59
daxildirlər. İnsanda bəsit şəkərlər qlükoza və qlikogen (heyvani nişasta) kimi
qaraciyərdə və əzələlərdə ehtiyat şəklində saxlanan mürəkkəb şəkərə çevrilə bilər.
Normal halda, qanda daim qlükoza olur. Qanda qlükozanın səviyyəsinin nisbi
sabitliyinin
daim
qorunub
saxlanması
şəkər
mübadiləsinin
mühüm
göstəricilərindən biridir.
Müasir dövrdə insanların qidasında şəkərin normadan artıq olması hallarına
tez-tez rast gəlinir. Bu son nəticə stabilliyə təsir edərək, bədəndə bəzi mübadilə
pozğunluqlarına, o cümlədən normadan artıq piylənməyə gətirib çıxara bilər.
İnsanın qidalanmasında karbohidratların əsas mənbəyi bitki məhsullarıdır.
Heyvanat mənşəli karbohidratlar çox azdır, laktoza və qlikogen kimi maddələr bu
tip karbohidratlara misal ola bilər. Orqanizmdə karbohidrat və yağ mübadilələri
çox sıx qarşılıqlı təsirlərə malikdirlər.
Hər qram karbohidratın orqanizmdə oksidləşməsi (yanması) nəticəsində
verdiyi enerji 4,0 kkaloriyə bərabərdir. Kaloriliyinə görə 1 q zülal və 1 q
karbohidrat eyni əhəmiyyət`ə malikdir, lakin şəkər insanda enerji mübadiləsinin ən
mütəhərrik komponentidir.
Kimyəvi quruluşuna və mənimsənilmə dərəcəsinə görə karbohidratları sadə
və mürəkkəb şəkərlərə ayırmaq olar. Sadə şəkərlər (mono- və disaxaridlər) suda və
sulu məhlullarda yaxşı həll olunur, asanlıqla sorulur və mənimsənilirlər.
Qidalanmada sadə şəkərlərdən qlükoza və fruktoza daha böyük əhəmiyyət kəsb
edir. Qlükoza orqanizmə əsasən meyvə və giləmeyvə qidalarının tərkibində daxil
olur. Bal, üzüm, xurma, banan və s. bu kimi məhsullar qlükoza ilə zəngindirlər.
Fruktoza öz şirinliyinə görə bütün qalan şəkərlərdən fərqlənir. Fruktozalı qida
yetkin və ahıl yaşlarında olan adamlar üçün tövsiyə edilir. Piy-yağ mübadiləsi
pozulduqda, fruktoza onun normallaşmasına yardım edir. Balda, üzümdə, qarpızda,
yemişdə, armudda, çiyələkdə və s. bu kimi məhsullarda fruktoza daha çoxdur.
Disaxaridlərdən laktoza və saxaroza qidalanmada mühüm yer tutur. Həzm
prosesində hər bir saxaroza molekulu iki monosaxarid molekuluna - qlükoza və
fruktozaya ayrılır. Saxaroza yaxşı qida keyfıyyətlərinə və yüksək kaloriliyə malik
olan karbohidratdır. Amma onun mənfı cəhətləri də vardır, belə ki, onu artıq
60
miqdarda qəbul etdikdə, insanın gündəlik qida rasionu üçün nəzərdə tutulan
kalorinin xeyli artmasına səbəb olur. Bu da fıziki əməklə məşğul olmayan və ya az
məşğul olan, habelə yaşlı adamlar üçün arzuolunmazdır. Bu həm də piylənməyə
səbəb olur. İnsanın qidasında saxarozanın əsas mənbəyi şəkər qamışı və şəkər
çuğundurundan alınan şəkərdir. Bunlar bişirildikdən sonra, saxarozanın (məişətdə
işlədilən şəkər tozu, qənd) alınması və əhalinin bu karbohidrata olan tələbatı
ödənilir. Xeyli dərəcədə faydalı şəkərlərdən olan laktoza süd şəkəridir və ancaq
süddə tapılır. Onun şirinliyi bir o qədər yüksək deyil. Laktozanın orqanizmdə
həzmi zəif gedir. Onu adətən körpə və ahıl yaşlarında olanlara tövsiyə edirlər.
2. Karbohidratların həyata keçirdiyi funksiyalar və tələbat normaları
Karbohidratlar karbon, hidrogen və oksigendən təşkil olunan birləşmələrdir.
Burada hidrogen və oksigenin münasibəti su molekullarında olduğu kimidir. Ona
görə də karbohidrat adını daşıyırlar. Fiziki əmək zamanı karbohidratlara olan ehti-
yac artır. Karboridratlar hüceyrə və toxumaların tərkibinə daxil olmaqla, qanda
qlükozanın ehtiyatını artırır, ciyərdə və əzələlərdə isə qlikogenin miqdarını
artırırlar.
Karbohidratların qida ilə orqanizmə normal daxil olması zamanı onların
toxumalarda və qanda tərkibi sabit qalır. Karbohidratlar həm də zülal və yağların
parçalanma məhsullarından sintez oluna bilər. Onlar nuklein, əvəzolunan
aminturşuların, qlükoproteidlərin və həyat üçün digər lazımi maddələrin sintezində
də mühüm rol oynayırlar. Bununla bərabər, karbohidratların artıq miqdarda
orqanizmə daxil olması və az miqdarda sərfi zamanı onların bir hissəsi yağa
çevrilir.
Beləliklə, karbohidratlar mübadiləsi zülal və yağ mübadiləsi ilə sıx
əlaqədardır. Adi qarışıq qidada karbohidratlar digər üzvi maddələrdən çox olur.
Onlar əsasən quru tərkibi 75%-ə qədər olan bitki qidası ilə orqanizmə daxil olurlar.
Heyvanat mənşəli qidalarda isə az miqdarda qlikogen və laktoza vardır.
61
Qida ilə karbohidratlar həm monoşəkərlər, həm də dişəkərlər və polişəkərlər
şəklində və pektin maddələri şəklində orqanizmə daxil olurlar. Həll olan
karbohidratlar (mono- və dişəkərlər) yüksək qidalıq dəyəri və enerji xassəsinə
malik olmaqla xörəklərə şirin dad verirlər.
Fruktoza şəkərdən təxminən 2 dəfə çox şirinliyə malik olub, qlükozadan daha
çox şirindir. Qlükoza beyinin, əzələlərin qidalanması üçün və qanda şəkərlərin
səviyyəsini normal saxlamaq üçün vacib olan və asan mənimsənilən şəkərdir.
Fruktoza isə qlükozaya nisbətən bağırsaqlarda yavaş mənimsənilir, qandan tez
azad olur və maddələr mübadiləsi proseslərinə asanlıqla cəlb olunur.
Qlükoza və fruktoza meyvə və giləmeyvələrlə bərabər, həm də orqanizmə bal
ilə daxil olur. Burada qlükozanın miqdarı 36,2%, fruktozanınkı isə 37,1%-ə çatır.
Üzümdə 7,2% fruktoza və qlükoza, almada 6,5-11,8% fruktoza və 2,5-5,5%
qlükoza vardır. Qarpızda isə bütün şəkərlər fruktoza şəklində təmsil olunmuşlar,
onun da miqdan 8%-ə çatır.
Şəkərlərdən qalaktoza yeyinti məhsullarında sərbəst halda olmayıb,
laktozanın parçalanma məhsulu sayılır. Saxaroza ən çox çuğundurda və qamış
şəkərində olur. Onun miqdarı bananda 13,7%, ərikdə 10,4%, gavalıda 9,3%,
yemişdə 8,5%, qarpızda 7,5%, yerkökündə isə 6,4%-ə çatır.
Laktoza isə süddə 4,91%-ə çatır. O bağırsaqlarda qıcqırma proseslərini
ləngidir və orqanizm üçün faydalı olan süd turşusu bakteriyalarının inkişafını
sürətləndirir.
Fruktoza xüsusi olaraq, sinir hüceyrələrinə lazımdır. Əzələ toxumalarına və
digər orqanlara daxil olmaqla qlükoza parçalanır, yaxud qlükogenə çevrilir.
Mono- və dişəkərlər qidanın əsas komponenti olmaqla, həm də ürəyin
qidalanması üçün lazımdırlar. Onların mənfi cəhəti orqanizmə çoxlu miqdarda
yüksək kalorili qida ilə daxil olduqda, yağların əmələgəlmə prosesini
sürətləndirmələridir.
Yaşlı və yetişkən adamlarda artıq miqdarda şəkər qəbulu isə aterosklerotik
proseslərin inkişafını sürətləndirə bilər, bununla da qanda xolesterin və qlükozanın
səviyyəsini artıra bilir.
Dostları ilə paylaş: |