86
geniş yayılmışdır. O, ən çox taxıl və paxlalı bitkilərdə, yumurta sarısında, dana
ətində, qaraciyərdə yığılır.
Dişlərin inkişafında ftor mikroelementinin böyük əhəmiyyəti vardır. Onların
əsas mənbəyi sudur. İnsan orqanizmi su və mineral mübadiləsini tənzimləyən sinir-
endokrin mexanizmlərinə malikdir. Böyrəklərdə fəaliyyət əsasən bu mübadilənin
normal tənzimlənməsinə, toxumalarda suyun və mineral duzların normal səviyyəsi-
nin qorunub saxlanmasına xidmət edir. Bir sıra hormonlar və sinir pozğunluqları
zamanı polinevriya - böyrəklər vasitəsilə böyük həcmdə sidiyin və onun tərkibində
su və mineral duzların ifrazı hadisəsi baş verir. Mədə-bağırsaq kanalında su və mi-
neral duzlar birbaşa qana və limfaya sorulur, toxuma və hüceyrələrə çatdırılırlar.
Orqanlarda qan, limfada normadan artıq yığılan su və duzlar ifrazat orqanları vasi-
təsilə kənar edilir və su-duz mübadiləsinin normalaşmasma şərait yaradırlar.
Suyun orqanizmə gündəlik daxil olması, onun həyat fəaliyyətinin saxlanılma-
sının əsas şərtlərindən biridir. İnsan bədəninin
2
/
3
hissəsi sudan ibarətdir. Bu ba-
xımdan, orqanizmdə olan suyun miqdarı tələb olunan fizioloji normada olmalıdır.
Müəyyən olunmuşdur ki, yaşlı insanların orqanizmində suyun miqdarı ən azı bədən
kütləsinin 58-67%-i həddində olmalıdır. Orqanizm nə qədər cavan olarsa, ondakı
toxumalarda suyun miqdarı da bir o qədər çox olar. Orqanizmdə su, onun əsas or-
qanlarında (qaraciyər, beyin, dəri və s. toxumalarında), əzələ toxumasında (76%),
böyrəkdə və birləşdirici toxumalarda (80-93%) toplanmışdır. Bütövlükdə götür-
dükdə, toxumaların hamısının 75-85%-ni su təşkil edir. Burada su sərbəst (hərəkət
edən) vəziyyətdə və birləşmiş halda (kolloidlər şəklində) yerləşir və o, əsasən to-
xuma zülallarına birləşmiş vəziyyətdə toplanmışdır. Suyun toxumalarda zülallarla
necə əlaqədə olmasından asılı olaraq, onlar bu və ya digər konsistensiyaya malik
olurlar. Adətən, maddələr mübadiləsi proseslərində əsasən sərbəst su iştirak edir.
Bu su mütəmadi olaraq, kənar edilməklə təzələnir. Bu işi insan orqanizmində böy-
rəklər (sidik vasitəsilə), tər vəziləri (tər halında) və tənəffüs orqanları buxar şəklin-
də həyata keçirirlər. Əgər orqanizmə daxil olan suyun miqdarı və ətraf mühitin
temperaturası dəyişmirsə, ondan kənar edilən suyun miqdarı da təxminən dəyişməz
qalır.
87
Müxtəlif fizioloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, orqanizmin
normal fəaliyyətində ondan sutkada 1,5-2 litrə qədər su ayrılır. Bu da susuzluq
şəklində meydana çıxır və orqanizmin suya olan tələbatını şərtləndirir. Susuzluğun
meydana çıxmasının əsas səbəbi bədəndə olan qanın qatılaşmasıdır və bununla da
baş-beyin və onun nahiyələrində qıcıqlanmaların güclənməsidir.
Suyun qəbulu zamanı, onun sorulması 8-10 dəqiqə ərzində gedir, bir sıra
hallarda orqanizm tələb olunan miqdardan artıq su qəbul edir. Bu da müsbət əlamət
sayılmır. Suyun artıq miqdarı tərləməni gücləndirir, hüceyrələrdən və qandan
mineral duzların ayrılmasına təsir edir. Bu da onların susaxlama qabiliyyətinə
mənfi təsir göstərir.
Bütün bunları nəzərə alaraq, orqanizmin güclü tərləmələri zamanı suyu qur-
tum-qurtum, müəyyən fasilələrlə qəbul etmək lazım gəlir. Bu məqsədlə, mineral
suların (duzlu su) içilməsi məsləhətdir. Çünki, son nəticədə qanda və hüceyrələrdə
suyun orqanizm üçün normal səviyyədə saxlanılması təmin olunur. Qeyd etmək
lazımdır ki, susuzluq hissi və bununla baş verən proseslər, qida ilə çoxlu miqdarda
duzlu məhsullar qəbul etdikdə də müşahidə olunur. Bu halda hüceyrələrdən suyun
çoxlu miqdarda toplanması, həm də qanın tədricən susuzlaşması hesabına gedir de-
yə, sonuncunu qatılaşdırır və susuzluq hissini doğurur. Ona görə də duzlu xörəkləri
qəbul edən zaman həm də kifayət qədər maye (su) qəbul edilməlidir. Bütün
bunlarla yanaşı, nəzərə alınmalıdır ki, insan öz həyatında suya olan tələbatını şirin
su mənbələri hesabına ödəyir. Ona görə də içməli suyun tərkibinə xüsusi tələblər
qoyulur. Suyun təmizliyi, onun fizioloji və gigiyenik əhəmiyyəti haqqında Şərqin
böyük alimi İbn Sinanın əsərlərində xüsusi bölmələr vardır.
Təbabətin, qida elminin inkişafı sayəsində, son illər içməli suyun tərkibində
olan 2000-ə qədər kimyəvi birləşmə üçün nəzərdə tutulan hədd normaları
müəyyənləşdirilmişdir. 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) suya
nəzarət üzrə məsləhətlərinin tələblərinə görə o, ən azı 100 adda geniş yayılmış
kimyəvi birləşmələrdən zərərsizləşdirilməlidir. Bunların içərisində ağır metalları,
xlorlu üzvi birləşmələri, neft məhsullarını, fenollar və politsiklik aromatik karbo-
hidrogenləri və s. göstərmək olar. Məsələn, ağır metallardan kadmiumun suda ar-
88
tıqlığı sümük xəstəliklərinə, böyrək çatışmazlığına gətirib çıxarırsa, qurğuşun ar-
tıqlığı həm də sinir sisteminin, qan dövranı orqanlarının fəaliyyətinin pozulmasına
səbəb olur.
Optimal səviyyəyə gəldikdə isə ən normal hal, mineral maddələrin su ilə birgə
orqanizmin fızioloji tələbatına uyğun miqdarda qəbul edilməsidir. Məsələn, opti-
mal səviyyə normativinə görə ümumi duz tərkibi suda 200-400 mq/1 (xlorid – sul-
fatlı sular üçün) və 250-500 mq/1 (hidrokarbonatlı sular üçün) həddində olmalıdır.
Ftorun optimal konsentrasiyası isə müxtəlif iqlim qurşaqlarından asılı olaraq içməli
suda 0,7 mq/l-dən 1,2 mq/l-ə qədər çatmalıdır. Son illər müxtəlif ölkələrdə içməli
suyun codluğunun artırılması (1,5 mq), ftorlaşdırılması (optimal səviyyə lə), yod-
laşdırılması, selenləşdirilməsi və s. şəkildə tədbirlərin görülməsi suyun orqanizm
üçün olan fizioloji əhəmiyyətini daha da artırmışdır. Bu istiqamətdə elmi və prak-
tiki axtarışlar indi də davam edir.
2. Ayrı-ayrı mineral maddələrin və suyun qidalanmada rolu və orqanizm
üçün fizioloji əhəmiyyəti
Mineral maddələr hüceyrələrdə mübadilə proseslərinin tənzimləyiciləri sayı-
lırlar. Onlar müxtəlif ferment reaksiyalarını sürətləndirə və tormozlandıra bilirlər.
Artıqlığı çatışmazlığa, həm də orqanizmin məhvinə səbəb ola bilir.
Natrium (Na
+
) bütün toxumalarda, xüsusilə orqanizmin maye mühitində rast
gəlinir. Natrium duzları orqanizmdə turşu-qələvilik tarazlığını və toxumalarda os-
motik təzyiqin sabitliyini təmin edirlər. Natrium ionları su mübadiləsini tənzim-
ləyir, toxumalarda kolloidlərin şişməsini və orqanizmdə suyun saxlanılmasını tə-
min edirlər. Yeyinti məhsullarında az miqdarda natrium vardır. O, orqanizmə
əsasən xörək duzu vasitəsilə daxil olur. Orqanizmin natriuma olan sutkalıq tələbatı
4-6 q (10-15 q NaCl) təşkil edir.
Xlor da orqanizmə xörək duzu ilə daxil olur. Xlor ionları toxumalarda və
hüceyrələrdə osmotik təzyiqin normalaşmasında, mədədə xlorid turşusunun əmələ
gəlməsində, su mübadiləsinin nizama salınmasında iştirak edirlər. Bitki mənşəli
Dostları ilə paylaş: |