QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   79

196 
 
müraciət etsinlər. Bir çox hallarda tender komitələri bu hüquq-
dan  iddiaçıların  təkliflərinin  özünün  xeyrinə  dəyişdirilməsi 
üçün bəhanə kimi istifadə edirlər. 
Əgər  torqun  iştirakçıları  hər  hansı  bir  kanaldan  öyrən-
sələr ki, onların təklifləri rəqabət qabiliyyətlidir, onlar təkliflə-
rinə  izahlar  və  dəqiqləşdirmələr  verərkən  öz  texniki  və  kom-
mersiya şərtlərini təkmilləşdirmək imkanı əldə edirlər. Məlum-
dur ki,  bəzi  hallarda tender komitələri iddiaçıların təkliflərinin 
məzmunu  barədə  qəsdən  informasiya  sızmasına  imkan  yara-
dırlar.  Bu  torqların  keçirilməsinə  dair  hamı  tərəfindən  qəbul 
edilmiş qaydaların kobud şəklidə pozulmasıdır. 
Aşkar  torqlarda  sifarişin  qaliblərə  verilməsi  haqqında 
tender komitələrinin qərarları, eləcə də digər iştirakçıların təklif 
etdiyi  qiymətlər  haqqında  informasiyalar,  nəşr  edilir  və  ya 
maraqlı  tərəflərə  göndərilir.  Açıq  olmayan  (gizli)  torqlarda 
tender  komitələri  heç  bir  məlumat  yaymır.  Açıq  olmayan 
(gizli)  torqlarda  sifarişlərin  verilməsi  haqqında  qərar  gizli  şə-
kildə qaliblərə çatdırılır. 
Sifarişlərin  yerinə  yetirilməsinə  dair  tərəflər  arasında 
müqavilə  öhdəliklərin  lazımi  səviyyədə  yerinə  yetiriləcəyinə 
dair  tədarükçü  və  ya  podratçı  tərəfindən  bank  zəmanəti  veril-
dikdən  sonra  imzalanır.  Bank  zəmanətinin  həcmi  alınmış  sifa-
rişin 10,0%-inə qədər məbləğdə tələb edilə bilər. 
Torqlarda  iştirak  zamanı  meydana  çıxan  mürəkkəb 
problemlərdən  biri  irəli  sürülən  təklifin  optimal  qiymətinin 
müəyyən  edilməsindən  ibarətdir.  Bu  qiymət  rəqiblərin  qiymə-
tinə nisbətən aşağı olmalı, eyni zamanda ixracın səmərəliliyinin 
təmin edilməsi üçün fərq minimum olmalıdır. Bu zaman hər bir 
ölkədə  torqların  keçirilməsinə  dair  mövcud  hüquqi  normalar 
nəzərə  alınmalıdır.  Bir  çox  ölkələrin  qanunvericiliyi  qiymət 
fərqi  az  olduğu  hallarda  sifarişin  milli  firmalara  verilməsini 
nəzərdə  tutur.  Məsələn,  ABŞ-da  və  Kanadada  torqların  keçi-
rilməsini tənzimləyən qaydalara uyğun olaraq imtiyazlı qiymət-


197 
 
lərin  həcmi  6,0%-ə  bərabərdir:  amerika  sifarişçiləri  tərəfindən 
elan edilən torqların xarici  iştirakçılarının təklif etdiyi  qiymət-
lər  amerika  tədarükçülərinin  təklif  etdiyi  qiymətlərdən  6,0%-
dən azdırsa, tender komitələri sifarişləri milli firmalara vermə-
yə borcludurlar. 
Beynəlxalq bazarda satış və rəqabət probleminin kəskin-
ləşməsi  torqların  şərtlərinin  sərtləşdirilməsinə  təsir  göstərir. 
Verilən təkliflərin onların tələblərinə uyğun gəlmədiyi hallarda 
tender  komitələri  istədikləri  zaman  torqların  bağlanması  və 
təkliflərə baxılması  vaxtmı dəyişə, səbəbini  göstərmədən torq-
ları  ləğv  edə  bilərlər.  Torqların  iştirakçıları  öz  təkliflərini 
verərkən  yazılı  şəkildə  bildirməlidirlər  ki,  torqlara  əlavə  edil-
miş gələcək müqavilələrin şərtləri ilə razıdırlar. 
 
XIII FƏSİL.  Sənaye və intellektual mülkiyyətlə 
ticarətin xüsusiyyətləri. 
13.1. Sənaye mülkiyyətinin obyektləri, ixtiralar və 
nümunələr 
 
İxtira,  nou-xay,  əmtəə  nişanları,  patent,  sənaye  nümu-
nəsi, faydalı model sənaye mülkiyyətinin obyektləridir. 
İxtira  -  İstənilən  sahədə  məhsula  və  ya  üsula  aid  olan 
texniki  həllər  ixtira  obyektləri  sayılır.  Məsələnin  texniki  həlli 
özünün orijinallığı və təkrarolunmaması ilə seçilməlidir. İxtira 
fiziki şəxsə və ya təşkilata məxsus ola bilər. Onlar ixtiradan öz 
xeyirləri  üçün  istifadə  edə,  başqa  şəxslərin  sanksiyalaşdırıl-
mamış istifadəsinin qarşısının alınması üçün onu dövlət orqan-
larında patentləşdirə bilərlər. 
Nou-xau  - patentlə  qorunmayan, istehsal və  peşə təcrü-
bəsində tətbiq və istifadə edilə bilən, kommersiya əhəmiyyətinə 
malik  olan  texniki,  kommersiya,  idarəetmə,  maliyyə  və  başqa 
xarakterli texniki biliklər və praktiki təcrübələrdir. Onlar özün-
də faydalı informasiyaları əks etdirirlər, yenilikləri ilə seçilmə-


198 
 
lidirlər,  ancaq  bu  yeniliklər  orijinallığı  ilə  seçilmədiklərindən 
patentlə qorunmurlar. 
Əmtəə  nişanları  -  əmtəələrin  və  onun  istehsalçılarının 
fərdiləşdirilməsi  (fərqləndirilməsi)  üçün  əmtəə  və  ya  qablaş-
dırma  üzərində  yerləşdirilən  nişandır.  Əgər  istehsalçıların  və 
satıcıların  bazarlarda  nüfuzu,  yüksək  keyfiyyətli  məhsulların 
etibarlı  tədarükçüsü  kimi,  yüksəkdirsə  onların  əmtəə  nişanları 
məhsullarının  rəqabət  qabiliyyətini  əhəmiyyətli  dərəcədə 
artırır. 
Patent - dövlət tərəfindən ayrı-ayrı fiziki şəxslərə və  ya 
təşkilatlara  (firmalara  və  s.)  müəyyən  vaxt  ərzində  ixtiraya 
sahibliyə, ondan istifadəyə və ona sərəncam verməyə müstəsna 
hüquq verən sənəddir. Patentlər deklorativ (bəyannamə) və adi 
olurlar. Deklorativ patentlər ixtiralar yerli xarakterli olduqda 6 
ilə  qədər  müddətə  verilir.  Adi  patentlər  ixtiralar  beynəlxalq 
əhəmiyyət kəsb etdikdə 20 ilə qədər müddətə verilir. İxtiraların 
patentləşdirilməsi,  onların  başqa  şəxslər  tərəfindən  icazəsiz 
istifadəsini qanunla qoruduğundan, ixtiraların qiymətini artırır. 
Müxtəlif  ölkələrdə  patentlərin  verilməsinin  məlumat  və  ya 
yoxlama sistemi tətbiq edilir. 
Patentlərin  verilməsinin  məlumat  sistemində  patentlər 
ixtiraçıya ixtiranın yeniliyi və üstünlüyü yoxlanılmadan verilir. 
Əgər sonradan aydın olsa ki, analoji ixtira əvvəllər başqa fiziki 
və  ya  hüquqi  şəxs  tərəfindən  patentləşdirilmişdir,  onda  bu 
fiziki  və  ya  hüquqi  şəxs  sonradan  verilmiş  patentin  ləğv 
edilməsi  üçün  məhkəməyə  müraciət  etmək  hüququna  malik-
dir. 
Patentlərin  verilməsinin  yoxlama  sistemində  ixtiraçı 
əvvəl öz ərizəsini müvafiq sənədlərlə birlikdə, əvvəllər analoji 
ixtira  üçün  patentin  verib-verilmədiyinin  yoxlanması  üçün, 
ekspert komissiyasına təqdim edir. Əgər bu ixtira üçün əvvəllər 
patent  verilməyibsə,  ixtiraçı  müəyyən  rüsum  ödəməklə  patent 
ala bilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə