istehsal amili kimi istifadə oluna bilər. Doğrudan da hasil olun-
muş kömür bazarda satılır, buna görə də ona əmtəə kimi baxı-
lır. Digər tərəfdən, kömür ağır sənaye sektorunda polad əridil-
məsində  yanacaq  kimi  istifadə  olunmalıdır.  Deməli  kömürü, 
həm də istehsal amili kimi götürmək olar. İstənilən son məhsul, 
həm də istehsal amili sayılır. Belə ki, o da başqa bir məhsulun 
istehsalı və ya iş qüvvəsinin bərpası üçün istehlak olunur. 
Dünya  bazarı  kimi,  dünya  təsərrüfatı  da  istehsal  amil-
lərindən və beynəlxalq əmək bölgüsündən ibarətdir. Dünya tə-
sərrüfatının  dünya  bazarından  fərqi  ondadır  ki,  o  yalnız  əm-
təənin  beynəlxalq  hərəkətliliyinin  köməyi  ilə  deyil,  eyni 
zamanda  əmtəə  istehsalının  beynəlxalq  hərəkətliliyi  ilə  də 
əhatə  olunur.  Dünya  təsərrüfatı  dünya  bazarının  bütün  para-
metrlərini  özündə  əks  etdirir  və  onu  istehsal  amillərinin  bey-
nəlxalq  mobilliyi  ilə  bağlı  əhəmiyyətli  xüsusiyyətlərlə  tamam-
layır, zənginləşdirir. 
Dünya  təsərrüfatının  əsas  xarakterik  cəhətləri  aşağı-
dakılardır: 


43 
 
-  istehsal  amillərinin  beynəlxalq  hərəkətliliyinin  artırıl-
ması.  Bu  ilk  növbədə  gəlirlər,  kapital,  iş  qüvvəsi  və  texno-
logiya formasında həyata keçirilir; 
- müəssisələrdə istehsalın beynəlxalq normalar əsasında 
təşkili və artımı. Bu, əsasən, müxtəlif ölkələrdə transmilli kor-
porasiyalar çərçivəsində mövcud olur; 
-  əmtəə  və  istehsal  amillərinin  beynəlxalq  hərəkətinin 
dövlətin iqtisadi siyasəti vasitəsilə ikitərəfli və çoxtərəfli əsas-
larla dəstəklənməsi
- ölkədə və  ölkələrarası  birliklər çərçivəsində  açıq iqti-
sadiyyatın yaradılması və s. 
Beləliklə dünya təsərrüfatı milli (məsələn, dövlət inves-
tisiyalarına zəmanətin təqdim olunması) və ölkələrarası iqtisadi 
siyasət  (məsələn,  2  tərəfli  vergi  ödənişindən  uzaqlaşmaq  üzrə 
razılaşmaların  əldə olunması) vasitələrinin köməyi ilə tənzim-
lənir.  Ayrı-ayrı  ölkələrin  iqtisadiyyatından  ibarət  olan  dünya 
təsərrüfatı  beynəlxalq  səviyyədə  daha  açıq  və  geniş  iqtisadi 
əməkdaşlığa yönəlmişdir. 
İstehsal  amillərinin  mobilliyi

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə