QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   79

190 
 
sifarişçiyə  dəyən  zərəri,  o  cümlədən  itirilmiş  mənfəəti,  yalnız 
müqavilənin ümumi dəyəri çərçivəsində ödənilir
-  sifarişçinin  hüquq  və  vəzifələri.  Sifarişçi  icaraçıya 
ETTKİ-nin yerinə yetirilməsinə dair tapşırıq verərkən, bu işlərə 
dair  onda  olan  bütün  məlumatları  da  ona  verməli  və  lazım 
gələrsə işlərin planını və mövzusunu icraçı ilə razılaşdırmalıdır. 
Əgər  qanunda  və  müqavilədə  başqa  şərtlər  nəzərdə 
tutulmayıbsa,  gözlənilən  nəticələrin  alınmamasında  icraçının 
təqsiri  yoxdursa,  müvafiq  risk  sifarişçinin  üzərinə  düşür.  Bu 
halda  sifarişçi,  gözlənilən  nəticələrin  alınmasının  mümkün 
olmadığı  müəyyən  edilən  ana  qədər  icraçının  yerinə  yetirdiyi 
işlərin  haqqını,  müqavilədə  bu  işlərin  yerinə  yetirilməsi  üçün 
nəzərdə  tutulmuş  məbləğdən artıq  olmamaq şərti ilə, ödəməyə 
borcludur; 
-  işlərin  dəyəri,  ödəmələr  və  işlərin  keyfiyyətinə  zəma-
nət.  ETTKİ-nin  yerinə  yetirilməsinə  dair  müqavilələrin  əsas 
xüsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki,  icraçılar  çox  nadir 
hallarda  tapşırıq  üzrə  gözlənilən  nəticələrin  alınacağına  dair 
sifarişçiyə  zəmanət  verirlər  və  işlər  sifarişçinin  riski  əsasında 
yerinə  yetirilir.  Ancaq  istisna  deyil  ki,  icraçı  öz  təcrübəsinə 
arxayın  olaraq  işlərin  müvəffəqiyyətlə  yerinə  yetiriləcəyi 
barədə sifarişçiyə istənilən zəmanəti versin. 
İcraçının zəmanət verməsi mütləq işin qiymətinin artırıl-
masında öz əksini tapmalıdır. Bununla yanaşı icraçı yalnız bəzi 
zəmanətləri,  məsələn,  elmi-tədqiqat  işlərinin  nəticələri  müsbət 
olduqda  konstruktor  işlərinin  yerinə  yetirilməsi  üzrə  zəma-
nətləri, öz üzərinə götürə bilər. 
ETTKİ-nin  dəyəri  prinsiplərdən  istifadə  edilməklə 
müəyyən  edilə  bilər.  ETTKİ-nin  smeta  dəyəri  çox  nadir 
hallarda  möhkəm  qiymətlərlə  ifadə  edilir.  Smeta  dəyərinin 
ETTKİ-nin  yerinə  yetirilməsi  zamanı  əmək  səfinin  həcminin, 
materiallara,  cihazlara,  xüsusi  avadanlıqlara  və  s.  olan  tələbin 
dəyişməsi  nəzərə  alınmaqla  hesablanması  məqsədəuyğundur. 


191 
 
Ona görə də, ETTKİ-nin yerinə yetirilməsi üzrə müqavilələrdə 
nəzərdə  tutulmalıdır  ki,  tərəflər  vaxtaşırı  olaraq  əldə  edilmiş 
nəticələri  təhlil  edəcək;  əlavə  lisenziyaların,  materialların, 
cihazların  alınması,  eləcə  də,  alimlərin,  konstruktorların,  tex-
niklərin  cəlb  edilməsi  üzrə  xərclər  nəzərə  alınmaqla  işlərin 
sifarişçinin  tapşırığına  uyğun  olaraq  davam  etdiril-məsinin 
məqsədəuyğunluğunu müəyyən edəcəklər. 
Son  illər  xarici  ölkələrdə  ETTKİ-rün  haqqının  ödənil-
məsi  zamanı  "dəyər  üstəgəl  mükafat  (cost  plus  fee)  sistemi 
geniş tətbiq edilir. Bu halda smeta dəyərinə icraçının sənədlərlə 
təsdiq olunan aşağıdakı iriləşdirilmiş xərcləri daxil edilir: 
-  icraçıya  məxsus  olan  cihazların,  alətlərin,  tədqiqat 
avadanlıqla-rının amortizasiyasının məbləği; 
-  icraçı  tərəfindən  əlavə  olaraq  alınmış  cihazların, 
alətlərin, tədqiqat avadanlıqlarının amortizasiyasının məbləği; 
-  icarəyə  götürülmüş  cihazların,  alətlərin,  tədqiqat 
avadanlıqlarının icarə haqqı; 
- alınmış materialların, enerjinin və s. dəyəri; 
- faktiki olaraq sərf edilmiş iş vaxtından asılı olaraq elm 
və köməkçi heyətin əmək haqqı. 
Ödənilən mükafat icraçı şirkətin inzibati-təsərrüfat xərc-
lərinin  müəyyən  hissəsini  ödəyir  və  onun,  sərf  etdiyi  kapi-tala 
uyğun olaraq, mənfəətini təmin edir. Bir qayda olaraq ETTKİ-
nin  yerinə  yetirilməsinə  görə  nəzərdə  tutulan  orta  mənfəət 
normasının  miqdarı  sadə  podrat  işlərinə  görə  nəzərdə  tutul-
duğundan 1,5 - 2 dəfə çox olur. 
 
12.4. Torqların növləri 
 
Müasir  ticarətin  ən  geniş  yayılmış  metodlarından  biri 
sifarişlərin  daxili  və  xarici  torqlarda  yerləşdirilməsidir.  Torq-
lar-elə  alqı-satqı  və  ya  podrat  müqavilələrinin  bağlanması 
metodudur  ki,  bu  zaman  alıcı  (sifarişçi),  əvvəlcədən  müəyyən 


192 
 
edilmiş  xüsusiyyətlərə  malik  əmtəələrin  və  ya  xidmətlərin 
alınması  üçün  satıcılara  (tədarükçülərə)  müsabiqə  elan  edir, 
alınan  təklifləri  müqayisə  etdikdən  sonra  əmtəələri  və  ya 
xidmətləri  alıcı  üçün  daha  münasib  şərtlərlə  təklif  edən  satıcı 
(tədarükçü)  ilə  müqavilə  bağlayır  (qeyd  etmək  lazımdır  ki, 
alqı-satqı  və  podrat  müqavilələri  ilə  yanaşı,  tədarük,  icarə  və 
lizinq,  əvəzetmə  və  digər  müqavilələr  üzrə,  eləcə  də, 
investisiya  və  başqa  müsabiqələrin  keçirilməsi  zamanı  da 
torqlardan istifadə edilə bilər). 
Müasir  şəraitdə  maşın  və  avadanlıqların,  xammalın  iri 
partiyalarının  tədarükü,  elmi,  layihə  və  kəşfiyyat  işlərinin 
yerinə  yetirilməsi,  sənaye  və  sosial  obyektlərinin  tikintisi 
zamanı  torqlar  sifarişlərin  yerləşdirilməsinin  ən  geniş  üsulu 
hesab  edilir.  Torqları  həm  inkişaf  etmiş  və  həm  də  inkişaf 
etməkdə  olan  ölkələrin  alıcıları  və  satıcıları  həyata  keçirirlər. 
Bir  çox  inkişaf  etmiş  ölkələrin  qanunvericiliyi  təşkilatlara, 
dövlət  kapitalının  iştirakı  ilə  əmtəələr  və  xidmətlər  alarkən 
sifarişlərin  yalnız  torqlarda  yerləşdirilməsinə  icazə  verir.  Bu 
zaman  yalnız  rəqabət  analoqu  olmayan  unikal  texnoloji 
avadanlıqların  alınması  istisna  təşkil  edə  bilər.  Sifarişlərin 
torqlar keçirmədən yerləşdirilməsinə ehtiyat hissələrin alınma-
sı,  təbii  fəlakətlərin  nəticələrinin  aradan  qaldırılması,  eləcə  də 
hökumətlərarası sazişlər hesabına alış zamanı icazə verilir. 
Sifarişlərin torqlarda yerləşdirilməsi qərarını qəbul edən 
alıcılar  tender  komitələri  yaradırlar.  Tender  komitələrinin  tər-
kibinə  texniki  və  kommersiya  ekspertləri,  rəhbərliyin  nüma-
yəndələri  daxil  edilir.  Bir  qayda  olaraq  alışı  həyata  keçirən 
təşkilatların  rəhbərləri  tender  komitələrinin  sədrləri  təyin 
edilirlər. Tender komitələri torqların keçirilməsi ilə bağlı bütün 
təşkilati  işləri  həyata  keçirirlər.  Onlar  torqlar  haqqında  elanlar 
verir,  torqların  şərtlərini  iştirakçılar  arasında  yayır,  təqdim 
olunmuş  təklifləri  təhlil  edir  və  sifarişin  verilməsinə  dair 
qərarlar qəbul edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə