Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə56/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

134 
 
olan  zülal  sintezi  problemidir.  Canlıların  toxumalarına  daxil  olan  zülallar  daim 
parçalanır  və  yeniləşir.  Zülalların  yeniləşməsi  prosesinin  əsasını  onların  parçalan-
mış hissəsinin hüceyrələrdə sintez edilmiş yeni zülallarla əvəz olunması təşkil edir. 
Müxtəlif orqan  və toxumalarda zülalların  biosintezi eyni sürətlə  getmir. Nişanlan-
mış  atomlar  sayəsində  müəyyən  olunmuşdur  ki,  insan  qaraciyərində  zülalların 
yarımparçalanma  dövrü  9  gün,  əzələ  zülallarınkı  120  gündür.  Gün  ərzində  insan 
toxumasında  1,3  q  zülal  sintez  olunur  (1  kq  canlı  kütləyə  görə).  Məlumdur  ki, 
eritrositlər  110  gündən  artıq  yaşamır:  ölmüş  eritrositlərdə  olan  hemoqlobin  isə  öz 
əvvəlki funksyasını itirir. Bu qanyaradıcı hüceyrələrdə fasiləsiz olaraq hemoqlobin 
sintez  edilməsi  zərurətini  qarşıya  çıxarır.  Zülal  sintezinin  əsas  xüsusiyyətlərindən 
biri onun dəqiqliyidir: Zülalların molekul quruluşunun genetik proqramı orqanizm 
tərəfindən mühafizə olunur və nəsildən-nəsilə verilir. Bunun nəticəsində orqanizm-
də  eyni  bir  zülal  molekulunun  dəfələrlə  sintez  olunmasına  baxmayaraq,  onlarda 
aminturşu  qalıqlarının  yerləşmə  ardıcıllığı  bir-birindən  nəzərə  çarpacaq  dərəcədə 
fərqlənmir.  
Zülalların  hüceyrədaxili  biosintezi  mexanizminin  bir  çox  detalları  hələ  tam 
açıqlanmayıbdır.  Bu  sahədə  hələ  bir  çox  işlər  görülməlidir.  Ancaq  zülal  biosinte-
zinin  bəzi  məqamları  öyrənilmişdir.  Bu  məsələlərin  həllində  A.  M.  Belozeros-
konun,  O.  S.  Spirinin,  A.  A.  Baevin,  F.  Krikin,  S.  Oçoanın,  M.  Nirenberqin,          
E. Uebbanın və başqalarının xidmətləri olmuşdur.  
Zülallar  sitoplazmada  yerləşən  kiçik  hüceyrə  orqanoidlərində-ribosomlarda 
sintez  olunur.  Hüceyrə  nüvəsində  olan  DNT  bu  prosesə  rəhbərlik  edir.  DNT 
molekulunda  monomer  vahidlərinin  (mononukleotidlərin)  yerləşmə  ardıcıllığı 
ribosomda  sintez  olunan  zülalların  aminturşu  tərkibini  müəyyənləşdirir.  İkiqat 
spirala  malik  olan  DNT  molekulunun  müxtəlif  hissələri  bir-birindən  fərqlənən 
müxtəlif  zülalların  sintezinə  rəhbərlik  edir.  DNT  molekulunun  hər  bir  zülalın 
sintezi  üçün  müvafiq  gələn  hissəsi  sistron  (struktur  gen)  adlanır.  Molekul  kütləsi 
50  000  Da  yaxın  olan  zülalın  sintezini  idarə  edən  sistronun  (genin)  tərkibində 
təxminən 1500 nukleotid olur.  
Zülalların biosintezi aşağıdakı ardıcıllıqla baş verir.  
Zülalların  sintezində  nuklein  turşuları:  dezoksiribonuklein  turşusu  və 
ribonuklein  turşusu  (DNT  və  RNT)  əsas  rol  oynayır.  DNT  molekulları  ikiləşmək 
yolu  ilə çoxalır. Buna r e d u p l  i k a s i y a  da deyilir. Bu proses sxematik belə 
göstərilir:  
 
 
 
 
 
 
                                                                                    → Q–T–A–T–S– ∙ ∙ ∙ 
                                     → ∙ ∙ ∙ –Q–T–A–T–S– ∙ ∙ ∙         :   :   :    :    : 
∙ ∙ ∙ –Q–T–A–T–S  ∙ ∙ ∙                                                     S–A–T–A–Q– ∙ ∙ ∙ 
 
∙ ∙ ∙ –S–A–T–A–Q       → ∙ ∙ ∙ – S–A–T–A–Q – ∙ ∙ ∙       
                                                                                    → S–A–T–A–T– ∙ ∙ ∙ 
                                                                                         :    :   :    :   : 
                                                                                        Q–T–A–T–S– ∙ ∙ ∙ 


135 
 
 
 
 
 
Zülalın  sintezi  haqda  genetik  məlumat  DNT-də  saxlanır.  Bu  da  məlumat 
RNT-sinə  DNT-dən  RNT-nin  sintezi  zamanı  verilir.  Bu  proses  t  r  a  n  s  k  i  r  i  p-      
s i y a adlanır. Transkiripsiya və translyasiya prosesləri sxematik belə göstərilir.  
 
 
 
 
 
 
Reduplikasiya və transkripsiya prosesləri hüceyrənin nüvəsində törənir.  
Transkripsiya transkripaza  və  ya replikaza ilə kataliz olunur. Nüvədə əmələ 
gəlmiş  mRNT  sonra  ribosoma  gətirilir  və  orada  onun  göstərişi  ilə  lazım  olan 
tərkibdə  və  quruluşda  zülal  sintez  edilir.  Bu  prosesə,  yəni  mRNT-dəki  məlumata 
görə zülalın sintezinə  t r a n s l y a s i y a  deyilir. Translyasiyanın 4 hərfli əlifba 
yazısından  20  hərfli  əlifba  yazısına  keçmək  kimi  də  adlandırmaq  olar.  Burada  4 
hərf  nuklein  turşularındakı  nukleotidlər,  20  hərf  isə  zülallardakı  aminturşuları 
hesab  olunur.  Beləliklə,  zülalın  sintezi  barədə  məlumat  DNT-dən  ribosomlara 
məlumat RNT-si ilə gətirilir və orada yerinə yetirilir.  
Məlumat RNT-də polipeptid zəncirinin sintezini icra edən sahəyə  g e n  və 
ya    s  i  s  t  r  o  n    deyilir.  Sistronlar  birlikdə    g  e  n    q  r  u  p  u,  yaxud    o  p  e  r  o  n  
adlanır.  
Zülalın  sintezində  sitoplazmada  əvvəlcə  aminturşuları,  onların  karboksil 
qrupu  fəallaşdırılır.  Bu  da  xüsusi  fermentlərin  –  aminoasil  –  dRNT  sintetazaların 
(F), ATF-in, maqnezium ionlarının iştirakı ilə gedir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                  NH
2
 
   
                                             Mg
2+
                           

 
R
─ ─
CH COOH + ATF + F                  F

─ ─
AMF~CO CH R + pirofosfat 
      │
 
     NH
2
 
 Aminturşusu                               Fermentaminoasiladenilat 
 
Duplikasiya – DNT                                      m RNT                      zülal 
ks – transkripsiya 
transkripsiya 
translyasiya 
      NH
2
                                                                         NH
2
 
      

                                         Mg
2+
                            

 
R
─ ─

─ ─
CH COOH + ATF + F                  F AMF~CO CH R + pirofosfat 
 
    Aminturşu                                           Fermentaminoasiladenilat 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə