Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu


  Karbohidratların  mübadiləsi  haqqında  ümumi  məlumat



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

141 
 
1.  Karbohidratların  mübadiləsi  haqqında  ümumi  məlumat:  Karbohidrat 
mübadiləsi maddələr mübadiləsində aparıcı yerlərdən birini tutur. Karbohidratların 
parçalanmasından  və  oksidləşməsindən  orqanizmdə  əmələ  gələn  enerjinin  rolu 
əvəzsizdir. İnsan orqanizminin həyat fəaliyyəti ərzində sərf etdiyi enerjinin 70%-ə 
qədəri  karbohidratların  parçalanması  və  oksidləşməsi  nəticəsində  yaranır.  Bu 
enerjinin  istifadə  olunmayan  hissəsi  makroergik  rabitələrdə  ATF  molekulunda 
ehtiyat  şəklində  toplanır.  Otyeyən  heyvanların  enerji  balansı  karbohidratların 
mübadiləsi hesabına qurulur.  
Karbohidratlar  energetik  materialdan  başqa,  onların  parçalanma  məhsulları 
yağların, piylərin, aminturşuların və qeyri-birləşmələrin sintezində, bəzi nümayən-
dələrindən  tikinti  materialı  kimi  (nukleotidlər  və  s.),  müdafiə  məqsədilədə  (əks 
cisimlərin əmələ gəlməsində) istifadə olunur.  
Karbohidrat  mübadiləsi  bir-birilə  üzvi  sürətdə  əlaqəli  olan  ardıcıl 
proseslərdən ibarətdir. Bunlara aşağıdakılar aiddir: 1) karbohidratların qida vasitə-
silə  qəbulu;  2)  mürəkkəb  karbohidratların  həzm  sistemində  parçalanması;  3) 
monosaxaridlərin bağırsaqlardan sorulması; 4) sorulmuş monosaxaridlərin toxuma 
və orqanlara daşınması; 5) toxumalarda karbohidratların parçalanması və onlardan 
digər  maddələrin  sintezi;  6)  karbohidratların  parçalanmasının  son  məhsullarının 
orqanizmdən xaric edilməsi. 
2.  Karbohidratların  həzm  sistemində  çevrilməsi:  Heyvan  və  bitki  mənşəli 
qidanın  tərkibində  olan  karbohidratlar  ağızda  mexaniki,  fiziki  və  qismən  biokim-
yəvi təsirə uğrayır.  
Bunlar  ağız  boşluğunda  az  saxlandığından  ağız  suyunda  olan  α-amilaza  və 
α-qlükozidaza  (maltaza)  fermentlərinin  təsirindən  qismən  hidrolitik  parçalanma 
prosesinə məruz qalırlar. Amilaza nişasta və qlikogeni maltozaya qədər, α-qlükozi-
daza (maltaza) fermenti isə disaxarid maltozanı qlükozaya qədər parçalayır. Aralıq 
məhsul isə dekstrinlər alınır. Bu prosesi aşağıdakı kimi təsəvvür etmək olar. 
 
 
 
 
 
 
Mədədə karbohidratları parçalayan ferment yoxdur. Ağız suyunun amilazası 
mədənin turş mühitində (pH=1,5 – 1,8) fəallığı itir. Mədə möhtəviyyatından sonra 
karbohidratlar  onikibarmaq  bağırsağa  keçir.  Burada  mədəaltı  vəzin  ifraz  etdiyi 
pankreatik  α-amilaza  fermentlərin  təsiri  ilə  maltoza,  laktoza,  saxarozanı  və  s. 
monosaxaridlərə  (qlükoza,  fruktoza,  qalaktoza  və  s.)  qədər  parçalayır.  Karbohid-
ratların  parçalanması  nazik  bağırsaqda  zəif  qələvi  mühitdə  (pH=7,3  –  8,7)  davam 
edir. Ancaq son məlumatlara görə karbohidratların hidrolizi hüceyrə membranında 
da gedir. Epiteli hüceyrəsinin nazik divarlarında bir sıra fermentlər: maltaza, şaxa-
 




6
12
6
11
22
12
5
10
6
5
10
6
2
2
2
2
O
H
C
O
H
C
n
O
H
C
O
H
C
O
H
O
H
m
O
H
n

 


 


 

    nişasta                       dekstrin                           maltoza                     qlükoza 
                                      (m < n) 


142 
 
raza, β-qalaktozidaza (laktaza) və s. mövcuddur ki, onlar da disaxaridləri  monosa-
xaridlərə parçalayırlar. Maltaza fermenti maltozanı 2 molekul α-qlükozaya, saxara-
za fermenti saxorazanı qlü-kozaya və β-fruktozaya parçalayır.  
 
 
 
 
β-qalaktozidazanın  (laktaza)  təsirindən  laktoza  qlükozaya  və  qalaktozaya 
parçalanır.  
 
 
 
İnsan və heyvanların həzm şirələrində sellüloza -1,4 qlükon-4-qlükonohido-
laza  K∙F∙3.2.1.4  fermenti  sellülozanı  sellobiozaya  qədər  parçalayır.  İnsanlarda  bu 
proses yoğun bağırsaqlarda mikrofloranın təsiri ilə az miqdarda baş verir.   
 
 
 
 
 
 
 
 
Monosaxaridlər müxtəlif sürətlə qana sorularaq qaraciyər və başqa orqanlara 
aparılır.  Qlükozanın  bağırsaqdan  qana  sorulma  sürətini  şərti  olaraq  100  götürsək, 
qalaktozanınkı 110, fruktozanınkı 43 və mannozanınkı 19-dur. Pentozaların sorul-
ma sürəti daha zəifdir.  
Qaraciyərdə,  əzələlərdə  və  başqa  orqanlarda  qlükozanın  müəyyən  hissəsi 
qaraciyərdə  qlikogenə  çevrilir  və  ehtiyat  maddə  kimi  toplanır.  Qalan  hissəsi  isə 
qanla orqanlara aparılaraq, hüceyrələrdə oksidləşmə prosesinə uğrayır.  
Orqan  və  toxumalarda  karbohidratların:  əsasən  qlikogenin  və  qlükozanın 
miqdarı nisbətən sabit olur. Qanda qlükozanın miqdarı insanda 80–120 mq%, atda 
90–110  mq%,  kövşəyən  heyvanlarda  40–100  mq%,  inəkdə  60–100  q%,  camışda 
70–90  mq%,  qoyunda  60–90  mq%,  donuzda  40–250  mq%,  itdə  70–100  mq% 
arasında  dəyişir.  Qlükozanın  və  başqa  karbohidratların  miqdarının  qanda  və  s. 
orqanlarda  nizamlanması  sinir  sistemi  və  daxili  sekresiya  vəziəri  ilə  aparılır. 
Onlardan adrenalinin, insulinin, kortikosteronu, qlükaqonu və s. hormonları göstər-
mək olar.  
İnsulin  və  adrenalin  bir-birinin  antiqonistidir.  İnsulin  hormonu  qaraciyərdə, 
əzələlərdə və s. orqanlarda qlükozanın qlikogenə çevrilməsini sürətləndirir, qlüko-
zanın bir hissəsini (30%) isə yağa çevirir, aminturşuların karbohidratlara çevrilmə-
6
12
6
6
12
6
2
11
22
12
O
H
C
O
H
C
O
H
O
H
C
saxaraza







   saxaroza                                                α-qlükoza       β-fruktoza 
 
6
12
6
6
12
6
2
11
22
12
O
H
C
O
H
C
O
H
O
H
C
laktaza


 


    
    laktoza                                      qlükoza     qalaktoza 
 


11
22
12
2
6
10
6
O
H
C
n
O
H
O
H
C
sellülaza






    
                                                        sellobioza 
11
12
6
2
11
22
12
2
O
H
C
O
H
O
H
C
sellobiaza






                                  
    sellobioza                                             β-qlükoza 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə